Ən yüksək bal toplayanlar bu məktəblilərin şagirdləridir .....                        I və IV qrupların imtahan nəticəsi açıqlandı .....                        3 tondan artıq çətənə məhv edildi .....                        Partiyasını buraxan deputat yenidən namizəd oldu .....                        Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü .....                        Paris İrəvandakı eks-səfirinə yeni vəzifə verdi .....                        Ermənistan prezidenti Fransada .....                        III və IV qruplarda rəqabət daha güclü olacaq .....                        Qarabağ Universitetinin yeni dekanı kimdir? .....                       
15-11-2021, 19:00
Əlahiddə Ümumqoşun Orduda gənc zabitlərin toplantısı keçirilib - VİDEO

Əlahiddə Ümumqoşun Orduda keçirilən təlim-metodiki toplantıya Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsini bu il bitirmiş, hərbi hissələrdə müvafiq vəzifələrə təyin edilərək xidmətini davam etdirən gənc zabitlər cəlb edilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Zabitlərin taktiki biliklərinin, qərar qəbuletmə bacarıqlarının artırılması və xidmətə düzgün istiqamətləndirilməsi üçün toplantının planına uyğun olaraq real döyüş şəraitinə yaxın məşğələlər təşkil edilərək keçirilib.

Müxtəlif hərbi ixtisaslar üzrə praktiki bacarıqları yoxlanılan gənc zabitlər nəzəri dərslərdə də iştirak ediblər. Nəzəri dərslərdə əsas diqqət şəxsi heyətin psixoloji hazırlığına və 44 günlük Vətən müharibəsində düşmənlə informasiya qarşıdurması zamanı qazanılan nəticələrə yönəldilib.

Toplantıya cəlb edilmiş zabitlərdən ümumqoşun, ixtisas və fiziki hazırlıqdan məqbullar götürülüb, zabitlərin fiziki dözümlülüyü yoxlanılıb.

Təlim toplantısı yekun tədbiri ilə başa çatıb. Tədbirdə gənc zabitlərin yüksək nəticələr göstərdikləri qeyd edilib və toplantının əhəmiyyətindən danışılıb.




Bütov.az
15-11-2021, 18:57
Abşeronda müştəri taksi sürücüsünə daşla xəsarət yetirib - VİDEO

Abşeron rayonu Atyalı yaşayış massivində taksi sürücüsünə qarşı quldurluq edilib.

Bu barədə Bütov.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə müraciət edən zərərçəkən sürücü bildirib ki, paytaxtın Nizami rayonunda bir nəfər sərnişin avtomobilə əyləşərək onu qeyd edilən yaşayış massivinə aparmasını xahiş edib. Deyilən ünvana çatanda isə müştəri üzərində olan daş parçası ilə sürücüyə müxtəlif dərəcəli bədən xəsarəti yetirib, daha sonra onun mobil telefonunu götürərək hadisə yerindən uzaqlaşıb.

Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən məlumat daxil olan kimi dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Həyata keçirilən əməliyyat zamanı həmin hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Elbrus Məhərrəmli saxlanılıb və o, ifadəsində törətdiyi hadisəni etiraf edib.

Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Abşeron Rayon Polis İdarəsinə göndərilib və Cinayət Məcəlləsinin 181.2.5. (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

"Bu şəxsin Abşeron rayonu, eləcə də paytaxt ərazisində digər qanunazidd hərəkətlər etdiyi istisna olunmur. Elbrus Məhərrəmlinin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Abşeron Rayon Polis İdarəsinə, Qobu Polis Bölməsinə, ərazi üzrə polis orqanlarına, həmçinin "102" Xidməti-Zəng Mərkəzin və Nazirliyin rəsmi sosial şəbəkə hesablarına məlumat verə bilərlər", - Mətbuat Xidmətindən bildirilib.

15-11-2021, 18:55
Azərbaycanda qeydiyyatda olan diabet xəstələrinin sayı açıqlanıb

Tibb müəssisələrində qeydiyyatda olan şəkər xəstələrin sayı 287 min 466 nəfərdir.

Bütov.az xəbər verir ki, bunu həkim-endokrinoloq Xalid Qurbanzadə deyib. O bildirib ki, şəkərli diabet xəstələri mütləq qaydada COVID-19 peyvəndi vurdurmalıdır.
15-11-2021, 18:53
Ərdoğan: “İndiki dünya liderləri arasında ən təcrübəli mənəm”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünyanın siyasi liderləri arasında ən təcrübəli olduğunu, bu səbəbdən də dünyanı daha yaxşı tanıdığını bildirib.

Bu barədə R.T.Ərdoğan Türkiyənin Çanaqqala vilayətində gənclərlə görüşündə deyib.

