Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
17-11-2021, 18:15
ÇAVUŞOĞLU AZƏRBAYCANIN YALNIZ OLMADIĞI MESAJINI VERDİ - VİDEO

"Ermənistan bu davranışı ilə heç nə əldə edə bilməyəcək, uduzacaq". Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bəhreynin xarici işlər naziri Abdullatif bin Raşid Alzayani ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

"Şəhidlərə Allahdan rəhmət diləyirəm. Azərbaycan 30 ilə yaxındır işğal altında qalan torpaqlarını 44 gün içərisində geri aldı. Bununla da türkün gücünü və qətiyyətini göstərdi. Azərbaycan yalnız deyil və olmayacaq. Öz torpaqlarını geri alan Azərbaycanın atdığı addımlara baxaq. Hazırda çox əhəmiyyətli layihələr həyata keçirirlər. Azərbaycanın Ermənistana əhatəli sülh müqaviləsi təklif edir. Qalib tərəf məğlub tərəfə deyir ki, gəl, sülh müqaviləsi bağlayaq ki, bir daha aramızda münaqişə olmasın. Ermənistan isə bunlara məhəl qoymayaraq Azərbaycana hücumlar edir. Onlar Azərbaycan torpaqlarında terror hücum həyata keçirir", - o deyib.

M.Çavuşoğlu vurğulayıb ki, Ermənistan Azərbaycanla sərhəddə təxribatları yenə davam etdirir: "Bu iki yanaşma arasında çox ciddi fərq var. Bu, Ermənistan üçün heç bir nəticə verməyəcək. Bölgənin sabitliyi üçün əməkdaşlıq etmək istəyirik. Biz bunları söylədiyimiz halda, Ermənistan bunları qəbul etmir, qarşılığında nə istədiyini də bildirmir. Buralar Azərbaycan torpağı idi və həmin əraziləri də işğaldan azad etdi. Ermənistan bu cür təxribatlarla nəticə əldə edilə bilməz, yalnız uduzar. Bir tərəfdən əsirlərin verilməsi üçün yalvaran Ermənistan beynəlxalq ictimaiyyəti də çətin vəziyyətə salmağa çalışır. Digər tərəfdən də Azərbaycan hərbçilərinə hücum edir. Onlar bizim də qardaşlarımızdır".



Bütöv.az
17-11-2021, 18:02
İlham Əliyevdən Kərim Tahirovla bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Kərim Məhəmməd oğlu Tahirovun 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Bununla bağlı Prezident.az məlumat yayıb.


Sərəncama əsasən, K.Tahirov Azərbaycanda kitabxana işi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.


Bütöv.az
17-11-2021, 12:37
Dünən şəhid olan hərbçilərimizin FOTOLARI

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan ordusunun yeddi hərbi qulluqçusu şəhid olub.

Bütöv.az şəhidlərdən bir neçəsinin fotosunu təqdim edir:
17-11-2021, 12:25
10 yaşa qədər uşaqlara müavinət verilsin - Deputat

Azərbaycanda 10 yaşa qədər uşaqlara müavinət verilməlidir.

Axar.az xəbər verir ki, deputat Qüdrət Həsənquliyev belə təkliflə çıxış edib.

“Azərbaycanda uşaqlara fikir verin, çoxu arıqdır, sanki düzgün qidalanmır. Onların düzgün qidalanması, balıq yeməsi vacibdir. Buna görə təklif edirəm ki, Azərbaycanda 10 yaşa qədər uşaqlara müavinət təyin edilsin”, - o əlavə edib.


Bütöv.az
17-11-2021, 12:18
Karate üzrə dünya çempionatında ikinci gün: Debütant mübarizəni dayandırdı

BƏƏ-nin Dubay şəhərində keçirilən karate üzrə dünya çempionatında ikinci günə start verilib.

Bütöv.az-ın xəbərinə görə, artıq bir karateçimiz mübarizəyə başlayıb.

