Azərbaycanda zəlzələ olub .....                        İSMAYIL MƏRCANLI İMANZADƏNIN POEZIYASI .....                        GÜLNARIN RƏNGLƏR DÜNYASI .....                        Onun alimliyi vətəndaşlığından doğan alimlik idi .....                        “Turan yolu-Zəngəzurum” əsərinin təqdimatı olub - FOTO .....                        Ulu Öndər Abşeron Rayonunda anıldı .....                        Ermənistan KTMT-nin tamhüquqlu üzvü olaraq qalır - Zaxarova .....                        Bu şəxslərə də elektron qaydada pensiya təyin olunacaq - Nazirlik .....                        Naxçıvan Dövlət Universiteti barədə yeni qərar .....                       
18-11-2021, 15:36
Rəhbər dəyişikliyi gözlənilən idman federasiyaları

Noyabrın 1-də Azərbaycan Cüdo Federasiyasının rəhbərliyində dəyişiklik oldu. Belə ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev həmin federasiyaya prezident seçildi. Seçki prosesi isə yenicə nazir təyin olunmuş Fərid Qayıbovun işlədiyi Gənclər və İdman Nazirliyində keçirildi.


Ölkə başçısının onu təyin edərkən Olimpiadadakı uğursuzluqla bağlı dediyi “nöqsanlar ciddi araşdırılmalıdır” cümləsi idmanımızda “refresh” düyməsinin basıldığına işarə idi.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, bu baxımdan bəzi federasiyalarda tezliklə yeni rəhbər dəyişiklikləri baş tutacaq. Bəs bunlar hansılardır?

Güləş Federasiyası

Bu federasiya hələ 2018-ci ilin sonlarından prezidentsiz fəaliyyət göstərir. Sabiq vergilər naziri Fazil Məmmədov federasiyadan istefa ərizəsini yazaraq ayrılıb. Həmin vaxtdan qurumda I vitse-prezident, sabiq vergilər nazirinin müavini Namiq Əliyev prezident əvəzi kimi fəaliyyət göstərir.

Velosiped İdmanı Federasiyası

Bu federasiyanın prezidenti rəsmi olaraq hələ də Fazil Məmmədovdur. Lakin 2017-ci ildən vergilər naziri postundan çıxarılandan sonra demək olar ki, bu federasiya da prezidentsiz qalıb. Faktiki olaraq bu qurumu da vitse-prezident Sahib Ələkbərov (iqtisadiyyat nazirinin müavinidir – S.M.) idarə edir.

Taekvondo Federasiyası

Taekvondo millimiz Tokio Olimpiadasında cəmi iki idmançı ilə təmsil olundu. Ancaq həmin iki idmançı – Fəridə Əzizova və Milad Beiqi uğursuz çıxışı ilə yadda qaldı. Rio Olimpiadasında dörd idmançı ilə təmsil olunan və Azərbaycana yeganə qızıl medalı qazandıran Taekvondo Federasiyası budəfəki rüsvayedici çıxışı ilə ötən yarışdakı uğurunu unutdurdu. İndi federasiyanın prezidenti Kəmaləddin Heydərovun postunu təhvil verəcəyi gözlənilir. Onun Boks Federasiyasının da prezidenti olduğunu nəzərə alsaq, böyük ehtimalla, Taekvondo Federasiyasının prezidenti postunu tərk edəcəyi gözləniləndir.

Həmçinin, bəzi federasiyalar var ki, fəaliyyətlərində ciddi nöqsanlar var, demək olar ki, başsızdırlar. Və ya prezidentləri olsa da, onların fəaliyyəti gözə çarpmır.

Həndbol Federasiyası

2016-cı ilin dekabrın 1-dən bu qurumun rəhbəri sabiq “Azəryolservis” ASC-nin rəhbəri, indiki Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovdur. Lakin o da son dörd ildə həndbolumuzun uçuruma düşməsinə mane ola bilməyib. Son bir ayda onun rəhbəri olduğu federasiyadan kifayət qədər narazılıq var. Həmin narazı “üsyançılar”ın susdurulması üçün isə dörd gün əvvəl onların həndboldan uzaqlaşdırılmasına dair qərar çıxarılıb.

Üzgüçülük Federasiyası

Quruma rəhbərliyi sabiq millət vəkili Xanlar Fətiyev edir. Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin Müşahidə Şurasının sədri olan Fətiyev 2012-ci ildən Üzgüçülük Federasiyasının prezidentidir. Onun rəhbərliyi altında üzgüçülükdə hansısa uğurların olduğunu demək qeyri-mümkündür. Bakıda keçirilmiş IV İslam Həmrəylik Oyunlarındakı uğuru isə uğur adlandırmaq mümkün deyil. Çünki həmin yarışda əsasən bu idman növü o qədər də populyar olmayan müsəlman ölkələrinin atletləri çıxış edirdi.

