Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                       
14-02-2022, 09:14
Ankara Kiyevi buna təşviq edərsə... - Rus səfir

Əgər türk tərəfdaşlarımız ukraynalılara təsir göstərə və onları əvvəlki öhdəliklərini yerinə yetirməyə təşviq edə bilsələr, biz bunu yalnız alqışlayarıq. Bütövlükdə, biz türk tərəfdaşlarımızın vəziyyətin gərginliyini azaltmaq üçün səy göstərmək istəyini yüksək qiymətləndiririk.
Bunu Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov deyib.
"Əslində problemin mahiyyəti, məğzi Moskva ilə Kiyev arasında deyil, Moskva ilə Vaşinqton, eləcə də Moskva ilə Brüssel, yəni NATO arasındadır. Konkret olaraq, söhbət Şimali Atlantika Alyansının şərqə - yəni Rusiya sərhədlərinə daha da yaxınlaşaraq, uzunmüddətli maneəsiz irəliləyişindən gedir. Burada başa düşmək lazımdır: ilk növbədə bu hərbi blokun infrastrukturundan, o cümlədən Rusiyanın milli təhlükəsizliyinə birbaşa və bilavasitə potensial təhlükə yaradan ən müasir zərbə silahlarından danışırıq”, - Yerxov vurğulayıb.
13-02-2022, 16:38
“Mehdinin mövqeyi”

“Mehdinin mövqeyi” filminin üstünlüyü başqa bir şeydədir!
Müharibənin mühüm bir hissəsini “türklər” idarə edirdi.


11.02.2022. “ANAJ” saytının qeydlərindən.
“Mehdinin mövqeyi” filmi ilə bağlı daha bir yaxşı hal odur ki, türklərin və Azərbaycan övladlarının müharibədə nə qədər təsirli olduğu aydın olur. “Aşura” Sepahının əhəmiyyətini görmək olar. Hər yer türklərlə doludur!

Kino tənqidçisi Əli Əlibəyli yazır: “Bu film Hicazifərin rejissor kimi ilk işidir. O, “Atabay” filminin ssenaristidir. Həmin filmin rejissoru Niki Kərimidir. Türkcə (azərbaycanca – V.M.K.) çəkilmiş bu film İranda ən baxımlı, ən çox gəlir gətirən filmlərdən biridir. “Mehdinin mövqeyi” filminin ssenarisi o qədər də güclü deyil. Rejissurası da ortababdır. Bir-iki yaxşı plandan başqa, onun göz oxşayan mənzərə və kadrları yoxdur, kinofilmdən daha çox telefilm təsiri bağışlayır. Lakin onun tamaşaçını maraqlandıran və məmnun edən müəyyən xüsusiyyətləri var. “Mehdinin mövqeyi” filminin üstünlüyü başqa bir şeydədir!
Biz ölkəmizdə müqəddəs müdafiə ilə bağlı çəkilmiş yüzlərlə filmə baxmışıq, amma adətən onların doxsan faizi ya şüar, ya da intelektual olur. Adətən, bu filmlərdə buldozer kimi iraqlı öldürən qəhrəman görürük! Yaxud dialoqlar vasitəsilə dindən, inancdan dəm vururlar. Bu filmdə belə şeylər yoxdur. Film Mehdi Bakeri kimi az danışır.
Son illərdə müharibə əleyhinə və bütün müharibəni qaralayan intellektual filmlərə də rast gəlirik. Amma həmin film müharibə əleyhinə deyil, nə də müharibəyə qara yaxmır. Film cəsarətlidir. Bir çox məsələləri deməyə cürət edib. M.Bakeriyə dəyər verməməyə çalışması göstərilir. O, beş dəfə Təbriz sepahına gedib, qayıdıb! Amma buna dəyər verməyiblər. Yaxud məsələn, Mehdi Bakeri iclasda öz qüvvələrinin tezliklə meydanı tərk edib geri qayıtdığına işarə edir. Yəni İran ordusunda fərarilikdən şikayət edir! Bakeri və digər cəsur türk igidləri müharibə zamanı özlərini tənha hiss edirdilər.
Bu tənhalıq həm Həmid Bakerinin, həm də onun qardaşı Mehdi Bakerinin şəhadətində özünü göstərir. Hər ikisi tək qalır. Filmin bir yerində Mehdi Bakeri deyir: “Həmid indi sağ olsaydı, mən tək qalmazdım!”
“Mehdinin mövqeyi” filmi ilə bağlı daha bir yaxşı hal odur ki, türklərin və Azərbaycan övladlarının müharibədə nə qədər təsirli olduğu aydın olur. “Aşura” Sepahının (azərbaycanlılardan təşkil olunmuş Sepah hərbi hissəsi) əhəmiyyətini görmək olar.
Hər yer türklərlə doludur! Ərdəbilli, Təbrizli, Əhərli və Urmiyalı!
Biz adətən müharibə filmlərində türkləri görməmişik! Əgər görmüşüksə də ya kompot və ya konserv paylayan ya da ayaqqabı mazlayan, heç bir rütbəsi olmayan (sıravi) türk əsgərini görmüşük. Amma indi aydın olur ki, türklər müharibənin ən mühüm hissəsində təsirli və vacib rol oynayıblar. Müharibənin mühüm bir hissəsini türklər idarə ediblər. Bu, son 30 ildə filmlərdə, seriallarda görmədiyimiz acı həqiqətdir. Bu ölkə öz varlığına görə türkdillilərə borcludur. Bunu müharibə kinosunda demək lazımdır.
Bundan başqa, filmdə Azərbaycandan olan elementlər də var. Türklərin həddindən artıq çay içməyi adi haldır. Biz filmdə də görürük ki, müharibənin ağır şəraitində çay içmək prioritetdir! Və ya filmdə Xosrovun “Traktor” futbol klubunun oyunu haqqında reportajı yerinə düşən epizoddur. Filmdə Mehdi və Həmidin şəhadəti zamanı türkcə dialoqlar və türkcə laylalar (ağılar), həmçinin iki yerdə verilən türkcə mərsiyələr çox təsirlidir.
Filmə baxmağı unutmayın. Orada 1980- ci illərin ab-havasını da görə bilərsiniz.
Mənbə: http://www.anaj.ir/?p=27795\11.02.2022\22

