Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
17-11-2021, 11:22
Usubov və Qriqoryan eyni tədbirdə

Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Moskvada MDB Təhlükəsizlik Şurası katiblərinin illik iclasda iştirak edirlər.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Təhlükəsizlik Şurası məlumat yayıb.


Bütöv.az
17-11-2021, 11:14
İsrailli ekspertdən Bakıya çağırış


Azərbaycan tərəfi bu ilandan ehtiyatlı olmalıdır! İsrailli ekspert Bakıya çağırış etdi...
Mən dəfələrlə demişəm ki, Ermənistan revanşizmlə yaşayan ölkədir. O, sakitləşməyəcək, sülh müqaviləsini imzalamayacaq, o, yalnız qan, münaqişənin davam etdirilməsi və dərinləşməsini istəyəcək. Bundan əlavə, o, Rusiyanın sülhməramlılarını da bu işə cəlb etməyə və Qarabağın itirilmiş torpaqlarını, heç olmasa, qismən də olsa, geri qaytarmağa çalışacaq.
Bu sözləria açıqlamasında israilli ekspert, beynəlxalq hüquq və beynəlxalq siyasət üzrə mütəxəssis Mixail Finkel Ermənistanın iyunun 16-dakı təxribatlarını şərh edərkən deyib.
Ekspert Ermənistanı başsız ilanla müqayisə edib.:
“Bu ölkə başı kəsilmiş ilan kimidir və bu baş son nəfəsində belə öldürmək niyyətində olacaq. Azərbaycan tərəfi bu ilandan ehtiyatlı olmalıdır. Bir tərəfdən başı kəsildi, digər tərəfdən isə bu baş sancmağa və hər alçaqlıq etməyə qadirdir”.
Onun sözlərinə görə, Ermənistan bir il əvvəl imzaladığı üçtərəfli bəyanata əməl etməyib, Azərbaycanın həm hərbi, həm də mülki obyektlərinə atəş açmaqla özünü terrorçu təşkilat kimi aparır: Bizə, israillilərə bu mənzərə çox tanışdır. Bu barədə köhnə deyimimiz var: “Terrorçularla heç bir müqavilə imzalamaq mümkün deyil, çünki onlar ona riayət etməyəcəklər”.
Düşmənlə apardığı ədalətli müharibədə Azərbaycan xalqına sülh və uğurlar arzu edirəm.”
17-11-2021, 11:00
Azərbaycan neftinin qiyməti artıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,97 ABŞ dolları, yaxud 1,17 % artıb.

Bütöv.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 83,90 ABŞ dolları təşkil edib.
17-11-2021, 10:56
Bu gün Milli Dirçəliş Günüdür

Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür.

Milli Dirçəliş günü 17 noyabr 1992-ci ildə elan olunub.

Bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır.
Həmin vaxt Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapdı. 17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıqda (keçmiş Lenin) Azərbaycan xalqının uzunmüddətli mitinqləri başladı. Milyonlarla insan meydana toplaşaraq Moskvanın anti-Azərbaycan siyasətinə qarşı çıxdı. Dekabrın əvvəllərində mitinqlər SSRİ-nin daxili qoşunları tərəfindən dağıdılsa da, Moskva Azərbaycan xalqının milli azadlıq hərəkatının qarşısını ala bilmədi.

1989-cu ilin iyulunda Azərbaycan Xalq Cəbhəsi (AXC) təsis edildi. Elə həmin ilin sentyabrında Ali Sovetin Azərbaycanın suverenliyi haqqında Konstitusiya Aktını qəbul etməsi Moskvanı daha da qıcıqlandırdı və 1990-cı ilin 19-20 yanvarında Bakıya qoşun yeridildi. Mitinq iştirakçılarına qarşı ağır texnika və odlu silahdan istifadə edildi. Yüzlərlə aksiya iştirakçıları və dinc sakin vəhşicəsinə qətlə yetirildi. Amma bu hadisə xalqımızın milli qürurunu sındıra bilmədi. Əksinə, azadlıq hərəkatını daha da sürətləndirdi. 1990-cı il seçkilərində AXC rəhbərlərinin əksəriyyəti Ali Sovetin deputatı mandatını qazandılar və Demokratik Blok adlı fraksiya yaratdılar.

