İlham Əliyev "Qarabağ"ı TƏBRİK ETDİ .....                        Amerikada bayraqlar yarıya endirildi .....                        Futbolçularım qəhrəmandır - Qurban Qurbanov .....                        "Qarabağ"dan möhtəşəm qələbə: Klub Çempionlar Liqasına yüksəldi - YENİLƏNİB .....                        Minsk Qrupu ləğv ediləcək - Proses başladı .....                        Ermənistan konstitusiyasını dəyişməsə... .....                        Naxçıvanda yeni aparat rəhbəri təyin edildi .....                        ABŞ-da məktəbdə atışma: 3 ölü, 20 yaralı .....                        Bakının üç rayonunda söküntü olacaq .....                       
11-10-2024, 17:31
Araik və digərlərinin həbs müddəti uzadıldı


Araik və digərlərinin həbs müddəti uzadıldı

Azərbaycan Respublikasının Qarabağ bölgəsinin və digər suveren ərazilərinin Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunduqdan sonra yaradılmış qondarma qurumun “prezidentləri” olmuş Arkadi Gukasyan, Bako Sahakyan, Arayik Harutyunyan, sabiq "xarici işlər naziri" Davit Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar David Manukyan və digərlərinin barəsində seçilmiş həbs qətimkan tədbirlərinin müddətinin uzadılması ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsinin vəsatətlərinə və Azərbaycan Respublikasının Baş prokurorunun təqdimatlarına Binəqədi rayon məhkəməsində baxılıb.
Bu barədə Baş Prokurorluqdan bildirilib.
Qeyd edilib ki, istintaqı Baş Prokurorluğun rəhbərlik etdiyi, Hərbi prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi və digər istintaq qurumlarının peşəkar əməkdaşlarından ibarət birgə istintaq qrupu tərəfindən aparılan cinayət işi üzrə separatçı rejimin ümumilikdə 14 nəfər üzvü Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məsuliyyətə cəlb olunub.
Məhkəmənin qərarına əsasən, qeyd olunan şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
11-10-2024, 17:25
Spiker qazaxıstanlı həmkarı ilə görüşüb


Spiker qazaxıstanlı həmkarı ilə görüşüb

Tacikistan Respublikası Konstitusiyasının qəbul olunmasının 30-cu ildönümü münasibətilə təşkil olunan Beynəlxalq Parlament Konfransında iştirak etmək məqsədilə bu ölkədə işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Düşənbə şəhərində Qazaxıstan Respublikası Parlamenti Senatının sədri Maulen Aşımbayev ilə görüşüb.
Görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin inkişafından məmnunluq ifadə olunub.
Senatın sədri Maulen Aşımbayev, Milli Məclisə seçkilərin uğurla keçirilməsi və yenidən Azərbaycan parlamentinin sədri seçilməsi münasibətilə Sahibə Qafarovanı təbrik edib. O, Azərbaycanın ölkəsi üçün çox mühüm və etibarlı tərəfdaş olduğunu və Qazaxıstanın Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini bildirib. Bu istiqamətdə qanunverici orqanlarımız arasında əməkdaşlığın əhəmiyyəti diqqətə çatdırılıb.
Milli Məclisin sədri Sahibə Qafarova təbriklərə görə minnətdarlığını bildirərək, Qazaxıstan Respublikası Parlamenti Senatının sədri ilə bundan əvvəl keçirdiyi görüşləri xatırladıb. O, bu görüşlərin və aparılan danışıqların qanunverici orqanlarımız arasında münasibətlərin dərinləşməsinə töhfə verdiyini bildirib. Spiker Sahibə Qafarova, xalqlarımızı ortaq tarix, mədəni və mənəvi dəyərlərin birləşdirdiyini, müstəqillik illərində isə ölkələrimiz arasında münasibətlərin daha da dərinləşdiyini ifadə edib. O, əlaqələrin hazırki yüksək səviyyədə olmasında dövlət başçılarımızın qarşılıqlı fəaliyyətinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qeyd olunub ki, dövlət başçılarımızın sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə böyük töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir.
Görüşdə son illərdə parlament rəhbərləri səviyyəsində həyata keçirilən mütəmadi qarşılıqlı səfərlərin və görüşlərin əlaqələrin inkişafına xüsusi töhfəsi qeyd olunaraq, hər iki ölkənin parlamentlərində mövcud olan dostluq qruplarının fəaliyyəti də müsbət qiymətləndirilib. Bildirilib ki, deputatların qarşılıqlı səfərləri, nüfuzlu beynəlxalq parlament təşkilatlarında mütəmadi görüşlərin keçirilməsi əlaqələrimizin daha da inkişafı və tərəfləri maraqlandıran məsələlərin müzakirəsi baxımından əhəmiyyətlidir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
11-10-2024, 17:14
Şəhidimizin övladı Türkiyədə əməliyyat olundu - VİDEO


Şəhidimizin övladı Türkiyədə əməliyyat olundu - VİDEO

Şəhid Seymur Ələsgərovun oğlu Eldar Əsgərov Türkiyədə əməliyyat olunub.
Şəhidimizin övladının əməliyyat və müalicə xərcləri YAŞAT Fondu tətəfindən qarşılanıb.
Bildirilib ki, balaca Eldarın əməliyyatı qardaş Türkiyədə dövlətində baş tutub.
Qeyd edək ki, YAŞAT Fondu növbəti dəfə vətəndaşlara şəhid ailələrinə dəstək üçün fonda ianələrini vermələri barədə müraciət edib.