Farscadan sərbəst və ixtisarla tərcümə: V.Mustafa Kamal
13-02-2022, 08:55
Ərəblər də Ukraynanı tərk edir


Ərəb ölkələri öz vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıblar.
Bu barədə Səudiyyə Ərəbistanının Kiyevdəki səfirliyi bəyanat yayıb.
Bəyanatda krallığın vətəndaşlarına diplomatik nümayəndəliyə gəlmələri və tez bir zamanda Ukraynanı tərk etmələri, həmçinin bu ölkəyə səfəri təxirə salmaları tövsiyə olunub.
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Bəhreyn və Qətərin Ukraynadakı səfirlikləri də öz vətəndaşlarına Ukraynanı tərk etməklə bağlı müraciət ediblər. Bu müraciətlər Ağ evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın Rusiyanın hər an Ukraynaya hücum edəcəyi ilə bağlı bəyanatından sonra edilib. Rəsmi Moskva bunu Qərbin növbəti təxribatı adlandırıb və belə niyyətinin olmadığını bildirib.
12-02-2022, 22:13
]Qarabağda döyüşən Bülbüləlilər"


"Qarabağda döyüşən Bülbüləlilər" kitabının təqdimat mərasimi keçirilib.

Suraxanı rayonu Q. Abbasov adına Mədəniyyət Sarayında yazıçı-publisist Təranə Cəbiyeva və Qubad Bağırovun "Qarabağda döyüşən Bülbüləlilər" kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elmar Hüseynov, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev, Əməkdar mədəniyyət işçisi, Azərbaycanın Milli Kulinariya Mərkəzinin prezidenti, "Kulina" jurnalının baş redaktoru Tahir Əmiraslanov, Birinci Qarabağ müharibəsi iştirakçısı, Xəzər Rayonu Buzovna qəsəbəsi 322 saylı tam orta məktəbin direktoru Rövşən Qasımov, Prezident mükafatçısı, şair-publisist, Beynəlxalq Mahmud Kaşğari mükafatı laureatı Zərəngiz Dəmirçi Qayalı, Vətən müharibəsi iştirakçısı, "Cəsur döyüşçü", "Füzuli, Qubadlı, Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilən Hasil Hümmətov, şəhid ailələri, qazilər və digər hörmətli qonaqlar iştirak ediblər.



