Yandırılmış Kitablar üçün Mərsiyə .....                        Bu yolda sürət həddi endirildi .....                        Fidan alman həmkarı ilə görüşdü .....                        Prezident Şahbaz Şərifə təşəkkür etdi .....                        Baydenin Ukrayna üçün son hərbi yardımı .....                        İlham Əliyev Pezeşkian və Sisiyə məktub yazdı .....                        Bakı metrosunun yeni sədri kimdir? .....                        Qazaxda traktor aşdı - Ölən var .....                        Makronun sözləri müxalifəti qəzəbləndirdi .....                       
22-11-2021, 19:13
Ölkədə son sutkada 33 nəfər koronavirusdan ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 825 yeni yoluxma faktı qeydə alınıb, 1283 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 33 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 574 799 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 539 494 nəfər müalicə olunaraq sağalıb, 7 657 nəfər vəfat edib, aktiv xəstə sayı 27 648 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6199, ötən müddət ərzində isə ümumilikdə 5 449 379 test aparılıb.

Bütöv.az
22-11-2021, 19:05
Bakıda xarici vətəndaşın kartından 27 min dollar oğurlandı - VİDEO

Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə şikayət edən ölkəmizdə yaşayan xarici dövlətlərdən birinin vətəndaşı onun bank kartından 27 min dolların naməlum şəxslər tərəfindən oğurlandığını bildirib.

Bu barədə Bütöv.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri Zöhrab Əliyev və Orxan Qafarov saxlanılaraq istintaqa təqdim ediliblər.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslər ödənişli virtual oyunlardan istifadə edən zaman zərərçəkənin kartından istifadə ediblər. Daha sonra həmin kartda olan pul vəsaitini onlayn alış-veriş saytlarında xərcləyərək müxtəlif təyinatlı ödənişlər ediblər.

Həmin şəxslər ifadələrində etdikləri əməli etiraf ediblər.

Qeyd edilən faktla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Zöhrab Əliyev və Orxan Qafarov barəsində araşdırmalar davam etdirilir.

22-11-2021, 19:02
Rafael Ağayev: "Söz verirəm ki, medallarımızın sayı çox olacaq"

"Biz komanda yarışlarında üçüncü olduq. Bu, tək mənim yox, bütün Azərbaycanın qələbəsidir".

Bütöv.az xəbər verir ki, bu fikirləri Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki dünya çempionatında komanda kumitedə bürünc medal qazanmış Azərbaycan karateçisi Rafael Ağayev instaqram hesabında bildirib.

75 kq çəki dərəcəsində çıxış edən idmançı qələbəni şəhidlərə, bu il dünyasını dəyişən anasına və dostu Elnurun 7 yaşında vəfat edən Ömər adlı övladına həsr edib: "Hamınızı bağrıma basıram. Gələcəkdə medallarımızın sayı çox olacaq. Buna söz verirəm."
22-11-2021, 18:56
Bu instituta yeni səlahiyyət verildi

Nazirlər Kabinetinin “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2010-cu il 14 dekabr tarixli 235 nömrəli və “Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2017-ci il 21 dekabr tarixli 584 nömrəli qərarlarında dəyişiklik edilib.

Axar.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”a İqtisadi Elmi Tədqiqat İnstitutu da əlavə olunub.

Bütöv.az
22-11-2021, 18:38
Azərbaycan Vatikanda səfirlik açır - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda Səfirliyinin təsis edilməsi haqqında qanunu imzalayıb.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Sənədə əsasən, Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda Səfirliyi təsis edilir.

Bundan başqa, Prezident Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda Səfirliyinin fəaliyyətinin təmin edilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etsin;

1.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etsin.

Bütöv.az
22-11-2021, 12:42
Bakıda 2 gün bağlı qalan yol açıldı

Noyabrın 20-21-də Bakının Əbdülvahab Salamzadə küçəsinin Tbilisi prospekti ilə kəsişməsində yerləşən yol ötürücüsünün sıradan çıxmış köhnə temperatur şovları yenilənib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Axar.az-a verilən məlumata görə, təmir-tikinti işləri körpünün “Qələbə dairəsi” istiqaməti üzrə hərəkət hissəsində aparılıb.

