"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 26-05-2017, 10:21
Püşklər atıldı, - ən güclü 16?

Böyük marağa səbəb olan "QOLAT CUP"da qrup mərhələsindən sonrakı oyunları müəyyənləşdirmək üçün püşk atmalar oldu. Bir neçə komanda son turda özlərini növbəti mərhələyə yazdırmağı bacardılar. Beləki dörd ayrı səbətdə yer alan komandalar, püşk atmadan sonra aşağıdakı kimi qarşılaşdılar.

1. ⁠⁠⁠⁠⁠COME BACK - FAVORIT
2. SOCCER TJ - PIRAMIDA
3. ROMA - FUTBOLPLANET.AZ
4. BALKAN - PULLMAN HOTEL
5. KOLONYA - BOYUKSHOR
6. HYDRASAN - GOBUSTONE
7. ARMADA - ROMALILAR
8. AJAX BAKU - ABSHERON

Püşkatmalardan sonra komanda kapitanlarından alınan müsahibələri sizlərə olduğu kimi təqdim edirik.

Asim (“Armada”): Nə özümüzə, nə də rəqibə üstünlük verirəm

Püşkatmanın nəticəsini necə qiymətləndirirsiz ?

-Püşkatma qənaətbəxşdir. Hər iki komandanın şansları var. Hər iki komandaya uğurlar arzulayıram.

İlk baxışda özünüz “Armada”nın üzvü deyil bir azarkeş kimi hansı komandaya üstünlük verərdiniz ?

-İlk baxışdan hansısa komandaya üstünlük vermək olar. Ancaq oyunda hər şey olur. Elə hal yaşanıb ki, düşünmüşük ki üstünlük bizim tərəfimizdədir. Ancaq həmən oyunda sonda tərsinə olub. Ona görə mən hansısa komandaya üstünlük vermirəm.

Rəqibdən qorxmursuz ?

-Rəqibdən qorxmaq deyəndə ki, qorxmuruq. Çıxıb oyunumuzu oynayacağıq. İki komandadan biri udub, digəri uduzacaq.

Oyunun vaxtından razısızmı ?

-Razıyıq. Bizim üçün fərqi yoxdur. Rəqib vaxtı dəyişmək istəyirdi amma dəyişsələr də bizim üçün fəqi yoxdur. Bütün komandalara da uğurlar.

Bəhruz (“Roma”): Gücümüzü göstərmək istəyirik

Oyunun vaxtında problem yoxdur ?

-Hər bir vaxtla razılaşırıq. Sadəcə “FutpolPlanet”də alınmır oynamaq. Ən yaxşı variant hansıdırsa onunla razılaşıram. İstəmərəm ki, texniki məğlubiyyət olsun. Biz də oynayıb gücümüzü göstərmək istəyirik.

“Roma” “FutbolPlanet”lə qarşılaşmada hansı nəticəyə ümid edir ?

-Biz final üçün oynayırıq. Qrupda 3/3 etmişik. Çempionatın favorit komandalarından biriyik.

Püşkatmanın keçirilmə şəraitindən razısınızmı ?

-Çox razıyam. Ürəkdə qaranlıq və şübhə doğuracaq heç nə yoxdur . Səmimi şəkildə oldu hər şey. Çempionatın təşkilatçıları da səmimi, mehriban insanlardır.

Mehman (“Abşeron”): Biz öz oyunumuzu oynayacağıq

Püşkatma ilə bağlı nə deyə bilərsiz ?

-Çox gözəl. Ədalətli.

Rəqibiniz çətin deyil ?

-Hər işdə bir çətinlik var. Biz öz oyunumuzu oynayacağıq.

Güclü rəqiblə qarşılaşmada “Abşeron” nəyə ümid edə bilər ?

-Qələbə.

Oyunun vaxtı ilə bağlı problem yoxdur ?

-Xeyr. Hər şey normaldır.

Turnirlə bağlı hansısa irad və ya təklifiniz varmı ?

-Son oyunumuzda top məsələsi pis oldu. Udduğumuz oyunu heç-heçə etdik. Qələbəyə biz layiq idik. Biz o topa öyrəşməmişdik. Rəqibin xətrinə dəyməmək üçün biz həmişə istəyirik ki, hər şey normal olsun. Heç-heçə etsək də yenə qrupdan çıxdıq. Yenə deyirəm hər şey normaldır.

Rahim (“Romalılar”): Məncə onlar özlərinə çox da güvənməsinlər

Püşkatmanın nəticəsi haqqında nə deyə bilərsiz ?

-Hər kəs fikirləşir ki, “Armada” qalib gələcək amma mən elə düşünmürəm. Bütün yarış və çempionatlarda gördüyümüz kimi nisbətən zəif görünən komanda qalib, favorit görünən komanda isə məğlub ola bilir. Əsas oyundan asılıdır hər şey. Mən düşünürəm ki, hər kəs öz gücünə uyğun mübarizə aparsa, biz onlara qalib gələ bilərik. Baxmayaraq ki, onlar çox iddialı danışırlar. Məncə onlar özlərinə çox da güvənməsinlər. Hər şey oyunda həll olur.

Səncə oyunda onlara çətin olacaq ?

-Əlbəttə. Mən fikirləşirəm ki, onlar bizi məğlub etsələr belə, çox çətin məğlub edəcəklər. Onlara çox problem yaradacağıq.

Oyunun vaxtından razısız ?

-Razılaşdıq. Amma bir az axşam çağı etmək istəyirdik. Dedilər ki, orucluğa görə səhər olsa lap əlverişli olar. Amma yenə də bu vaxt bizim üçün ideal vaxtdır.

Sona qalan 16 komandaların hər biri öz komanda oyunlarıyla seçilən komandalardır və bizə görə isə hazırda mütləq qalib komanda yoxdur, bərabər səviyyəli oyunçular var bütün komandalarda. Bu bazar günü ən güclü 8 komanda müəyyən olacaqdır, çempionatımızda həyacan hər həftə daha da artmaqdadır. Bizə dəstək olan bütün izləyicilərimizə və oxucularımıza dərin təşəkkürlərimizi bildiririk.

Sonda isə QOLAT SPORT SERVİCE adından bütün komandalara uğurlar arzu edirik , hər zamankı kimi : "Güclü olan qazansın!" .



Hazırladı: Səbuhi Allahverdizadə


Paylaş



Bölmə: İdman / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!