Köçkün yataqxanasındakı yanğınla bağlı AÇIQLAMA .....                        Bu, həqiqətən yaxşı bir sənəddir - Mirzoyan .....                        Maşın qaz xəttinə çırpıldı, beş kənd qazsız qaldı .....                        Türkiyə Paşinyanı dəstəkləyir - Hakan Fidan .....                        Ötən il 540 nəfər məcburi Azərbaycana gətirilib .....                        Naxçıvanda vəzifəli şəxs işdən çıxarıldı - Yeni təyinat .....                        Azərbaycandakı sayt və sosial şəbəkələrdə əxlaqsız paylaşımlar QADAĞAN EDİLDİ .....                        Bəzi həkimlərin maaşına əlavələr veriləcək - QƏRAR .....                        1184 əcnəbi Azərbaycandan çıxarılıb .....                       
Tarix : 10-11-2015, 09:33
"Bakutel-2015" sərgi-konfransına dair Tədbirlər Planı təsdiqlənib


Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov rəhbərlik etdiyi qurumun dəstəyi və təşkilatçılığı ilə 2-5 dekabr tarixlərində baş tutacaq “Bakutel-2015” XXI beynəlxalq sərgi-konfransının təşkili məqsədilə hazırlanmış Tədbirlər Planını təsdiq edib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, tədbirlər planı, həmçinin “Digital Single Market” adlı konfrans və nazirlər toplantısının, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının elm və texnologiya sahəsində əməkdaşlıq üzrə nazirlər toplantısının, III Azərbaycan-Belarus İKT forumunun, informasiya cəmiyyətinin inkişafı üzrə yüksəksəviyyəli işçi qrupunun iclasının, II Azərbaycan-İsrail İKT forumunun, “İKT İnnovasiyalarının Regional İnkişaf Mühitinin Yaradılması” devizi altında III “Regional İnternet İdarəçilik Forumu Azərbaycan” (RİFAZ 2015) tədbirinin, “Azərbaycan Respublikasında İKT infrastrukturunun və İKT xidmətlərinin davamlılığının və səmərəliliyinin modernləşdirilməsi layihəsi” və UNDESA-nın birgə təşkilatçılığı ilə dövlət qulluqçuları üçün nəzərdə tutulmuş “Təkmilləşmiş dövlət xidmətlərinin çatdırılması üçün e-hökumətin təbliği” adlı seminarın və RYTN və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə “Big data: imkanlar, multidisiplinar problemlər və perspektivlər” respublika elmi-praktiki konfransının təşkili məsələlərini də ehtiva edir.

Tədbirlər Planında Bakı Ekspo Mərkəzində sərginin keçirilməsi ilə əlaqədar 11 min kvadrat metrlə təchiz olunmuş sahənin, konfrans zallarının və təşkilati işlərin görülməsi üçün nəzərdə tutulan otaqların icarəyə götürülməsi, Bakı Ekspo Mərkəzində və tədbir ərəfəsində təşkil olunacaq digər iclasların keçiriləcəyi məkanlarda lazımi texniki və ofis avadanlıqlarının təşkili, tədbirlərin tərcüməçilərlə təmin olunması, eləcə də tədbirlərin təşkilinə nazirliyin şöbələri və istehsalat birliklərinin nümayəndələrinin cəlb olunması, tədbirlər üçün çap materiallarının hazırlanması nəzərdə tutulub.

Tədbirlər Planına görə, tədbir mətbuatda işıqlandırılacaq və tədbirə mətbuat nümayəndələri dəvət ediləcək.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!