Prezidentdən Xocalı soyqırımının otuzuncu ildönümü ilə bağlı SƏRƏNCAM .....                        Emin Əmrullayevin Misir Mərdanovdan fərqi: Örtülü bazardan açıq bazara keçid .....                        İlham Əliyevdən Kunio Mikuriya ilə bağlı SƏRƏNCAM .....                        Putinin ABŞ-a cavabı necə olacaq? .....                        “Azərbaycanla Ermənistanın dəmir yoluna dair qarşılıqlı anlaşması var” - Qriqoryan .....                        Dövlət Vergi Xidmətində Elməddin Süleymanov PROBLEMİ... - Fazil Məmmədovun “qara kassiri”... .....                        Osman Gündüz: "Ölkəyə dron gətirməyə icazə məsələsini həll etmək lazımdır" .....                        Zəngəzur dəhlizi gözlənildiyindən tez istifadəyə VERİLƏCƏK .....                        Elton Məmmədov Ramiz Mehdiyevə NƏDƏN ASİ OLDU... .....                       
29-11-2021, 07:35
Polşada Nizami Gəncəvinin 880 illiyi qeyd edildi


“Nizami Gəncəvi İli” çərçivəsində Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə Varşava şəhərində Nizami Gəncəvinin anadan olmasının 880-ci ildönümünə həsr olunan tədbir keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Polşa Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Nərgiz Qurbanova, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Günay Əfəndiyeva və Polşa Elmlər Akademiyasının rəhbəri Jejı Duşınskı çıxış ediblər.
Səfir Nərgiz Qurbanova Azərbaycanın böyük mütəfəkkiri və şairi Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında məlumat verib. Onun sözlərinə görə, dünya ədəbiyyatının parlaq nümayəndəsi olan Nizami Gəncəvi özünü ölməz, bənzərsiz yaradıcılığını ülvi hisslərin, humanizm, xeyirxahlıq, ədalət kimi nəcib keyfiyyətlərin tərənnümünə həsr edib.
Dahi Nizaminin Azərbaycan, dünya ədəbiyyatına verdiyi töhfələrdən danışılıb, onun yaradıcılığının fəlsəfi aspektlərinə toxunulub.
Qeyd edək ki, tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyinin birgə əməkdaşlığı çərçivəsində Nizami Gəncəvinin polyak dilində "Kağıza incitək sözlər düzən Şahlar Şahıyam" kitabının və poçt markalarının təqdimatı olub.
Kitabın təqdimatını Polşa Yazıçılar Birliyinin sədri Anna Naşilovska, poçt markalarının təqdimatını isə "Poczta Polska" Səhmdar Cəmiyyətinin Beynəlxalq Əməkdaşlıq və Ticarət Şöbəsinin rəhbəri Kşıştof Gurski edib.
Tədbir musiqili hissə ilə davam edib, sonda isə qonaqlar kitabda yer alan rəsm əsərlərindən ibarət sərgiyə dəvət edilib. Sərginin sonunda qonaqlara ziyafət verilib.
29-11-2021, 07:29
İran, Azərbaycan və Türkmənistan arasında qaz MÜQAVİLƏSİ


Aşqabadda İran, Azərbaycan və Türkmənistan arasında qaz mübadiləsinə dair üçtərəfli müqavilə imzalanıb.
Bu barədə İran Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Müqavilə Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti İbrahim Rəisi arasında keçirilən görüşdən sonra imzalanıb.
Müqaviləyə əsasən, il ərzində Türkmənistandan Azərbaycana İran üzərindən 1,5-2 milyard kubmetr qaz nəql olunacaq.
29-11-2021, 07:27
İlham Əliyev və Rəisi arasında Zəngəzur dəhlizi müzakirəsi


Noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub.
Görüşdə ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğu qeyd edildi, mehriban qonşuluq və dostluq əlaqələrinin mövcudluğu bildirilib.
Söhbət zamanı Azərbaycan ilə İran arasında Şimal-Cənub nəqliyyat dəhlizi, həmçinin Zəngəzur nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Zəngəzur dəhlizinin reallaşması nəticəsində İranın da bundan faydalanacağı və bu nəqliyyat qovşağından istifadə edə biləcəyi imkanları vurğulanıb.
Görüşdə Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbədən sonra regionda geosiyasi vəziyyətin dəyişdiyi bildirilib, bölgə ölkələrinin regional məsələlərin həllində iştirakının vacibliyi diqqətə çatdırılıb.
Eyni zamanda, ölkələrimiz, habelə Azərbaycan, Rusiya və İran arasında enerji qovşağının yaradılması məsələləri müzakirə edilib. Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, iqtisadi-ticari əlaqələr ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
Ələ keçən qadın narkotacir: “Xarici ölkə vətəndaşının vədlərinə aldandım” - VİDEO

Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayonun Xırdalan şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan beş nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Əməliyyat zamanı Xırdalan şəhərində yaşayan əvvəllər məhkum olunmuş Sehranə İsgəndərova, Cəmilə Musayeva, Heydər Abbasov, Rəşad Əliyev və Cavid Qurbanov saxlanılıblar.

Araşdırma nəticəsində müəyyən edilib ki, Sehranə İsgəndərova Xırdalan şəhərində narkotik vasitələrin satışı ilə məşğul olan şəxs olub. O, xaricdə yaşayan narkotacirlərdən biri ilə sosial şəbəkələr vasitəsi ilə əlaqə yaradaraq onun ölkə ərazisinə göndərdiyi külli miqdarda heroini Abşeron rayonu ərazisində qəbul edib.

Qadın ifadəsində sosial şəbəkələrdə tanış olduğu xarici ölkə vətəndaşı olan narkotacirin yalan vədlərinə aldandığını deyib.

Daha sonra Sehranə İsgəndərova adları çəkilən şəxslərdən ibarət narkoşəbəkə quraraq Abşeron rayonunda narkotik vasitələrin satışını təşkil edib. Onun Xırdalan şəhərində yerləşən evinə və üzərinə baxış zamanı 2 kiloqram 700 qram heroin və psixotrop maddə metamfetamin aşkar edilib.

Qeyd edək ki, Sehranə İsgəndərovanın yaşadığı evdə narkotik vasitə aludəçiləri üçün tiryəkxana təşkil etdiyi də müəyyən edilib.

Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri digər tədbir nəticəsində isə Novxanı qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan Vüqar Həsənov saxlanılıb. Onun üzərinə baxış zamanı 9 büküm ümumi çəkisi 50 qram olan heroin və narkotik vasitələrin satışında istifadə etdiyi elektron tərəzi aşkar olunub. Vüqar Həsənovun ətrafında aparılan araşdırmalar zamanı onun Novxanı qəsəbəsində əsasən gənclər və yeniyetmələr arasında narkotik vasitələrin təbliği ilə məşğul olduğu müəyyən edilib.

Faktla bağlı Vüqar Həsənov barəsində Saray Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Sonuncu əməliyyatlar zamanı saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir. Narkotik vasitələrin Abşeron rayonu ərazisində qanunsuz dövriyyəsinin qarşısının alınması və bu şəxslərin daxil olduğu şəbəkənin digər üzvlərinin aşkar olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.



Bütöv.az

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!