Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Xınalığa dolu düşüb .....                        Qəbul imtahalarında yenilik olacaqsa, azı iki il əvvəl elan edilir - DİM rəsmisi .....                        Binəqədidə baş vermiş yanğında 1 nəfər xəsarət alıb .....                        Bakı Fransız Liseyinin bağlanma səbəbi açıqlandı .....                        Bağlanan liseyin şagirdləri bu məktəblərə köçürüləcək - RƏSMİ .....                        G7 ölkələrindən İrəvan və Bakıya çağırış .....                        Tovuzda qadın tanışı tərəfindən yandırıldı .....                        İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                       
31-03-2023, 23:24
31 Mart soyqırımıyla bağlı tədbir keçirildi


31 Mart soyqırımıyla bağlı tədbir keçirildi

Naftalanda Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “31 Mart tarixin yaddaşından silinməyən soyqırım” adlı tədbir keçirilib. Öncə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Naftalan ŞİH-nin məsul əməkdaşları, YAP Naftalan şəhər təşkilatının sədri, şəhər Ağsaqqallar Şurasının sədri, təhsil və səhiyyə müəssisələrinin rəhbərləri, İH yanında İctimai Şuranın üzvləri, ziyalılar və gənclər iştirak ediblər. Çıxış edən natiqlər vurğulayıblar ki, 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına, erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının daha çox olduğunun sübuta yetirilməsinə təkan verib. Tədbirin sonunda 31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı film nümayiş etdirilib.


31-03-2023, 17:01
İranın Ermənistanla qardaşlığı ölkə üçün təhlükədir - Ayxan Hacızadə


İranın Ermənistanla qardaşlığı ölkə üçün təhlükədir - Ayxan Hacızadə

Bu gün İran-Ermənistan qardaşlığı bütövlükdə region üçün təhlükə olmaqda qalmaqdadır. Son 30 il ərzində İran faktiki olaraq səssiz razılığı ilə Ermənistanın Azərbaycan ərazilərinin işğalına göz yumub. Qarabağ və Şərqi Zəngəzurun işğalı və bu ərazilərin talan edilməsinə, bu ərazilərdəki evlərdən sökülmüş daşların İran bazarlarında satılmasına, mövcud olmuş 67 məsciddən 65-in dağıdılması və təhqir edilməsinə İran tərəfindən əhəmiyyət verilməməsi yaxşı məlumdur. Bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İran XİN-in mətbuat katibi Nasir Kənani tərəfindən səslənmiş iddiaları şərh edərkən ifadə edib. Qeyd edilənlərlə əlaqədar mətbuat katibi Nasir Kənaninin açıqlamasını qətiyyətlə pisləyirik. Bu açıqlama Azərbaycan-İran münasibətlərinin böhran vəziyyətinə salınmasında növbəti addımdır”, - deyən A.Hacızadə vurğualyıb ki, İran tərəfinin bu təhdidləri Azərbaycanı heç zaman qorxuda bilməz. İran ərazisindən Ermənistana göndərilən hərbi dəstəyə baxmayaraq, Azərbaycan Ordusu 2020-ci ildə işğalçı Ermənistan ordusunu darmadağın etdi. Bundan sonra da Azərbaycana qarşı hər hansı bir təcavüzün və təxribatın qarşısı qətiyyətlə alınacaq".
31-03-2023, 16:57
İran təcavüzü İsrail mətbuatında işıqlandırıldı


