Latviya parlamentinin sədri Şuşadadır .....                        Rəisinin helikopteri qəzaya uğradı - YENİLƏNİB .....                        Bakıda avtobuslar toqquşdu - Yaralılar var .....                        Ağsu dolaylarında asfalt çökdü - Yol bağlandı .....                        Münasibətlərimiz qonşuluq əlaqəsindən daha üstündür - Rəisi .....                        Cüdoçularımız dünya çempionatında .....                        Sabahın havası: Yağış, leysan, dolu .....                        İran-Azərbaycan dostluğu sarsılmazdır - Prezident .....                        Qeyri-regional ölkələrin işlərimizə müdaxiləsi qəbuledilməzdir .....                       
21-02-2022, 14:25
Tokayevin İsveçrə banklarında hesabları yoxdur - Uali[/color]
Tokayevin İsveçrə banklarında hesabları yoxdur

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin İsveçrə bankında hesabları yoxdur və xaricdə daşınmaz əmlaka sahib deyil.
Bunu Qazaxıstan Prezidentinin mətbuat katibi Berik Uali bildirib.
“Mətbuatın yazdığı kimi, Tokayevin İsveçrə banklarında hesabı, ofşor şirkətləri yoxdur. Qasım-Jomart Tokayevin keçmiş həyat yoldaşının da hesabları olmayıb”, - Uali bildirib.
21-02-2022, 13:18
“Xocalıya ədalət tələb edirəm!” - Fransalı deputat
“Xocalıya ədalət tələb edirəm!” - Fransalı deputat

Milli Məclisin deputatı Cavanşir Feyziyevin feysbuk səhifəsində Fransa parlamentinin deputatı Natali Qulenin Xocalı soyqırımı ilə əlaqədar çıxışı yayımlanıb.
Fransa Senatında Normandiyanı təmsil edən senator Natali Qule Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı video-müraciətində bu sözləri deyib:
“Bugünkü ismarıcımı Azərbaycan xalqına və 1992-ci ilin 26 fevralında baş vermiş Xocalı qətliamının qurbanlarının ailələrinə ünvanlamaq istəyirəm. Məqsədim Xocalıya ədalət tələb etməkdir. Azərbaycan ərazilərinin işğaldan azad olunması nəticəsində yaranmış bugünkü siyasi reallıq şəraitində keçən il olduğu kimi, bu il də Xocalı qurbanlarını bir daha yad etmək olduqca vacibdir. Mən öz doğma torpaqlarına qayıdan ailələrə ən xoş arzularımı bildirərək onlara əmin-amanlığa və xüsusilə ədalətə qovuşmağı arzulayıram. Hesab edirəm ki, ədaləti bərpa etmək üçün müvafiq bir prosesə ehtiyac var ki, bu da Beynəlxalq Cinayət Tribunalı ola bilər. Bütün hallarda, mənim üçün yalnız bir həqiqət var: Qarabağ-Azərbaycandır.
Bilirəm ki, siz Fransanın bu məsələlərdə Ermənistanın tərəfində durması haqqında çox eşidirsiniz, amma buna baxmayaraq, mənim mövqeyim birmənalıdır. Mən Azərbaycanın dostuyam, həmişə dostu olaraq qalacam və Xocalıya ədalət tələb edirəm!”
21-02-2022, 12:41
İlham Əliyev polşalı həmkarına təbrik məktubu ünvanladı