11-10-2024, 16:53
Braziliya Prezidenti COP29-da iştirak edəcək


Braziliya Prezidenti COP29-da iştirak edəcək

Braziliya Prezidenti Luis İnasiu Lula da Silva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycana gələcək.
Bu barədə "Report"a Braziliya Xarici İşlər Nazirliyinin iqlim, enerji və ətraf mühit üzrə katibi Andre Korrea du Laqu məlumat verib.
O vurğulayıb ki, COP29 konfransı qarşıdan gələn COP30-a ev sahibliyi edəcək ölkə kimi Braziliya üçün son dərəcə önəmlidir.
“Əlbəttə, COP29 bizim üçün son dərəcə vacibdir, çünki bu tədbirdə yeni Kollektiv Kəmiyyət Hədəfləri - NCQG vasitəsilə maliyyələşdirmə mövzusuna toxunulacaq.
Beləliklə, maliyyələşdirmə ilə bağlı müzakirələr irəlilədikcə biz Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC's) üzrə daha səmərəli müzakirələr apara biləcəyik. Bu, Braziliyada keçiriləcək COP30-un əsas mövzusu olacaq", - katib qeyd edib.
11-10-2024, 16:47
Sahibə Qafarova Özbəkistan Senatının sədri ilə görüşüb


Sahibə Qafarova Özbəkistan Senatının sədri ilə görüşüb

Tacikistan Respublikasında işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Düşənbə şəhərində Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, görüşdə dost və qardaş ölkələrimiz arasında münasibətlərin dinamik inkişafından məmnunluq ifadə olunub.
Söhbət zamanı dost ölkələrimiz arasında əməkdaşlığın dinamik inkişafının qanunvericilik orqanları arasında da əlaqələrin daha da genişlənməsini şərtləndirdiyi diqqətə çatdırılıb. Parlamentlərimiz arasında əməkdaşlığın daha da dərinləşməsində cari ildə imzalanan Azərbaycan Respublikası Milli Məclisi ilə Özbəkistan Respublikası Ali Məclisi Senatı arasında parlamentlərarası əməkdaşlığın inkişafına dair 2024-2025-ci illər üçün praktiki tədbirlər planının ("Yol Xəritəsi") əhəmiyyəti xüsusilə qeyd edilib.
Görüşdə qarşılıqlı maraq doğuran digər mövzular haqqında fikir mübadiləsi aparılıb.
11-10-2024, 16:21
Muxtar Babayev fransalı nazirlə görüşdü


Muxtar Babayev fransalı nazirlə görüşdü

COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində Fransanın energetika naziri Olqa Jiverne ilə görüşüb.
Bu barədə COP29-un "X" hesabında paylaşım edilib.
Tərəflər yaşıl enerjinin saxlanması istiqamətində irəliləyişin COP29 Fəaliyyət Gündəliyinin əsas elementi olduğunu bildiriblər.
11-10-2024, 16:08
Bakıda bəzi ərazilərdə maşın saxlamaq qadağan edildi


Bakıda bəzi ərazilərdə maşın saxlamaq qadağan edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda bəzi ərazilərdə maşın saxlamağı qadağan edib.
Qurum bəyan edib ki, paytaxtda avtomobillərin sayı artdıqca maşını saxlamaq üçün yer tapmaq çətinləşir. Mövcud problemin həlli istiqamətində mütəmadi olaraq işlər görülür. Bu istiqamətdə İsmayıl bəy Qutqaşınlı küçəsində 29 yerlik parklanma məntəqəsinin təşkili üçün nişanlanma işləri görülüb.
Parklanma ilə bağlı Sabit Rəhman və Alı Mustafayev küçələrində də tədbirlər görülüb. Burada mövcüd parklanma məntəqələrində 3 ədəd məlumat lövhəsi yol nişanı quraşdırılıb.
Bəzi yollarda isə qanunsuz parklanmanın qarşısı alınıb. Belə ki, Məmməd Namazov, Kamal Rəhimov, Xəqan Dadaşov küçələri və Bilgəh-Pirallahı şosesində ("Amburan Mall") 9 ədəd “Dayanma və durma qadağandır” yol nişanı quraşdırılıb.
11-10-2024, 15:20
Bakının içməli su təminatında yenilik