Debütant karateçimiz olan Ayla Rzazadə mübarizəni ilk görüşdə uduzaraq dayandırıb. Bu gün daha dörd karateçimiz mübarizə aparacaq.

Karate üzrə dünya çempionatı

Qadınlar


-50 kq Nuranə Əliyeva – Lutsia Kovaçikova (Slovakiya)

-55 kq İlahə Qasımova – Maya Şerer (İsveçrə)

-61 kq Ayla Rzazadə – Fatimə-Zəhra Şajay (Mərakeş) 0:3

Kişilər

-60 kq Əminağa Quliyev – Bander Abdulla (Bəhreyn)

-67 kq Tural Ağalarzadə – Vorakan Soda (Tailand)

Qeyd edək ki, dünənki mübarizədən sonra İrina Zaretskayanın (-68 kq) ikinci dəfə dünya çempionu olmaq imkanı var. Həmçinin Asiman Qurbanlının (+84 kq) ilk dəfə dünya çempionatının bürünc mükafatçısı olmaq şansı mövcuddur.
17-11-2021, 12:09
Paşinyanın gəldiyi bina polis tərəfindən belə qorunur - VİDEO

İrəvanda Milli Assambleyanın binasına və ətraf ərazilərinə canlı polis qüvvələri gətirilib.

Bütöv.az xəbər verir ki, buna səbəb Paşinyanın birazdan həmin binaya daxil olacağı bildirilir. Polis qüvvələrinin cəlb olunması Paşinyanın təhlükəsizliyini qorumaq məqsədi daşıdığı bildirilir.

Sakinlər bu halın ilk dəfə yaşandığını dilə gətiriblər.



17-11-2021, 12:04
Döyüşlərdə Azərbaycan ordusunun hərbi qulluqçuları şəhid olub - SİYAHI

Döyüşlərdə Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub.

KONKRET.az xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

“Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun aşağıda adları göstərilən hərbi qulluqçuları şəhid olub:

– leytenant Niftəliyev Ümüd Oruc oğlu;
– gizir Cabbarov Orxan Hətəm oğlu;
– müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əliyev Natiq Yusif oğlu;
– əsgər Ağayev Elçin Mərifət oğlu;
– əsgər Əlizadə Elmin Samir oğlu;
– əsgər Əliyev Elçin Ramil oğlu;
– əsgər Xəlilov Murad Qalib oğlu.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçularımızın yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Allah rəhmət eləsin!
Döyüşlərdə 10 nəfər hərbi qulluqçumuz yaralanıb.

Noyabrın 16-sı axşam saatlarından etibarən Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyət sabitləşib.
Ermənistanın dövlət sərhədində törətdiyi təxribat və hərbi avantüra tam iflasa uğrayıb.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Azərbaycan Respublikasının Silahlı Qüvvələri ölkəmizin suveren ərazilərində xidmətini davam etdirir.

Ermənistanın təxtibatı nəticəsində yaranmış gərginliyə və qarşıdurmaya görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Bütöv.az
17-11-2021, 12:00
Azərbaycanlı ekspert ermənini susdurdu - VİDEO

Nüfuzlu Əl Cəzirə televiziya kanalında Ermənistanın sərhəddə törətdiyi təxribatlarla bağlı erməni və azərbaycanlı ekspertlərin iştirakı ilə canlı debat baş tutub.