Azərbaycan Prezidenti İlham Əliyev Polşa Prezidenti Andjey Dudaya təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar Sizi və dost Polşa xalqını səmimiyyətlə təbrik edirəm.
Azərbaycan-Polşa münasibətləri dərin tarixi köklərə və xoş ənənələrə malikdir. Tarixi əlaqələrimiz müasir dövrdə əməkdaşlığımız üçün möhkəm zəmin yaratmışdır. Xalqlarımız arasında dostluq ənənələrinə söykənən və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş münasibətlərimizin mövcud vəziyyəti məmnunluq doğurur.
Biz Azərbaycan ilə Polşa arasında əlaqələrə böyük əhəmiyyət veririk. Yüksək səviyyəli qarşılıqlı səfərlər, siyasi, iqtisadi-ticari, mədəni və digər sahələrdə genişlənən əməkdaşlıq diplomatik əlaqələrimizin otuz illik tarixini səciyyələndirən cəhətlərdir. Əlamətdar haldır ki, biz bu il həm də münasibətlərimizin xarakterini bariz şəkildə əks etdirən “Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında strateji tərəfdaşlıq və iqtisadi əməkdaşlığa dair yol xəritəsi haqqında Birgə Bəyannamə”nin imzalanmasının beş illiyini qeyd edirik.
Hesab edirəm ki, Azərbaycan ilə Polşa arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı perspektivlər var. İqtisadiyyat, nəqliyyat və digər sahələrdəki mövcud potensialdan tam şəkildə istifadə etməklə əməkdaşlığımızı daha da möhkəmləndirə və genişləndirə bilərik.
Dövlətlərarası münasibətlərin inkişafında davamlı təmaslar və ali səviyyəli səfərlər xüsusi əhəmiyyət daşıyır. Mən Sizinlə səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşlərimizi ən xoş təəssüratlarla xatırlayıram. İnanıram ki, Azərbaycan-Polşa əlaqələri dövlətlərimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da uğurla inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Polşa xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.
21-02-2022, 12:33
Təbrizdə hərbi təyyarə qəzaya uğradı
Təbrizdə hərbi təyyarə qəzaya uğradı

İranın Şərqi Azərbaycan əyalətinin Təbriz şəhərində hərbi təyyarə qəzaya uğrayıb.
Hadisə zamanı pilot və köməkçi pilotdan başqa mülki vətəndaşın da həyatını itirdiyi bildirilir.
Qəzanın başvermə səbəbləri araşdırılır.
21-02-2022, 09:53
Rusiya danışıqlar aparmır, hər an hücum edə bilər
Rusiya danışıqlar aparmır, hər an hücum edə bilər

Ukraynanın şərqində vəziyyətin sülh yolu ilə həlli imkanları getdikcə azalır.
Bunu Çexiyanın Baş naziri Petr Fiala deyib.
Fiala bildirib ki, Rusiya Ukrayna ilə münaqişənin sülh yolu ilə həllində maraqlı deyil. Onun sözlərinə görə, danışıqlar yolu ilə nizamlanmaya nail olmaq üçün diplomatik səylər yalnız Qərb ölkələri tərəfindən edilir.
"Rusiya qoşunları elə bir hazırlıq vəziyyətindədir ki, Ukraynanın hər an işğalına başlaya bilər. Qərb dövlətlərinin Ukrayna ilə hipotetik hərbi münaqişə olacağı təqdirdə Rusiyaya qarşı tətbiq etməyi planlaşdırdıqları sanksiyalar mümkün qədər sərt olmalıdır".
21-02-2022, 09:48
Zelenskinin hədəsinə cavab


Ukrayna Prezidenti Vladimir Zelenskinin ölkənin Budapeşt Memorandumundan çıxacağı ilə bağlı bəyanatları onun ölkənin üzləşdiyi problemlərin miqyasını dərk etmədiyini göstərir.
Bu barədə “Krımın Dostları” beynəlxalq assosiasiyasının sədr müavini Kostas İsixos deyib.
O bildirib ki, Zelenski köhnə televiziya obrazına (aktyorluğu nəzərdə tutulur - red.) qayıdıb:
"Zelenski fevralın 19-da Münhen Təhlükəsizlik Konfransında Ukraynanın təhlükəsizlik zəmanəti almadığı təqdirdə 1994-cü il Budapeşt Memorandumunun Kiyev tərəfindən etibarsız elan ediləcəyi ilə hədələyib. 1994-cü il dekabrın 5-də Ukrayna, Rusiya, Böyük Britaniya və ABŞ liderləri tərəfindən imzalanan Budapeşt Memorandumu çərçivəsində Ukrayna nüvə arsenalını ləğv etdi, Rusiya, ABŞ və Böyük Britaniya isə Kiyevin təhlükəsizliyinə zəmanət verdi. Düşünürəm ki, Ukraynanın hazırkı Prezidenti Vladimir Zelenski özünə və sülh perspektivləri üzərində nəzarəti itirib. Diplomatiyanın tanınmalı olduğu bir vaxtda o, sazişi yenidən nəzərdən keçirib, Ukraynanın nüvə dövlətinə çevrilə biləcəyini deyir".
20-02-2022, 21:53

Nuray Nəzərova yazır: "Aynadakı  personaj"

Nuray Nəzərova yazır: "Aynadakı personaj"

