Rusiyada helikopter qəzası: ölənlər var .....                        4 kəndin Azərbaycana qaytarılmasının birinci ili .....                        Putinlə Zelenskinin görüşü üzərində iş gedir .....                        Serj Sarkisyan haqqında daha bir cinayət işi .....                        Nazirdən “Son zəng”lə bağlı yeni tapşırıq .....                        Ayaz Salayev: “Röyanın aldığı mükafatın Kann Festivalına dəxli yoxdur” .....                        Millimiz Sloveniyanı darmadağın etdi .....                        Komandirlərdən biri qardaşım olub - İşğal etirafları .....                        Arayik bugünkü məhkəmədə nələr danışdı... .....                       
27-07-2024, 16:26
Paris Olimpiadasında Azərbaycana qarşı təxribat


Paris Olimpiadasında Azərbaycana qarşı təxribat

Ötən gecə Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarının açılış mərasimi Azərbaycana qarşı təxribatla yadda qalıb.
Təxribata səbəb "France 2" telekanalının aparıcısı Loran Delausun olimpiya komandalarının paradının keçidi zamanı səsləndirdiyi fikirlər olub.
Şərhçinin Sena boyunca bərələrlə üzən komandaların paradı zamanı dediyi sözlər Azərbaycan tərəfində etiraz doğurub.
Belə ki, Ermənistan komandası səhnəyə çıxanda fransız aparıcı deyib:
“Və təbii ki, bizim dostlarımız ermənilərdir. Ermənistan tarixən fransızların qəlbinə yaxın bir ölkədir. Ötən il Ermənistan üçün matəm ili olub və Qarabağın Azərbaycan ordusunun əlinə keçməsi və itirlməsilə nəticələnib”.
“Fransa-2” telekanalının bu təxribatından sonra Azərbaycan Milli Olimpiya Komitəsinin Beynəlxalq Olimpiya Komitəsinə şikayət edəcəyi gözlənilir.
27-07-2024, 16:04
İranda dövlət qurumlarının fəaliyyəti dayandırılır - Səbəb


İranda dövlət qurumlarının fəaliyyəti dayandırılır - Səbəb

İranda həddindən artıq istilər səbəbindən sabah ölkə üzrə bütün dövlət müəssisələrinin bağlanmasına qərar verilib.
İran hökuməti ölkənin hər yerində davam edən həddindən artıq istilər səbəbindən əhalinin sağlamlığını qorumaq və enerji istehlakını idarə etmək üçün bütün dövlət müəssisələrini bağlamaq qərarına gəlib. Yardım xidmətləri istisna olmaqla, ölkə daxilində bütün dövlət qurumları və banklar bağlanacaq. Qərara əsasən, sabah yardım xidmətləri istisna olmaqla, bütün dövlət qurumları və banklar işləməyəcək.
Qeyd edək ki, İranın cənubunda bəzi bölgələrdə havanın temperaturu 50 dərəcəyə çatıb, paytaxt Tehranda isə bu gün havanın temperaturu 41 dərəcə olub.
27-07-2024, 15:19
Paris Olimpiya Oyunlarının açılışı tənqid olundu


Paris Olimpiya Oyunlarının açılışı tənqid olundu

Parisdə keçirilən Yay Olimpiya Oyunlarında LGBT təbliğatı böyük əks-səda doğurub.
Olimpiya Komitəsinin paradda homoseksual şəxsləri yerləşdirməsi və “Drag Quee” kimi xarakterizə edilən şəxslərin Olimpiya məşəlini daşıması sosial mediada geniş tənqidlərə səbəb olub.
Bundan başqa, Avropa mətbuatında məşhur rəssam Leonardo da Vinçinin “İsanın son şam yeməyi” tablosunun LGBT şəxslər vasitəsilə təqdim edilməsi hörmətsizlik kimi qiymətləndirilib.
Fransız rejissor və aktyor Tomas Jolly-nin bədii rəhbəri olduğu mərasimdə 204 ölkədən idmançıları və Olimpiya Komandasını daşıyan 85 qayıq Austerlitz körpüsünün altından yola düşərək Sena çayı boyunca 6 kilometrdən çox yol qət edib.Yağış altında keçirilən və təxminən 300 min insanın iştirak etdiyi açılış mərasimi tədbirlər və məşhur adların səhnəyə çıxması ilə davam edib.
Bütün dünyanın canlı izlədiyi tədbirdə qadın-qadın və kişi-kişi münasibətlərinin normallaşması diskomfort yaradıb. 4 ildən bir keçirilən Olimpiadanın tarixinə indiyədək belə hal yaşanmamışdı.
27-07-2024, 14:57
Zelenski bu tarixə kimi sülhə nail olmaq istəyir


