Arvadını boğamaqda şübhəli bilinən kişi saxlanılıb .....                        Hacıqabul sakini qızılcadan öldü .....                        Hacıqabul sakini qızılcadan öldü .....                        İsrail və HAMAS danışıqları nəticəsiz yekunlaşdı .....                        İranda sel: 5 mindən çox sakin zərər çəkib .....                        “Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi .....                        Rezidenturaya qəbul imtahanı keçirildi .....                        Ululardan, Babadağdan soraq aldım Hissələr .....                        12 minə yaxın şəxs imtahan verdi .....                       
3-03-2023, 21:47
Ceyhun Bayramov BMT Baş Assambleyasının Prezidentini qəbul edib


Ceyhun Bayramov BMT Baş Assambleyasının Prezidentini qəbul edib

Martın 3-də xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü çərçivəsində Azərbaycanda səfərdə olan BMT Baş Assambleyasının 77-ci sessiyasının Prezidenti Çaba Köröşini qəbul edib. XİN-dən verilən xəbərə görə, Çaba Körösini salamlayan nazir Ceyhun Bayramov Qoşulmama Hərəkatının Zirvə görüşündə iştirakına görə ona təşəkkürünü bildirib, ölkəmizin sədrliyi çərçivəsində təşkil edilmiş Zirvə görüşünün əhəmiyyətindən bəhs edib. Nazir Ceyhun Bayramov BMT nümayəndələrinin son illərdə ölkəmizə səfərlərindən, BMT Baş Assambleyasının Prezidentinin ofisi ilə faydalı əməkdaşlıq münasibətlərindən məmnunluğunu ifadə edərək, BMT-nin gündəliyində duran məsələlər üzrə müzakirələrdə Azərbaycanın fəal iştirakını və təşəbbüslərini diqqətə çatdırıb. Görüşdə, həmçinin bölgədəki vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, mövcud mina təhdidləri, Ermənistanla münasibətlərin normallaşdırılması, o cümlədən sülh gündəliyi üzrə Azərbaycan tərəfindən atılan addımlar qeyd edilib. BMT Baş Assambleyasının Prezidenti Çaba Köröşi öz növbəsində dəvətə görə minnətdarlığını bildirib, Qoşulmama Hərəkatının ölkəmizin sədrliyi dövründə artan rolundan bəhs edib. O, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyinin uğurla icrasını təqdir Azərbaycanın COVID-19 pandemiyasına qarşı irəli sürdüyü qlobal əhəmiyyətli təşəbbüsləri yüksək qiymətləndirib. Tərəflər, həmçinin BMT gündəliyində duran qarşılıqlı maraq doğuran digər məsələləri və cari regional vəziyyəti müzakirə ediblər.
3-03-2023, 21:44
Təhlükəsizlik bizim prioritetimiz olacaq - Ərdoğan


Təhlükəsizlik bizim prioritetimiz olacaq - Ərdoğan

"Zərərin qiymətləndirilməsi işləri başa çatdıqdan sonra şəhərlərimizdə tikiləcək yeni evlərin və kənd evlərinin sayı bəlli olacaq". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. "Hələlik 214 dağıdılmış və ağır zədələnmiş bina müəyyən etmişik. Təhlükəsizlik bizim prioritetimiz olacaq. Binalar 4 mərtəbədən artıq olmayacaq. Tarixi və mədəni sərvətlərimizi yaşadacaq, eyni zamanda fəlakətlərə qarşı gücləndirəcəyik", - Ərdoğan söyləyib. "Qədim şəhərlərimizi dirçəltməyi hədəfləyirik", - deyə o əlavə edib.
3-03-2023, 21:37
Almaniyadan Rusiyaya mal satışı 60% azalıb


Almaniyadan Rusiyaya mal satışı 60% azalıb

Bu ilin yanvar ayında Almaniya Rusiyaya 1 milyard avroluq məhsul ixrac edib. Bu haqda məlumatı Rusiyanın Federal Statistika İdarəsi yayıb. Məlumata görə, Almaniyadan Rusiyaya mal və xidmətlərin satışının həcmi 2023-cü ilin yanvarında 2022-ci ilin eyni ayı ilə müqayisədə 60% azalıb.
3-03-2023, 21:34
İmamoğlu namizədliyi barədə fikirlərə münasibət bildirdi


