Dövlət Komitəsində Miqrasiya Əməkdaşlıq Platformasının təmsilçiləri ilə görüş keçirilib .....                        Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
5-11-2021, 18:34
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 42 918 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6134, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9669, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 27 115 nəfərdir.

Bütöv.az
5-11-2021, 18:26
Ukrayna “Bayraktar”ın sayını artıracaq

Rəsmi Kiyev “Bayraktar” pilotsuz hücum təyyarələrinin sayını artırmaq niyyətindədir.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş qərargah rəisi Sergey Şaptala bildirib.

“Dövlət bizə “Bayraktar”ı alır. Onlar xidmətimizdədir və biz bununla dayanmırıq, onların sayını daha da artıracağıq”, - deyə o qeyd edib.

Mənbə: RİA Novosti

Bütöv.az
5-11-2021, 18:14
Bakıda taksi sürücüsü adı ilə narkokuryerlik edən şəxslər ƏLƏ KEÇDİ - VİDEO

Bakıda taksi sürücüsü adı altında narkokuryerlik edən şəxslər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinə Xəzər rayon sakinləri Əliheydər Əşrəfov və Rəşad Dadaşovun diqqət cəlb etməmək üçün taksi fəaliyyəti görüntüsü yaradaraq əslində paytaxt ərazisində narkotik vasitələrin satışını həyata keçirdikləri barədə əməliyyat məlumatı daxil olub.

Həyata keçirilən tədbir nəticəsində hər iki şəxs saxlanılaraq baş idarəyə gətirilib. Rəşad Dadaşovun idarə etdiyi avtomobilə baxış zamanı Əliheydər Əşrəfova məxsus ümumi çəkisi 5 kiloqram 15 qram, o cümlədən, 1 kiloqram 220 qram marixuana, 1 kiloqram 730 qram həşiş qətranı və 2 kiloqram 65 qram tiryək aşkar olunaraq götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, Əliheydər Əşrəfov və Rəşad Dadaşov narkotik vasitə aludəçisidirlər. Onlar sosial şəbəkələrdə tanış olduqları və xarici ölkədən Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələr göndərən narkotacirin narkokuryerlik təklifi ilə razılaşaraq bu işlə məşğul olublar. Əvəzində isə hər iki şəxs maddi vəsait, eləcə də pulsuz narkotik vasitə əldə ediblər.

Aşkar edilən faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, onların ətraflarında istintaq-əməliyyat tədbirləri davam etdirilir.



Bütöv.az
5-11-2021, 17:47
“Planet Parni iz Baku” Qarabağ mövzusunda ikinci filmini təqdim etdi - VİDEO

“Planet Parni iz Baku” KVN teatrı Qarabağ mövzusunda ikinci - “Canım mənim” adlı filmini təqdim edib.

Film Qarabağ müharibəsində həlak olmuş bütün jurnalistlərin xatirəsinə həsr edilib.

Filmin ssenari müəllifləri Tahir İmanov və Ənvər Mansurov, quruluşçu operator Cəbrayıl Rəfiyev, bəstəkar Tural Məmmədli, prodüsserlər Tahir İmanov və Cabir İmanovdur.

“Canım mənim” filminin tam versiyasını təqdim edirik:



Bütöv.az
5-11-2021, 17:05
Hikmət Hacıyev “Haber Global”a danışdı: “Zəngəzur dəhlizinin qurulması istiqamətində işlər aparılır” - VİDEO

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Bakıda keçirilən VIII Qlobal Bakı Forumunda “Haber Global”ın suallarını cavablandırıb.

Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinin birinci ildönümünə bayram tədbirlərinə toxunan Hikmət Hacıyev bildirib ki, artıq 30 illik həsrətə son qoyulub və bir ildir Azərbaycan əvvəlki kimi Şuşa ilə bərabər yaşayır.

“Qələbənin 1-ci ildönümü hər bir evdə, hər kənddə, bütün məmləkətimizdə böyük bayram kimi qeyd olunacaq”, - deyə H.Hacıyev söyləyib.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycanın qarşısında işğaldan azad edilən torpaqlarda böyük quruculuq işlərinin görülməsi vəzifəsi durur:

“Qarabağ ərazisi Ermənistan tərəfindən demək olar ki, tamamilə dağıdılıb, məhv edilib”.

H.Hacıyev vurğulayıb ki, Azərbaycan tərəfindən dünyada bəlkə də misli-bərabəri olmayan tikinti-quruculuq işləri həyata keçirilib.

“Artıq Füzulidə hava limanımız var. Qarabağda 12-13 yeni yol çəkilişi həyata keçirilir. Dəmir yolu xətləri çəkilir. Zəngəzur dəhlizinin qurulması istiqamətində işlər aparılır. Çox gözəl planlarımız var. Azərbaycan bu quruculuq işləri ilə Ermənistan vandalizminə qarşı xalqımızın quruculuq mədəniyyətini ortaya qoymuş olacaq”.

H.Hacıyev Zəngəzur dəhlizi məsələsinə də toxunub, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imza atdığı üçtərəfli razılaşmada Azərbaycanla Naxçıvan arasında dəhlizin açılmasının təsbit edildiyini xatırladıb.



