İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                        Gürcüstanın XİN Lui Bonoyla görüşdü .....                        Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirəcək .....                        ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazilərinə səfər etdi - FOTO .....                        Hərbi helikopter qəzaya uğradı - 5 öldü, 3 yaralı .....                        Torpaq sürüşməsi nəticəsində avtomagistral bağlandı .....                        ABŞ müşaviri Gürcüstanda səfərdədir .....                        Türkiyədə baş vermiş zəlzələ digər vilayətlərdə də hiss olundu .....                        Respublika Pediatriya Mərkəzi yaradıldı .....                       
7-11-2021, 17:38
Zəfər günü yürüşünün DETALLARI


Noyabrın 8-də Bakıda Zəfər Günü ilə əlaqədar keçiriləcək yürüşün detalları bəlli olub.
Butov.az xəbər verir ki, saat 10-da hərbi orkestrin müşayiəti ilə başlayacaq yürüş Azneft dairəsindən “Ağ şəhər” bulvarınadək davam edəcək.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları isə Azərbaycan bayrağını yürüş marşrutu üzrə aparacaqlar. Yürüşü süvari dəstəsi müşayiət edəcək.
“Ağ şəhər” bulvarınadək davam edən yürüş “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə təşkil olunan flaşmobla başa çatacaq.
7-11-2021, 17:33
Kremldən açıqlama

Gələn həftə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçlü görüşü planlaşdırılır.
Bunu “İnterfaks”a Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Bəli, həqiqətən də belə görüş hazırlanır və videokonfrans formatında keçiriləcək”, - Peskov vildirib.
7-11-2021, 17:26
Şuşa ilə bağlı sərəncam


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Şuşa Rayon Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamın mətnini təqdim edirik:
1. Şuşa rayonunda 90 çarpayılıq mərkəzi xəstəxananın layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ilkin olaraq 500,0 (beş yüz) min manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
7-11-2021, 15:43
Bir şəhid balasının sözü ağlatdı məni.


Ötən ilin bu günləri keçirdiyim hisslər nə qədər sevindiriciydisə, bir o qədər də ağrılı idi. Vətən illərlə gözlədiyi haqqını şəhidlərimizin qanı bahasına alırdı. O günlərdə şəhid balalarının sifəti gözlərim önündən getmirdi. Bu sətirlər də onda yaranmışdı. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin, qazilərimizə can sağlığı versin.

Bir şəhid balasının
Sözü ağlatdı məni.
Məlul-məhzun baxışı
Üzü ağlatdı məni.

Getdilər ər oğullar,
Yurda sipər oğullar.
Dönmədi nər oğullar,
İzi ağlatdı məni.

Solmamış toy xınası,
Ağlar qalıb sonası...
Qan-yaş tökür anası,
Gözü ağlatdı məni.

Şeytan oyunun pozan,
Şuşada tarix yazan,
Düşmənə qəbir qazan
Yüzü ağlatdı məni.

Xalqa zəfər gətirən,
Eli yurda yetirən,
Gözlərini itirən
Qazi ağlatdı məni.


İlham Məmmədli
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!