Arvadını boğamaqda şübhəli bilinən kişi saxlanılıb .....                        Hacıqabul sakini qızılcadan öldü .....                        Hacıqabul sakini qızılcadan öldü .....                        İsrail və HAMAS danışıqları nəticəsiz yekunlaşdı .....                        Onun alimliyi vətəndaşlığından doğan alimlik idi .....                        İranda sel: 5 mindən çox sakin zərər çəkib .....                        “Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi .....                        Rezidenturaya qəbul imtahanı keçirildi .....                        Ululardan, Babadağdan soraq aldım Hissələr .....                       
24-01-2022, 13:42
İlham Əliyev Qətərlə viza rejiminin ləğvi haqqında qanunu TƏSDİQLƏDİ

“Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Saziş təsdiqlənib.

Bununla bağlı qanunu Prezident İlham Əliyev imzalayıb.

Qeyd edək ki, Saziş 2021-ci il oktyabrın 18-də Bakı şəhərində imzalanıb.

Bütöv.az
23-01-2022, 17:44
Zülfəli kişinin nəvəsi


Bayramzadə İlqar Səməd oğlu da babası Zülfəli kişi kimi xalqının fədaisidir...
O, 3 iyun 1982-ci il tarixində Bakı şəhərində anadan olmuşdur.
Orta təhsilini 1989-1999-cu illərdə Bakının Nizami rayonunun 201 saylı (1-5-ci siniflər), Xətai rayonunun 88 saylı (5-6-cı siniflər) məktəblərində, Tehran şəhərinin Səadətabad Beynəlxalq məktəbindә (7-ci sinif, valideynlərinin diplomatik fəaliyyəti ilə bağlı), Bakının Nərimanov rayonunun 43 saylı bağça-məktəb-lisey kompleksində (8-11-ci sinifllər) almışdır.
1999-2003-cü ildə Bakıda “Qərb” universitetinin qərb dilləri fakültəsində ali təhsil almış və tərcüməçi ixtisasına, 2003-2006-cı illərdə isə Azərbaycan Dövlət Kooperasiya universitetinin idarəetmə fakültəsində qiyabi olaraq ikinci ali təhsil alaraq “Gömrük işinin təşkili” ixtisasına yiyələnmişdir.
Ana dilindən başqa ingilis və rus dillərində sərbəst danışır.
Azərbaycan Respublikasının ordu sıralarında xidmət etmiş və hərbi mükəlləfiyyətlidir.
2005-2010-cu illərə özəl sektorda - “Pakan MMC”-də satış üzrə müdir, “İrşad” oteldə inzibatçı, “Torlon Holdings İnc.” Şirkətinin Qazaxıstan Respublikasındakı nümayəndəliyinin direktoru vəzifələrində çalışmışdır.
2010-cu ildən ARDNŞ “Azəriqaz” İstehsalat Birliyinin Səbail və 2019-cu ildən indiyə kimi isə Xətai rayon qaz idarəsində çilingər-nəzarətçi vəzifəsində çalışmaqdadır.
İlqar ziyalı ailəsində böyüyüb tərbiyə almışdır.
ARDNŞ “Azəriqaz” İstehlalat Birliyinin Səbail və Xətai rayonlarında işlədiyi illərdə daim xalqın arasında və mindən yuxarı insanların mənzilində qaz sistemi ilə bağlı problemlərin həlli ilə məşğul olmaqla, gecə və gündüz onların xidmətində dayanmaqla sadə insanlar, ziyalılar, siyasətçilər, dövlət qulluqçuları, mədəniyyət işçiləri, deputatlar və cəmiyyətimizin sair qruplarının nümayəndələri ilə səmimi münasibətlər qura bilmişdir. Yalnız qaz sisteminə baxış və ya ondakı problemlərlə bağlı deyil, hətta abonentlərdən birinin səhhəti ilə bağlı bir problem yarandığı təqdirdə əlindən gələn köməyi əsirgəməmiş, lazım olan bütün vasitələrdən istifadə etməklə ilk yardım göstərmişdir. Onu tanıyan abonentləri gecə də zəng edib mənzilində qaz sistemində yaranmış bir problemlə bağlı məlumat verib kömək istəyəndə belə ona “növbətçiyə xəbər verin” deyil, “narahat olmayın, indi gəlib həll edərik” cavabını verər və dediyinə də əməl edər. Bu isə insanlarda, onların qəlbində həmişə bir məmnunluq hissi yaradır, dövlətə, onun xalqa xidmətinə inam və gələcəyə ümid verir.
İlqar həmişə xalqın, xüsusilə də onun sadə nümayəndələrinin arasındadır. O üzdən də insanların mövcüd sosial problemlərinə, istəklərinə daha yaxından bələddir, imkanları daxilində də onların həllində əlindən gələni heç vaxt əsirgəməmişdir.

