MƏNİQurtula bilmirəm çəkir özünə,
Çəkir o baxışlar, o gözlər məni.
Durduğum yerdəcə donub qalıram,
Xəyala qərq edir xoş sözlər məni.
Onun işığına mələklər gələr,
Eşqinə düşənlər Məcnunam deyər.
Yerişi bir dünya baxan qəm yeyər,
Öldürər gecələr, gündüzlər məni.
Sevən qəlbimizə tənhalıq  bir yük,
Baxıb taleyindən, bəxtindən  küsdük.
Söylədim, biləsən  həsrətim böyük,
Yandırar bu alov, bu közlər məni.
Həsrət çəkə -çəkə, qəm yeyə -yeyə,
Gözümün yuxusu çəkildi göyə.
Verdim həyatımı mən bu sevgiyə.
Çəkdi sınaqlara bu hisslər məni.                                                                        01.01.2022.             MƏHƏBBƏTİNÇəkilib göylərə yuxusu yaman,
Ardımca boylanan qara gözlərin.
Ürəkdən keçəni gizlətmək olmur,
Qəmli baxışların həsrəti dərin.
Bu da bir şaxtalı, qarlı qış günü,
Düşüb hicranlara sevgi arama.
Nə baxış təsəlli, nə göz təsəlli,
Nə də daş ürəklər gələr ilhama.
De, kimlər yanmadı  sevgi odunda,
Bu sonsuz ümmanda üzmək çox çətin.
Sevgi dirigözlü oda atılmaq,
Gücünü bilmirsən sən məhəbbətin. 
                                                                       01.01.2022.              
    OLMASINBir az Məcnun olum, bir az da Fərhad,
Sevgi Leyliyə ruh, Şirinə qanad.
Payız xəzəlidir sevgisiz həyat,
Sevən ürəyində şubhən olmasın.
Səadət istədin, səadət inam,
Təmiz ürəklərdə məhəbbət inam.
Xoş arzu, xoş dilək, xoş niyyət inam,
Sevən ürəyində şubhən olmasın.
Pirə inananın şəfası pirdir,
Sevənin qəlbində sevgisi birdir.
Sevgi sevməyənə açılmaz sirdir,
Sevən ürəyində şubhən olmasın.
İnan, şəkk edənlər batar günaha,
Gözəl nə olar ki, sevgidən daha.
Sevən səadətlə çıxar sabaha,
Sevən ürəyində şubhən olmasın.                                                                                                
                                                                       02.01.2022.               
   ÇAĞIDIRXəyala qərq edir  məni bu payız,
Yarpağın saralan, solan çağıdır.
Sıxılır köksümdə ürəyim yaman,
Gözümün buludtək dolan çağıdır.
Hanı o çiçəklər, hanı o güllər,
Vaxt da günəş kimi qüruba gedər.
Həsrət çəkə -çəkə ömür də ötər,
Dərdin qalaq-qalaq olan çağıdır.
Payız,  yağışmısan  yoxsa ki, külək?
Arzular gözümdə solan yarpaq tək.
Hələ məndən sonra kimlər deyəcək,
Fəqət xatirələr qalan çağıdır.                                                                                                                         
                                                                15.01.2022.
     YAŞAMAQDIR
Suçu susmaqdır, danışsa, 
Artırar günahları.
Solunda dəniz,
Sağında məzarlıq
Yollar üzünə bağlı.
Sükut...
Yanında bir kimsə yox,
Qoluna  kədər girib.
Arzusu bir az da yaşamaqdır.                                                                                                
                                                                       02.01.2022.    
   QALIBYorma ürəyini,
Ömür bir az bahar,
Bir az payız, bir az da qışdır.
Yaddaşında tozlanan
Xatirələri bir kimsəyə söyləsən də,
Ürəyin ovunmaz.
Bu yolların sonu bilinmir,
Son mənzilə 
Bəlkə də bir-iki addım qalıb.                                                                                                
                                                                       03.01.2022.     
ÖZÜNÜ ALDATMAQDIR                                                                                                Salam, kimsəsiz küçə,
Kimsəsiz şəhər.
Kimsəsiz evlər,
Üstündən toz tökülən ağacların 
Söylədiyi xatirələri 
Daha quşlar dinləməz...
Ovcumu açıb taleyimi oxuma,
İndi taleləri küləklər oxuyur.
Üstündə qara ruhlar dolaşdıqca,
Daşların qurd –qurd ulayır,
Yolların toz qoxuyur, toz...
Kimsəsizlərin göz yaşısan,
Əllərimi sənə sarı uzadıb
Aman istəmərəm.
Amansızsan,
Ağlar qoydun çoxlarını.
Səndən ümid diləmək
Özünü aldatmaqdır.                                                                                                
                                                                       03.01.2022.   
   ÖMÜR BİR YAZ 
        YAĞIŞIDIR     Bu yolları  birlikdə adlayıb 
Getmək 
Ürəyimizə təsəllidir.
Ölüm hələ bizdən uzaq,
Hələ ümidlər bitməyib...
Gözlərin bir kimsəni 
Axtarmasın,
İndi hamı eyni cür taleyi yaşayır.
Alın yazıları eyni, kədəri eyni...
İçində tabut-tabut daşıdığın
Ağrılar...
Nəfəsin meyid qoxuyur.
Daha özünü aladıb gümanla yaşama,
Ömür bir yaz yağışıdır.. .                                                                                                
                                                                       03.01.2022.  