Zelenski bu tarixə kimi sülhə nail olmaq istəyir

Ukrayna prezidenti Vladimir Zelenski Yaponiya İctimai Televiziyasına müsahibəsində bildirib ki, Kiyev 2024-cü ilin noyabr ayının sonuna kimi ölkədə sülhə nail olmaq üçün fəaliyyət planı hazırlamağı planlaşdırır.
Ukrayna prezidenti qeyd edib ki, belə bir məsələni onun administrasiyası və diplomatik komandası qarşısında qoyub.
Zelenski əmin olduğunu bildirib ki, Ukrayna ordusunun güclənməsi, ilk növbədə ABŞ-ın dəstəyi və Rusiyaya beynəlxalq diplomatik təzyiqlər münaqişəyə ədalətli son qoyacaq üç komponentdir.
Bundan əvvəl o, Moskva ilə danışıqları istisna etmədən, Rusiya Federasiyasının nümayəndələrinin Ukraynada sülh məsələsi üzrə ikinci sammitdə iştirak etməli olduğunu açıqlamışdı.
27-07-2024, 14:44
Parlament seçkilərini müşahidə edəcək müşahidəçilərin sayı


Parlament seçkilərini müşahidə edəcək müşahidəçilərin sayı

1 sentyabr növbədənkənar parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlanıb.
Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.
O deyib ki, indiyə qədər 2794 müşahidəçi qeydə alınıb. Onların 1867-si öz təşəbbüsü ilə müraciət edib, 569-u QHT-lər, 126-sı isə YAP xətti ilə qeydiyyatdan keçib.
ATƏT Təsisatlar və İnsan Hüquqları Bürosunun isə 11 beynəlxalq müşahidəçisi qeydə alınıb.
27-07-2024, 14:38
87 nəfərin deputatlığa namizədliyi qeydə alınıb - MSK sədri


87 nəfərin deputatlığa namizədliyi qeydə alınıb - MSK sədri

İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar 1255 nəfərin deputatlığa namizədliyi irəli sürülüb.
Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.
Namizədliyi irəli sürülən 1255 nəfər arasında 454 nəfər 25 siyasi partiyanın nümayəndəsidir.
Ümumilikdə 516 namizədliyi irəli sürülən şəxsin siyasi partiya mənsubiyyəti var.
"Deputatlığa namizədliyini irəli sürənlərdən 1092 nəfəri imza vərəqəsi alıb, 388 nəfər isə imza vərəqələrini qaytarıb", - deyə MSK sədri əlavə edib.
M.Pənahov qeyd edib ki, indiyə qədər 87 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
27-07-2024, 14:36
Məzahir Pənahovdan deputatlığa namizədlərə xəbərdarlıq


Məzahir Pənahovdan deputatlığa namizədlərə xəbərdarlıq

"Hələ seçkiqabağı təşviqat başlamayıb, media orqanları bunu nəzərə almalıdır".
Bunu oyulun 27-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov bildirib.
MSK deyib ki, qeydə alınmış namizədlər belə hallara yol verməməli, təşviqata başlamamalıdırlar.
“Belə hallar olsa, MSK araşdıraraq hətta həmin şəxsin namizədliyini də ləğv edə bilər”, - o əlavə edib.
27-07-2024, 13:30
Minimum əmək haqqı artacaq - AÇIQLAMA