Sürücüləryol ötürücüsünün sözügedən hissəsi üzrə rahat və təhlükəsiz şəkildə avtonəqliyyat vasitələrini idarə edə bilərlər.

Bütöv.az
22-11-2021, 12:35
Şəmkirin sabiq icra başçısının həbs müddəti uzadıldı

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla vəzifə cinayətləri ilə bağlı həbs olunan Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə ibtidai istintaq davam edir.

APA-nın əldə etdiyi məlumata görə, Səbail Rayon Məhkəməsində sabiq icra başçının həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Məhkəmə A.Məmmədovun həbs-qətimkan tədbiri müddətinin daha üç ay uzadılması ilə bağlı qərar verib.

Qeyd edək ki, rəsmi məlumata görə, Şəmkir Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri tərəfindən külli miqdarda dövlət əmlakının ələ keçirilməsi, vətəndaşların hüquqlarına zərər vurulması ilə bağlı qanunsuz əməllərə yol verilməsinə dair məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilib.

Başlanılmış cinayət işi üzrə araşdırmalar zamanı Məmmədov Alimpaşa Adil oğlunun Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı kimi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, Şəmkir rayonu Çinarlı bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 2 milyon 844 min manat dəyərində əmlakı olan “Çinarlı Qəsəbə” MMC-nin bütün paylarını oğlu Adilzadə Adil Alimpaşa oğlu və tabeçiliyində fəaliyyət göstərən digər şəxslərə məxsus “Şəmkir Səbət Ticarət Mərkəzi” MMC-yə cəmi 40 manata satılmasını, Şəmkir şəhər Bələdiyyəsi tərəfindən təsis edilib, mülkiyyətində 967 min manat dəyərində qida məhsulları istehsal zavodu olan “Abad Şəmkir” MMC-nin bütün paylarını oğlu Adil Adilzadəyə cəmi 180 manata satılmasını təmin edib xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Alimpaşa Məmmədovun Şəmkir rayon ərazisində abadlıq işlərinin görülməsi ilə bağlı “Ağstafasutikinti” MMC-nin hesabına köçürülmüş 218 min manat külli miqdarda pul vəsaitini nağdlaşdıraraq təkrar mənimsəmə yolu ilə ələ keçirməsinə, Şəmkir rayonu ərazisində dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına tikinti və abadlıq işləri, əsaslı və cari təmir, habelə yolların təmir edilməsi ilə bağlı işləri yerinə yetirən ayrı-ayrı şəxslərdən ümumilikdə 382 min manat, rayon ərazisində sahibkarlıq və yaşayış təyinatlı tikinti işlərinin aparılması ilə bağlı ayrı-ayrı vətəndaşlardan ümumilikdə 217 min manat vəsaiti tabeçiliyində olan şəxslər vasitəsi ilə rüşvət qismində istəyərək almasına əsaslı şübhələr müəyyənləşib.

Alimpaşa Məmmədovun həmçinin rayon icra hakimiyyəti başçısının ərazi icra nümayəndələri və digər yerli dövlət təsisatlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında 3 min - 10 min manat məbləğində pul vəsaitləri tələb edərək almasına dair əldə edilmiş məlumatlar üzrə araşdırma aparılır. Eləcə də, onun mənimsəmə və rüşvət alma yolu ilə pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədi ilə 832 min manat vəsaitin oğlu Adil Adilzadənin adına təsis etdiyi “Az Forel” MMC-nin Şəmkir rayonunda yerləşən balıqyetişdirmə və emalı müəssisəsinin tikintisinə və digər xərclərinə yönəltməklə cinayət yolu ilə əldə etdiyi külli miqdarda pul vəsaitlərini leqallaşdırmasına əsaslı şübhələr müəyyənləşib.

Alimpaşa Məmmədovun xidməti və yaşayış yerlərinə baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.

Alimpaşa Məmmədov Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bütöv.az
22-11-2021, 12:28
Putinin masasındakı SİRLİ DÜYMƏ - VİDEO

Rusiya prezidenti Vladimir Putinlə Özbəkistan prezidenti Şavkat Mirziyoyev arasında danışıqlardan əvvəl Kremlin hesabatında Putinin masasına quraşdırılmış düymə böyük marağa səbəb olub.

