Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
28-03-2022, 19:52
Ermənistan prosesə zərbə vurur - Azərbaycan XİN
Ermənistan prosesə zərbə vurur - Azərbaycan XİN

Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətlə bağlı tamamilə həqiqətdən uzaq və iftira xarakterli bəyanatını qətiyyətlə rədd edirik. Bu barədə XİN məlumat yayıb:
İlk növbədə, Ermənistan tərəfinə bir daha xatırladırıq ki, Azərbaycanın suveren əraziləri ilə bağlı edilən şərhlər bu ölkənin Azərbaycanın daxili işlərinə qarışmaq cəhdidir və beynəlxalq hüquq pozuntusudur. 30 ilə yaxın güc tətbiq etməklə, Azərbaycanın ərazilərinin bir hissəsini hərbi işğal altında saxlayan, bir milyondan çox Azərbaycanlını etnik təmizləməyə məruz qoyaraq öz evlərində yaşamaq hüququndan məhrum edən Ermənistan, görünür beynəlxalq hüquq pozuntusunu bir vərdiş halına gətirib.
Azərbaycanı 2020-ci ilin 9/10 noyabr tarixli üçtərəfli bəyanatı yerinə yetirməməkdə ittiham edən Ermənistan, münaqişənin bitməsi ilə bölgədə yaranan əməkdaşlıq imkanlarına rəğmən, imzalanmış birgə bəyanatın müddəalarını pozmaqla iki ölkə arasında normallaşma prosesinə zərbə vuran tərəfdir. Məhz Ermənistan post münaqişə mərhələsində Azərbaycana qarşı açıq ərazi iddialarını davam etdirir və bunu, o cümlədən XİN səviyyəsində Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı verdiyi hər bir açıqlamasında gündəmə gətirir. Məhz Ermənistan, üçtərəfli bəyanatın 4-cü bəndinə zidd olaraq erməni silahlı qüvvələrinin qalıqlarını hələ də bölgədən çıxarmır. Ermənistan, bəyanatın 6-cı maddəsini pozaraq, Laçın dəhlizi vasitəsilə hərbçilərin bölgəyə göndərilməsini davam etdirir. Bu fakt, beynəlxalq media tərəfindən də öz təsdiqini tapıb.
Xüsusilə vurğulamaq istərdik ki, Azərbaycan tərəfinin tələbi ölkənin Qarabağ bölgəsində yaşayan erməni əsilli vətəndaşlarına yox, məhz üçtərəfli bəyanatla nəzərdə tutulduğu kimi, qanunsuz erməni hərbi birləşmələrinin qalıqlarının bölgədən çıxarılmasına aiddir. Ermənistan XİN-in bu məsələni məqsədli şəkildə təhrif edərək “etnik təmizləmə” adı altında təqdim etməyə çalışması, Ermənistanın əsl niyyətini ifşa edir.
30 ilə yaxın Azərbaycanın Naxçıvan Muxtar Respublikasını blokadada saxlayan, Azərbaycanın Qarabağ bölgəsində ekosid və kultursid törədən və bu ərazilərə beynəlxalq missiyaların səfərlərinin qarşısını alan Ermənistan indi hansı əsaslarla beynəlxalq ictimaiyyətə çağırış edir?!
Saxta ittihamlarla beynəlxalq ictimaiyyətə yalan müraciətlər edən Ermənistan anlamalıdır ki, bölgədə sülh və sabitliyin təmin olunması yalnız üçtərəfli bəyanatın bütün müddəalarınına qeyd-şərtsiz icrasından asılıdır. Ermənistanın birgə bəyanatın əksinə olan digər bütün addımları yalnız sülh quruculuğu prosesinə maneə olacaq.
O ki, qaldı Azərbaycan ərazilərində müvəqqəti yerləşən Rusiya sülhməramlılarına aid məsələlərə, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq açıqlamalarında ətraflı məlumat verilib.

