Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
19-02-2022, 08:59
Faiq Ələkbərli M.Ə.Rəsulzadənin sosial-fəlsəfi görüşlərinə dair yeni əsər yazıb
M.Ə.Rəsulzadənin sosial-fəlsəfi görüşləri

Milli həmrəylik və azərbaycançılıq

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyası ilə əlaqələr üzrə müavini, fəlsəfə doktoru, dosent Faiq Ələkbərlinin “Məhəmməd Əmin Rəsulzadənin sosial-fəlsəfi görüşləri: milli həmrəylik və azərbaycançılı” adlı monoqrafiyası “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb. Monoqrafiya Azərbaycan və Türk dünyasının böyük oğlu, Azərbaycan Cümhuriyyətinin qurucusu, politoloq, sosioloq, filosof-mütəfəkkir Məhəmməd Əmin Rəsulzadənin sosial-fəlsəfi görüşlərinə, milli həmrəylik (solidarizm) və azərbaycançılıq təlimlərinə həsr olunub. Öncə, monoqrafiyada M.Ə.Rəsulzadənin sosial-fəlsəfi görüşləri kontekstində sosial-demokratiya, milli demokratiya, liberalizm, islamçılıq, müsavatçılıq cərəyanları hərtərəfli şərh edilib. Əsərdə M.Ə.Rəsulzadənin sosial-fəlsəfi görüşləri ilə birbaşa bağlı olan milli həmrəylik (təsanüdçülük-solidarizm) təlimi dünyəvilik və türk fəlsəfəsi kontekstində araşdırılmış, bu cərəyanla bağlı sosial-fəlsəfi fikirləri şərh olunmuşdur. Monoqrafiyada M.Ə.Rəsulzadənin azərbaycançılıq təliminin banisi kimi “Azərbaycan” milli ideyasının sosial-fəlsəfi və ideoloji yönləri də əsaslı şəkildə tədqiq edilmişdir. Eyni zamanda, monoqrafiyada M.Ə.Rəsulzadənin qafqazçılıq, türkçülük, ya da yeni turançılıq və Türk federasiyası məsələlərinə dair baxışları da geniş şəkildə öz əksini tapmışdır.

Monoqrafiyadan fəlsəfə, sosial fəlsəfə, sosiologiya, siyasətşünaslıq və başqa elm sahələrində çalışan mütəxəssislər – alimlər, tələbələr, magistrlər, doktrantlar, eyni zamanda geniş oxucu kütləsi faydalana bilər.
Qeyd edək ki, müəllif böyük azərbaycanlının, Azərbaycan Türk bilgəsinin elmi-fəlsəfi, siyasi-ideoloji, sosial-fəlsəfi yaradıcılığı ilə bağlı 1999-cu ildə magistr işi (“XX əsrdə Azərbaycan xalqının fəlsəfi fikir tarixində Məhəmməd Əmin Rəsulzadənin rolu”), 2005-ci ildə isə fəlsəfə üzrə fəlsəfə doktorluğu dissertasiya işi (“XX əsrdə Azərbaycanın ictimai-siyasi və fəlsəfi fikir tarixində Məhəmməd Əmin Rəsulzadənin yeri və rolu”) yazıb müdafiə edib. Eyni zamanda, F.Ələkbərlinin 2007-ci ildə “Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü” əsəri öncə Quzey Azərbaycanda, daha sonra 2014-cü ildə Türkiyədə nəşr olunub. Bütün bunlarla yanaşı, müəllif böyük filosof-mütəfəkkir, tanınmış dövlət xadimi M.Ə.Rəsulzadədən onlarla elmi və publisistik məqalələr yazaraq bir çox konfrans və simpozium-larda məruzələr edib.
19-02-2022, 08:50
Cəsarət Hüseynzadə: "Təssüf ki, resurslarımız buna imkan vermir."
Cəsarət Hüseynzadə: "Təssüf ki, resurslarımız buna imkan vermir."