Bəzən həyatımızda elə anlar olur ki, dostlarımızın ya da sevdiklərimizin həyatımızda daima var ola biləcəyini düşünürük. Heç vaxt xəyanət etməyəcəklərini, ya da heç vaxt bizdən imtina etməyəcəklərinin fərziyəsinə qapılırıq. Lakin elə bir an gəlir ki, o insanların həyatımızda niyə və nə üçün var? Sualına öz-özlüyümüzdə cavab tapa bilmirik.
Bu günlərdə təsadüfən internet saytlarının birində gəzişdiyim zaman yazıçı Elçinin müsahibələrindən birini izləmək nəsibim oldu. Görkəmli dramaturqumuz İlyas Əfəndiyevin yadigarı olan yazar verdiyi müsahibədə xoşbəxtliyin də, bədbəxtliyin də, hətta doğmalığın belə nisbi məna daşıdığını vurğuladı. Hətta İspan yazar Migel de Servantesin məhşur əsəri “Don Ki Xot” əsərini də nümunə olaraq qeyd etdi.
Əminəm İspan yazarın bu əsərini oxumayan yaxud da adı ilə tanış olmayan kimsə yoxdur. Çünki xatirimdədir, yazarın bu əsərindən nümunəyə məktəb zamanımızda ədəbiyyat kitablarında da rast gəlmək mümükün idi. Hətta uşaq vaxtı bu əsər oxuduqlarım arasında ən sevdiyim və ən çox güldüyüm əsərlər sırasındaydı. Mövzunu çox yaxşı xatırlayıram. Və düşünürəm ki, həqiqətən bir zamanlar Servantesin “ağıldan kəm” dediyimiz bu qəhrəmanından fərqim yoxmuş. Təəssüf ki, yalançı “Divlərlə” mübarizə aparıb, yalançı “Şahzadələrə” xidmət edirmişəm. Bir də axı elə bir insan yoxdur ki, həyatının bir zamanın da özünü Don Ki Xota bənzətməsin.
Əl qərəz sözümün canı odur ki, fərqi yoxdur həyat dediyimiz bu hekayənin ömrü nə vaxta qədər davam edəcək. Ya da həyat dediyimiz bu teatr tamaşasının vaxtı nə zamana qədər uzadılacaq. Bu vaxt dediyimiz çarx hansı zamana qədər çıqqıldaya biləcək. 33 ya da 65 il dayanmadan tamaşanı seyr etmiş olacağıq. Əsas odur ki, davam edən bu tamaşanın qəhrəmanı özümüz olaq. Bir hekayə yazılırsa həyat denilən bu səhnədə qələmi başqasının əlinə verməyək. Unutmamalıyıq əsas personaj bizik-özümüz. Yazar da, aktyor da, rejissor da bizik. Qələm bizə aiddir.
Qələmin yazdığı bütün personajların ən gözəli, ən bacarıqlısı, çətinliklərdən çıxa biləcək ən yaxşı savaşçısı aynada gördüyümüzdür. Qələmin yazdığı digər personajlarsa ki biz onları aynada görmürük, onlar tamaşanın əsas qəhrəmanına yardımçı olan obrazlardır. Bəli, bəli, sadəcə yardımçı obrazlar. Qəhrəman bizik özümüz. Qəhrəman mənəm, sənsən.
Fərqi yoxdur günün hansı saatıdır, keyfimiz necədir. Əsas odur ki, həyatımızın qəhrəman personajına nə vaxt aynada rast gəlsək ona-Səni Sevirəm- deməyi unutmayaq. Axı həmişə tamaşanın əsas personajları alqışın ən böyüyünü almaq haqqı qazanır. Tamaşaçı bu tamaşanı bəyənsə anşlaqı olmayacaq tamaşadır. Ona görə də məsuliyyətini özümüz üsləndiyimiz bu tamaşanın hər səhnəsini zövq alaraq oynamalıyıq. Bu tamaşada heç bir məşq, heç bir təkrar yoxdur. Əsas istedaddır. Onun da ən yaxşısını bacaran aynadakı personajdır.


20-02-2022, 19:58
Elçin Mirzəbəyli:"Separtcilarin tör-tokuntulərinə təzyiq, həm də ən sərt formada davam etdirilməlidir."

Elçin Mirzəbəyli:"Separtcilarin tör-tokuntulərinə təzyiq, həm də ən sərt formada davam etdirilməlidir."