28-03-2022, 19:31
Kremlin ideoloqu: “Müharibəni uduzsaq, Putin məhv olacaq”
Kremlin ideoloqu: “Müharibəni uduzsaq, Putin məhv olacaq”

Rusiya lideri Vladimir Putinin müəllimi və məsləhətçisi kimi tanınan professor Aleksandr Duqin Ukraynadakı müharibə ilə bağlı sensasion açıqlamalar verib.
Professorun sözlərinə görə, Ukrayna ordusu müqaviməti ilə rusları dayandırıb, bu səbəbdən Putinin işləri yaxşı getmir. O, diqqətə çatdırıb ki, Rusiyanın qalib gəlməkdən başqa seçimi yoxdur, əks halda məhv olacaqlar.
“Rusiya müharibədə qalib gəlməli idi. Əks halda Rusiya xəritədən silinə bilər. Lazım gələrsə, Rusiya ordusu nüvə silahından istifadə edə bilər. Bu hərbi əməliyyat bizim üçün varlıq və yoxluq məsələsidir. Ya var olacağıq, ya da məhv olacağıq. Hazırda hər şey öz axarı ilə gedir. Məğlubiyyət ehtimalını düşünmürük. Çünki bu baş verə bilməz. Əksi olarsa, nə Putin, nə Rusiya, nə də bildiyim dünya olacaq. Biz əlimizdən gələni edirik, risk almışıq. Ona görə də nüvə hücumu ilə üzləşsək və ya NATO tərəfindən müharibəyə müdaxilə görsək, cənab Putinin nüvə variantı ilə bağlı dediklərinə qulaq asmaq lazımdır. Son nəfəsimizə qədər davam edəcəyik. Qərar artıq verilib və qalib gəlməkdən başqa seçimimiz yoxdur”.
28-03-2022, 15:38

İlham Əliyev sərəncam imzaladı
İlham Əliyev sərəncam imzaladı


Prezident İlham Əliyev Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin 30 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamın mətnini təqdim edirik:

“2022-ci ildə Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin yaradılmasının 30 ili tamam olur. Milli Olimpiya Komitəsi təsis olunduğu vaxtdan ölkədə idmanın dinamik inkişafı, Olimpiya ideallarının bərqərar olması və təşviqi üçün məqsədyönlü, ardıcıl fəaliyyət göstərmişdir. Ötən müddət ərzində Azərbaycanın idman infrastrukturunun yenilənərək ən müasir standartlara cavab verən səviyyəyə gətirilməsində, idmanın kütləviliyinin artırılmasında və sağlam həyat tərzinin təbliğində Milli Olimpiya Komitəsinin mühüm xidmətləri olmuşdur. İdmançılarımız Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil etmiş, yüksək nəticələr qazanmış və Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından sonra Olimpiya Oyunlarında əldə olunan medalların sayını 53-ə çatdıraraq Azərbaycanın idman şöhrətini artırmışlar.
Milli Olimpiya Komitəsinin mötəbər idman yarışlarının təşkili istiqamətində təqdirəlayiq fəaliyyəti sayəsində ölkəmizdə 2015-ci ildə I Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları və 2019-cu ildə Avropa Yeniyetmələrinin Olimpiya Festivalı böyük uğurla keçirilmişdir. Əldə edilmiş nailiyyətlər beynəlxalq miqyasda əks-səda doğurmuş, Azərbaycanı dünyada idman ölkəsi kimi tanıtmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Milli Olimpiya Komitəsinin təsis olunmasının 30 illiyinin ölkənin ictimai həyatında əhəmiyyətini nəzərə alaraq, habelə Azərbaycan Respublikasında Olimpiya Hərəkatının daha da genişləndirilməsini təmin etmək məqsədilə qərara alıram:
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1. Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi ilə birlikdə Milli Olimpiya Komitəsinin 30 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin”.
28-03-2022, 15:30
Kremldən Qarabağdakı vəziyyətlə bağlı açıqlama
Kremldən Qarabağdakı vəziyyətlə bağlı açıqlama