1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi elan olundu. 1992-ci ilin mayında isə AXC hakimiyyətə gəldi. Qısa müddət ərzində Azərbaycan Respublikasının müstəqilliyinə real təhlükə olan SSRİ qoşunları Azərbaycandan çıxarıldı.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Muxtar respublikanın adından “sovet” və “sosialist” sözləri çıxarıldı. İmperiyanın hələ tarix səhnəsindən silinmədiyi bir dövrdə Naxçıvanın adından “sovet” və “sosialist” sözlərinin çıxarılması müstəqilliyimizin qazanılması yolunda çox böyük tarixi addım idi. Bununla ümummilli lider Heydər Əliyev milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük addım atdı. Ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada Muxtar Respublikanın dövlət rəmzləri haqqında məsələ də müzakirə olunub. Xalq deputatlarının müzakirəsindən sonra üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürülüb. Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsadət qaldırıb. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu.

Azərbaycan ötən ildən etibarən Milli Dirçəliş Gününü xüsusi coşqu və fərəhlə qeyd edir.

Çünki 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistan silahlı qüvvələrinə ağır və sarsdıcı zərbələr vuraraq işğalda olan əraziləri azad etdi. Bu, həm də İranla 132 kilometr sərhədin bərpa olunması deməkdir.

Azərbaycan bu gün Ermənistana diktə edən tərəfə çevrilib. Vətən müharibəsindən sonra Azərbaycanın gücü yeni mərhələyə keçid edərək İrəvan üzərində əlavə rıçaqların qazanılmasına gətirib çıxarıb.

Azərbaycan Milli Dirçəliş Gününü tarixi və milli qürurunu bərpa edərək qeyd edir.

Bütöv.az
16-11-2021, 20:04
Şarl Mişel İlham Əliyevə zəng etdi

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Söhbət əsnasında Prezident Şarl Mişel Ermənistan-Azərbaycan sərhədində baş vermiş hadisələrlə bağlı narahatlığını ifadə edib. Sərhəddə cərəyan edən hadisələrlə bağlı Şarl Mişelin müraciətinə cavab olaraq Prezident İlham Əliyev bildirib ki, dəfələrlə Ermənistan tərəfi Şuşa, Laçın, Kəlbəcər istiqamətində hərbi təxribatlara əl atıb və Ermənistanın son genişmiqyaslı hücumu bu gün baş verib.
Dövlətimizin başçısı Azərbaycan tərəfdən yaralıların olduğunu qeyd edərək, Ermənistanın təxribatlarına adekvat cavab verildiyini vurğulayıb.
Prezident İlham Əliyev yaranmış vəziyyətə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü bildirib.
Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
16-11-2021, 19:20
Xalqımız amnistiya aktını minnətdarlıqla qarşıladı


DÖVLƏTİMİZİN HUMANİST SİYASƏTİ DAVAMLIDIR – xalqımız amnistiya aktını minnətdarlıqla qarşıladı

