İraq Prezidenti COP29-a dəvət edildi .....                        Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək .....                        Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi .....                        Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO .....                        Japarovun şərəfinə ziyafət verilir .....                        Qırğızıstan Prezidenti Fəxri Xiyabanda - FOTO .....                        Nəsib Quliyevin intihar səbəbləri - Hüquqşünas-kriminalist danışdı .....                        Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı .....                        Özünü güllələyən sabiq baş pediatr ötən gün işdə olub .....                       
1-03-2023, 15:57
Kılıçdaroğlu vahid namizədlə bağlı açıqlama verdi


Kılıçdaroğlu vahid namizədlə bağlı açıqlama verdi

Türkiyənin müxalif "Millət İttifaqı"na daxil olan Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlu vahid namizədlə bağlı yeni açıqlama verib. Partiya sədri ittifaqın vahid namizədinin sabah müəyyən ediləcəyini deyib. "Namizədimizi sabah təyin edəcəyik, amma daha sonra, başqa tarixdə açıqlayacağıq", - deyə o bildirib. Qeyd edək ki, seçkilərin növbədənkənar qaydada 14 mayda keçirilməsi gözlənilir.
1-03-2023, 15:54
Ukrayna Rusiyaya PUA ilə hücum etmir - Podolyak


Ukrayna Rusiyaya PUA ilə hücum etmir - Podolyak

Ukrayna Rusiya ərazisinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum etmir. Bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak "Twitter" hesabında yazıb. O istehza ilə qeyd edib ki, Rusiyaya PUA hücumlarını yadplanetlilər təşkil edib. “Biz öz ərazilərimizi azad etmək üçün müharibə aparırıq", - Podolyak bildirib. Qeyd edək ki, Ukraynanın Rusiyanın paytaxtı Moskva daxil olmaqla müxtəlif bölgələrə pilotsuz uçuş aparatları ilə hücumlar təşkil etdiyi iddia olunur. Rusiya Müdafiə Nazirliyi bildirib ki, Ukrayna gecə saatlarında PUA-lardan istifadə edərək Krasnodar bölgəsi və Adıgey Respublikasındakı mülki infrastruktura hücum etməyə cəhd göstərib.
1-03-2023, 15:51
Təbriz şəhərindəki Azərbaycanşünaslıq Mərkəzi bağlanıb


Təbriz şəhərindəki Azərbaycanşünaslıq Mərkəzi bağlanıb

İran hakimiyyəti Güney Azərbaycanın Təbriz şəhərindəki universitetdə fəaliyyət göstərən Azərbaycanşünaslıq Mərkəzini bağlayıb. Bu barədə mərkəzin sosial şəbəkədəki səhifəsində məlumat yer alıb. Məlumata görə, Tehran rejimi Azərbaycanşünaslıq Mərkəzinin fəaliyyətini dayandırmaqla yanaşı, onun üzvlərinə qarşı təzyiq və təqibləri də artırıb. Qeyd edilib ki, mərkəzin Təbrizdən olan iki üzvü Hadi Heydəri Azad və İbrahim Əhmədpur fevralın 27-də həbs olunub.
1-03-2023, 15:47
Yunanıstanda 3 günlük matəm elan edildi


Yunanıstanda 3 günlük matəm elan edildi

Yunanıstanda qatar qəzası ilə əlaqədar olaraq matəm elan olunub. Ölkədə matəm 3 gün müddətinə qüvvədə olacaq. Qeyd edək ki, hadisə nəticəsində 32 nəfər ölüb, 85 nəfər isə yaralanıb.
1-03-2023, 15:43
Agentlikdən İranla bağlı xəbərdarlıq - Nüvə silahına çox yaxındır