İran təcavüzü İsrail mətbuatında işıqlandırıldı

Azərbaycan, İsrail və Türkiyə üçtərəfli bloku əhalisinin 40%-ni etnik azərbaycanlılar təşkil edən İranı hücum etməzdən əvvəl iki dəfə düşünməyə vadar edə bilər. Tanınmış israilli siyasi şərhçi və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham bu barədə ölkəsinin geniş oxucu kütləsinə malik populyar “İsrael National News” qəzetində dərc olunmuş məqaləsində yazıb. “İranın təcavüzü davam edir” sərlövhəli məqalədə müəllif bu yaxınlarda Yunanıstan polisinin yəhudi restoranı da daxil olmaqla, ölkədəki yəhudilərə qarşı hücumlar planlaşdıran İran terror şəbəkəsinin iki üzvünü həbs etməsi ilə yanaşı, İslam Respublikasını mütəmadi tənqid edən azərbaycanlı deputat Fazil Mustafanın evinin yaxınlığında güllələnməsi faktına diqqət çəkib. İsrailli politoloqun fikrincə, Yerusəlimlə Tehran arasındakı gərginliyin dərin kökləri var. Belə ki, İsraili “Kiçik Şeytan”, Amerikanı isə “Böyük Şeytan” adlandıran ayətullahlar İsrail Dövlətini məhv etmək üçün nə qədər vaxt lazım olduğunu hərfi mənada hesablayırlar. Üstəlik, bu günlərdə Azərbaycanın Tel-Əvivdə səfirliyinin açılmasının qəti əleyhinə olan molla rejimi yəhudi dövləti ilə isti münasibətlərinə görə Bakını “cəzalandırmaq”da israrlıdır. Siyasi məsələlər üzrə müxtəlif ekspertlərin fikirlərinin yer aldığı məqalədə qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti ölkəsini xeyli gücləndirib, o cümlədən Bakının beynəlxalq enerji bazarında sabit mövqeyi Azərbaycanı görkəmli oyunçuya çevirib. Burada həlledici rolu İkinci Qarabağ müharibəsindəki qələbə və Qərbin enerji resursları ilə təmin edilməsi oynayıb. Bundan əlavə, İran Azərbaycanın İsrail və ABŞ hökumətləri ilə sıx münasibətlərindən narahatdır. Bu səbəbdən molla rejimi ölkəmizə qarşı böhtan kampaniyasına rəvac verib. Belə ki, Azərbaycanın İran mətbuatında formalaşdırılan neqativ imici ölkəmizin beynəlxalq nüfuzuna zərbə vurmaq cəhdi kimi yozula bilər. Bu strategiya Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin uğurlu həlli kimi nailiyyətlərini kiçiltmək, Türkiyə və İsrail kimi ölkələrlə strateji tərəfdaşlıq əlaqələrinin əhəmiyyətini minimuma endirməyə hesablanıb. Eyni zamanda diqqətə çatdırılıb ki, son hadisələr Azərbaycan üçün ən böyük təhlükənin İrandan gəldiyini bir daha sübut edir. Belə ki, bu gün İran Ermənistanın sərhədlərini qorumaq adı altında Azərbaycana qarşı düşmən addımlarını bəyan edir, Azərbaycana Qarabağ bölgəsində əməliyyat keçirməyə mane olur və ölkəmizlə sərhəddə davamlı hərbi təlimlər keçirir. Azərbaycan onu hər baxımdan dəstəkləyən Türkiyə və İsrail kimi müttəfiqlərə malik olmasa, ayətullah qaragüruhu ölkəmizə hücum etməkdə bir an belə tərəddüd etməyəcək. Məqalənin sonunda belə bir fikir irəli sürülür ki, İranın bölgədə artan təcavüzü şəraitində ən doğru seçim Azərbaycan, İsrail və Türkiyə arasında üçtərəfli blokun yaradılması olardı. İkinci Qarabağ müharibəsi zamanı bu üç ölkə sübut etdi ki, onlar arasında əməkdaşlıq həqiqətən də bölgəyə mühüm dəyişikliklər gətirə bilər. Ona görə də Azərbaycan öz milli təhlükəsizliyini təmin etmək üçün İsrail-Türkiyə əlaqələrinin gücləndirilməsini hədəfləyən platforma formalaşdıra və bu platformadan İrana qarşı rıçaq kimi istifadə edə bilər.
31-03-2023, 16:54
Deputata qarşı təşkil olunmuş terror aktı İrana dəlalət edir


