Ərəb Əmirlikləri ilə sürücülük vəsiqələrimiz qarşılıqlı tanınacaq .....                        Prezident sazişi təsdiqlədi .....                        Hatayı zəlzələdən sonra su basdı .....                        Malatyada təhsil alan tələbələrimiz hələ də tapılmayıb .....                        Türkiyəylə danışıqlarda irəliləyiş var - Mirzoyan .....                        Zəlzələ bölgəsindəki Azərbaycan vətəndaşları siyahıya alınır .....                        Xarici diplomların tanınması üçün keçiriləcək imtahanın qiyməti açıqlandı .....                        Türkiyənin zəlzələdən əvvəlki və sonrakı görüntüləri təqdim edilib .....                        Əvvəlki müddətdə xaricdə təhsil almış şəxslərin diplomları tanınacaq .....                       
29-09-2021, 19:21
Ölkədə bu gün peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 67 977 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 583, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 52 394 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 485 952, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 745 715, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 740 237 təşkil edir.

Bütov.az
29-09-2021, 19:14
Olimpiya mükafatçımız anasının yasına görə Azərbaycana gəlmədi

Taekvondo üzrə Olimpiya mükafatçısı, IV İslam Həmrəyliyi Oyunlarının qalibi Patimat Abakarovanın millinin hazırlıqlarında iştirak etməməsinin səbəbi bilinib.

Bütov.az xəbər verir ki, bu barədə məlumatı qadın millimizin yeni baş məşqçisi Səbuhi Zülfüqarov verib.

“Onun anasının oktyabrın 4-5-də ildönümü olacaq. Bu səbəbdən də Patimat hazırda Dağıstandadır. Oktyabrın 8-dən o da komanda ilə birgə hazırlıqlara qoşulacaq”.
29-09-2021, 19:12
Ərdoğanla Putin Soçidə görüşdü - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında Soçidə baş tutan görüş yekunlaşıb.

Mətbuata qapalı keçirilən görüş 2 saat 45 dəqiqə davam edib.
Soçidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezident Vladimir Putin arasında görüş başlayıb.

Görüş mətbuata qapalı keçirilir.

Qeyd edək ki, Ərdoğanın səfəri Rusiyanın dövlət başçısının dəvəti ilə təşkil edilib.




Bütov.az
29-09-2021, 19:00
Mərkəzi Bank Rusiyadakı azərbaycanlı milyarderi MƏHKƏMƏYƏ VERDİ

Azərbaycan Mərkəzi Bankın 8 şirkətə qarşı cəza protokolu tərtib etməsilə bağlı məlumat yayılıb. Bildirilib ki, həmin şirkətlər barəsində tərtib edilən inzibati protokollar müvafiq olaraq qeydiyyat ünvanlarındakı rayon məhkəmələrinə təqdim edilib.

Modern.az məsələ ilə bağlı Mərkəzi Banka sorğu ünvanlayıb.

Mərkəzi Bankdan Modern.az-a verilən cavabda məlumat təkbiz edilməyib. Bildirilib ki, sorğu olunan məlumatlar bank əməliyyatları ilə bağlıdır:

“Bu səbəbdən Mülki Məcəllənin 967-ci və “Banklar haqqında” Qanunun 41-ci maddələrinə görə bank sirrini təşkil edir. Çünki burada müştərinin bank hesabına xidmət göstərən bank, xarici valyuta əməliyyatının məbləği və təyinatı və s. yer alır. Ona görə də məhkəmənin qanuni qərarı olmadan hər hansı şəxsə açıqlana bilməz. Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinin (İXM) 51-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə məlumatların yayılmasına yol verilmir və yalnız icraatında olan hakimin hesab etdiyi həcmdə açıqlana bilər”.

Yayılan məlumata görə, “Navi” MMC, “Futales” MMC, Teymur Əhmədov adına “Aznar” QSC, “Lopart” MMC, “Avtotexno” MMC, “Göyçay-Şərab” Açıq Səhmdar Cəmiyyəti, “Tıfanı Ltd” MMC, “Ysm Auto Oil Ltd” MMC şirkətlərilə bağlı İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilən cərimə protokolu rayon məhkəmələrinə göndərilib. İndex.az-ın məlumatına görə, bu maddə İXM-də valyuta tənzimi qaydaları pozulmasına görədir. Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Sahibkar müqavilə bağlayaraq, xarici şirkətə ödəniş edib, sövdələşdiyi vaxt yox, 2 il müddət çərçivəsində malı həmin şirkətdən ya almalı, ya da ödədiyi maliyyə vəsaitini geri qaytarmalıdır. Bunlara əməl etmək mümkün olmadıqda isə sahibkarlara Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən, müqavilə məbləğinin 20-30 faizi civarında cərimə protokolu tərtib olunur.

Qeyd edilib ki, siyahıda adı olan Teymur Əhmədov adına “Aznar” QSC rusiyalı iş adamı, milyarder Fərhad Əhmədova məxsusdur. Fərhad Əhmədov və ona məxsus şirkətlərin adları son zamanlar müxtəlif qalmaqallarda hallanır.

Xatırladaq ki,bundan əvvəl AMB, Rusiyada yaşayan daha bir Azərbaycan əsilli milyarder-Araz Ağalarovun şirkəti ilə bağlı eyni inzibati cərimə protokolu tərtib etmişdi.

Bütov.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!