“Mən dünyanı tanıyıram. İndiki dünya liderləri arasında ən təcrübəli mənəm. Bunu özümü tərifləmək üçün yox, digər liderlərlə fərqimi müəyyən etmək üçün deyirəm. Çünki xalqımın kimin kim olduğunu bilməsi vacibdir”, - deyə Türkiyə Cümhuriyyətinin Prezidenti vurğulayıb.

Qeyd edək ki, R.T.Ərdoğanın lideri olduğu Ədalət və İnkişaf Partiyası 2003-cü ildən Türkiyədə iqtidar partiyasıdır.

Mənbə: Türkiyə Prezidentinin rəsmi “Twitter” səhifəsi

Bütov.az
15-11-2021, 18:37
Hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı komissiyanın tərkibi dəyişib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” fərmanda dəyişiklik edib.

Fərmanda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sözləri Azərbaycan Ordusunun sözləri ilə əvəz edilib.

2. Preambulanın üçüncü abzasında “silahlı qüvvələrdə” sözləri “Azərbaycan Ordusunda” sözləri ilə əvəz edilsin.

3. 2-ci hissəsinin ikinci – səkkizinci abzasları aşağıdakı redaksiyada verilsin:

“Komissiyanın sədri

Azərbaycan Respublikasının maliyyə naziri

Komissiyanın üzvləri:

Azərbaycan Respublikası müdafiə nazirinin müavini

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsi müdirinin müavini.”.

4. Aşağıdakı məzmunda 3-1-ci, 3-2-ci və 3-3-cü hissələr əlavə edilsin:

“3-1. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün “qüsursuz xidmət” müddəti dedikdə, bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulan müddət istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidmət müddəti nəzərdə tutulur.

3-2. Aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir:

3-2.1. hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindən götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddəti;

3-2.2. hərbi xidmət əleyhinə olan inzibati xəta törədilməsinə görə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın icrasını bitirdiyi gündən bir il müddəti;

3-2.3. məhkumluğun olduğu müddət.

3-3. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusu bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulmuş müddətlərdə bu Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz.”.

5. 4-cü hissədə “Maliyyə Nazirliyi” sözlərindən sonra “Komissiyanın katibliyi funksiyalarını həyata keçirsin və” sözləri əlavə edilsin.

Bütov.az
15-11-2021, 13:52
Ermənistanın müdafiə naziri vəzifədən qovuldu

Ermənistan Prezidenti Armen Sarkisyan müdafiə naziri Arşak Karapetyanı vəzifəsindən azad edib.

Ordum.az xəbər verir ki, bununla bağlı Ermənistan prezidentinin rəsmi saytında məlumat yerləşdirilib. Sarkisyan növbəti sərəncamla baş nazirin müavini Suren Papikyanı müdafiə naziri vəzifəsinə təyin edib.

Bütov.az
15-11-2021, 12:26
Rusiya Türkiyə qırıcısının hazırlanmasında iştirak edə bilər

Türkiyənin beşinci nəsil qırıcı təyyarəsinin hazırlanması üzrə Moskva və Ankara arasında danışıqlar aparılır.

Bu barədə Rusiyanın Hərbi Texniki Əməkdaşlıq Federal Xidmətinin rəhbəri Dmitri Şuqayev məlumat verib.

“Rusiya dəfələrlə bu məsələdə Türkiyəyə yardım etməyə hazır olduğunu bildirib. Hazırda biz bu layihə üzrə danışıqlar mərhələsindəyik”, -deyə o, bildirib.

Qeyd edək ki, Türkiyə məhz Rusiyadan S-400 zenit-raket kompleksləri aldığı üçün ABŞ tərəfindən beşinci nəsil F-35 qırıcıları proqramından kənarlaşdırılıb.

Mənbə: “RİA Novosti”



Bütov.az
15-11-2021, 12:16
Oyun zamanı futbolçunun dili boğazına qaçıb - VİDEO

Malatyada oyun zamanı Malatya İdmanyurdu klubunun futbolçusu Osman Doğru təhlükəli vəziyyətlə qarşılaşıb.

Bütov.az xəbər verir ki, oyunun 78-ci dəqiqəsində futbolçunun dili boğazına qaçıb və o, qəfil nəfəssiz dayanıb.

Dərhal xəstəxanaya çatdırılan futbolçunun vəziyyətinin hazırda yaxşı olduğu bildirilir.


15-11-2021, 11:24
Rusiyada metallurgiya zavodununda PARTLAYIŞ - VİDEO

Rusiyanın Novolipetsk Metallurgiya Zavodunun anbarında partlayış baş verib.