İmamoğlu namizədliyi barədə fikirlərə münasibət bildirdi

Türkiyənin İstanbul şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlu namizədliyi barədə fikirlərə münasibət bildirib. Halk TV-də İsmayıl Küçükkayanın proqramına qatılan İmamoğlu CHP sədri Kamal Kılıçdaroğlunun namizədliyinə qarşı çıxanlara İstanbulda keçirilən yerli seçkiləri xatırladıb. O deyib: "İstanbul seçkilərini asanlıqla qazandıqmı? "Biz 15 faiz qabaqladıq, amma sorğularda 14-15 faiz geridə idik. Hər CHP üzvü kimi mənim də namizədim Kılıçdaroğludur". "Altılı masanın qərarı əhəmiyyətlidir. Bu masanın qərar verərkən narahatlıqları aradan qaldırması vacibdir. Əgər kimsə narahatdırsa, o narahatlığı da həll edəcəyik", - deyə İmamoğlu əlavə edib. Qeyd edək ki, Altılı Masanın dünən keçirilən toplantısında vahid namizəd təyin olunsa da, hələlik ictimaiyyətə açıqlanmayıb. Seçkilərin 14 mayda keçirilməsi gözlənilir.
3-03-2023, 15:56
Azərbaycanla sülhün imzalanmasına qərarlıyıq - Paşinyan


Azərbaycanla sülhün imzalanmasına qərarlıyıq - Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasında qərarlı olduğunu bildirib. Bu barədə o, Berlindəki çıxışı zamanı danışıb. Paşinyan qeyd edib ki, sülh müqaviləsi Ermənistan üçün kapitulyasiyaya bənzər sənəd olmamalıdır: "Sülh müqaviləsi regionumuz üçün real və davamlı sülh sənədi olmalıdır. Mən sülh, sabitlik, regional və beynəlxalq əməkdaşlıq naminə bu məsuliyyəti daşımağa hazıram”.
3-03-2023, 15:53
Azərbaycanla danışıqlar üç əsas istiqamətdə gedir - Paşinyan


Azərbaycanla danışıqlar üç əsas istiqamətdə gedir - Paşinyan

Ermənistanla Azərbaycan arasında danışıqlar üç əsas istiqamətdə gedir. Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan Berlindəki çıxışı zamanı deyib. Paşinyanın sözlərinə görə, qeyd olunan istiqamətlər münasibətlərin normallaşmasına dair razılaşma, regionda nəqliyyat kommunikasiyalarının və iqtisadi əlaqələrin blokadadan çıxarılması, sərhədlərin delimitasiyası və təhlükəsizlikdir. O əlavə edib ki, Ermənistan Bakı ilə Qarabağ erməniləri arasında müzakirə mexanizminin formalaşacağı məntiqi çərçivəsində Qarabağ məsələsini Ermənistan-Azərbaycan normallaşma prosesindən ayırmağa razılaşıb. Paşinyan vurğulayıb ki, indi sülh gündəliyi ilə bağlı konkret mandat var: “Biz bütün diqqətimizi bu mandatın həyata keçirilməsinə yönəltmişik. Bizim beynəlxalq ictimaiyyətin, region xalqlarının dəstəyinə ehtiyacımız var”.
3-03-2023, 15:38
Ermənistanın müdafiə naziri vəzifəsindən azad edilir


Ermənistanın müdafiə naziri vəzifəsindən azad edilir

Ermənistanın müdafiə naziri Suren Papikyanın vəzifəsindən azad edilməsi məsələsi həll olunub, hazırda qərarın icrası müzakirə edilir. Bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb. Nəşrin mənbələri bildirir ki, baş nazir Nikol Paşinyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanı müdafiə naziri vəzifəsinə təyin etmək istəyir. Hazırda bununla bağlı danışıqlar gedir. Yaxın günlərdə yeni qərarların verilməsi istisna edilmir. Qeyd edək ki, S.Papikyan 15 noyabr 2021-ci ildən müdafiə naziri vəzifəsində çalışır. O, Arşak Karapetyanı əvəzləyib. Bundan əvvəl Papikyan baş nazirin müavini, ərazi idarəetmə və infrastruktur naziri kimi vəzifələrdə təmsil olunub.
3-03-2023, 15:36
Lavrov erməni həmkarı ilə görüşüb