Milli Avarçəkmə Federasiyası

Qurum Rio Olimpiadasından sonra demək olar ki, fəaliyyət göstərmir və ya fəaliyyəti hiss olunmayacaq dərəcədə zəifdir. 2006-cı il dekabrın 9-dan qurumun prezidenti Elçin Zeynalovdur. O, mərhum nazir Azad Rəhimova yaxınlığı ilə seçilən “İtaldizain Holdinq”in əsas səhmdarlarından biri kimi göstərilir. Lakin legionerlərin federasiyadan göndərilməsindən sonra yarışlarda hər hansısa uğur nəzərə çarpmır.

Kamandan Oxatma Federasiyası

Federasiyaya Şahin Möhsümov başçılıq edir. 2016-cı il Rio Olimpiadasında Azərbaycanı Moldovadan (bəzi mənbələrə görə Ukraynadan) olan Olqa Senyuk təmsil etdikdən sonra, bir də onu görən olmadı. Bundan sonra bu federasiyada da susqunluq dövrü başlandı.

Bütöv.az
18-11-2021, 13:12
DİN Bakıda əməliyyat keçirdi - VIDEO

Yasamal rayonunda son 7 gündə keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 10 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyindən Bütöv.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son 7 gündə həyata keçirilən əməliyyatlar nəticəsində rayonun müxtəlif ərazilərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 10 nəfər saxlanılaraq ərazi üzrə şöbə və bölmələrinə gətiriliblər. Əməliyyat nəticəsində paytaxt sakinləri Emin Muradov, Cavad Qasımov, Elman Baxışov, Vaqif Mahmudov, Vüsal Saidov, Eldəniz Ələkbərov, Toğrul Əliyev, Seymur Qənbərov, Nemət Qənbərov və Cavid Məhərrəmov tutulublar. Onların üzərindən külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb. Bu şəxslər izahatlarında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.

Faktlarla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

18-11-2021, 13:09
Tovuzdakı gecə atışmasının VİDEOSU YAYILDI

Ötən gecə Ermənistan ordusunun Tovuz rayonunu atəşə tutmasının görüntüləri ortaya çıxıb.

Axar.az xəbər verir ki, görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən yayılıb.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin noyabrın 17-si saat 17:54-dən 22:52-dək Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan kəndləri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutmaları ilə bağlı məlumat yayıb. Düşmən cavab atəşi ilə susdurulub.




Bütöv.az
18-11-2021, 12:37
İlham Əliyev uşaqları təbrik etdi

Prezident İlham Əliyevin Uşaqların V Ümumrespublika Forumunun iştirakçılarına təbrik məktubu oxunub.

Bütöv.az xəbər verir ki, məktubu Prezident Administrasiyasının Humanitar-siyasət diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva səsləndirilib.

Təbrik məktubunda deyilir:

“Hörmətli Forum iştirakçıları!

Əziz uşaqlar!

Sizi – Uşaqların V Ümumrespublika Forumunun iştirakçılarını, eləcə də ölkəmizin bütün uşaqlarını səmimi qəlbdən salamlayır, Ümumdünya Uşaqlar Günü münasibətilə hər birinizi təbrik edir, hamınıza cansağlığı və xoşbəxtlik arzulayıram.

Uşaqlar cəmiyyətin sabahıdır. Övladlarımızın milli dəyərlərə sadiq və yüksək mənəviyyatlı şəxsiyyət olaraq formalaşmalarının ölkəmizin tərəqqisi baxımından müstəsna əhəmiyyəti vardır. Uşaq hüquqlarının qorunması ilə bağlı Azərbaycan dövlətinin ardıcıl həyata keçirdiyi sosialyönümlü siyasət də bu məqsədə xidmət edir. Ötən Forumunuzda səsləndirilmiş bir çox məsələlər uşaqlarımızın hüquqlarının müdafiəsinin kompleks şəkildə təmin olunmasına yönələn “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nda dolğun əksini tapmışdır.

Siz uşaqlar xoşbəxtsiniz ki, yeni əsrə və yeni minilliyə müstəqil dövlət olaraq qədəm qoymuş ölkəmizdə dünyaya göz açmısınız. Siz fəxr etməlisiniz ki, qalib xalqımızın şərəfli və qürurverici tarixinin şahidlərisiniz.

