Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
10-04-2023, 16:14
Lukaşenko Rusiyanın müdafiə nazirini qəbul etdi


Lukaşenko Rusiyanın müdafiə nazirini qəbul etdi

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunu qəbul edib. Bu barədə Belarusun rəsmi "BelTA" agentliyi məlumat yayıb. Bildirilib ki, Rusiya prezidenti ilə danışıqlar və razılaşmalarla bağlı Sergey Şoyqu Lukaşenko ilə təhlükəsizliyin təmin edilməsi mövzusunda əsaslı və konkret söhbətlər aparıb.
10-04-2023, 16:10
Molla rejiminə xidmət edən daha bir neçə nəfər saxlanılıb


Molla rejiminə xidmət edən daha bir neçə nəfər saxlanılıb

Azərbaycanda İranın casus şəbəkəsinə qarşı əməliyyatlar davam etdirilir. İranın molla rejiminə xidmət edən daha bir neçə nəfər saxlanılıb. Məlumata görə, onlar Ələddin İbrahimov, Arif Fətəliyev, Elsevər İsayev və Yusif adlı şəxslərdir. Qeyd edək ki, Arif Fətəliyev və Elsevər İsayev 2012-ci ildə icazəsiz aksiya keçirdiklərinə görə saxlanılmışdılar.
10-04-2023, 13:55
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında aprelin 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, lakin gecə və səhər bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 8-11° isti, gündüz 16-20° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz yağıntıda fasilə olacaq. Bəzi yerlərdə arabir duman müşahidə olunacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-10° isti, gündüz 17-22° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti olacaq.
10-04-2023, 13:52
Prezident Qazaxıstanda rəsmi səfərdədir


Prezident Qazaxıstanda rəsmi səfərdədir

Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasına rəsmi səfərə gedib. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Qazaxıstanın Baş naziri Alixan Smailov və digər rəsmi şəxslər qarşılayıblar.



10-04-2023, 13:48
Türkiyədə kütləvi insan yaralanmasıyla nəticələnən qəza baş verib


Türkiyədə kütləvi insan yaralanmasıyla nəticələnən qəza baş verib

Türkiyənin Eskişəhir şəhərində sərnişin avtobusu, yük maşını və hərbi maşının iştirakı ilə ağır yol qəzası baş verib. Hadisə bu gün səhər saatlarında olub. Məlumata görə, qəza nəticəsində 12-si hərbçi olmaqla 14 nəfər yaralanıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan 2-nin vəziyyəti ağırdır. Hazırda qəzanın səbəbləri araşdırılır.
10-04-2023, 13:45
Hərbiçilərimiz Naxçıvanda itkin düşdü


Hərbiçilərimiz Naxçıvanda itkin düşdü

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən Azərbaycan Ordusunun iki hərbi qulluqçusu ərazidə istiqaməti itirərək azıb. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, hərbi qulluqçularımızın axtarışı ilə bağlı zəruri tədbirlər görülür.
10-04-2023, 13:41
Məmurların yeni təyinat qaydası müəyyənləşdi


Məmurların yeni təyinat qaydası müəyyənləşdi

Yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin müavinlərinin yeni təyinat qaydası müəyyənləşib. Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qunun tətbiqi barədə fərmanda əksini tapıb. Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavinləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunacaq. Digər yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin müavinləri müvafiq yerli icra hakimiyyətlərinin başçıları tərəfindən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ilə razılaşdırılmaqla təyin olunacaq.
10-04-2023, 13:37
İran Milli Bankı Bakı filialına məxsus əmlaklarını satışa çıxardı