Minimum əmək haqqı artacaq - AÇIQLAMA

Önümüzdəki zamanlarda minimum əmək haqqının artırılacağı ilə bağlı xəbərlər yayılıb. Hazırda 345 manat olan minimum əmək haqqının artım faizi nə qədər ola bilər?
İqtisadçı ekspert Xalid Kərimli bildirib ki, böyük ehtimalla minimum əmək haqqı yanvarın 1-dən artırılacaq:
“Artımın 10-15% arası olacağı gözlənilir. Ötən il 8.8% infilyasiya olub, bu il də infilyasiya gözlənilir. Ona görə də minimum əmək haqqının artırılmasında bu nüansların nəzərə alınacağını düşünürəm. Amma minimum əmək haqqının artırılması ciddi qərar olduğu üçün ciddi də analizlər tələb edir. Bu ölkədə əməkhaqqlarının şəffaflaşmasına dəstək verir”.
Ekspertin sözlərinə görə, burada özəl sektor da qanunvericiliyə riayət etməlidir:
“Bu baxımdan minimum əmək haqqının kəskin artırılması ölkədə özəl sektor üçün ciddi surətdə problem yarada bilər. Çünki özəl qurumların imkanlarınn məhdud, zəif olması, işçilərə daha yüksək əmək haqqı verilə bilməməsi problem yaradır. Hökumət işçi xərcinin kəskin artırılması zamanı özəl sektorun qarşılaya biləcəyi məbləği hesablayır. Bu zaman dövlətin özünün də maliyyə imkanları hesablanır”.
X.Kərimli qeyd edib ki, minimum əmək haqqı dedikdə maaşların ən aşağı miqdarı nəzərdə tutulur:
“Azərbaycanda əmək qabiliyyətli əhalinin yaşayış minimumu var ki, bu şəxslərə minimum nə qədər məbləğ lazımdır. Minimum əmək haqqı yaşayış minimumundan hazırda da yüksəkdir. Minimum əmək haqqı hər il infilyasiyaya uyğun olaraq artırılır. Önümüzdəki il də maksimim 390-400 manat olacaq”.
27-07-2024, 13:10
"Kurtlar Vadisi"nin məşhur aktyoru öldü


"Kurtlar Vadisi"nin məşhur aktyoru öldü

Türkiyənin tanınmış aktyoru Salahsun Hekimoğlu dünyasını dəyişib
Televiziya və səs aktyoru Salahsun Hekimoğlu 74 yaşında vəfat edib.
Qeyd edək ki, aktyor "Payitaht Abdülhamid", "Diriliş: Ertuğrul", "Kurtlar Vadisi", "Arka Sokaklar" və "Kavak Yelleri" kimi bir çox məşhur seriallarda rol alıb.
S.Hekimoğlu 1 yanvar 1950-ci ildə anadan olub. İstanbul Universitetinin İqtisadiyyat fakültəsinin məzunu olan Hekimoğlu 1988-ci ildən film və serialların səsləndirilməsində iştirak edir. Hekimoğlu aktyorluğa 2003-cü ildə "Həyat Bilgisi" serialındakı rolu ilə başlayıb.
27-07-2024, 12:58
Pezeşkianın andiçmə mərasiminin vaxtı irəli çəkildi


Pezeşkianın andiçmə mərasiminin vaxtı irəli çəkildi

İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın səlahiyyətlərinin icrasına başlama mərasimi sabah - iyulun 28-də keçiriləcək.
Mərasimdə yüksək səviyyəli siyasi və hərbi rəsmilərin iştirakı planlaşdırılıb.
Tədbirdə İran İslam Respublikasının ali rəhbəri Ayətullah Seyid Əli Xamenei də iştirak edəcək.
Məlumata görə, Pezeşkianın səlahiyyətlərinin icrasına başlama mərasimi sabah Tehranın İmam Xomeyni Hüseyniyyəsində keçiriləcək.
Yeni seçilmiş prezidentin andiçmə mərasimi yerli vaxtla saat 10:00-da İran telekanalları və "KHAMENEI.IR" və "Leader.ir" saytları vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, daha əvvəl bildirilmişdi ki, Məsud Pezeşkianın andiçmə mərasimi iyulun 30-u baş tutacaq.
Məsud Pezeşkian iyulun 5-də İranda keçirilən 14-cü prezident seçkilərində qalib gəlib. O, milliyətcə etnik azərbaycanlıdır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!