Milyona yaxın insanın yurd yerlərindən qaçqın və köçkün düşməsinə, amansız terror aktlarına, soyqırım cinayətlərinə, səhər və kəndlərin xarabalığa çevrilməsinə, işğala yol açan separatçı "Qarabağ hərəkatı"nın gün işığına çıxmasından 34 il keçir.
İşğalçı erməni təfəkkürü 44 günlük müharibədə ölümcül zərbə alsa da, hələlik tamamilə məhv olmayıb. Elə Ermənistanın baş naziri Nikol Pasinyan da separatçı hərəkatın "ildönümü" münasibətilə etdiyi müraciətində də "Arsax" adlandırdığı aqressiv separatizm "yuva"sının, dolayısıyla klassik erməni separatçılarının ağır yaralandığını deyir. Amma sülh üçün separatizmdən, işğalçı təfəkkürdən əl çəkməyin zəruriliyini vurğulamır.
Pasinyana görə, yüzminlərlə insanın faciəsinə səbəb olan separatçı "Qarabağ hərəkatı" erməni dövlətçiliyinin "bərpası"nın əsasını qoyub, erməni xalqını öz milli hədəflərinə çatmaq üçün birləşdirib.
Nikol deyir ki, bu gün Ermənistan hakimiyyətinin səyləri "Arsax erməniləri"nın sosial-iqtisadi problemlərinin həllinə, onların "təhlükəsizlikləri" ilə bağlı çağırışların qarşısının alınmasına, hüquqlarının qorunmasına və bu hüquqlara beynəlxalq səviyyədə təminat verilməsinə çalışır.
Qeyd edim ki, Nikol Pasinyanın separatçı hərəkatın ildönümü ilə bağlı budəfəki müraciəti əvvəlkilərdən xeyli fərqlənir, mətndə "müstəqillik", birləşmək" kimi iddialar yer almayıb, yalnız hüquq və təhlükəsizlik məsələləri önə çəkilib.
Amma bütün bunlarla yanaşı, Ermənistanın baş nazirinin separatçı hərəkatın ildönümü ilə bağlı erməni xalqına müraciət etməsi, İrəvanın hələ də 44 günlük müharibədəki darmadağından yetərincə nəticə çıxarmadığını nümayiş etdirir. Bu baxımdan, həm Ermənistana, həm də separtcilarin tör-tokuntulərinə təzyiq, həm də ən sərt formada davam etdirilməlidir.
Elçin Mirzəbəyli
20-02-2022, 16:59
Həftənin ilk günü hava belə olacaq
Həftənin hava proqnozu

Fevralın 21-ə olan hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidməti Hidrometeoroloji Proqnozlar Bürosundan bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 9-12° isti, Bakıda gecə 4-6° isti, gündüz 10-12° isti olacaq.
Atmosfer təzyiqi 764 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 21-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi dağlıq ərazilərdə yağıntılı olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 14-19° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.
20-02-2022, 10:08
Ukraynaya getmək istəyənlərə xəbərdarlıq
]Ukraynaya getmək istəyənlərə xəbərdarlıq[

Avstriya Xarici İşlər Nazirliyi Ukraynadakı vəziyyəti nəzərə alaraq bu ölkəyə səfər etmək istəyən vətəndaşlara xəbərdarlıq edib.
Bu barədə nazirliyin saytında məlumat yerləşdirilib.
Bildirilib ki, Avstriya vətəndaşlarına ölkənin qərb regionları (Lvov, Transkarpatiya, İvano-Frankovsk və Çernivitsi) istisna olmaqla Ukraynanın digər ərazilərinə səfərdən çəkinmək tövsiyə olunub.
Həmçinin, yuxarıda qeyd edilən qərb regionlarından başqa ərazilərdə olan Avstriya vətəndaşlarına ərazini dərhal mümkün hava və quru yolu vasitəsilə tərk etmək çağırışı edilib.
Bir sıra Avropa ölkələrindən fərqli olaraq, Avstriya hökuməti Kiyevdəki səfirliyin təxliyəsi barədə deyil, əksinə, səfirlik əməkdaşlarının sayının artırılması barədə qərar qəbul edib, səfirlik gücləndirilmiş iş rejiminə keçib.
Avstriya mətbuatında yayılan xəbərlərə görə, Avstriya Hava Yolları (AUA) aktual vəziyyəti nəzərə alaraq fevralın 21-dən Ukraynaya uçuşları müvəqqəti dayandırır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!