Butov.az
21-01-2022, 20:05
Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 8 471 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 722 nəfərdir. İkinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 773 nəfərdir. Buster doza üzrə vaksinasiya olunanların sayı isə 6 976 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 765 037, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 209 461, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 724 359, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 831 217 təşkil edir.

Bütöv.az
21-01-2022, 19:44
Kikboksinq Federasiyasının rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib - VİDEO

Azərbaycan Kikboksinq Federasiyasının rəhbərliyi və əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib.

Bütöv.az-ın xəbərinə görə, Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyevin də qatıldığı ziyarətdə 20 Yanvar şəhidləri anılıb, onların məzarları üzərinə qərənfil dəstələri qoyulub.

Qeyd edək ki, ziyarətdə federasiyanın I vitse-prezidenti Ramal Aslanov, həvəskar və peşəkar kikboksinq üzrə millimizin baş məşqçisi Elşən Abdulrəhimov, yeniyetmə və gənclərdən ibarət millimizin çalışdırıcısı Hakim Hacıyev, dünya çempionu Bəhram Rəcəbzadə və digər idmançılar iştirak edib.

21-01-2022, 19:06
Azərbaycanda COVID 19-a yoluxanların sayı 630 mini ötüb

İndiyədək ölkədə ümumilikdə 630 420 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bütöv.az-a verilən məlumata görə, onlardan 611 156 nəfər müalicə olunaraq sağalıb, 8 581 nəfər vəfat edib. 10 683 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 795, bu günə qədər isə ümumilikdə 6 045 582 test icra olunub.
21-01-2022, 18:52
Azərbaycanda general-leytenant vəzifəsindən kənarlaşdırıldı

Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Nazim Xeyrulla oğlu Məmmədov vəzifəsindən kənarlaşdırılıb.

Bütöv.az qaynarinfo-ya istinadən xəbər verir ki, nazir müavinin bir müddətdir səhhətində ciddi problemlər yaranıb.

Nazim Məmmədovun səhhətində yaranan problemin əsas səbəbi barədə redaksiyamıza məlumat daxil olsa da, hazırda informasiyanı dəqiqləşdirməyə çalışdığımız üçün yayımlamağı məqbul hesab etmirik.

Qeyd edək ki, 70 yaşı olan Nazim Məmmədov 2007-2018-ci illər Dövlət Gömrük Komitəsinin sədr müavini olub, 2018-ci ildən Fövqəladə Hallar nazirinin müavini vəzifəsini tutur.

Onun oğlu Mustafa Məmmədov da uzun müddət Dövlət Gömrük Komitəsində, daha sonra FHN-də bir sıra vəzifələrdə çalışıb.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyevanın mövqeyini öyrənməyə çalışdıq. Bir neçə gün ərzində etdiyimiz bütün cəhdlər nəticəsiz qaldı.
21-01-2022, 18:50
Naxçıvanın Respublika xəstəxanasında “torpaqbası rüsumu”: Dünyanın ən unikal səhiyyə ocağı

Naxçıvan MR-ın Respublika Xəstəxanası öz unikallığına görə, dünya səhiyyə tarixinə düşməyə haqq qazanıb. Amma burada söhbət müalicə işinin mükəmməlliyindən getmir. Naxçıvanın Respublika xəstəxanası dünyadakı həmcinsləri arasında səhiyyəyə gümrük qaydaları gətirən yeganə sağlamlıq ocağıdır.

Bütöv.az xəbər verir ki, ovqat.com-a Muxtar Respublikadan göndərilən şikayət məktublarından belə anlaşılır.

İddialara görə, Naxçıvan Respublika xəstəxanasında rentgen və laboratoriyaya ayaq basan hər sığortalı xəstədən 5 manat pul alınır. Hər gün həmin şöbələrə 150-160 nəfərin müraciət etdiyini nəzərə alsaq, bu, heç də kiçimsənəcək məbləğ deyil.

Naxçıvanın xəstə vətəndaşlarının problem bununla da bitmir. Redaksiyamızın ünvanına göndərilən şikayət məktublarından bəzi çıxarışları olduğu kimi diqqətinizə çatdırırıq. Şikayətlərin təqdimatından əvvəl bildiririk ki, bu gündən etibarən Ovqat.com saytında “Naxçıvan harayı” rubrikasının yayımına başlayırıq.