Lavrov erməni həmkarı ilə görüşüb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın XİN başçısı Ararat Mirzoyanla görüşüb. Bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova teleqram kanalında məlumat yayıb. Görüş Hindistanın paytaxtı Yeni Dehlidə baş tutub. “Sergey Lavrov Ermənistanın xarici işlər naziri ilə görüşüb və danışıqların istiqamətini müəyyən edib”, - Zaxarova bildirib. Xatırladaq ki, Mirzoyan Hindistanda keçirilən “Risin dialoqu” konfransında iştirak edir.
3-03-2023, 08:34
“GÖYÇƏ HƏSRƏTLİ BİR ÖMÜR” ADLI KİTAB ÇAP OLUNUB

“GÖYÇƏ HƏSRƏTLİ BİR ÖMÜR” ADLI KİTAB ÇAP OLUNUB

Azərbaycan Kooperasiya Universitetinin riyaziyyat kafedrasının baş müəllimi olmuş Göyçəli şair Maksim Sarıqayanın “Göyçə həsrətli bir ömür” adlı 760 səhifəlik kitabı bu günlərdə “Elm və təhsil” nəşriyyatında nəfis şəkildə çap olunub.
Saz, söz, sənət beşiyi olan Göyçə mahalında dünyaya göz açan müəllifin kitabında olan şeirlər mövzu, məzmun, forma baxımından müxtəlif və rəngarəngdir. Şeirlərdə müasir həyatımızın müxtəlif sahələrinə - ictimai-siyasi proseslərə, tarixi hadisələrə, milli-mənəvi dəyərlərə, cəmiyyətimizdəki nöqsan və qüsurlara aid məsələlərə toxunulur. Kitabda hər bir hadisəyə müəllif baxışı, vətəndaş ziyalı mövqeyi öz əksini tapır.
Kitab “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin təşəbbüsü ilə Maksim Sarıqayanın əziz xatirəsinə həsr olunub. Kitaba ədəbiyyatşünas, şair Salman Qaralar “Gec tapıb, tez itirdiyim dostum” başlıqlı ön söz yazıb.
Şairə Güllü Eldar Tomarlı da Maksim Sarıqayanın yaradıcılığı haqqında “İkiyə bölünmüş Göyçəli və Göyçəsiz ömür” adlı məqaləsində öz fikirlərini oxucularla bölüşüb.
Kitabın redaktorları Güllü Eldar Tomarlı və Araz Yaquboğludur.
Kitabda çap olunan şeirləri şairin bacısı Əntiqə Cabbarlı və oğlu Ceyhun Şamiloğlu toplamışlar. Kitabın məsləhətçiləri “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli və Maksim Sarıqayanın yaxın dostu Rəşid Süleymanov, dizayneri Vüsal Sehranoğludur.
Maksim Sarıqaya (Cabbarov Şamil Hümbət oğlu) 9 mart 1952-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində anadan olub. Onu el-oba arasında hamı Maksim adıyla tanımışdır.
Şamil Cabbarov 1969-cu ildə Daşkənd kənd orta məktəbini bitirmiş və həmin il Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutuna qəbul olmuşdur. Şamil Cabbarov istədiyi fakültəyə daxil olmadığından institutda təhsilini davam etdirməmiş, 1971-ci ildə həqiqi hərbi xidmətə gedib.
1975-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedoqoji İnstitutunun “Riyaziyyat” fakültəsinə qəbul olub və 1979-cu ildə həmin institutu bitirərək məzunu olduğu Basarkeçər rayonu Daşkənd kənd orta məktəbində riyaziyyat müəllimi işləməyə başlamışdır. O, 1986-1988-ci illərdə Daşkənd kənd orta məktəbində dərs hissə müdiri vəzifəsində çalışmışdır. Müəllim işlədiyi ilk illərdən savadlı bir riyaziyyatçı kimi ad-san qazanmışdır. 1988-ci ildə ailəsi ilə birlikdə doğma Göyçə mahalından deportasiya olunan Maksim müəllim Bakı şəhərində məskunlaşmışdır.
Bakı şəhərindəki orta məktəblərdən bir neçəsində müəllim işlədikdən sonra Azərbaycan Kooperasiya Universitetinin riyaziyyat kafedrasında baş müəllim vəzifəsində çalışmışdır.