Agentlikdən İranla bağlı xəbərdarlıq - Nüvə silahına çox yaxındır

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA - MAQATE) İranın demək olar ki, nüvə silahı dərəcəsinə qədər zənginləşdirilmiş urana malik olduğunu təsdiqləyib. İranda son üç ayda 60%-dən çox zənginləşdirilmiş uranın miqdarı 25.2 kiloqramdan 87.5 kiloqrama yüksəlib. Bildirilib ki, bir nüvə bombasının istehsalı üçün 60%-ə qədər zənginləşdirilmiş 55 kiloqram uran kifayət edir. Yəni İran nüvə silahı üçün materialı 12 günə əldə edə bilər. Qeyd edək ki, Tramp administrasiyası 2018-ci ildə Birgə Hərtərəfli Fəaliyyət Planından çıxdıqdan sonra İran nüvə proqramının inkişafında irəliləyişlə yanaşı, nüvə silahı yaratmaq qabiliyyətini əsaslı şəkildə inkişaf etdirib.
1-03-2023, 15:39
İlham Əliyev Bosniya və Herseqovinanın lideri ilə görüşüb


İlham Əliyev Bosniya və Herseqovinanın lideri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç ilə görüşüb. Dövlətimizin başçısı Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak etmək üçün ölkəmizə səfər etdiyinə görə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrinə minnətdarlığını bildirdi, səfər zamanı ikitərəfli əlaqələrimizlə bağlı müzakirələr aparmaq üçün imkanların da yarandığını dedi. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri ölkəmizdə olmasından məmnunluğunu bildirdi, Bakının gözəlliyinin onu heyran etdiyini dedi. Qonaq münasibətlərimizin yüksək səviyyədə olduğunu qeyd etdi, COVID-19 dövründə və Bosniya və Herseqovinada baş vermiş daşqınlar zamanı Azərbaycanın onun ölkəsinə göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini vurğuladı. Jelka Tsviyanoviç iqtisadiyyat, ticarət, investisiya, enerji və digər sahələrdə əməkdaşlıq üçün böyük imkanların olduğunu qeyd etdi. Görüşdə Azərbaycan ilə Bosniya və Herseqovina arasında siyasi münasibətlərin çox yaxşı səviyyədə olduğu qeyd edildi. Ancaq iqtisadi-ticari əlaqələrin daha da gücləndirilməsinin, həmçinin biznes dairələri arasında birbaşa təmasların təşviqinin vacibliyi bildirildi. Söhbət zamanı Bakı və Sarayevo şəhərlərinin hələ ötən əsrin 70-ci illərindən qardaşlaşmış şəhərlər olduğu xatırlanaraq, şəhərlərarası əlaqələrin inkişafının da önəmi vurğulandı. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri dövlətimizin başçısını ölkəsinə rəsmi səfərə dəvət etdi. Azərbaycan Prezidenti dəvəti məmnuniyyətlə qəbul etdi.
1-03-2023, 15:35
Dumanlı hava şəraiti sabaha qədər davam edəcək


Dumanlı hava şəraiti sabaha qədər davam edəcək

Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti martın 2-si səhərədək fasilələrlə müşahidə olunacaq. Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, dumanlı hava şəraitinə səbəb Xəzər dənizindən cənub-şərq axınları ilə rütubətli hava kütlələrinin quruya doğru hərəkət etməsidir. Onun szölərinə görə, yüksək təzyiq sahəsində yer səthində gündüz saatlarında havanın temperaturunun yüksək olması nəticəsində atmosferin aşağı qatlarında olan isti hava axını yuxarıya doğru hərəkət edir: "Gecə saatlarında da temperaturun nisbətən aşağı olması, yer səthində və yuxarı hündürlüklərdə az sürətli cənub-şərq küləklərinin üstünlüyü dumanın əmələ gəlməsinə səbəb olub”. G.Məmmədova qeyd edib ki, Bakı, Maştağa, Binə, Neft Daşları, Pirallahı, Çilov adası, Şabran, Zərdab, Kürdəmir, İmişli, Sabirabad, Cəfərxan, Salyan, Hacıqabul, Neftçala, Biləsuvar, Lənkəran, Astarada dumanlı hava şəraiti müşahidə olunub, görünüş məsafəsi 50-500 metrədək məhdudlaşıb: "Müqayisə üçün bildirək ki, fevralda dumanlı günlər Abşeron yarımadasında 2012, 2013, 2014, 2015, 2016, 2018, 2019, 2020, 2021, 2022-ci illərdə qeydə alınıb. Lakin bu il fevral ayında Bakı şəhəri və onun ətrafında, əvvəlki illərdən fərqli olaraq 3 gün ərzində davamlı qatı duman müşahidə edilir".
1-03-2023, 15:30
Ukraynada azərbaycanlı vətəndaşların meyidi tapılıb