Vətən Müharibəsində qazanılan zəfərlə Azərbaycan Ordusu yalnız tarixi ədaləti deyil, həm də, bir milyondan çox qaçqın və məcburi köçkün soydaşlarımızın 30 ildən artıq müddətdə pozulan hüquq və azadlıqlarını bərpa etdi, düşmən təxribatlarına qurban getmiş məsum övladlarımızın qisasını alaraq öz möhtəşəm gücünü və hərbi qüdrətini bütün dünyaya çatdırdı.

Bu gün Azərbaycan sürətli inkişaf yolundadır. Yurdumuzun ildən-ilə daha güclü, daha qüvvətli olması eyni zamanda sizin xoşbəxt və firavan yaşamağınızın rəhnidir. İndiki nəsil qüdrətli Azərbaycanı məhz sizə əmanət edəcəkdir. Odur ki, üzərinizə düşən məsuliyyəti daha dərindən dərk edərək, daim əzmlə çalışmalı, Vətəni layiqincə təmsil etməlisiniz. İnanıram ki, siz mənən zəngin nəsil kimi azərbaycançılıq ruhunda böyüyərək boya-başa çatacaq, respublikamızın gələcək inkişafı və uğurlar qazanması naminə töhfələrinizi əsirgəməyəcəksiniz.

Əziz övladlar!

Bütün Azərbaycan uşaqlarını təmsil etməklə bu Forumda iştirakınız sizə göstərilən böyük etimadın təzahürüdür. Ümidvaram ki, Forum çərçivəsində aparacağınız müzakirələr ölkəmizdə uşaqlarla bağlı dövlət siyasətinin gerçəkləşdirilməsində yeni mərhələnin başlanğıcı olacaqdır”.
18-11-2021, 11:38
Ermənistan Tovuzdakı mövqelərimizi atəşə tutub - RƏSMİ

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 17-si saat 17:54-dən 22:52-dək Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan kəndləri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutublar.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Bütöv.az
18-11-2021, 11:16
Türkiyə və İspaniya iri təyyarədaşıyan gəmi hazırlamaq istəyir

Türkiyə İspaniya ilə birgə böyük təyyarədaşıyan gəmi hazırlamaq niyyətindədir.

Bütöv.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib. O İspaniyanın Baş naziri Pedro Sançezlə Ankarada təşkil olunan birgə mətbuat konfransında bildirib ki, hazırda Türkiyə və İspaniya hərbi sahədə bir sıra layihələr üzrə birgə işləyir.
Ərdoğanın sözlərinə görə, bundan əvvəl iki ölkə birgə kiçik təyyarədaşıyan gəmi inşa edib. Hədəfdə isə iri təyyarədaşıyan gəmi var.
18-11-2021, 10:55
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,64 ABŞ dolları, yaxud 0,76 % azalıb.

Bütöv.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 83,26 ABŞ dolları təşkil edib.
17-11-2021, 18:45
Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 33 784 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 864, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7 712, buster doza üzrə vaksinasiya olunanların sayı isə 21 208 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 165 834, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 033 346, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 498 072, buster doza üzrə vaksinasiya olunanların sayı isə 634 416 təşkil edir.


Bütöv.az
17-11-2021, 18:34
Prezidentə sui-qəsd hazırlayan şəxs hava limanında tutuldu - VİDEO

Haiti prezidentinə sui-qəsd istintaqında qırmızı bülletenlə axtarılan şəxs İstanbulda tutulub.

Bütöv.az xəbər verir ki, Haiti prezidenti Jovenel Moisenin öldürülməsi ilə bağlı aparılan istintaqda qırmızı bülletenlə axtarışa verilən Samir Handan ABŞ-dan İordaniyaya gedərkən İstanbulda yaxalanıb.

Sui-qəsdçi təyyarədə olarkən içəri girən İnterpol polisi adıçəkilən prezidenti öldürənlərin səbəbkarları arasında olan Samir Handalı dərhal təyyarədə saxlayıb.

Qeyd edək ki, Haiti prezidenti 53 yaşlı Moise iyulun 7-də evinə silahlı şəxslərin hücumu nəticəsində öldürülüb, həyat yoldaşı Martine Moise isə yaralanmışdı.


17-11-2021, 18:32
İstanbulda güclü zəlzələ oldu - VİDEO

Türkiyənin İstanbul şəhərində 5.2 bal gücündə zəlzələ baş verib.

Bütöv.az xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) yaydığı məlumat görə, zəlzələnin maqnitudasının 5.2 bal olduğu bildirilib. Zəlzələnin episentri Düzce Çilimli ərazisində qeydə alınıb.

Dağıntı və itkilər barədə hələlik məlumat verilməyib

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!