]Deputata qarşı təşkil olunmuş terror aktı İrana dəlalət edir

Milli Məclisin deputatı Fazil Mustafaya qarşı həyata keçirilmiş terror aktının istintaqının ilkin izlərinin İrana dəlalət etməsini qeyd etmək olar. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib. Onun sözlərinə görə, son zamanlar İran ərazisindən Azərbaycana qarşı təhdidlər səsləndirilir və təxribatlara yol verilir. "Bunlara misal olaraq, Azərbaycanın sərhədləri boyu İran tərəfindən hərbi təlimlərin keçirilməsini, sərhəd üzərindən hərbi uşuşların həyata keçirilməsini, İranın vəzifəli şəxsləri tərəfindən anti-Azərbaycan bəyanatlarının verilməsini, SEPAH kimi İranın təhlükəsizlik strukturları tərəfindən hətta uşaqları cəlb etməklə və Xudafərin körpüsünün yanında Azərbaycan əleyhinə təhdid dolu video çarxların çəkilməsi və nümayişini, Azərbaycanın İrandakı səfirliyinə qarşı terror hücumunu, Milli Məclisin üzvü Fazil Mustafaya qarşı həyata keçirilmiş terror aktının istintaqının ilkin izlərinin İrana dəlalət etməsini qeyd etmək olar. Bu gün, İran-Ermənistan qardaşlığı bütövlükdə region üçün təhlükə olmaqda qalmaqdadır. Son 30 il ərzində İran faktiki olaraq, səssiz razılığı ilə, Ermənistanın Azərbaycan ərazilərinin işğalına göz yummuşdur. Qarabağ və Şərqi Zəngəzurun işğalı və bu ərazilərin talan edilməsinə, bu ərazilərdəki evlərdən sökülmüş daşların İran bazarlarında satılmasına, mövcud olmuş 67 məsciddən 65-in dağıdılması və təhqir edilməsinə İran tərəfindən əhəmiyyət verilməməsi yaxşı məlumdur", - deyə XİN rəsmisi vurğulayıb. Qeyd edək ki, martın 28-də Milli Məclisin deputatı Fazil Mustafaya qarşı terror aktı törədilib. Yaşadığı evin qarşısında güllələnən deputat çiyin və ayağından yaralanıb. O, dərhal xəstəxanaya çatdırılaraq, əməliyyat olunub.
31-03-2023, 16:51
Azərbaycan XİN İranın iddialarına cavab verdi