TASS xəbər verir ki, hadisə yerində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, təcili yardım və polis qüvvələri cəlb edilib.

İlkin məlumata görə, partlayışdan sonra yanğın baş verib.

Zavodun kömür anbarında kömür hazırlayan konveyer yanıb.

Hadisə nəticəsində anbarın dam örtüyünün bir hissəsi yararsız hala düşüb. Hadisə istehsal prosesinə təsir etməyib.

Yanğın zamanı 1 qadın nəfər xəsarət alıb.

Yanğının 15 dəqiqə ərzində söndürüldüyü bildirilib.

Qeyd edək ki, sözügedən obyekt dünyanın ən böyük metallurgiya zavodlarından biridir.

2018-ci ildə zavod Rusiyanın ən böyük polad istehsalçısı olub.



Bütov.az
15-11-2021, 11:21
Elmar Vəliyev Gəncədən KÖÇÜB

Modern.az saytında “...haralardadır?” rubrikası geniş ictimaiyyətə tanış olan ictimai, siyasi, mədəniyyət, incəsənət, idman, ədəbiyyat xadimlərinin hazırda harada olduğunu xəbər verir.

Əməkdaşımız çoxdandır mətbuatın haqqında yazmadığı Gəncə şəhərinin keçmiş icra başçısı Elmar Vəliyevin harada olduğunu öyrənməyə çalışıb.

Çoxları elə bilir ki, Elmar Vəliyev daimi olaraq Gəncədə yaşayır.

Amma Modern.az-a məlum oldu ki, üç il öncə başından güllələnmiş və ağır travma almış Elmar Vəliyev hazırda demək olar ki, Gəncədə yaşamır, şəhərə çox az hallarda baş çəkir.

Əvəllər keçmiş icra başçısının yaxın ətrafında olmuş şəxslər bildiriblər ki, Elmar müəllim daimi olaraq Bakı şəhərindəki evində yaşayır.

Onun xanımı ilə birgə istirahət üçün aradabir Göygölün Bənövşəli kəndinə getdiyi bildirilir. Sabiq başçı həmin kənddəki evində 1-2 həftə dincələndən sonra yenidən Bakıya qayıdır.

Maraqlıdır ki, verilən məlumatda Elmar Vəliyevin hələ də icra başcısı olan vaxt dövlət tərəfindən ona verilmiş maşınlardan istifadə etdiyi bildirilir.

Eks-icra başçısı haqqında deyilən məlumatlar sırasında o da qeyd edilir ki, Göygələ istirahətə cangüdənlərinin əhatəsində gedib-gəlir.

Bundan başqa bildirilib ki, Elmar Vəliyevin yaddaşı bir müddət öncə yayılan xəbərlərdəki kimi olmasa da, müəyyən unutqanlıqlar yaşayır.

Onun sonuncu dəfə ötən ayın sonlarında Göygölün Bənövşəli kəndində dincələndən sonra Bakıya qayıtdığı qeyd olunub.

Elmar Vəliyev 2011-ci ilin 18 fevral tarixindən 2018-ci ilin 8 avqust tarixinə kimi Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

E.Vəliyev icra başçısı işləyərkən - 2018-ci il iyulun 3-də Gəncədə şəhər sakini Yunis Səfərov tərəfindən odlu silahdan açılan atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və bir müddət xəstəxanalarda müalicə alıb.

Bu ilin avqustunda Bakı Ağır Cinayətlər Məhkəməsində Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər heyəti Yunis Səfərova ömürlük azadlıqdan məhrum etmə cəzası kəsib.

Həmin prosesin gedişində Elmar Vəliyevlə bağlı ekspertiza rəy açıqlanarkən məlum olub ki, sabiq icra başçısında sui-qəsd nəticəsində psixi pozğunluq durumu yaranıb və ona “Retroqrad amneziya” diaqnozu qoyulub.

Amneziya xəstəliyinin bu növünə tutulan şəxslər travmayadək olan hadisələri yaxşı xatırlasa da, hadisəni və ondan sonrasını tamamilə unudurlar.

Elmar Vəliyev də hazırda ona sui-qəsd edildiyini və vəzifədən çıxarıldığını xatırlamır.

Elmar Vəliyev 1960-cı ilin 3 oktyabrında anadan olub. O, Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə 1982-ci ildən Yevlax şəhər yol tikinti idarəsində başlayıb.

1994-2001-ci illərdə Yevlax Rayon Gömrükxanasının rəisi, 2001-2004-cü illərdə Dövlət Gömrük Komitəsində rəis müavini, 2004-2011-ci illərdə isə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

2011-2018-ci illərdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçı vəzifəsində işləyib.

Bütov.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!