‼️ Çox hörmətli və dəyərli QHT nümayəndələri!
Son dövrlər Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə 400-ə yaxın QHT yeni layihələrin icrasına başlamışdır.
‼️ Layihələrin işıqlandırlması ilə bağlı QHT.az-a çox saylı müraciətlər daxil olur.
Çox böyük məmuniyyətlə bu layihələrin işıqlandırlmasını həyata keçirmək istərdik. Çox təssüf ki, bizim resurslar bu fəaliyyəti həyata keçirməyə imkan vermir. Bu səbəbdən biz məcbiriyyət qarşısında seçim etməli olur ki, QHT.az ilə informasiya yayımı haqqında müqavilə bağlayan layihələri işıqlandıraq.
‼️ Əlbəttə mütəmadi olaraq çıxış yolu axtararaq bu işi inkişaf etdirməyə çalışmışıq. İstəmişik ki, QHT-lər üçün əlçatan tirubuna yaradaq. ELə bu yaxınlarda Medianın İnkişafı Agentliyinə dəstək üçün müraciət etməkdə də məqsəd bu əlçatanlığı təmin etmək idi. Amma nəticə əldə edə bilməmişik.
‼️ Bir daha bildirmək istəyirəm ki, QHT.az saytı müstəqil saytdır. Saytın fəaliyyətinə heç bir dövlət qurumu və ya məmur dəstək göstərmir.
Nəzərə almağınızı xahiş edir və fəaliyyətinizdə uğurlar arzu edirəm!!
‼️ Məlumatlar istənilən saytlarda yayımlana bilər, bununla bağlı hər hansı tələb yoxdur. Ona görə digər saytlara da müraciət etmək olar!
‼️ QHT Agentliyinin MŞ üzvlərini məlumatlandırmaq məqsədi ilə tag etdim.
19-02-2022, 08:40
Ermənilər Tovuzu ATƏŞƏ TUTDU
Ermənilər Tovuzu ATƏŞƏ TUTDU

Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 18-i saat 22:30-dan etibarən dövlət sərhədinin Tovuzqala rayonunun Güləli yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Muncuqlu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini heç bir səbəb olmadan atıcı silahlardan fasilələrlə atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, ordumuzun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən müvafiq tədbirlər görülüb.
Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur.
Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
19-02-2022, 08:35
Cüdoçumuz qızıl medal qazandı
Cüdoçumuz qızıl medal qazandı

Azərbaycan cüdoçusu Hidayət Heydərov İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqədə qızıl medal qazanıb.
73 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda Obidkhon Nomonovla (Özbəkistan) üz-üzə gəlib.
Rəqibinə qızıl xal bölümündə ipponla qalib gələn Heydərov Böyük Dəbilqənin qalibi olub.
Qeyd edək ki, Böyük Dəbilqənin ilk günündə Azərbaycan təmsilçilərindən 66 kq-da Yaşar Nəcəfov gümüş medala sahib çıxıb. 60 kq-da Kəramət Hüseynov 5-ci, Balabəy Ağayev 7-ci yeri tutub. Yarışda Azərbaycanı ümumilikdə 9 cüdoçu təmsil edir.
19-02-2022, 08:29
Türkiyə nəyi bacarır? Bilmirsiniz...
Türkiyə nəyi bacarır?

Türkiyənin nəyi bacarıb-bacarmadığını bilmirsiniz. Kimsə sizi aldada bilər, amma bu gün hər şeyi görmək imkanınız var. Bunları gördüyünüz halda hələ də əksini deyirsinizsə, inandırıcı bəhanə deyil.
Bunu türkiyəli ekspert Mete Yarar ölkə daxilində inkişafa əngəl olmağa çalışan qruplar barədə danışarkən deyib.
“Yüzilliyə gedərkən uçmağımızı gözləyirsiniz. Biz uçuruq, amma hər dəfə qanadlarımızı qoparan bir qrup var. Bu qrup xaricdə deyil, bu ölkədədir. İmperializm adlı anlayış xaricdən gəlib sizinlə vuruşmur. 2100-cü ilə doğru gedirik, amma ölkədə yerli və milli olmaq üçün mübarizə aparanlarla onlara qarşı olanların mübarizəsi əvvəlki kimidir. Biz vətənpərvərlər sayca çoxuq, amma unutmayaq ki, camaat döyüşmədikcə, danışmadıqca, sadəcə, say olaraq qalırıq. Dayanmağımız yaxşı deyil. Bu, doğru ilə yanlışın mübarizəsidir. Susma, sussan, itirəcəksən”, - türkiyəli ekspert qeyd edib.
19-02-2022, 08:24
Rusiya qazı kəsilsə, ehtiyat yanacaq 2 aya bəs edər:
Ehtiyat yanacaq 2 aya bəs edər