Azərbaycan XİN İranın iddialarına cavab verdi

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə 31 mart tarixində İranın XİN-in mətbuat katibi Nasir Kənani tərəfindən səslənmiş iddialara cavab verib. Ayxan Hacızadə bildirib ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun İsrail Dövlətinə səfəri çərçivəsində mətbuat brifinqinə istinadən İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənaninin 31 mart tarixində açıqladığı iddialarla əlaqədar mətbuat katibinə tövsiyə edirik ki, nazir Ceyhun Bayramovun səsləndirdiyi fikirlərə diqqətlə qulaq assın. "Məlum olduğu kimi, xarici işlər naziri Ceyhun Bayramov İsrail xarici işlər naziri ilə mətbuat brifinqi zamanı İrana qarşı hər hansı bir mövqe səsləndirməyib. Bu xüsusda, İran Xarici İşlər Nazirliyi tərəfindən verilən bu açıqlamanı növbəti anti-Azərbaycan addım kimi qiymətləndiririk. Bildiririk ki, Azərbaycan öz ərazisindən üçüncü dövlətlərə qarşı istifadəyə heç zaman imkan verməyib. Bunun əksinə, son zamanlar İran ərazisindən Azərbaycana qarşı təhdidlər səsləndirilir və təxribatlara yol verilir. Bunlara misal olaraq, Azərbaycanın sərhədləri boyu İran tərəfindən hərbi təlimlərin keçirilməsini, sərhəd üzərindən hərbi uşuşların həyata keçirilməsini, İranın vəzifəli şəxsləri tərəfindən anti-Azərbaycan bəyanatlarının verilməsini, SEPAH kimi İranın təhlükəsizlik strukturları tərəfindən hətta uşaqları cəlb etməklə və Xudafərin körpüsünün yanında Azərbaycan əleyhinə təhdid dolu video çarxların çəkilməsi və nümayişini, Azərbaycanın İrandakı səfirliyinə qarşı terror hücumunu, Milli Məclisin üzvü Fazil Mustafaya qarşı həyata keçirilmiş terror aktının istintaqının ilkin izlərinin İrana dəlalət etməsini qeyd etmək olar. Bu gün İran-Ermənistan qardaşlığı bütövlükdə region üçün təhlükə olmaqda qalmaqdadır. Son 30 il ərzində İran faktiki olaraq, səssiz razılığı ilə, Ermənistanın Azərbaycan ərazilərinin işğalına göz yummuşdur. Qarabağ və Şərqi Zəngəzurun işğalı və bu ərazilərin talan edilməsinə, bu ərazilərdəki evlərdən sökülmüş daşların İran bazarlarında satılmasına, mövcud olmuş 67 məsciddən 65-in dağıdılması və təhqir edilməsinə İran tərəfindən əhəmiyyət verilməməsi yaxşı məlumdur. Qeyd edilənlərlə əlaqədar, mətbuat katibi Nasir Kənaninin açıqlamasını qətiyyətlə pisləyirik. Bu açıqlama Azərbaycan-İran münasibətlərinin böhran vəziyyətinə salınmasında növbəti addımdır. İran tərəfinin bu təhdidləri Azərbaycanı heç zaman qorxuda bilməz. İran ərazisindən Ermənistana göndərilən hərbi dəstəyə baxmayaraq, Azərbaycan ordusu 2020-ci ildə işğalçı Ermənistan ordusunu darmadağın etdi. Bundan sonra da, Azərbaycana qarşı hər hansı bir təcavüzün və təxribatın qarşısı qətiyyətlə alınacaqdır", - deyə XİN-in yaydığı məlumatda qeyd olunub.
31-03-2023, 16:46
Təbrizdəki konsulluğumuzun qarşısında aksiya keçirilib


Təbrizdəki konsulluğumuzun qarşısında aksiya keçirilib

Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun binası qarşısında aksiya keçirilib. Aksiya iştirakçıları Azərbaycanın İsraildə səfirlik açmasına etirazlarını bildiriblər. Etirazçılar konsulluğun bağlanması tələbi ilə şüarlar səsləndirib, təxribatçı fikirlər irəli sürüblər. Nümayişçilərin kimliyi və aksiyanın hansı siyasi qrup tərəfindən təşkil olunması barədə məlumat verilməyib. Məlumata görə, İranın hüquq-mühafizə orqanları diplomatik nümayəndəliyin qarşısında keçirilən icazəsiz aksiyaya müdaxilə etməyib, seyirçi mövqedən çıxış edib. Bu isə ondan xəbər verir ki, Azərbaycanın Baş Konsulluğuna qarşı təxribat məqsədi daşıyan etirazlar hökumət qüvvələri tərəfindən təşkil olunub və bu səbəbdən polis aksiyaya göz yumub. Qeyd edək ki, martın 29-da İsraildə Azərbaycan səfirliyinin rəsmi açılış mərasimi keçirilib. Tədbirdə iştirak edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İsrailin XİN başçısı Eli Kohen strateji əməkdaşlığın gücləndirilməsində diplomatik əlaqələrin mühüm rol oynadığını bildiriblər. Xatırladaq ki, 2022-ci ilin sonunda Milli Məclis Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsi haqqında qanun layihəsini qəbul edib. Noyabrın 26-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İsrail Dövlətində Səfirliyinin təsis edilməsi haqqında” qanunu təsdiqləyib. Prezident İlham Əliyevin yanvarın 11-də imzaladığı sərəncamı ilə Muxtar Məmmədov Azərbaycanın İsraildəki fövqəladə və səlahiyyətli səfir təyin edilib. M.Məmmədov bu il martın 26-da etimadnaməsini İsrail Prezidenti İsxak Hersoqa təqdim edib.
31-03-2023, 16:39
İdmançılarımız İrəvana yollanır


