Kanal-11 internet TV-nin rəhbərinə 9 il həbs istənildi .....                        Azərbaycan və Serbiya XİN başçıları müzakirə apardılar .....                        Ceyhun Bayramov Səfirlər Konfransında çıxış edib .....                        Naxçıvanda istilik elektrik stansiyası tikiləcək - SƏRƏNCAM .....                        “Nidanın Gücü, Gücün Nidası!”: Yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı .....                        Azərbaycanda neçə "Tesla" avtomobili var? - QİYMƏTLƏR .....                        Sabahın hava proqnozu .....                        Qubadlı və Cəbrayılda modul tipli xəstəxanalar tikiləcək .....                        34 il sonra Xankəndidə Yeni il - FOTO .....                       
4-04-2022, 20:09
“MƏNƏ BİRCƏ GİLƏ GÖZ YAŞI BƏSDİ”

“MƏNƏ BİRCƏ GİLƏ GÖZ YAŞI BƏSDİ”
(İbrahim Yusifoğlunun eyni adlı kitabı haqqında)
Dəyərli oxucum, bu dəfə söhbətimizin mövzusu adı ilə diqqətimi çəkmiş kitabla bağlıdır. Haqqında söhbət açacağım kitab İbrahim Yusifoğlunun “Mənə bircə gilə göz yaşı bəsdi” adlı 2021-ci ildə işıq üzü görmüş, 208 səhifədən ibarət şeirlər kitabıdır. Kitabla tanış olduğum gündən adı diqqətimi çox çəkmişdi. Şeirləri oxuduqca kitabın içərisində eyni adlı şeirin də olduğunu gördüm. “Mənə bircə gilə göz yaşı bəsdi” şeiri kitabın 142-ci səhifəsindədir. Hərflərə, sözlərə, rəqəmlərə onların yaratdığı kombinasiyalara, ötürdüyü mesajlara bir başqa aludəçiliyim var. Ancaq bütün bunlar haqqında söhbətə başlamazdan əvvəl İbrahim Yusifoğlunu yaxından tanıyaq.
QISA ARAYIŞ
İbrahim Yusifoğlu Yusifov 30 sentyabr 1954-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axura kəndində anadan olub. 1981-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun (indiki Naxçıvan Dövlət Universiteti) filologiya fakültəsini bitirib. 70-ci illərin əvvəllərindən pedaqoji fəaliyyətlə məşğuldur."Şərur qönçələri" ədəbi birliyinin rəhbəridir. 1994-cü ildə haqqında Naxçıvan Muxtar Respublikasının televiziyasında "Dağların şair oğlu" adlı film çəkilib.
Bədii yaradıcılığa 1968-ci ildə başlamış, ilk mətbuat əsəri olan “Qələbə atəşi” şeri 1971-ci ildə Şərur rayonunda dərc olunan "İşıqlı yollar" qəzetində çap edilmişdir. Əsərləri türk, rus və fransız dillərinə tərcümə olunmuşdur. Çoxsaylı nəzm və nəsr nümunələrinin müəllifidir. 1992-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin, 1998-ci ildən isə Azərbaycan Yazıçlar Birliyinin üzvüdür.
İbrahim Yusifoğlu “Araz bayatıları” (1991), “Bu həyat mənimlə yola getmədi” (1997), “Futbolçu, topçu, gopçu” (1998), “Mənim inamımı güllələdilər” (1999), “Arxamca boylanan baxışların var” (1999), “Sulara danışdım yuxularımı” (2000), “Safdır, müqəddəsdir müəllim ömrü (oçerk)” (1997-1998), “Ölüm tanrıdan gələndə” (oçerk) (1999) kitablarının və ümumilikdə 30-a yaxın kitabın müəllifidir. Bundan əlavə redaktə etdiyi kitablar da çoxdur.
Pedaqoq və yaradıcı şəxs kimi uzun illərin gərgin əməyinin nəticəsini “Azərbaycanın xalq maarif əlaçısı” (1987), “Qızıl Qələm” media mükafatı, Prezident mükafatı (2016), “Ziyadar” mükafatı (2021) olaraq görmüşdür.
Hal-hazırda da fəaliyyətini davam etdirir.
Keçək mətləbə. 142(7)-ci səhifədə yerləşmiş (ya təsadüfən, ya da hesablanmış şəkildə bunun heç bir fərqi yoxdur) “Mənə bircə gilə göz yaşı bəsdi” şeiri və bu şeirin adının kitabın üzünə çıxarılması, kitaba ad seçilməsi artıq özlüyündə diqqətli oxucuya müəyyən mətləblərdən xəbər verir. Məsələn, şəxsən mən hələ eyni adlı şeirlə və ümumilikdə şeirlərlə tanış olmazdan əvvəl düşünürdüm ki, görəsən şair bu ifadəni hansı anlamda işlədib? Dünyanın faniliyinə işarə edir, yoxsa insanların naxələfliyinə? Söhbət aclıqdan gedir, yoxsa toxluqdan? Müəllifi dünya narahat edir, yoxsa axirət? və s. Və il. Bu vəziyyətdə sualları sıralamaq olardı. Ancaq buna ehtiyac yoxdur. Yaxşısı budur necə deyərlər kitabın tən ortasından, elə həmin bu şeirdən iki bəndə diqqət yetirək:
Bəxtimə düşənlər Tanrıdan gəlir,
Sevincim, kədərim yarıdan gəlir,
Bütün istəklərim “barı”dan gəlir,
Həyat nə verdisə bir üzü tərsdi.
Mənə bircə gilə göz yaşı bəsdi.
* * *
Bir gün göz yaşıyla yuyulacağam,
Üç qarış torpaqda uyuyacağam,
Bir parça sal daşda duyulacağam,
Tanrımın verdiyi öz yaşı bəsdi,
Mənə bircə gilə göz yaşı bəsdi.
(s. 142)
Bu misraları oxuya-oxuya rəhmətliklər; Hacı və axund arasında keçən məşhur məsələ, ta qədimdən üzü bəri şahların, sultanların ibrətamiz məsəlləri, son illər gözümüzün qabağında baş verən yüzlərcə ibrətlik hadisələr kino lenti kimi adamın gözünün önündən keçib gedir. Ümumiyyətlə, bu və digər şeirlərdə (indi bu şeirə nisbətən kitabın əvvəlindən də bəzi nümunələrdən misal gətirəcəyəm) İbrahim Yusifoğlunun insan oğluna, bəşəriyyətə ötürmək istədiyi, xüsusi ilə hal-hazırda baş verən hadisələrlə səsləşən aktual mesajlar çoxdur.
Məsələn,
Yağışlar yağdı, qutardı,
Daha qar yağır, qar yağır.
Kimin evinə qəm-kədər.
Kimin çölünə var yağır.
* * *
Kövrək olur, güllər nədən,
Boylananda pəncərədən,
Qəmli-qəmli tül pərdədən,
Baxan gözlərə qar yağır. (s. 69)
Və ya
“Nimdaş pencəyə oxunan şeir” :
Nimdaş görkəminlə sən asılmısan,
Asılqan adlanan dar ağacından.
Lazımsız əşya tək yalqız qalmısan,
Düşmüsən ömrünün şahlıq taxtından.

