Türkiyənin ən böyük onlayn alış-veriş platforması kimi tanınan “Trendyol”un çatdırılma xidməti olan “Trendyol Express”in əməkdaşları etiraz aksiyası keçirib.
Bütöv.az bildirir ki, etiraza səbəb işçilərin aşağı maaş artımı olub. Bununla bağlı İki günlük tətil elan edən etirazçılar “Trendyol”un baş ofisinin önündə toplaşıblar. Hətta ölkədəki qeyri-sabit hava şəraiti də onlara əngəl olmayıb. Bildirilir ki, “Trendyol Ekspres” işçilərinin maaşları cəmi 11% artıb.
Şirkət rəhbərliyi isə mövzu ilə bağlı açıqlama verməyib.
Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti tədbir zamanı narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü müəyyən edilib.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Ramana qəsəbəsində yaşayan Səbuhi Quliyev idarə etdiyi VAZ-2107 markalı avtomobilin sükanı arxasında olan zaman nəzarət-yoxlama qaydasında saxlanılıb. İlkin sorğu zamanı sürücü avtomobili narkotik vasitə qəbul edərək idarə etdiyini etiraf edib. Təyin olunan ekspertizanın nəticəsində Səbuhi Quliyevin sükan arxasında narkotik vasitənin təsiri altında olduğu məlum olub.
Araşdırma zamanı həmçinin həmin şəxsin nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etdiyi müəyyən edilib. Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Səbuhi Quliyevin törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanmış material məhkəməyə göndərilib.
Qeyd edək ki, narkotik vasitələrin təsiri altında avtomobil idarə edən sürücülərin müəyyən edilməsi istiqamətdə polis əməkdaşları tərəfindən tədbirlər bütün ölkə ərazisində davam etdirilir.
Regionda münasibətlərin normallaşdırılması prosesinin gələcəyinə ümid bəsləməyə imkan verən Bakı, Ankara, Moskva və İrəvandan verilən silsilə bəyanatlara ASALA terror qruplaşması tərəfindən də münasibət bildirilib.
Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan növbəti təhlilində qeyd olunub.
Terror qruplaşması verdiyi bəyanatda birmənalı şəkildə xəstə şüurun məhsulu olan iddialarından çəkinmədiyini göstərib. Münasibətlərin normallaşdırılmasına cəhdlərin əbəs yerə olduğunu bildirən ASALA terror qruplaşması hətta “Qərbi Ermənistan”ı ələ keçirmək iddialarından da geri qalmayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng edib.
Bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Dövlətimizin başçısı Ukrayna Prezidentini ad günü münasibətilə təbrik edib, fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Təbrikə və xoş sözlərə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Volodimir Zelenski Prezident İlham Əliyevin bu yaxınlarda ölkəsinə səfərini məmnunluqla xatırladığını qeyd edib. Azərbaycan Prezidenti səfər çərçivəsində göstərilən qonaqpərvərliyə görə Ukraynanın dövlət başçısına təşəkkür edib.
Telefon söhbəti zamanı gələcək ikitərəfli əlaqələrə dair fikir mübadiləsi aparılıb.
Bütün baş verənlər onu göstərir ki, İrəvan yaxın vaxtlarda bir sıra əraziləri Bakının nəzarətinə verəcək. Hansı ərazilər ki, SSRİ Baş Qərargahının xəritələrinə əsasən Ermənistana deyil, Azərbaycana aid olub.
Bu fikirləri Rusiyanın tanınmış hərbi eksperti, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko bildirib.
“Ermənistan Prezidenti Armen Sərkisyanın istefası hər şeydən əvvəl bu ölkədə müşahidə edilən siyasi böhrandan xəbər verir. Bu, dövlətdə ikinci şəxsin istefasıdır. Əslində, Prezident Sərkisyan Paşinyandan sonra səlahiyyətli ola biləcək ikinci şəxs idi. Onun könüllü istefa verməsi sözsüz ki, Ermənistanda siyasi vəziyyətin qeyri-sabitliyinin göstəricisidir. Bu, birincisi. İkincisi, onun istefası hazırda Paşinyan tərəfindən qəbul ediləcək və reallaşdırılacaq qərarlarla, xüsusilə sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı ola bilər. Bütün baş verənlər onu göstərir ki, İrəvan yaxın vaxtlarda bir sıra əraziləri Bakının nəzarətinə verəcək. Hansı ərazilər
ki, SSRİ Baş Qərargahının xəritələrinə əsasən Ermənistana deyil, Azərbaycana aid olub”.
UEFA növbəti dəfə “Qarabağ” futbol klubuna ödəniş edib.
“Report” xəbər verir ki, Ağdam təmsilçisinə Konfrans Liqasının qrup mərhələsinin son 3 oyununda əldə olunmuş 1 qələbə və 1 heç-heçəyə görə 666 000 avro, turnirin qrup mərhələsini ikinci pillədə başa vuraraq play-offa vəsiqə qazandığı üçün 325 000 avro və əlavə bonus olaraq 187 200 avro maliyyə vəsaiti ayrılıb.
Ümumilikdə, 1 178 200 avro AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.
Qeyd edək ki, “Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində Fransa “Marsel”i ilə qarşılaşacaq.
Xəbər verdiyimiz kimi, güclü qar yağışı səbəbindən İstanbul hava limanında bütün uçuşlar ertələnib.
Bütöv.az bildirir ki, “Türk Hava Yolları”nın mətbuat katibi Yəhya Üstün sosial media hesabı üzərindən İstanbul aeroportunda reyslərin bərpa olunacağı vaxtı elan edib. Yəhya Üstün qeyd edib ki, hava şəraiti səbəbindən THY-nin İstanbul hava limanından edilən uçuş əməliyyatları yanvarın 26-sı saat 00:00-dək təxirə salınıb.
Bütöv.az verir ki, qar səbəbilə yollar bağlanıb. Minlərlə sürücü yollarda qalıb. İstanbulun nəqliyyat vasitələri ilə daha çox yüklənməməsi üçün şəhərə girişlər bağlanıb. İnsanlar ünvanlarına piyada getmək məcburiyyətində qalıb. İstanbul hava limanında reyslər təxirə salınıb.
Bir çox dövlət idarələrində və məktəblərdə işlər dayandırılıb.Metbuat.az