Təqdimat mərasimi Ali Baş Komandan, Prezident İlham Əliyevin Şuşanın azad edildiyi gün söylədiyi və hər bir azərbaycanlının qəlbində əbədilik qazanan: Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! - müqəddəs ifadəsi ilə başladı. Azərbaycanın varlığı, bütövlüyü yolunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə çıxış edənlər ensiklopedik xarakter daşıyan kitabın böyük mənəvi əhəmiyyətindən söz açdılar. Müəlliflərin şəhid və qazi adını uca tutaraq ərsəyə gətirdikləri işin vacibliyi tədbir iştirakçılarının diqqətinə çatdırıldı. Ardınca tədbir bədii hissə ilə davam edib. 3 nömrəli uşaq incəsənət məktəbinin şagirdlərinin dilindən Yazıçı-publisist Təranə Cəbiyevanın şeirləri səsləndi. Həmçinin, həmin məktəbin şagirdi Nəzrin Dadaşova tarixi Qələbəmizə həsr olunan "Xarı bülbül" rəqsini ifa etdi. Vətənpərvərlik ruhunda müxtəlif musiqi nömrələri tədbir iştirakçılarında ruh yüksəkliyi yaratdı.

Sonda şəhid ailələrinə və tədbir iştirakçılarına "Qarabağda döyüşən Bülbüləlilər" kitabı hədiyyə edildi.

Əsgər İsmayılov,
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi
12-02-2022, 14:49
İlham Əliyev Şuşa Bəyannaməsini təsdiqlədi

İlham Əliyev Şuşa Bəyannaməsini təsdiqlədi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.
Sənədə əsasən, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi təsdiq edilib.
12-02-2022, 14:46
"Türkiyə iqtisadiyyatı ayaqda qalmağı bacarır"

Türkiyə iqtisadiyyatının dayanıqlılığı ən pis qorxuları belə aradan qaldırdı.
Bu barədə İngiltərənin “Faynənşl Tayms” qəzetində məqalə gedib.
Nəşr yazır ki, bütün çətinliklərə baxmayaraq, Türkiyə iqtisadiyyatı ayaqda qalmağı bacarır:
"2011-2013-cü illərdə xəbərdarlıq edilirdi ki, əgər dollar 2 lirəni keçərsə, onda Türkiyə iqtisadiyyatı çökəcək. Dollar 2 lirəni keçdi. Daha sonra isə bildirildi ki, dollar 3-5 lirə arasında dəyişərsə, Türkiyə iqtisadiyyatı dağılacaq. Hazırda dollar 13 lirə ətrafında dəyişir. Türkiyə iqtisadiyyatı isə hələ də ayaqdadır. Həm banklar, həm də əhali müəyyən vaxtlarda baş tutan devalvasiyaya qarşı müqavimət göstərdilər. Hətta bankların xarici valyutada kredit verməsinin qadağan edilməsi dayanıqlılığa töhfə verdi".
12-02-2022, 13:55
YAP-çı deputatdan Ramiz Mehdiyevə:”Bu düşüncədə olan “filosoflar”…”