Ukraynada azərbaycanlı vətəndaşların meyidi tapılıb

Ukraynanın Zaporojye vilayətinin hazırda işğal altda olan Toxmaq şəhəri ətrafında azərbaycanlıların meyitləri tapılıb. Bunlar 28 yaşlı Şahin Qarayev və 25 yaşlı Ruslan Alıyevdir. Onların hər ikisi Ukrayna vətəndaşlarıdırlar. Uzun zamandır itkin düşmüş hər iki azərbaycanlının meyitləri üzərində ciddi işgəncə əlamətləri olduğu bildirilir. Hazırda onların meyitlərinin azərbaycanlılar tərəfindən ailələrinə çatdırılması prosesi gedir.
1-03-2023, 15:16
Qərbin Cənubi Qafqaza soxulmaq cəhdləri kobudluqdur - Zaxarova


Qərbin Cənubi Qafqaza soxulmaq cəhdləri kobudluqdur - Zaxarova

"Ermənistan və Azərbaycanın Rusiya Federasiyası ilə birgə hazırladıqları sülh təşəbbüslərinin həyata keçəcəyinə ümid var". Bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib. "Qərbin Cənubi Qafqaza soxulmaq cəhdləri kobudluqdur. Belə bir siyasət problemin həlli üçün deyil, tam əks məqsədlərlə aparılır. Problemin Qərbin iştirakı ilə həlli mövzusunda uğurlu nümunələr yoxdur, amm kollektiv Qərbin təşəbbüsü ilə münaqişələrin sayı artmaqdadır", - deyə o bildirib.
1-03-2023, 15:11
Vardanyanın adamlarından təmizlənmə prosesinə start verilib


Vardanyanın adamlarından təmizlənmə prosesinə start verilib

Separatçıların "dövlət naziri" postundan uzaqlaşdırılan Ruben Vardanyanın komandası qondarma rejimdən uzaqlaşdırılır. Bu barədə “İravunk” qəzeti məlumat yayıb. İddia edilir ki, Vardanyanın özü ilə gətirdiyi kadrlar Azərbaycanın tələbi ilə "vəzifədən" kənarlaşdırılır. Qəzetin yaydığı məlumatda konkret adlar açıqlanmayıb. Lakin bildirilir ki, qondarma rejimin Vardanyanın adamlarından təmizlənmə prosesinə start verilib. Bundan əlavə, işdən çıxarılan şəxslərə Qarabağı tərk etmələri barədə tapşırıq verildiyi deyilir. Qeyd olunub ki, təmizləmə əməliyyatı yeni "dövlət naziri" Qurgen Nersisyan tərəfindən başladılıb. Xatırladaq ki, fevralın 22-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki separatçıların "dövlət naziri" Ruben Vardanyan "vəzifəsindən" uzaqlaşdırılıb, onun yerinə Qurgen Nersisyan gətirilib. Nersisyan 1985-ci ildə Azərbaycanın Xankəndi şəhərində anadan olub. 2007-ci ildə Xankəndidə hüquq ixtisası üzrə ali təhsil alan Nersisyan 2021-ci ildən bu günə qədər separatçıların "baş prokuroru vəzifəsində" işləyib. Xankəndi separatçıları arasında "Sorosun adamı" kimi tanınan Nersisyanın Nikol Paşinyanın komandasına yaxın olduğu, Ermənistan hakimiyyəti ilə yaxşı münasibətlər qurduğu bildirilir. Vardanyanın yerinə Nersisyanın gətirilməsi onun "Sorosun adamı" olması ilə əlaqələndirilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!