Zəngəzur dəhlizinə heç kim müqavimət göstərə bilməz! .....                        “Qarabağ” “Sumqayıt”a uduzdu .....                        Ağdərədə yanğın söndürüldü - VİDEO .....                        Şahin Mustafayev Rusiyada nələrdən danışdı? .....                        Güləşçimiz erməni rəqibini məğlub etdi: dünya çempionu oldu .....                        Füzuli və Arxadağ qardaşlaşdı .....                        Xarici agent elan edilən Markovdan AÇIQLAMA .....                        Liderlərin birgə bəyanatı - TAM MƏTN .....                        Sergey Markov Rusiyada xarici agent ELAN EDİLDİ .....                       
Tarix : 7-07-2014, 18:43

     

 

        Azərbaycan Respublikasının yetkililəri tərəfindən yelkənli qayıqların 470 Olimpiya sinfi üzrə 2016-cı ildə keçiriləcək Dünya Çempionatına ev sahibliyi etməsi ilə bağlı müraciət ünvanlanmışdır.

 

        İyul ayının 4-də Azərbaycan Yelkənli İdman Federasiyasının Prezidenti Qüdrət Qurbanovla Beynəlxalq Yelkənli İdman Federasiyasının (İSAF) Prezidenti cənab Karlo Kroçe və Avropa Yelkənli İdman Federasiyasının (EUROSAF) prezidenti Marco Predier arasında görüş keçirilmişdir.

Görüş zamanı Qüdrət Qurbanov son illər yelkənli idman növünə gənc nəsil arasında marağın atdığını vurğulayaraq, Azərbaycanda yelkənli qayıq idman növünün yaranma və inkişaf tarixindən bəhs etmiş, qeyd edilən idman növünün Azərbaycan Respublikasında inkişaf etdirilməsi ilə əlaqədar Azərbaycan Yelkənli İdmanı Federasiyası tərəfindən hazırlanmış inkişaf planı, həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat vermişdir.

Qüdrət Qurbanov Azərbaycanın Xəzər dənizi sahilində yerləşməsini, xüsusilə də Bakı körfəzinin coğrafi mövqeyinin, doğma şəhərimizin küləklər diyarı olmasını, şəhərin ətrafında getdikcə artan turizm və istirahət zonalarının mövcudluğunu və bu idman növünün inkişafı üçün münbit şəraitin olduğunu qeyd etmişdir.

 

        Azərbaycan Respublikasının beynəlxalq səviyyəli yarışlara yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayan Qüdrət Qurbanov Bakı şəhərində mövcud olan hava şəraitinin yelkənli qayıq yarışlarının keçirilməsi üçün çox əlverişli olduğunu bildirərək yelkənli qayıqların 470 Olimpiya sinfi üzrə yeniyetmələr arasında 2016-cı ildə keçiriləcək Dünya Çempionatına Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinin ev sahibliyi etmək istəyi barədə məlumat vermişdir.

Cənab Karlo Kroçe də öz növbəsində Azərbaycan Respublikasının belə bir təşəbbüslə çıxış etməsini çox müsbət qarşılayaraq Azərbaycanın hazırkı vaxtadək ev sahibliyi etdiyi beynəlxalq idman yarışlarının yüksək səviyyədə keçirildiyini və 2015-ci ildə 1-ci Avropa Olimpiya oyunlarının Vətənimizdə keçirilməsinin beynəlxalq idman ictimaiyyəti tərəfindən Respublikamızda idman sahəsində görülən işlərə verilən qiymətin təsdiqinin bariz nümunəsi olduğunu bildirmişdir.

Beynəlxalq Yelkənli İdman Federasiyasının (İSAF) və Avropa Yelkənli İdman Federasiyasının (EUROSAF) rəhbərləri ümumiyyətlə Azərbaycanda yelkənli idman növünün inkişafının yeni mərhələsinə böyük ümidlər bəslədiklərini qeyd edərək bu işdə müvəffəqiyyətlər arzulamışlar və öz geniş beynəlxalq səlahiyyətləri çərçivəsində Azərbaycan Yelkənli İdman Federasiyasına (AYİF) daimi lazımi dəstək verilməsinə hazır olduqlarını bir daha vurğulamışlar.

Görüşün sonunda Qüdrət Qurbanov Beynəlxalq Yelkənli İdman Federasiyasının (İSAF) prezidenti cənab Karlo Kroçeni Azərbaycana səfər etməyə dəvət etmişdir.

                      Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası Mətbuat Xidməti



Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!