YAP-çı deputatdan Ramiz Mehdiyevə:”Bu düşüncədə olan “filosoflar”…

Milli Məclisin Təbii ehtiyatlar energetika və ekologiya komitəsinin rəhbəri, millət vəkili Sadiq Qurbanov Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ətarfında cərəyan edən hadisələrə münasibət bildirib. Millət vəkilinin fikirlərini oxuculara təqdim edirik:
“Cəmiyyət sosial orqanizm kimi fəaliyyət göstərən, iqtisadi, siyasi, sosial və ən əsası mədəni həyatı özündə birləşdirən, insanların qarşılıqlı fəaliyyətinin nəticəsi olaraq müəyyən struktura malik bütöv bir sistemdir. Belə ki, bu sistemdə cəmiyyəti təşkil edən elementlər arasındakı əlaqələr və qarşılıqlı mürəkkəb münasibətlər, həm maddi, həm mənəvi, həm də yüksək ideal dəyərlər birləşir.
Cəmiyyətin inkişafı üçün insanın hərtərəfli fəaliyyətini, güc və imkanlarını keyfiyyət və kəmiyyət baxımından özündə ehtiva edən, daima yeniləşən tələblərə ehtiyac var. Müasir dövrdə cəmiyyətin inkişafının əsas indikatoru yaradıcı insanlardır desək, yanılmarıq. Deməli, cəmiyyətin inkişafı üçün onun hökmən şəxsiyyətlərə, həm də yaradıcı şəxslərə ciddi ehtiyacı var. Bu yaradıcı şəxsləri yetişdirmək üçün isə şərait və mühit formalaşdırilması tələb olunur. Bu andan dövlətin və onun müəyyənləşdirdiyi siyasətin mahiyyəti üzə çıxır və özünü qabarıq şəkildə göstərməyə başlayır. Dövlətın tərkibi də müxtəlif elementlərdən ibarətdir və öz siyasi mənbəyini ictimai mənbədən götürür.
Müasir, inkişaf etmiş dünya dövlətlərinin idarə edilməsinin əsas formulu icraedici, qanunverici və məhkəmə hakimiyyətinin formalaşdırılmasından ibarətdir. Bu format bir-birini saxlamaq üçün və vəhdət yaratmaq məqsədilə təşkil olunur. Bəzən televiziya və mətbuat da hakimiyyətin dördüncü qolu hesab edirlər. Ona görə ki, dövlət öz siyasi mənbəyini ictimai mənbədən götürür, eyni zamanda dövlətə və cəmiyyətə ünsiyyətin, münasibət və əlaqələrin məhsulu kimi də baxmaq olar.
Dövlət və cəmiyyət fenomeni fərdin dəyəridir və onun şəxsiyyətə çevrilməsini təmin edən məkandır. Fərd məhz cəmiyyətdə və dövlətdə şəxsiyyətə çevrilə bilir. Dövlət və cəmiyyətin gücü və potensialı isə fərdlərin hesabına yüksəlmiş olur. Müəllimlər, alimlər, bütün mütəxəssislər və.s ictimai kollektivlərdən dəyərlər əldə edirlər. Onlar da öz növbəsində əməlləri ilə cəmiyyətə dəyərlər verirlər. Hazırda cəmiyyətin qarşısında duran vəzifələrin yerinə yetirilməsi xeyli dərəcədə fəal və hərəkətli inkişaf etmiş şəxsiyyətin formalaşdırılması prosesinin səmərəliliyindən asılıdır.
Cəmiyyətin dəyəri onun mədəniyyətindədir. Mədəniyyət də yaradıcılıq və quruculuqdadır. Dövlət və cəmiyyətin idarə olunmasında davranış və əxlaq normalarını unutmaq olmaz. İnsanlar əxlaq normalarını yaratmaqla dövlətdə və cəmiyyətdə yaşayış qaydalarını təmin etmiş olurlar. Bu yaşayış qaydaları həm adət-ənənə ilə, həm də hüquq normaları ilə müəyyən edilir.
Cəmiyyətdə yeni nəslin əxlaq tərbiyəsi gələcəyimiz üçün zəruri şərtlərdən biridir. Biz bu sahədə milli dəyərlərimizə və xalqımıza sədaqət, müstəqil respublikamıza məhəbbət, milli sərvətlərimizi qoruyub saxlamaq, artırmaq qayğısına qalmaq üçün çox çalışmalıyıq. Bu missiyanı üzərinə götürən cəmiyyətin aparıcı qüvvələri var. Onlara elm adamları, yazıçılar, şairlər, jurnalistlər, incəsənət və mədəniyyət nümayəndələri və bu qəbildən olan digər şəxslər aiddirlər. Onlar informasiya daşıyıcıları olaraq ətrafda baş verən hadisələrə sərbəst münasibət bildirmək , dövlət və cəmiyyətin inkişafı naminə yeni ideyalar vermək, təşəbbüslər irəli sürmək hüququna malik olmaqla yeni nəslin formalaşmağında mühüm rol oynayırlar.
Burada da əsas vəzifə daha çox elm adamlarının üzərinə düşür, çünki cəmiyyəti elmsiz idarə etmək mümkün deyil. Cəmiyyət yeni-yeni yaranan dəyərlər tələb edir. Məhz elmin də əsas məqsədi dəyərlər verməkdən və dəyər yaratmaqdan ibarət olmalı, cəmiyyətin sosial strukturunu dəyişdirməyi bacardığı üçün cəmiyətə açıq olmalıdır. Bu sadalananları isə cəmiyyət alimlərdən gözləyir. Alimlər isə cəmiyyətin bir nümayəndəsi olaraq ölkədə və dünyada baş verən hadisələri izləməli, müşahidələr aparmalı, yeni biliklərlə tanış olmalı və cəmiyyətə tətbiq etməklə nəticələr ortaya qoymalıdırlar. Alim həm fərdi, həm də ictimai məsuliyyəti öz çiyinlərində daşımalı, bu iki məsuliyyət vasitəsini sistemləşdirməli, eyni zamanda onun adının nə dərəcədə əhəmiyyətli, məsuliyyətli olmasını dərk etməlidir.
Qədim zamanlardan yaxın dövrümüzə qədər bu proses əsas filosofların üzərinə düşürdü. Çünki, cəmiyyətlərin formalaşması üçün fəlsəfəyə ehtiyacı çox idi. Filosoflar cəmiyyətin bu günə qədər gəlib çıxmasında əsas qüvvəyə malik olublar. İnsanın və insanlığın yaşamasında, azad fikrin formalaşmağında, dövlət və idarəçilik institutlarının yaranmasında filosofların rolu danılmazdır. Amma təəsüff hissi ilə demək olar ki, fələsəfə elmlər doktorlarının çoxluq təşkil etdiyi bir zamanda yeni fəlsəfi cərəyanlar yaradan böyük filosoflara rast gəlmək olmur. Düşünürəm ki, bu həm obyektiv, həm də subyektiv amillərlə bağlıdır.
Bəzi hallarda müasir “filosoflar” (məsələn AMEA-nın prezidenti Ramiz Mehdiyev kimi) cəmiyyətdə və dövlətdə qarşıdurmalara gətirib çıxaran hadisələrin səbəbkarı rolunda çıxış edirlər. Bu da min illərlə filosofların cəmiyyətdə yaratdığı harmoniyanın pozulmasına və fəlsəfəyə olan münasibətin aşınmasına səbəb olur. Bu düşüncədə olan “filosoflar” və qeyriləri bilməlidir ki, müstəqilliyimizə və dövlətciliyimizə qarşı yarana biləcək hər hansı təhdidin, məkrli niyyətlərin qarşısını almağa qadir olan, nizamlı, mütəşəkkil, azad ruhlu, güclü Azərbaycan cəmiyyəti var”.
12-02-2022, 13:24
“Tərtər işi”ndə işgəncənin başında duranlar kimlərdir?


