Bakıda güclü PARTLAYIŞ - Yanğın söndürüldü - YENİLƏNİB .....                        Bakıdakı partlayıda xəsarət alan olmayıb .....                        Şəhid polkovnikin oğluna leytenant rütbəsi verildi - FOTO .....                        Cənubi Qafqaz həm çağırışlar, həm də imkanlarla üzləşir - Əmirbəyov .....                        Trampla Netanyahu razılığa gəldi - Qəzzada döyüşlər dayandırılır .....                        Ronaldo Səudiyyə klubunda qaldı .....                        Putin Belarusdadır .....                        Kılıçdaroğlu sükutu pozdu: “əgər CHP sədrliyinə qayıtmasam...” .....                        SEPAH generalının öldüyü təsdiqləndi .....                       
Tarix : 31-05-2025, 18:50
Rəsul Rzanın ev-muzeyi açıldı - FOTO


Rəsul Rzanın ev-muzeyi açıldı - FOTO

Bakıda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Rəsul Rzanın ev-muzeyinin təntənəli açılış mərasimi keçirilib.
Tədbirdə əvvəlcə Rəsul Rzanın ifasında lentə alınan arxiv materialı - “Dünyanın dərdi” şeiri səsləndirilib.
Mərasimdə çıxış edən Xalq yazıçısı Anar Rzayev muzeyin yaradılması ideyasının necə formalaşdığı barədə danışıb, Rəsul Rzanın həyat və yaradıcılığından söhbət açıb.
Mədəniyyət naziri Adil Kərimli ev-muzeylərinin xalqın mədəni yaddaşının qorunmasında oynadığı rolu vurğulayıb. Bildirib ki, Rəsul Rzanın ev-muzeyinin əsası Prezident İlham Əliyevin 2022-ci il tarixli Sərəncamı ilə qoyulub, 2023-cü ildə rəsmi olaraq təsis edilib və bu gün ictimaiyyətin istifadəsinə verilib. Qeyd olunub ki, Rəsul Rzanın Göyçay şəhərindəki ev-muzeyi isə 2004-cü ildə yaradılıb.
“Bu ev-muzeyi böyük sənətkarın irsini gələcək nəsillərə daha dolğun şəkildə çatdıracaq. Rəsul Rzanın və həyat yoldaşı, tanınmış şairə Nigar Rəfibəylinin xatirələri bu münasibətlə bir daha yad edilib. Hər bir eksponatda onların nəfəsini duymaq mümkündür. Bizim üçün qürurvericidir ki, Xalq yazıçısı Anarın təqdimatında Rəsul Rzanın həyat yolunun incəliklərinə səyahət etdik”, - A.Kərimli əlavə edib.
Xalq artisti, diplomat Polad Bülbüloğlu Rəsul Rza ilə bağlı xatirələrini bölüşüb. O, illər əvvəl Rəsul Rzanın sözlərinə bəstələdiyi mahnını xatırladaraq, bu evin onun üçün nostalji duyğular doğurduğunu bildirib. Polad Bülbüloğlu söyləyib ki, Azərbaycanın görkəmli sənətkarlarının xatirəsinin yaşadılması dövlət siyasətinin əvəzsiz hissəsinə çevrilib.
Xalq şairi Sabir Rüstəmxanlı ev-muzeyinin açılmasının Azərbaycan ədəbi-mədəni həyatında mühüm mərhələ olduğunu deyib: “Rəsul Rzanın yaradıcılığı dünya poeziyasında yeni nəfəs, yeni istiqamət olub və onun irsi hələ uzun illər ədəbiyyatımıza yol göstərəcək”.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov Rəsul Rzanın yalnız şair kimi deyil, bütöv bir mənəviyyat məktəbi yaradan şəxsiyyət kimi önəmini qeyd edib. O, “Pəncərəmi açdım sabaha” şeirini xatırladaraq, evin memarlıq quruluşunun da bu şeirlə ahəng təşkil etdiyini diqqətə çatdırıb.
Azərbaycan Yazıçılar Birliyinin katibi, şair Səlim Babullaoğlu Xalq yazıçısının ədəbiyyatdakı yenilikçi təfəkkürünü, klassik mövzulara yeni yanaşmalar gətirməsini xüsusi vurğulayaraq deyib: “Rəsul Rzanın mədəniyyətin digər sahələrində - kino və musiqidə də böyük xidmətləri olub. Onun təşəbbüsü və dəstəyi ilə yeni filmlər çəkilib, simfonik orkestr yaradılıb”.
Rəsul Rzanın ailə üzvləri sevinc və qürur hisslərini ifadə ediblər. Anar Rzayevin həyat yoldaşı Zenfira Səfirovanın təşəkkür məktubu nəvəsi tərəfindən oxunub.
Tədbir bədii hissə ilə davam edib. Xalq artisti Samir Cəfərov Rəsul Rzanın sözlərinə bəstələnmiş “Sənə də qalmaz”, Əməkdar artist Ramil Qasımov “Qızıl üzük” mahnılarını, Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirməsi isə şairin “Çinar” adlı şeirini səsləndirib.
Sonda qonaqlar ev-muzeyi ilə yaxından tanış olublar.










Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!