Əsas odur ki, atəşkəs rejiminə bütün tərəflər riayət etsin.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov Qarabağdakı vəziyyətlə bağlı açıqlamasında deyib.
“Bu sualı hərbçilərə vermək lazımdır, çünki həm Azərbaycan, həm də erməni tərəfi ilə onlar əlaqədədirlər”, - Peskov Qarabağdakı hazırkı vəziyyətlə bağlı jurnalistlərə açıqlamasında bildirib.
28-03-2022, 11:46
Şəntop;Türkiyə atəşkəs üçün səy göstərən yeganə ölkədir
Türkiyə atəşkəs üçün səy göstərən yeganə ölkədir

Növbəti görüşün İstanbulda keçirilməsi çox ağıllı bir qərardır. Çünki Türkiyə prosesin əvvəlindən həm Ukrayna, həm də Rusiya ilə danışıqlar aparan və atəşkəsə nail olmaq üçün səmimi səy göstərən yeganə ölkədir.
Bu sözləri Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop deyib.
“Bölgəmizdə, dünyada bütün siyasətçilər, dövlət xadimləri və insanlar tezliklə atəşkəs əldə olunmasını arzulayır. Amma buna nail olmaq üçün hər iki tərəflə görüşə bilmək, onları razı salmaq, bir araya gətirmək vacibdir. Prezidentimiz proses başlayandan bunun üçün çox çalışır”, - Şəntop bildirib.
Qeyd edək ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların növbəti raundu bu gün İstanbulda başlayacaq.
28-03-2022, 11:19
Küləkli hava nə vaxta kimi davam edəcək?
Külək nə vaxta kimi əcək?

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, martın 28-i saat 10:00-a olan məlumata əsasən qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.
Qərb küləyi arabir Şəkidə 25 m/s, İsmayıllı, Qobustanda 24 m/s, Göyçay, Naftalan, Daşkəsəndə 20 m/s, Ağsu, Şabran, Gədəbəydə 18 m/s, Mingəçevirdə 17 m/s, Tərtər, Bərdə, Qəbələ, Qubada 16 m/s, Bakıda və Abşeron yarımadasında Bakıda 28 m/s, Maştağada 20 m/s, Neft Daşları, Çilov adası, Binədə 19 m/s, Sumqayıtda 18 m/s, Pirallahıda 17 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.9 metrə çatıb.
Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti 30-u gündüzədək davam edəcək. Martın 28-də müşahidə olunan şimal-qərb küləyi 29-da cənub-qərb küləyi ilə əvəz olunacaq, küləyin maksimal sürəti 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.
27-03-2022, 19:33
Azərbaycan saytlarının Rusiyada bloklanmasına - Rəsmi reaksiya
Azərbaycan saytlarının Rusiyada bloklanmasına - Rəsmi reaksiya

Azərbaycana məxsus bir neçə sayta Rusiya ərazisindən giriş bloklanıb.
Medianın İnkişafı Agentliyindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, obyektiv və balanslı xəbər istehsalçısı kimi yalnız ölkə daxilində deyil, onun hüdudlarından kənarda da geniş auditoriyanın rəğbətini qazanmış Azərbaycanın nüfuzlu media subyektlərinə məxsus saytların ifadə azadlığına zidd olaraq bloklanması təəssüf doğurur.
“Hesab edirik ki, müasir dövrdə informasiya mübadiləsinə belə inzibati yanaşma Azərbaycanın media subyektlərinin peşəkar fəaliyyətinə təsir göstərməsə də, insanların balanslı və doğru informasiya təminatına mane olur.
44 günlük Vətən müharibəsi zamanı bir sıra ölkələrin media quruluşlarının hərbi əməliyyatların gedişi və ölkəmiz haqda zərərli, sırf “qara” təbliğat xarakterli və əksər hallarda isə saxta məlumatlar yaymasına baxmayaraq, Azərbaycan media azadlığı prinsipinə sadiqlik nümayiş etdirərək, heç bir əcnəbi saytın və ya televiziya kanalının ölkə ərazisində yayımını bloklamadı. Bu gün də onların fəaliyyətinə ölkəmizdə heç bir məhdudiyyət qoyulmur.
Bu məsələdə qarşılıqlılıq prinsipinin rəhbər tutularaq, xarici ölkə tərəfindən Azərbaycan saytlarına qarşı tətbiq edilən bloklanmanın aradan qaldırılacağına ümid edirik”, - agentlikdən vurğulanıb.
27-03-2022, 14:50
Gürcüstanda qaydalar dəyişir