“Ölkəmizdə verilən əfv sərəncamları və amnistiya aktlarının sayı, əhatə dairəsi dövlət rəhbərliyinin – cənab Prezident və xanım Birinci Vitse-prezidentin genişmiqyaslı humanistliyinin göstəricisidir. Xalqımız belə qərarları yüksək dəyərləndirir və sonsuz minnətdarlığını ifadə edir.”
Bu sözləri Zəfər Günü ilə bağlı imzalanaraq 17 min məhbusa şamil olunan amnistiya aktını şərh edərkən MƏQAM MEDİA GROUP-un təsisçisi Qorxmaz Heydərov söyləyib.
O bildirib ki, sözügedən qərar erməni faşizmi üzərində möhtəşəm Zəfərin ildönümü münasibətilə çox böyük töhfədir və cəzalarına xitam verilən, yaxud həbs müddəti azaldılan, digər inzibati sanksiyalar, məhdudiyyətlərdən qurtulan şəxslərin özləri, qohum-əqrabaları, bütün Azərbaycan xalqının ölçüyəgəlməz sevinci ilə qarşılanıb:
“İndiyədək möhtərəm Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə 4 amnistiya aktı verilib ki, bundan 40412 nəfər bəhrələnib. Dövlətimizin başçısı tərəfindən 5672 nəfərə şamil olunan 35 əfv sərəncamı imzalanıb, digər çoxsaylı humanist addımlar atılıb. Bu, ilk növbədə Vətən savaşı, sonrakı quruculuq dövrlərinə qatılmaq imkanını əldən verənlər üçün yaxşı fürsətdir. Həmin sənədlərin təsiri ilə azadlığa qovuşanlar gec də olsa, vətənə, xalqa, dövlətçiliyə xidmətləri ilə özlərini doğrultmağı bacarmalıdırlar”.
Qorxmaz bəy vətəndaşları qanunlara ciddi riayət etməyə, Allahın bəxş elədiyi faili-muxtar ömrün, azadlığın qədrini bilməyə də səsləyib: “Biz bir latın məsəlində deyildiyi kimi, şahın qanun deyil, qanunların şah olduğu bir məmləkətdə yaşayırıq. Cinayətlərin, qayda pozuntularının əksəriyyəti insanın nəfsinə məğlubiyyəti üzündən baş verir. Dövlətin, başqasının əmlakına xor baxmaq olmaz, ümumxalq, ümumcəmiyyət maraqlarını şəxsi mənafedən üstün tutmaq lazımdır.”
Xatırladaq ki, hazırkı amnistiya aktı 4 bölmə, 45 hissədən ibarətdir. Ədliyyə Nazirliyinin məlumatına görə, Birinci bölmədə akt şamil edilən şəxslərin siyahısı, ikinci bölmədə tətbiq edilən məhdudiyyətlər, üçüncü bölmədə aktın qüvvəyə minməsi, dördüncü bölmədə isə icra prosesi göstərilir. Bütün statistik məlumatlar tədqiq olunub, amnistiya 5800 məhkuma, probasiya üzrə isə 8800 nəfərə şamil edilib. 6 yeniyetmədən ikisi azadlığa buraxılacaq, 4-nün cəzası azaldılacaq. 2020-ci ildə pandemiya şəraitində ölkə başçısının sərəncamına əsasən, 65 yaşdan yuxarı 176 nəfər əfv edilib. Azadlığa çıxan məhkumların cəmiyyətə adaptasiyası məsələsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məşğul olur.
Qurban Məmmədli
16-11-2021, 18:49
Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 39 287 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 992, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 625, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 23 670 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 132 050, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 028 482, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 490 360, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 613 208 təşkil edir.


Bütöv.az
16-11-2021, 18:45
Çavuşoğlu: Livana dəstəyimiz davam edəcək

“Türkiyə Livan ordusuna dəstəyini davam etdirəcək”.

Bütöv.az xəbər verir ki, Livanda səfərdə olan Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu belə açıqlama verib. O bildirib ki, Ankaranın məqsədi Livanın suverenleyinə dəstək verməkdir. Diplomatın sözlərinə görə, Türkiyənin dəstəyi təkcə hərbi köməklikdən ibarət deyil. Bura humanitar və iqtisadi dəstək də daxildir.
16-11-2021, 18:37
Ermənistan Müdafiə naziri BUNKERDƏ SAVAŞI İDARƏ EDİR

Xəbər verildiyi kimi, bu gün səhər saatlarında Ermnistan silahlı qüvvələri Kəlbəcər və Laçın istiqamətindən hücuma keçib. Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, düşmənin hücumunun qarşısı alınıb. Əməliyyatlar zamanı iki hərbi qulluqçumuz yaralanıb.