   BU ADAMLAR          Sağım adam, solum adam.
Topa -topa gəlib keçir,
Məndən belə bu adamlar.
İçim adam, çölüm adam,
Tabut-tabut daşıyıram 
Adamları xatirələr yaddaşına.
Boylanıram məzarlıqda 
Doğmaların başdaşına,
Vaxtsız ölən adamların 
Yaxınların göz yaşına.
Bir az torpaq, bir az hava, 
Bir az od, bir az da sudur.
Uddar hələ öz nəfsinin caynağında 
Çapalayan adamları,
Üşüdəcək yer üzünü,
Yandıracaq içimizi,
Boğularıq damlasında...
Sel adamlar,
Dərya kimi talatümlu,
Sonra belə torpaq olub,  
Torpaqlaşar bu adamlar...                                                                                                
                                                                       04.01.2022.
MƏZARI OT BASACAQ
Çoxmu yubandın,
Yoxsa yollar yordu səni?
Hardasa bir yad baxış 
Ardınca boylanıb.
“Əlvida” kəlməsi 
Küləkdənmi eşitdin?
Ölümü yada salmaq ürəyə dərddir.
Nə vaxtsa yoxluğunu 
Düşünmək əzabı 
Yandırırmı səni?
Xatırlamaz bir kimsə
Məzarı ot basacaq.                                                                                              
                                                                       06.01.2022.
UÇULAR XƏYALIMDAKI 
YER KÜRƏSİ	Əllərim saçlarına toxunar,
Baxışların içimi  köz-köz yandıran
Həsrəti söndürər.
Bir az ilk görüşün 
Həyəcanı,
Bir az gözlərinin sehri,
Bir az da aşıb-daşan hisslər...
Yum gözlərini,
Əllərin  ovcumdan qoy sivişməsin.
Uçular xəyalımdakı yer kürəsi.                                                                                               
                                                                       08.01.2022.     
 BİR İNSAN DA AZALIB 	Səni bir kimsə xatırlamadı,
Unuduldun.
Nə adını çəkən oldu,
Nə xatirə söyləyən.
Elə bil  bir damla yağış idin,
Düşdün torpağa.
Üşütdü yolları küləkin uğurtusu...
Sükutu sevməzdin,
İndi sükut  məzarın qədər.
Başdaşına qonan sərçələr
Hardan bilsin ki, yer üzündə 
Bir insan da azalıb.                                                                                               
                                                                       09.01.2022.
QAÇMAQ İSTƏYİR
Daha göz yaşı tökməyə dəyməz.
Nə keçmişə  qayıtmaq olur,
Nə keçmişi unutmaq.
Yaddaşında  yarpaq -yarpaq 
Boy atan xatirələr 
Ayrılıqlar qoxuyur.
Nəfəsin payız küləyidir,
Baxışında ilan-ilan qıvrılan
Bir uşaq təbəssümü 
Baş götürüb keçmişə
Qaçmaq istəyir. 
                                                          16.01.2022.                                                                                                                           
 YOXLUĞUNU XATIRLATDIÜz tutub sənə sarı gəlmək istədim,
Yoxuşlu yollar üzdü ümidimi.
Kəsildi nəfəsim,
Qulağıma axan səslər
Ürəyimə ox tək sancıldı.
Yaddaşımda xatirələr,
Gözümün önündə rəsmin,
Baxışlarında donan təbəssümün
Yoxluğunu xatırlatdı. 
                                                          19.01.2022.                                                                                                                 
 AĞRILARISən də dinlə
Ağaclara söylədiyim sözlərimi,
Ağacların yaddaşı var.
Axan sular yaxşı bilir
Xatırımda  olanları.
Danışmışam buludlara,
Qayğılarla dolu olan  uşaqlıqdan.
İnsanların sərt üzünü görə -görə,
Acı sözlər udda -udda 
Bəzən elə göz yaşlarım  selə dönüb.
Mən heç nəyi unutmadım,
Yaddaşımda  qalaq -qalaq xatirələr,
Bir də qəmli ürəyimin ağrıları... 
                                                            25.01.2022.                                                                                                            
UNUTMUSANMI?
Tanrı dərgahına  açılan 
Bir kimsəsiz tənhanın əlləri
Titrəyir yarpaq-yarpaq.
Hər şeydən  ümidi üzülən
Tanrının unutduğu adam...
Gözlərində bir dağılmış dünya,
Qara buludlarla  örtmüş göy üzü,
İnsanı qorxudan qara ruhlar.
Baxtıqca sıxılır ürəyim,
Tanrım, sevdiklərinə 
Tale yazmağını unutmusanmı? 
                                                        25.01.2022.                                                                                                            
QOY BİRCƏ BALIQDA 
YATIB QALMASINİsidə bilmədi səni bu bahar,
İçində çovğunlu, boranlı bir qış.
Acı xatirələr ürəyə dağdır,
Bir az taleyindən, bəxtindən danış.
Qaçsın qoy dənizin yuxusu tamam,
Qoy bircə balıq da yatıb qalmasın.
Sahili gəmirsin dəli dalğalar,
Heç əcəl  zəngini vaxtsız çalmasın.
Bəlkə, ünvanına gecikir kimsə,
Bəlkə, gecikənlər tələsir yaman.
Bəlkə, tələsənlər dayansın bir az,
Bəlkə,  onları heç xoşlamır zaman. 
                                                            26.01.2022.