Xatırladaq ki, Prezident İlham Əliyev bir neçə gün əvvəl yerli tele-jurnalistlərə verdiyi müsahibədə vətəndaşları qarşılaşdıqları problemləri mütləq ictimailəşdirməyə dəvət etmişdi. O vurğulamışdı ki, Azərbaycanda baş verən özbaşınalıqları media orqanlarından oxuyur və problemləri ortadan qaldırır. Məmurlar üzərində ictimai nəzarəti təmin etmək və Respublika rəhbərliyini ölkənin real vəziyyəti ilə məlumatlandırmaq üçün vətəndaşları aktiv olmağa çağıran ölkə başçısı bildirmişdi: “Mən daim bunu deyirəm, vətəndaşlara müraciət edirəm, biganə qalmayın və nəzarət edin. İctimai nəzarət bir çox məmurları bu cinayət xarakterli işlərdən çəkindirəcək... Deyə bilərəm ki, mən bəzən xoşagəlməz hallar haqqında sizdən öyrənirəm, sizdən bu xəbəri tuturam və dərhal reaksiya verilir. Deyə bilərəm ki, bir çox hallarda mediada olan məlumatlar təsdiqlənir. Elə məlumatlar var ki, onlar qərəzli xarakter daşıyır. Amma məlumatların mütləq əksəriyyəti təsdiqlənir və dərhal ölçü götürülür. Ona görə dövlət məmurları bilməlidirlər, onların işinə təkcə Prezident Administrasiyası yox, həm ictimaiyyət, həm də media nümayəndələri nəzarət edir”.

Biz də Prezidentin bu çağırışını əldə rəhbər tutub Muxtar Respublika əhalisi ilə Azərbaycan rəhbərliyinin arasında körpü yaratmaq məqsədilə “Naxçıvan harayı” rubrikasını yaratmağa qərar verdik. Qarşılaşdığınız problemləri ya birbaşa bizim e-mail ünvanına, ya da təhlükəsizliyinizin təminatı üçün Bakıda və digər rayonlarda yaşayan yaxınlarınız vasitəsilə Baş redaktorumuzun WhatsApp nömrəsinə göndərə bilərsiniz. WhatsApp nömrəmiz: 055 746 40 44.

“Naxçıvan harayı”nın ilk buraxılışını təqdim edirik.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 18 mart 2020-ci il tarixli Fərmanı ilə bu diyarda icbari tibbi sığorta tətbiq olunur. Bizə göndərilən şikayət məktublarında isə vətəndaşlar bu haqlarından istifadə edə bilmədiklərini vurğulayırlar. Onların bildirdiklərinə görə, xəstəxanalarda sığortalı xəstələri elə get-gələ salırlar ki, sonunda məcbur qalıb pullu xidmətdən istifadə edirlər. Maraqlıdır ki, sığorta adı gələndə işləməyən şöbələr pulu xidməti canla-başla yerinə yetirirlər. Özü də normal qiymətindən bir neçə dəfə baha.

Bildirildiyinə görə, tibbi sığorta Naxçıvanda sözün həqiqi mənasında mənimsəmə vasitəsinə çevrilib: “Hər kəsə tibbi sığorta adıyla 2000-3000 manat yazılır və heç kimə bu pul verilmir. Ümumiyyətlə, tibbi sığorta Muxtar Respublikanın kasıb əhalisinin başında çatlayıb. Halbuki, hər kəs tibbi sığortaya keçmək xəbərini eşidəndə sevinmişdi. Tibbi sığortanın gətirdiyi yeganə dəyişiklik isə qiymət artımında oldu. Əvvəl UZİ-yə 10 manat verilirdisə, indi onun qiyməti rəsmən 30 manata yüksəlib. Əhali əvvəl bu qiymət artımına əhəmiyyət vermirdi. Necə olsa, tibbi sığorta yolu ilə ödənəcəkdi deyə düşünürdü. Lakin, necə deyərlər, sən saydığını say, gör, “xan” nə sayır; indi tibbi sığorta adı çəkiləndə Muxtar Respublikanın xəstəxanalarında heç bir avandanlıq işləmir. İnsanlardan məcburi nəğd ödənişlər tələb olunur. Şikayətçilər dəfələrlə Ali Məclisə getsələr də, onların qarşısına adətən Vasif Talıbovun Birinci müavini Azər Yadulla oğlu Zeynalov çıxır. Azər müəllim isə insanlarla kobud rəftar edib qorxudaraq yola salır. Xəstələr məcburən nəğd ödənişlə müayinə olunurlar. Onlardan həm də tibbi sığorta ödənişi çıxılır. Yəni Naxçıvanın səhiyyə sistemi indiki məzənnə ilə ikiqat, köhnə məzənnə ilə 6 qat qazanır”.