Həmin məlumatda qeyd edilirdi ki, Azərbaycan Ordusu düşmənin qüvvələrini tərk-silah edib və xeyli sayda qənimət götürüb. Bundan başqa, erməni əsgərlərindən də əsir götürülən var.

JAMAZ.İNFO-nun əldə etdiyi son məlumatlara görə, bu gün saat 14:00-dan etibarən Kəlbəcər və Laçın istiqamətində Ermənistan silahlı qüvvələri itirdikləri mövqeləri geri qaytarmaq üçün yenidən hücuma başlayıb. Bölgədə vəziyyətin gərgin olduğu, aktiv döyüşçlərin getdiyi bildirilir.

Xəbərlərdə deyilir ki, düşmən bir neçə istiqamətdə hücumlara başlayıb. Əraziyə tanklar və zirehli texnikalar çıxarılıb. Bundan başqa, ermənilər artilleriyadan da istifadə etməyə başlayıblar.

Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatda isə iddia olunur ki, döyüşlər zamanı Azərbaycan Ordusuna məxsus bir zirehli texnika vurulub. Sözügedən nazirlikdən bildirilib ki, 6 erməni əsgəri əsir düşüb.

Erməni mənbələri onu da iddia edirlər ki, Laçın istiqamətində 5 Azərbaycan əsgəri də əsir düşüb.

Aldığımız son məlumata görə, Ermənistanın yeni müdafiə naziri Suren Papikyan hal hazırda xüsusi sığınacağa yerləşib və orada əməliyyat müşavirəsi keçirir.

Bu əsnada, məlum olub ki, iki gün öncə, noyabrın 14-də Laçın istiqamətində təxribat törədən zaman Ermənistan ordusunun hərbi qulluqçusu Vahe Manukyan itkin düşüb. JAMAZ.İNFO xəbər verir ki, qardaşı Hayk Manukyan onunla bağlı Ermənistan Müdafiə Nazirliyinə və Qırmızı Xaç Komitəsinə müraciət edib. Nazirlikdən bildirilib ki, Manukyanı tapa bilmirlər, onun itkin düşdüyünü ehtimal ediblər. BQXK-dən isə bildirilib ki, sözügedən əsgərlə bağlı Azərbaycan tərəfinə müraciət olunub və rəsmi Bakı onlarda belə bir əsgərin olmadığını bildirib.

Onu da bildirək ki, ermənilər əsgərlərinin əsir düqşdüyünü nümayiş etdirən videogörüntülər paylaşıblar.

Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədində ölkəmizə qarşı genişmiqyaslı təxribatlarını davam etdirir. Bu barədə isə JAMAZ.info-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Qarşı tərəfin hərbi birləşmələri dövlət sərhədində vəziyyəti daha da gərginləşdirmək məqsədilə Laçın rayonu ərazisində yerləşən bölmələrimiz istiqamətində müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəş açıb.

Ermənistan tərəfinin təxribatlarının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat tədbirlər görülür.

Bütöv.az
16-11-2021, 18:30
Əmək Məcəlləsində dəyişiklik edildi

Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb.

Sənədlə Əmək Məcəlləsində “Respublika günü” sözləri “Müstəqillik Günü” sözləri ilə, “Dövlət müstəqilliyi günü” sözləri “Müstəqilliyin Bərpası Günü” sözləri ilə əvəz edilib.

Qeyd edək ki, mayın 28-i ölkədə Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü kimi qeyd ediləcək. Ötən aya qədər mayın 28-i ölkədə Respublika Günü, oktyabrın 18-i isə Dövlət Müstəqilliyi Günü kimi qeyd edilirdi.

Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!