Bütöv.az xəbər verir ki, prezidentin mətbuat xidmətindən bildirilib ki, masada quraşdırılan xüsusi düymədən istifadə etməklə Rusiya lideri təcili olaraq köməkçiyə zəng edə və ya onlardan çay gətirməyi xahiş edə bilər.
Öz növbəsində, prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putinin də xüsusi telefon nömrəsi var və bu telefon vasitəsilə o, hökumət rəhbərliyi, departament rəhbərləri, prezident administrasiyasının rəhbərliyi və digər abunəçilərlə birbaşa əlaqə saxlaya bilər. Qeyd edək ki, Putinin “gizli” düyməsi Rusiyanın gerbi və “qəbul” yazısı olan taxta qutuya bənzəyir.


22-11-2021, 12:25
Fransa liqasında qalmaqal - VİDEO

Fransa Liqa 1-də XIV turun "Lion" - "Marsel" görüşü yarımçıq qalıb.

Bütöv.az xəbər verir ki, yerli azarkeşlər qonaq futbolçuların oynamağına imkan verməyib. Belə ki, oyunun 5-ci dəqiqədə "Marsel" künc zərbəsi yerinə yetirməyə başlayarkən tribunadan yad əşyalar atılıb. Nəticədə, yarımmüdafiəçi Dimitri Payetin başına şu qabı dəyib.

Baş hakim oyunu dayandırıb.


22-11-2021, 12:08
Pensiyaya çıxmaq istəyənlərin nəzərinə -  VİDEO

Azərbaycanda hər il minimum pensiya artır və bu artıma uyğun olaraq pensiya kapitalı üçün nəzərdə tutulan məbləğ də artır.

Çünki minimun pensiya kapitalı 144 aylıq minimum pensiya məbləğinə bərabərdir. Milli Məclisin büdcə müzakirələrində pensiya kapitalı ilə bağlı təkliflər verilib.

Bizim.Media xəbər verir ki, mövcud qanunvericiliyə əsasən, Azərbaycanda orta pensiya müddəti 12 il nəzərdə tutulur.

Vətəndaşın pensiya kapitalı da hesablanarkən məhz 12 il müddəti əsas meyar kimi götürülür. Pensiyaların verilməsi aylıq hesabıyla ifadə olunduğu üçün 12 il müddəti 12 aya vurulur və orta pensiya müddəti 144 ay qəbul edilir.

Bu hesabla minimum pensiya 200 manat olduqda pensiya kapitalı da 28 min 800 manata bərabər olur. Vətəndaş 28 min 800 manat pensiya kapitalı yığdıqdan sonra minimum pensiya almaq hüququna malik olur. Hər il minimum pensiyanın artımı fonunda bu alqoritmə əsasən pensiya kapitalı üçün nəzərdə tutulan məbləğ də artır.

Millət vəkili Vüqar Bayramov deyir ki, vətəndaşdan tələb olunan minimum pensiya kapitalı məbləğinin hər il daha da yüksəlməməsi üçün təkliflər hazırlanıb.

Millət vəkili deyir ki, etdikləri bu təkliflə bağlı bir çox ölkələrdə mexanizmlər də mövcuddur. Bu təklif qəbul olunacağı təqdirdə, vətəndaş pensiya yaşına çatana qədər nə qədər pensiya kapitalı yığmalı olduğunu əvvəlcədən biləcək.

Minimum pensiya məbləğindən asılı olaraq artan pensiya kapitalı tələbi isə bir sualı da aktuallaşdırır. Tələb olunan pensiya kapitalını yığa bilməyən və pensiya yaşına çatmış vətəndaş necə pensiya alacaq?

Qeyd edək ki, növbəti il üçün minimum pensiya məbləğinin 240 manata qaldırılması planlaşdırılır.

Bu da o deməkdir ki, pensiya kapitalına tələb 34 min 560 manat olacaq ki, bu da 5760 manat artıq vəsait toplamaq deməkdir. Mövcud qanunvericilik dəyişməsə, minimum pensiya məbləği artdıqca pensiya kapitalına tələb də artacaq.




Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!