Ermənistandan qatılan ekspert Sako Arian çıxışında Azərbaycan və Türkiyə əleyhinə saxta ittihamlar səsləndirib və dövlət sərhədində baş verənlərin Azərbaycan tərəfinin təxribatı olduğunu bəyan edib. Buna kəskin reaksiya verən azərbaycanlı hüquq müdafiəçisi Əhməd Şahidov atışmaların Kəlbəcər və Laçın ərazisində yerləşən yüksəliklərdə yaşandığını və Azərbaycan Respublikasının suveren ərazisi olan bu mövqelərdə yerləşən azərbaycanlı əsgərlərə qəfil hücum edildiyini bildirib. Erməni tərəfinin məqsədinin həmin yüksəklikləri ələ keçirmək olduğunu deyən azərbaycanlı hüquq müdafiəçisi bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü bildirib. Sitat: “Ötən həftə Şuşada erməni terrorçunun qəfil Azərbaycan əsgərlərinə hücum etməsi və əl qumbarası atması da bu planın tərkib hissəsi idi. Azərbaycan tərəfini təxribata cəlb etməyə çalışan erməni tərəfi istəyinə nail olmadıqda daha böyük miqyaslı təxribat aktı törətməyə cəhd edib. Bunun səbəbi də Ermənistanda yaşanan daxili gərginlik, vətəndaş itaətsizliyi və Nikol Paşinyan hakimiyyətinin üzləşdiyi ittihamlardır. İki ölkə arasındakı dövlət sərhədində bu cür təxribatlar törətməklə Ermənistan hakimiyyəti erməni cəmiyyətinin diqqətini yayındırmağa çalışır, eyni zamanda Rusiya və digər ölkələrin köməyinə ümid edir. Halbuki, Rusiya da daxil olmaqla, bütün dünya ictimaiyyəti həmin torpaqların Azərbaycan Respublikasının beynəlxalq səviyyədə qəbul olunmuş ərazisi olduğunu qəbul edir və Azərbaycanın öz ərazisində antiterror əməliyyatları keçirməsi beynəlxalq hüquqa tam uyğundur.”

Erməni ekspert Sako Arian isə yenidən Azərbaycan və Türkiyə əleyhinə sərsəm açıqlamalar səsləndirərək, Qarabağın qədim erməni torpağı olduğunu iddia edib və o torpaqlar uğrunda mübarizənin davam edəcəyini bildirib.

Azərbaycan hüquq müdafiəçisi Əhməd Şahidovun cavabı isə qısa və qəti olub: “44 günlük İkinci Qarabağ müharibəsindən dərs çıxarmağın zamanıdır. Ermənistan bir xalq olaraq öz dövlətçiliyini də itirmək təhlükəsi ilə üzləşə bilər.”



Bütöv.az
17-11-2021, 11:48
Müdafiə Nazirliyi sərhəddəki son vəziyyəti AÇIQLADI

Noyabrın 16-sı axşam saatlarından etibarən Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyət sabitləşib

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ermənistanın dövlət sərhədində törətdiyi təxribat və hərbi avantüra tam iflasa uğrayıb.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Azərbaycan Respublikasının Silahlı Qüvvələri ölkəmizin suveren ərazilərində xidmətini davam etdirir.

Ermənistanın təxribatı nəticəsində yaranmış gərginliyə və qarşıdurmaya görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Bütöv.az
17-11-2021, 11:34
İrəvan sərhədini müəyyən etsin, sonra qoruyaq!

Ermənistanı istənilən hücumdan qorumaq üçün kollektiv təhlükəsizlik müqaviləsi çərçivəsində Gümrüdə Rusiya hərbi bazası yerləşir.
Bu sözləri rusiyalı ekspert Aleksandr Perenciyev deyib.
Perenciyevin sözlərinə görə, bunun üçün Ermənistanın müasir sərhədləri dəqiq müəyyən edilməlidir:
"Bu, ona görə vacibdir ki, Rusiya bu ölkəyə yardım edən zaman hər hansı münaqişəyə müdaxilə etməsin”, - deyə ekspert bildirib.
Qeyd edək ki, Rusiya da bir neçə dəfə Ermənistana çağırış edərək, Azərbaycanla sərhədin demarkasiya və delimitasiyasına başlamağı təklif edib. Buna baxmayaraq, Ermənistan prosesi uzatmaqla məşğuldur.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!