İdmançılarımız İrəvana səfər edəcəklər

Azərbaycanın ağır atletika yığmasının İrəvanda keçiriləcək Avropa çempionatında iştirakı təsdiqlənib. Bu barədə beynəlxalq dərəcəli erməni hakim Araik Alaverdyan bildirib. Onun sözlərinə görə, Azərbaycan idmançılarının təhlükəsizliyinin təmin olunması üçün rəsmi müraciət göndərib. Məlumata görə, yarışda ölkəmizi 5 atlet təmsil edəcək. Qeyd edək ki, yarış aprelin 15-23-də İrəvanın Karen Dəmirçiyan adına İdman Konsert Kompleksində keçiriləcək. Yarışda 40 ölkədən 500-dən artıq idmançı iştirak edəcək.
31-03-2023, 16:36
İsrail Suriyaya aviazərbələr endirdi


İsrail Suriyaya aviazərbələr endirdi

İsrail bu gün səhər saatlarında Suriyanın paytaxtı Dəməşq şəhəri yaxınlığına aviazərbələr endirib. Bu barədə Suriya rəsmiləri məlumat yayıb. Qeyd edilib ki, raketlərdən bəziləri havada vurulub, digərləri Dəməşq yaxınlığındakı əraziyə düşüb. Suriya rəsmiləri zərbələr nəticəsində itkilərin olub-olmaması barədə məlumat verməyib. İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı "Tasnim" xəbər agentliyinin məlumatına görə, zərbələr nəticəsində iranlı zabit və hərbi məsləhətçi Milad Heydəri ölüb. Qeyd edək ki, bu, İsrailin son iki gün ərzində Suriya ərazisinə endirdiyi ikinci, mart ayında isə altıncı zərbədir. İsrail mətbuatı hücumların İranın Suriyada güclənmə cəhdlərinə qarşı həyata keçirildiyini yazıb.
31-03-2023, 16:32
Müharibə iştirakçıları üçün “Çağrı Mərkəzi” fəaliyyətə başlayır


Müharibə iştirakçıları üçün “Çağrı Mərkəzi” fəaliyyətə başlayır

Sabahdan, aprelin 1-dən Səhiyyə Nazirliyinin müharibə veteranları və şəhid ailələrinə psixoloji yardım və tibbi reabilitasiya üzrə 9109 qısa nömrəli “Çağrı Mərkəzi” fəaliyyətə başlayır. Bu barədə nazirlikdən məlumat verilib. Müharibə veteranlarına və şəhid ailələrinə göstərilən psixoloji dəstəyin təkmilləşdirilməsi, tibbi reabilitasiya xidmətlərinin mütəmadiliyinin təmin edilməsi, sahəvi fəaliyyətlərin digər dövlət qurumları ilə koordinasiyalı şəkildə təşkili məqsədilə Səhiyyə Nazirliyinin 9109 qısa nömrəli “Çağrı Mərkəzi” yaradılıb. “Çağrı Mərkəzi”nə daxil olan müraciətlərin operativ şəkildə həlli məqsədilə aidiyyəti dövlət qurumları ilə inteqrasiya olunmuş “Müharibə veteranları və şəhid ailələrinə psixoloji yardım və tibbi reabilitasiya üzrə Vahid Nəzarət Platforması” formalaşdırılıb. 9109 “Çağrı Mərkəzinə” müraciətlər həftənin bütün günləri, günün istənilən vaxtında qəbul olunur.
31-03-2023, 16:25
Finlandiya yaxın günlərdə NATO-ya qoşulacaq


Finlandiya yaxın günlərdə NATO-ya qoşulacaq

Finlandiya yaxın günlərdə Şimali Atlantika Blokunun tam hüquqlu üzvü olacaq. Bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq bildirib. Onun sözlərinə görə, NATO üzvlüyü Finlandiyanı və alyansı daha da gücləndirəcək: “Finlandiya qüdrətli orduya, geniş imkanlara və güclü demokratik institutlara malikdir. Buna görə də Helsinki alyansa böyük töhfə vermiş olacaq”. NATO-nun baş katibi, həmçinin İsveçin də mümkün qədər tez bir zamanda hərbi bloka qoşulmasını səbirsizliklə gözlədiyini vurğulayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!