Şikayətçi iddia edir ki, artıq Naxçıvanda hər kəs köhnə səhiyyə sisteminin – “sığortasız günlərin” nostalgiyasını yaşayırlar.

İddialara inansaq, ən acınacaqlı vəziyyət Naxçıvanın Respublika xəstəxasında yaşanır: “Xəstəxananın yeni təyin olunan baş həkimi Bağırov Zəbur David oğlu MR Səhiyyə nazirinin yaxın qohumudur. 2018-ci ildə bu vəzifəyə təyin olunub. Ötən il keçirilən Ali Məclisə seçkilərdə 38 saylı dairəsindən deputat mandatı ilə mükafatlandırılan Zəbur həkim üzərindən az keçməmiş Səhiyyə nazirinin 69 saylı əmr ilə yaradılan Tibbi Şuranın rəhbərliyinə gətirildi. Bir sözlə, Naxçıvanın bütün səhiyyə sisteminin taleyi cəmi 35 yaşı olan bu gənc adama həvalə edilib. O da özünü hakimi-mütləq kimi hiss edib müştəri gözüylə baxdığı xəstələrlə ürəyi istədiyini davranır”.

Naxçıvan səhiyyəsinin həm xəstələrdən, həm sığortadan pul qazanmasının Muxtar Respublikada böyük qalmaqal səbəb olduğu bildirilir: “Səbəb isə sığortadan külli miqdarda pulun ayrılmasıdır. Yəni xəstəxanalarda həkimlər tərəfindən icra olunmayan prosedurlar, bir əməliyyat əvəzinə xəstədə 2-3 cərrahi əməliyyat aparılmış kimi göstərilməsi, sığorta sistemini çöküşə sürükləyir”, - şikayət məktubunda belə deyilir.

İddia olunur ki, ayın axırı həkimlərin hesabına yüklü miqdarda vəsait köçürülür: “Bu hesabla Naxçıvanın ən yaxşı yaşayan təbəqəsi həkimlər olmalıdır. Görəsən belədirmi? Əlbəttə ki, yox!

İndi sizə Respublika xəstəxanasında ənənə halını almış bir halı deyim. Sığorta pulu köçürülən günün səhəri həkimlər (80%) qrup halında sırayla ikinci mərtəbəyə qalxırlar. Baş həkim tərəfindən əvvəlcədən yazılmış siyahıya əsasən, hesablarındakı pulun 30%-ni götürməklə yerdə qalan pulu geri qaytarırlar. Yəni həkimlər heç də qaz vurub, qazan doldurmur. Burada oturduğu yerdə cibi dolan biri varsa o da baş həkim Zəbur Bağırovdur.

Bu cür hər tərəfindən pul yağan bir xəstəxananın borclu olması çox düşündürücü bir haldır.

Yerdə qalan həkimlər (20%) isə normal işlədiyi halda heç bir sığorta əlavəsi almayanlardır. Bunlar baş həkim üçün qazanc mənbəyi sayılmadığından hər dəfə təhqirə, işdən qovulmaq təhdidinə məruz qalırlar.

Xəstəxanada bir də baş həkim tərəfindən "torpaqbasdı" haqqı alınır. Rentgen və laboratoriyaya ayaq basan hər sığortalı xəstədən 5 manat pul toplanır. Gün ərzində bunlardan 150-160 insanın istifadə etdiyini nəzərə alsaq bu məbləğin heç də az olmadığını görərik”.

Respublika xəstəxanasından gələn digər məktublardakı önəmli iddialar isə belədir:

Baş həkimin hərəkətlərində qəribə bir təzad var.Bir müddət əvvəl işçiləri toplayıb “bura qaş ustası gətirmişəm, qaş döydürməlisiniz”, deyən insan indi dırnaq sökdürür.

Artıq iki ilə yaxındır Respublika xəstəxanasında həkim endoskopist kimi çalışan doktorun əslində xəstəxanada heç bir yerdə adı olmadığı aşkarlandı. Həmin yer hal-hazırda vakant yer olaraq qalır. Və ağlımıza gələn ilk şübhə həmin şəxsin ("Paşa dr.") bəlkə də heç həkim belə olmamağıdır.