Gürcüstana getmək istəyənlərə ŞAD XƏBƏR

Gürcüstanda martın 28-dən etibarən ictimai nəqliyyat və qapalı məkanlarda qoruyucu maskadan istifadə istisna olmaqla, bütün məhdudiyyətlər aradan qaldırılacaq.
Gürcüstan mediası xəbər verir ki, bu barədə qonşu ölkənin Qurumlararası Koordinasiya Şurası qərar qəbul edib.
Digər bir qərara əsasən, “PCR” testindən keçmədən Gürcüstana qayıdan vətəndaşlar üçün özünütəcrid öhdəliyi də tətbiq edilməyəcək.
Qeyd edək ki, Gürcüstan bütün qonşu ölkələrlə quru sərhədlərini açıb. Türkiyə, Ermənistan və Rusiyaya müəyyən şərtlər əsasında getmək mümkündür, lakin Azərbaycana quru yolla getməyə hələlik icazə verilmir. Bu səbəbdən Gürcüstan və Azərbaycan vətəndaşları yalnız hava yolundan istifadə edirlər.
27-03-2022, 14:44
Tramp müharibəyə görə Baydeni günahlandırdı

Tramp müharibəyə görə Baydeni günahlandırdı
ABŞ-ın keçmiş prezidenti Donald Tramp dövlət başçısı Cozef Baydenin Polşada Ukraynaya dəstək nitqi ilə çıxış etdiyi bir vaxtda öz tərəfdarlarının mitinqini keçirib. Bu barədə "CNN" məlumat yayıb.
Tramp çıxışında deyib: "ABŞ-da indiki yüksək inflyasiyaya, benzinin bahalaşmasına görə Bayden administrasiyası günahkardır. Bayden Amerikanın xəyallarını dəfn edib. Amerika tarixinin beş ən pis prezidentini götürüb, bir yerdə oturda bilərsiniz və onlar birlikdə Co Baydenin cəmi 15 ayda ölkəyə vurduğu ziyanı vura bilməzlər. Bir il ərzində o Amerika xəyallarını öldürdü".
Tramp, həmçinin Rusiyanın Ukraynaya təcavüzünə görə Baydenin günahkar olduğunu deyib:
"Hakimiyyətdə olsaydım, bunlar baş verməyəcəkdi. Ukraynaya müdaxilə baş verməli deyildi. Hər kəsin dediyi kimi, əgər Ağ Evdə mən olsaydım, indi savaş da yox idi".
27-03-2022, 14:09
Qondarma respublika Rusiyaya birləşəcək

Qondarma respublika Rusiyaya birləşəcək
Qondarma Luqansk Xalq Respublikasının (LXR) rəhbəri Leonid Paseçnik bölgədə tezliklə Rusiyaya birləşmək üçün referendumun keçirilməsinə icazə verib. TASS xəbər verir ki, bu barədə o, martın 27-də jurnalistlərə müsahibəsində bildirib.
"Hesab edirəm ki, yaxın vaxtlarda respublikada referendum keçiriləcək. Referendumda xalq öz konstitusion hüququndan istifadə edə və Rusiyaya birləşmək barədə fikirlərini ifadə edə biləcək. Nədənsə əminəm ki, məhz belə olacaq", - deyə separatçı lider vurğulayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!