İran Milli Bankı Bakı filialına məxsus əmlaklarını satışa çıxardı

İran Milli Bankının (Bank Melli İran) Bakı filialına məxsus əmlaklar satışa çıxarılıb. Söhbət müxtəlif vaxtlarda bankın balansında toplanan yaşayış (mənzil) və qeyri yaşayış sahələridən gedir. Ümumilikdə satışa 3 mənzil və 6 qeyri-yaşayış obyektləri, o cümlədən «Babək Plaza»da İran Bankına məxsus olan ofis sahələri satışa çıxarılıb. Bankın satışa çıxardığı mənzillər Bakının mərkəzində, 28 may metrosunun, Çay fabrikinin yaxınlığında, yaxınlığında, Kövkəb Səfərəliyeva küçəsi, ev 42 və 44 ünvanında yerləşən yeni tikilmiş binada yerləşir. Bunlar sahəsi 105 m2 olan 3 otaqlı və sahəsi 164-172 m2 olan 2 ədəd 4 otaqlı mənzillərdir. Mənzillər 18 mərtəbəli binanın 3-4-cü mərtəbələrində yerləşir. İran bankı təmirsiz mənzillərin kvadratmetrini birdəfəlik 1800 manatdan, kreditlə isə 2100 manatdan satışa çıxarıb. Bank satışı prosesini sürətləndirmək üçün alıcılara kredit də təşkil edir – 30 ilkin ödənişlə qalan məbləğ illik 12% olmaqla 8 illik müddətə kreditlə verilir. Bank bildirir ki, binalar qaz, işıq, su və liftlə təmin ediliblər. İran bankının satışa çıxardığı qeyri-yaşayış sahələri daha maraqlıdır. Belə ki, bank ümumilikdə 6 obyekti satışa çıxarıb. Bunlardan biri Bakının Nizami rayonunda Naxçivanski küçəsində yerləşən 48 kvadratmetrlik obyektdir, onun qiyməti razılaşma yolu ilə olacaq. Ən böyük obyekt isə Bakının mərkəzində, 28 may metrosunun, Çay fabrikinin yaxınlığında, yaxınlığında, Kövkəb Səfərəliyeva küçəsi, ev 42 və 44 ünvanında yerləşən yeni tikilmiş binada yerləşir, sahəsi 560 kvadratmetrdir. İran bankı alıcılara bildirir ki, bu obyekt bank, klinika, super market, ticarət mərkəzi, restoran üçün münasibdir. Obyektin qiyməti 1 kvadratmetr üçün 1 dəfəlik ödənişdə 5 min manat, hissəli ödənişdə 5,5 min manatdır, bank mənzillərdə olduğu kimi, bu obyektin satışı üçün də kredit ayırmağa hazırdır. Bu obyekti almaq istəyənlərə 30% ilkin ödəniş olmaqla, illik 12%-lə 8 illik müddətə kredit ayrıla bilər. İran Milli Bankının Bakıda satışa çıxardığı daha 4 kommersiya obyekti isə Bakının məşhur biznes mərkəzlərindən birində «Babək Plaza»da (Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A ünvanı) yerləşən ofis sahələridir. Ofislə “Babək Plaza”da C blokunda, 3,4,6,7-ci mərtəbələrdə yerləşir və sahələri 185-251 m2 arasında dəyişir. Bank bildirir ki, ofislər yaxşı təmirli və çıxarışlıdır. İran bankı “Babək Plaza”dakı ofislərin 1 kvadratmetrini birdəfəlik ödənişdə 2100 manata, hissəli ödənişlə isə 2400 manata təklif edir. Digər obyektlərdə olduğu kimi, “Babək Plaza”dakı ofislərin satışı üçün də kredit təklifi var. Ofisləri almaq istəyənlərə bank 30% ilkin ödəniş olmaqla, illik 12%-lə 8 illik müddətə kredit ayırmağa hazırdır.
10-04-2023, 13:28
İlham Əliyev qazilər və şəhid ailələri ilə bağlı sərəncam imzaladı


İlham Əliyev qazilər və şəhid ailələri ilə bağlı sərəncam imzaladı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsini əlavə olaraq 2023-cü ildə də həyata keçirəcək. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Belə ki, “Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında” sərəncama dəyişiklik edilib. Bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin əlavə olaraq 2022-ci ildə formalaşmış dövlət icbari şəxsi sığorta vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulmuşdu. Məlumat üçün bildirək ki, dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilən tədbirlər sırasına mənzil və ya fərdi evlərlə, reabilitasiya vasitələri və reabilitasiya xidməti ilə təminat daxildir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!