Bütöv.az
5-11-2021, 12:03
XİN başçısı: “Vətən müharibəsində verdiyimiz itkilər müasir dünya tarixində ən aşağı rəqəmdir”

“Azərbaycan hər zaman danışıqlar prosesinə sadiq qaldı. Mümkün olan bütün çevikliyi göstərdi ki, məsələ sülh yolu ilə həllini tapsın”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində keçirilən “44 Günlük Zəfər Yolu” mövzusunda konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Ermənistanın danışıqlar prosesində təzyiq göstərmək cəhdləri olurdu: “Danışıqlar prosesini uzatmaq, ləngitmək cəhdləri görülürdü. Növbəti mərhələdə siyasi təxribat yolları seçildi. Açıq şəkildə siyasi təxribatlara əl atıldı. Ardınca hərbi təxribatlar olurdu. Bütün faktları göstərib vəziyyətin çox təhlükəli hal aldığı ilə bağlı çağırışlar etdik. Təəssüf ki, Ermənistan heç bir nəticə çıxarmadı və sentyabrın 27-də onların təxribatları geniş müstəviyə keçdi və biz əks-hücum əməliyyatına başladıq. Vətən müharibəsi başladı. Azərbaycan əsgəri dövlətin sərhədlərini bərpa etdi”.

Nazir vurğulayıb ki, Ermənistan və onun havadarları Azərbaycana qarşı iyrənc ittihamlar irəli sürürdü: “Təbii ki, onların bu cəhdləri alınmadı. Təhlillər aparılıb və bizim gəldiyimiz nəticədən fərqli nəticəyə gəlinərsə, ortaya fakt qoysunlar. Təəssüf ki, qurban verilmədən qələbəyə nail olmaq olmazdı. Vətən müharibəsində itki sayımız müasir dünya tarixində ən aşağı rəqəmdir. Bu, ordumuzun peşəkarlığı deməkdir. Heç bir mülki şəxs döyüşə cəlb edilmədi”.

Bütöv.az
5-11-2021, 11:51
Bakıda “Böyük Dəbilqə” başlayır: İlk gündə kimlər çıxış edəcək?

Bu gün Bakıda cüdo üzrə ənənəvi keçirilən “Böyük Dəbilqə” turnirinə start veriləcək.

Bütöv.az-ın xəbərinə görə, saat 12:00-dan etibarən Heydər Əliyev adına İdman-Konsert Kompleksində baş tutacaq yarışda bu gün 13 idmançımız mübarizə aparacaq.

Bu gün tanınmış idmançılarımızdan Avropa çempionu Orxan Səfərov tatamiyə çıxacaq.

Kişilər

-60 kq

1/8 final Balabəy Ağayev – Damir Meremov (Rusiya)

1/8 final Rövşən Əliyev – Dilşad Xalmatov (Ukrayna)

1/8 final Əhməd Yusifov – Ariunbold Enxtayvan (Monqolustan)

1/8 final Turan Bayramov – Hayato Kondo (Yaponiya)

-66 kq

1/16 final İbrahim Əliyev – Yuci Aida (Yaponiya)

1/16 final Tofiq Məmmədov – Danilo Xlopetski (Ukrayna)

1/8 final İsmayıl İbrahimov – Baqrat Niniaşvili (Gürcüstan)

1/8 final Orxan Səfərov – Baybol Uulu Salamat (Qırğızıstan)

Qadınlar

-48 kq

1/8 final Şəfəq Həmidova – Rafaela Batista (Braziliya)

1/4 final Aişə Qurbanlı – Katarina Tanser (Avstriya)

-52 kq

1/8 final Zeynəb Məmmədova – Anika Vurfel (Almaniya)

1/8 final Ülviyyə Bayramova – Anastasiya Polikatpova (Rusiya)

-57 kq

1/8 final İçinxorloo Muntsxedev – Rafaela Silva (Braziliya)

Qeyd edək ki, yarışın mükafat fondu 154 min avrodur. 14 çəki kateqoriyası (7 kişi, 7 qadın) üzrə 56 idmançı mükafatlandırılacaq. Bunlardan 14-ü qızıl, 14-ü gümüş və 28-i bürünc medalçı olacaq.

Qızıl medalçılara 5 min avro (4 min avro idmançıya, 1000 avro məşqçiyə), gümüş mükafatçılara 3 min avro (2400 avro idmançıya, 600 avro məşqçiyə) və üçüncü yeri tutan hər cüdoçuya 1500 avro (1200 avro idmançıya, 300 avro məşqçiyə) veriləcək.
5-11-2021, 11:29
Milli Məclisdən İlham Əliyev və Mehriban Əliyevaya təbrik

“Noyabrın 8-də xalqımız Zəfər Gününü qeyd edəcək. İcazə verin, bu Zəfəri bizə bəxş edən Prezident İlham Əliyevi, Birinci vitse-prezident Mehriban Əliyevanı və qazilərimizi təbrik edək”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Daha sonra deputatlar 1 dəqiqəlik sükutla şəhidlərimizin xatirəsini yad ediblər.

Bütöv.az
5-11-2021, 10:29
Hulusi Kılıç YAŞAT Fonduna 12 min manat ianə etdi

Türkiyənin Azərbaycanda sabiq səfiri Hulusi Kılıç YAŞAT Fonduna ianə edib.

Axar.az xəbər verir ki, o, Bakıda keçirilən Zəfər Yarmarkasını ziyarət edib.

Yarmarkada nümayiş edilən hərbi texnikalarla tanış olan H.Kılıç YAŞAT Fonduna pul köçürüb.

Ümumilikdə o, bu günə qədər kitab satışından əldə etdiyi gəlirlərdən Fonda 12 min manat ianə edib.

Bütöv.az
5-11-2021, 10:24
Dünya bazarında neft qiymətləri necə dəyişib?

Dünya bazarında neft bahalaşıb.

WTI markalı neftin dekabr fyuçersləri 0,86 % bahalaşaraq, bir bareli 79,49 ABŞ dolları təşkil edib.

“Brent” markalı neftin yanvar fyuçersləri 0,68 % bahalaşaraq, bir bareli 81,09 ABŞ dolları olub.

Mənbə: Bloomberg

Bütöv.az

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!