Avropa ölkələrinin ay yarımlıq qaz ehtiyatı var, sərt sanksiyalar və Rusiyadan tədarükdən imtina olunarsa, qitə ciddi böhranla üzləşəcək.
Bu barədə Böyük Britaniyanın “Teleqraf” qəzetinin yazarı Tom Ris qeyd edib.
O bildirib ki, Rusiyadan enerji idxalı dayandırılacağı təqdirdə Almaniya iqtisadiyyatı ən ağır zərbəni alacaq.
Müəllifin sözlərinə görə, hazırda qitədəki anbarların 67 faizi boşdur, cəmi 33 milyard kubmetr ehtiyat qaz var ki, bu da aprelə qədər çata bilər. Son bir ildə qazın qiyməti üç dəfə artıb. Neqativ geosiyasi ssenarilərin baş verəcəyi təqdirdə Rusiya yanacağının Avropa Birliyinə axını dayanacaq və qiymət daha da artacaq
19-02-2022, 08:20
Bayden avropalı liderlərlə Ukraynanı müzakirə etdi

ABŞ Prezidenti Co Bayden NATO ölkələrinin liderləri ilə telefon danışığı aparıb.
Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığının 1 saat davam etdiyi bildirilib.
Qeyd edək ki, bundan öncə Birləşmiş Ştatlar prezidentinin Fransa, Almaniya, İtaliya, Polşa, Rumıniya, Böyük Britaniya, o cümlədən Avropa Birliyi və NATO liderləri ilə söhbət aparacağı barədə məlumat yayılmışdı.
Müzakirə mövzusu Ukrayna ətrafındakı hazırki situasiyadır.
18-02-2022, 20:42
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov İctimai Şuranın üzvləri ilə görüşüb
Dövlət Miqrasiya Xidmətində görüş

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynovun iştirakı ilə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın növbəti iclası keçirilib.
İclasda miqrasiya sahəsində cari vəziyyət, Dövlət Miqrasiya Xidməti ilə İctimai Şura arasında əməkdaşlığın gələcək perspektivləri və 2022-ci ilin birinci yarımili ərzində planlaşdırılan birgə layihələr, həyata keçiriləcək tədbirlər müzakirə olunub.

DMX yanında İctimai Şuranın sədri Azər Allahverənov ötən il İctimai Şura üzvləri tərəfindən görülmüş işlər barədə məlumatları təqdim edib.
Görüşün sonunda Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov DMX yanında İctimai Şuranın sədri Azər Allahverənovu 50 illik yubileyi münasibətilə təbrik edib, qeyri-hökumət təşkilatları ilə dövlət orqanları arasında səmərəli əlaqələrin qurulmasına yönəlik uğurlu fəaliyyətini, xüsusilə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın yaradılmasında və əldə olunan uğurlarda onun rolunu yüksək qiymətləndirib.

Səmimi təbrikə və DMX yanında İctimai Şuranın fəaliyyətinə göstərdiyi dəstəyə görə Xidmət rəisinə təşəkkür edən A.Allahverənov miqrasiya sahəsində ictimai nəzarətin həyata keçirilməsinə, vətəndaş cəmiyyətinin inkişafına və milli maraqların qorunmasına istiqamətlənmiş fəaliyyətini bundan sonra da əzmlə davam etdirəcəyini söyləyib.
Sonda xatirə şəkli çəkilib.
18-02-2022, 15:30
NATO Türkiyəni təbrik etdi
NATO Türkiyəni təbrik etdi

NATO Türkiyə və Yunanıstanı alyansa qoşulmasının 70-ci ildönümü münasibətilə təbrik edib.Bu barədə NATO sosial media hesabında iki ölkənin 18 fevral 1952-ci ildə alyansa qoşulduğu görüntüləri paylaşıb.
Ağ-qara videoda NATO-nun cənub qanadının təhlükəsizliyi baxımından iki ölkənin əhəmiyyəti vurğulanır.
18-02-2022, 15:24
5 milyon insan Rusiyanı tərk etdi

Son 20 il ərzində Rusiyanı təxminən 5 milyon insan tərk edib. Kreml vətəndaşlar üçün cəlbedici modellər yarada bilmir.
Bu barədə Polşa nəşri “Polska Codziennie”də yayımlanan məqalədə deyilir.
“Rusiya hücum və nüvə zərbəsi ilə təhdid edir, qoşunların yerləşdirilməsi və Qərbə qarşı kiber-savaşlar üçün külli miqdarda vəsait xərcləyir, öz təsir dairəsinə hörmət istəyir, özünü “çürümüş Qərb"in mənəvi, iqtisadi və siyasi alternativi kimi təqdim etməyə çalışır. Hərçənd öz vətəndaşları göz işlədikcə uzağa qaçır, o cümlədən “dəhşətli” Amerikaya”, - deyə yazıda bildirilib.
Məqalədə qeyd edilib ki, Putinin hakimiyyəti dövründə 5 milyona qədər insan Rusiyanı həmişəlik tərk edib və onların əksəriyyəti 30-40 yaş arası gənclərdir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!