“Tərtər işi”ndə işgəncənin başında duranlar kimlərdir?
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Tərtər işi” ilə əlaqədar danışıb.
Butov.az Modern.az-a istinad edərək xəbər verir ki, hüquqşünas Baş Prokurorluğun hazırkı mövqeyini dəstəkləyib. O, açıqlamasında diqqətə çatdırıb ki, Tərtər, Ağdam, Beyləqanda bir qrup hərbiçilərimizə qarşı törədilmiş amansız cinayətlərə hüquqi qiymət verilməsi üçün cinayət işinin istintaqı təzələnib:
“Bildiyimiz kimi, başda Kamran müəllim olmaqla, bu iş hüquqi termində desək, nəzarət altına götürüldü və artıq proses başlanılıb. Təbii ki, bütün cəmiyyət bu işin şəffaf şəkildə araşdırılmasını istəyir. Bugünədək 163 şəxs zərərçəkən idisə, artıq bu say 281 nəfərə çatıb. Bunun artacağını da istisna etmirəm. Bu işdə əsas Nəcməddin Sadıqovun adı hallandırılırdı. Mən hüquqşünasam, onun nə dərəcədə məsuliyyətli olub-olduğunu bilmirəm, amma Baş Qərargah rəisi idisə, o, bunları bilirdi. Niyə qarşısı alınmırdı? Digər vəzifəli şəxslər də bunu görürdülər, ancaq qarşısını almırdılar. Ona görə də, hazırda iş həbs edilən 4 nəfərlə kifayətlənməyəcək, yəqin ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu yavaş-yavaş bu işin istintaqı getdikcə, harada qanun pozuntusu var onu araşdıracaq və kimlər tərəfindən törədildiyini müəyyən edəcək. Çox gümanki, onlar barəsində müvafiq qərarlar qəbul ediləcək. Hesab edirəm ki, bu məsələyə susqunluq göstərən vəzifəli şəxslər də həbs olunmalıdır. Nəyə görə, onlar Azərbaycan ordusunu bu cür gözdən salanlara, orduda məyusluq yaradanlara susqunluq nümayiş etdirirdilər? Nəyə görə ölkə rəhbərliyinə yanlış informasiya verirdilər? Bu suallara cavab tapılmalıdır. Bu göstərişi kimlər verib? Bu, 5-ci kolonda ola bilər, başqa dövlətlərin sifarişi ilə insanların əli edilmiş də ola bilərdi. Bəs niyə insanlığa, kişiliyə, müsəlmançılığa yaraşmayan formada insanlara qarşı edilən işgəncələrə göz yumurdular? Buna susqunluq edənlər, ölkə rəhbərliyini aldadanlar cinayət məsuliyyəti daşıyırlar. Biz Azərbaycan ordusunun nəyə qadir olduğunu gördük. Bizim ordumuz 44 gün ərzində 30 illik arzumuzu gerçəkləşdirdilər. Belə bir zabitə, əsgərə böhtan atmaq olarmı? İşgəncələrə məruz qalanların çoxu xüsusi təyinatlılardır, hansılar ki, bizim torpaqlarımızı işğal altından azad edənlərdir. Artıq həqiqətin açılmasına start verilib. Ümid edirəm ki, zərərçəkənlər Baş Prokurorluğun çağırışına müsbət cavab verəcəklər və Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə əməkdaşlıq etməkdən çəkinməyəcəklər. Bu cinayəti törədənlər layiqli cəzalarını almalıdırlar ki, birdə ölkəmizdə belə hadisələr təkrar olunmasın. Kimin ki, bu işdə əli var, bilsinlər ki, hamısı layiqli cavablarını alacaqlar”.