* * *
Bir vaxt geyilərdin ziyafətlərə,
Gözlər min heyrətlə sənə baxardı.
Yaman xoş gəlirdin şux afətlərə,
Duruşun, biçimin ürək yaxardı. (s. 74)

Bu misala da nəzər salıb sonra söhbətimizi yekunlaşdıraq.
Nümunə:
Nə eni görünür, nə də uzunu,
Dərini duyulur sərt bənizində.
Boğaza çatdırıb duzlu suyunu,
Batırıq, ay Allah, borc dənizində.
* * *
Bu yurdun sərvəti, varı talanır,
Yerində yosunlu dəniz yaranır,
Dərddən sinələrdə tonqal qalanır,
Yanırıq, ay Allah, borc dənizində.
(s. 80)
Yuxarıda İbrahim Yusifoğlunun “Mənə bircə gilə göz yaşı bəsdi” adlı kitabından təqdim etdiyim nümunələr və gələcəkdə sizin özünüzün bu kitabda tanış olacağınız digər çoxsaylı şeirlər söz-söz, misra-misra yalnız və yalnız bir vəzifə ilə mükəlləfdir: “Oyan, insan oğlu, oyan! Ətrafında baş verənlərdən dərs al, ibrət götür!” Axı heç kim, heç nə bu həyatda (dünyada) tək deyil... Bütün mövcudiyyat bir-biri ilə əlaqəlidir. Əgər hər hansı bir iş kiminsə başına gəlirsə, demək sənin də başına gələ bilər.
Müdrik bir misalı xatırlatmaq istəyirəm, məzmunu belədir ki, təcrübə yaxşı dərsdir, ancaq keçələ daraq lazım olmur...
Ümumiyyətlə, İbrahim Yusifoğlu uzun illərin təcrübə və müşahidəsinə, zəngin söz ehtiyatına, folklorumuza dayanaraq, cəmiyyət, insanlar üçün faydalı olmağa çalışmışdır. Mən deyərdim ki, söz adamı kimi, dünya görmüş pedaqoq kimi bu işin öhdəsindən layiqincə gəlmişdir. Yerdə qalır yazılanları oxuyub nəticə çıxarmaq. Belə bir misal da var. Deyir ki, ağıllı insanlar başqasının səhvlərindən nəticə çıxardaraq öyrənənlərdir. Xüsusən də indiki vaxtda ətrafımızda bu qədər ibrətamiz misallar olduğu halda heç birimizin səhv etməyə ixtiyarı yoxdur!
Sona qədər həmsöhbət olduğunuza görə təşəkkür edirəm. İbrahim müəllimə yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Qələminiz iti, yolunuz açıq olsun!

Zaur USTAC,
“Yazarlar” jurnalının baş redaktoru,
şair-publisist.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!