Bakının içməli su təminatında yenilik

Bakı şəhərinin və ətraf ərazilərin içməli su təminatında duzsuzlaşdırılmış dəniz suyundan istifadəyə 2027-ci ilin sonunadək başlanılması planlaşdırılır.
Bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da qeyd edilib.
2024−2027-ci illərdə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən müvafiq sahədə beynəlxalq şirkətlərlə müqavilələrin bağlanılması və layihə sənədlərinin hazırlanması, dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində bir pilot layihənin həyata keçirilməsi nəzərdə tutulur.
Sənədə əsasən, eyni zamanda yüksək minerallaşmış yeraltı suların təmizlənməsi və istifadəyə cəlb edilməsi, su təminatında aktiv istifadə olunan kəhrizlərin sayının artırılması, kollektor, drenaj və tullantı sularının emalı və təkrar istifadəyə cəlb edilməsi, yağış sularının idarə olunması və istifadəyə cəlb olunması planlaşdırılır.
Azərbaycan əhalisinin içməli su ilə təmin edilməsi üçün ölkə üzrə 28,4 kubmetr/saniyə (894 milyon kubmetr/il) su tələb olunur. Lakin faktiki olaraq mərkəzləşdirilmiş formada xidmət göstərilən yaşayış məntəqələrinə mövcud içməli su mənbələrindən 21 kubmetr/saniyə (662 milyon kubmetr/il) su verilir. Bu sahədə mövcud su itkilərinin 37 % (7,77 kubmetr/saniyə) təşkil etməsi səbəbindən 13,23 kubmetr/saniyə su əhalinin istehlakına sərf olunur ki, bu da normativ tələblərdən 53,5 % (15,2 kubmetr/saniyə) azdır.
11-10-2024, 15:11
Qohum nikahları ilə bağlı qaydaya dəyişiklik edildi


Qohum nikahları ilə bağlı qaydaya dəyişiklik edildi

Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nda dəyişiklik edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Dəyişikliyə əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə uyğun olaraq dini təhsil müəssisələrinin proqramlarına erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələrinə dair mövzular daxil edir. Eləcə də dini təhsil müəssisələrində təhsilalanların, habelə din xadimləri tərəfindən gənclərin erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsinin artırılması üzrə tədbirlərin həyata keçirilməsini təşkil edir.
Bununla yanaşı, yerli icra hakimiyyəti orqanlarına gənclərin erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsini artıran tədbirlər keçirmək barədə əlavə səlahiyyətlər verilib.
11-10-2024, 15:05
Köçəryan Paşinyanı hədələdi - Siyasətə qayıdacağını bəyan etdi


[b]Köçəryan Paşinyanı hədələdi - Siyasətə qayıdacağını bəyan etdi[/b]

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan hazırkı hakimiyyəti hədələyib. Köçəryan bildirib ki, onun və komandasının ölkə təhlükə altında olduğu bir vaxtda siyasətlə məşğul olmaq hüququ var. Bununla da eks-prezident baş nazir Nikol Paşinyana mesaj ünvanlayıb.
Robert Köçəryan Ermənistan rəhbəri postuna namizəd olub-olmayacağı ilə bağlı jurnalistlərin sualına belə cavab verib:
“Mən bu sualı başa düşmürəm. 2008-ci il aprelin 9-dan siyasətlə məşğul olmamışam. 2018-ci ildən isə siyasət məni narahat etməyə başladı. Mən həm prezident, həm də baş nazir vəzifələrində çalışmışam. Deməliyəm ki, bu, bəzilərinə göründüyü qədər asan loxma deyil. Mən siyasətə qayıtmaq istəmirdim, amma ölkənin üzləşdiyi təhlükələr məni buna məcbur etdi. Nə qədər ki, bu təhdidlər davam edəcək, mənim və komandamın siyasətlə məşğul olmağa tam haqqı var”, - Ermənistanın ikinci prezidenti deyib.
Qeyd edək ki, eks-prezident Robert Köçəryan son zamanlar yenidən hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşüb. Sentyabrda ölkənin keçmiş rəhbərinə qarşı məhkəmə istintaqı bərpa edilib, "Mart işi" yenidən araşdırılır.
Köçəryan 2008-ci il martın 1-də baş vermiş faciəli hadisələrdə iştirakda ittiham olunur. O zaman prezident seçkilərindən sonra birinci prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi müxalifət səsvermənin nəticələrinə etiraz olaraq etiraz aksiyaları keçirib. Martın 1-də keçirilən etiraz aksiyaları İrəvanda iğtişaşlarla nəticələnib və 10 nəfər həlak olub.
Bu gün İrəvanda Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsində Robert Köçəryanın və digərlərinin işi üzrə dinləmələr keçirilib. Bu işdə Köçəryanla yanaşı, keçmiş müdafiə naziri Seyran Ohanyan, KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturov və baş nazirin keçmiş müavini Armen Gevorkyan da ittiham olunurlar. Onlar konstitusiya quruluşunu devirmək, xüsusilə külli miqdarda rüşvət almaq və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda təqsirləndirilirlər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!