Amma qeyd etdiyimiz həkimin haqqını da danmayaq. Xəstəxanada çalışmasa da gün ərzində 15-20 sığortalı xəstəni ödənişli olaraq müayinə edib. Yəni kişi qazanc mənbəyidir vəssalam. Bunun qanuni və ya qanunsuz olması isə əhəmiyyət kəsb etmir

Son günlər isə baş həkim fəaliyyətini daha da genişləndirib. Öz həkimlik fəaliyyətinə işçilərin əllərini yoxlamağı da əlavə edib. Qadın işçilərin əlindəki əlcəkləri çıxarıb bir-bir dırnaq yoxlayır. Maraqlıdır əlcəklə işlənən bir yerdə bu yersiz hərəkət nəyə lazımdır?
21-01-2022, 14:22
Əllidən çox xırdabuynuzlu heyvan oğurlayan şəxslər ƏLƏ KEÇDİLƏR - VİDEO

Abşeron rayonu Qobustan kənd sakini olan bir nəfər Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə müraciət edərək ötən ilin dekabr ayının 30-da evinin həyətindəki tövlədən ona məxsus 23 baş xırdabuynuzlu heyvanın oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Ağsu rayon sakini Babək Bəyalıyev, Şamaxı rayon sakinləri Vüsal Şıxalıyev və Ramin Ağamalıyev saxlanılıblar.

Onlar ifadələrində oğurladıqları xırdabuynuzlu heyvanları Ramin Ağamalıyevə məxsus yük avtomobili ilə Bərdə rayonuna apardıqlarını və orada satdıqlarını bildiriblər.

Bu şəxslərin ətrafında Qobu Polis Bölməsində əlavə araşdırma aparılan zaman onların bir müddət əvvəl Kürdəmir və Salyan rayonlarında ümumilikdə 30-dan artıq xırdabuynuzlu heyvan oğurladıqları da müəyyən edilib.

Qeyd edək ki, saxlanılan şəxslərdən ikisi - Vüsal Şıxalıyev və Babək Bəyalıyev əvvəllər də xırda və iribuynuzlu heyvan oğurluğu ilə məşğul olduqları üçün məhkum ediliblər.

Aşkar edilən faktlarla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Bütöv.az
21-01-2022, 13:24
Ronaldo və baş məşqçi arasında GƏRGİNLİK - VİDEO

İngiıtərənin "Mançester Yunayted" komandasında futbolçu Kriştianu Ronaldo ilə baş məşqçi Ralf Ranqnik arasında gərginlik yaşanıb.

Bütöv.az xəbər verir ki, hadisə "Mançester Yunayted"in "Brentford"a 3:1 hesabı ilə qalib gəldiyi matçda baş verib.

71-ci dəqiqədə baş məşqçi Ronaldonu əvəzləyib. Ulduz futbolçu meydandan çıxdıqdan sonra Ranqnikə qışqıraraq "Niyə mən? Niyə məni meydandan çıxardın"? deyə qəzəblənib.

Baş məşqçi isə Ronaldonun kiçik zədəsi olduğunu, komandanın mənafeyi naminə belə etdiyini deyib:

"Bu, normal haldır, o da oynamaq və qol vurmaq istəyir. Daha əvvəl kiçik zədəsi olmuşdu. İrəlidə daha bir vacib qarşılaşmamızın olduğunu unutmayaq. Ronaldo məndən əvəzlənmə səbəbini soruşduqda cavab verdim ki, bu qərarı komandanın mənafeyi naminə qəbul etmişəm. Bir neçə ildən sonra özü məşqçi olduqda məni anlayacaq".

21-01-2022, 13:20
Kəlbəcərdə yeni hərbi obyektlər istifadəyə verilib - FOTO - VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, işğaldan azad edilən ərazilərdə xidmət edən hərbi qulluqçuların döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər davam edir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə nazirinin müavini, Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov Kəlbəcər rayonunda yeni istifadəyə verilən modul tipli infrastrukturla tanış olub.

Bildirilib ki, hərbi qulluqçuların bütün zəruri ehtiyaclarını təmin etmək məqsədilə yataqxana, yeməkxana, ərzaq anbarı, silah otağı, hamam-sanitar qovşağı mövcuddur. Ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar quraşdırılıb.

General-leytenant N.Osmanov dövlət sərhədində sərt iqlim şəraitində döyüş növbətçiliyi aparan şəxsi heyətin maddi-texniki təminatı ilə maraqlanıb, onlara xidmətlərində uğurlar arzulayıb.







Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!