12-02-2022, 10:24
Sabah ali məktəblərə qəbul üzrə sınaq imtahanı keçiriləcək


Sabah ali məktəblərə qəbul üzrə sınaq imtahanı keçiriləcək

Sabah ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı (I, II, III və IV qrup) keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən (DİM) Modern.az-a verilən xəbərə görə, sınaq imtahanında iştirakçılara 2022-ci ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun olaraq test tapşırıqları hər qrupda 3 imtahan fənni üzrə təqdim olunacaq:
İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 3212 abituriyent qeydiyyatdan keçib. İmtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində ümumilikdə 18 binada təşkil olunacaq.
COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binalarına yalnız tibbi maska ilə daxil olmağa icazə veriləcək və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahan zallarında namizədlərin bir-birindən lazımi məsafədə əyləşdirilməsi təmin olunacaq. Bundan əlavə, imtahanın idarə olunması prosesinə ümumi imtahan rəhbəri, imtahan rəhbəri, nəzarətçi-müəllim, mühafizə əməkdaşı və s. qismində yalnız COVID-19 peyvənd sertifikatı (və ya immunitet sertifikatı) olan şəxslər cəlb olunacaqlar.
Sınaq imtahanı bütün binalarda saat 11:00-da başlanacaq. İmtahanda iştirak edəcək abituriyentlərin nəzərinə çatdırırıq ki, imtahan binasına buraxılış saat 10:45‑də başa çatacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan iştirakçıları qeyd olunanları nəzərə almalı və buraxılış vərəqəsində göstərilən vaxtdan gec olmayaraq imtahan binasında olmalıdırlar.
İmtahanın müddəti 3 saatdır. Yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqların cavabları “cavab vərəqi”ində nəzərdə tutulan müvafiq yerlərdə, digər tapşırıqların cavabları isə “cavab kartı”ında qeyd olunur. İmtahanın sonunda cavab vərəqələri və cavab kartları abituriyentlərdən təhvil alınır, sual kitabçalarını isə aparmağa icazə verilir.
İmtahanların idarə edilməsi üçün 39 imtahan rəhbəri, 312 nəzarətçi-müəllim, 18 ümumi imtahan rəhbəri ayrılıb.
Abituriyentlərin nəzərinə çatdırırıq ki, imtahan binalarına buraxılış yalnız abituriyentlərin şəxsiyyət vəsiqəsinin əsli "İmtahana buraxılış vərəqəsi" və “İmtahan iştirakçısının sağlamlığı haqqında” bəyannamə əsasında həyata keçirilir.
Göstərilən sənədlərindən biri olmayan, sənədləri arasında uyğunsuzluq olan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər imtahana buraxılmırlar.
12-02-2022, 10:15
Ukrayna Rusiyaya 48 saat vaxt verdi


Ukrayna Rusiyaya 48 saat vaxt verdi

Ukrayna Xarici İşlər Nazirliyi Rusiyadan ölkə ilə sərhəd ərazilərdə hərbi fəaliyyətin aparıldığı rayonlar, silahların və hərbi texnikaların növü barədə Kiyevə 48 saat ərazində məlumat verməsini tələb edib.
Bu barədə Ukrayna XİN rəhbəri Dmitri Kuleba deyib.
“Kiyev hərbi fəaliyyətin aparıldığı rayonlar və hərbçilərin sayı ilə bağlı 48 saat ərzində Rusiyadan cavab gözləyir”, - deyə bildirilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!