Onun “Riyaziyyat nəyi sevir” (Bakı, “Elm və təhsil”, 2012) kitabı riyaziyyatsevərlərə ən layiqli töhfədir. Azərbaycan Kooperasiya Universitetinin riyaziyyat kafedrasında tədris edilmək üçün “Ehtimal nəzəriyyəsi və riyazi statistika” (Bakı, “Elm və təhsil”, 2012), “Ali riyaziyyat kursundan mühazirələr və məsələlər” (I, II hissə, Bakı, “Elm və təhsil”, 2013), “Ehtimal nəzəriyyəsinin qısa kursu” (Bakı, 2016), “Ehtimal nəzəriyyəsinə dair çalışmaların həlli üsulları” (Bakı, 2016) kitabları (həmmüəllif) da tələbələr üçün ən yaxşı metodik vəsaitlərdir.
Maksim müəllim həmçinin ədəbiyyatı da riyaziyyat qədər dərindən mənimsəmiş, müxtəlif janrlarında şeirlər yazmışdır. Şeirlərini “Maksim Şamil”, “Müəllim” və “Maksim Sarıqaya” imzası ilə çap olunmuşdur. “Tufandan tez yeli çatar” (Bakı, “Nurlan”, 2013) adlı şeirlər kitabı çap olunmuşdur. Kitabdakı ustadnamələrlə zəngin şeirlər tərbiyəvi ruhda yazılmışdır. “Sabirsayağı” tənqidi şeirlər də çoxluq təşkil edir.
Şamil Cabbarovun 9 mart 2022-ci ildə 70 illik yubileyi qeyd olunmuş, Azərbaycan aşıq yaradıcılığının inkişafandakı xidmətlərinə və Dədə Ələsgərin 200 illik yubileyi tədbirlərindəki aktiv iştirakına görə “Aşıq Ələsgər – 200” yubiley medalı ilə təltif olunmuşdur.
Dəyərli insan olan Maksim müəllim 22 mart 2022-ci ildə Bakı şəhərində vəfat edib.
Allah rəhmət eləsin.
3-03-2023, 07:58
Yaxşı ki, böyümüşük!


ZAUR ƏRMUĞAN
Hekayə

Yaxşı ki, böyümüşük!

- Ay Ağarza, xoş gördük səni. Nə var, nə yox? İşlərin necədir? Nə edirsən, özün yatıb, özün dura bilirsənmi? -- deyə Məlik Ağarzanı görən kimi hal-əhval tutmağa başladı.
- Əşşi, bu zəmanədə adamdan hal xəbər alarlar? -- Ağarza könülsüz halda dindi, küçə qapısının ağzındakı daşın üstündən qalxdı, Məliklə əl-ələ tutub görüşdü.
- Nə olub yenə? -- Məlik yenə soruşdu. -- Qaş-qabağın yer süpürür, gəmilərin dəryada batıb?!
Ağarza başını qaşıya-qaşıya cavab verdi:
- Gəmi köpəkoğlu daha nə etsin?!
Batar də belə dəryada.
Məlik ciddiləşdi:
- Mənə bax, deyəsən, sözlü adama oxşayırsan? Bir əməlli-başlı danış görüm, nə olub.
Ağarza əyilib yenə bayaqkı daşın üstündə oturdu. Məlik kərpicdən tikilmiş hasarın dibində çöməlib sualedici nəzərlərlə Ağarzanın sir-sifətini süzdü, dirsəyini qıçının üstünə qoyub ovcunu çənəsinin altına sıxdı.
Ağarza dedi:
- Ay Məlik, yenə sən bilərsən...
Məlik Ağarzanın sözünü ağzında qoydu:
- Guya sənə nə olub ki?! Oturduğun yerin iki min beş yüz metr dərinliyində nə var, onu bilirsən. Sən bilməyən şeyə qurd düşər ki. Bir əməlli-başlı danış görüm, nə olub.
Ağarza gözlərini yumub üzünü o yana çevirdi, gözlərini o tərəfdə açıb dodağının altında mızıldadı:
- Üçdə alacağın yox, beşdə verəcəyin yox! Əlini qoymusan əlinin üstünə, oturmusan yanımda. Sənin nə vecinə!
Məlik özündən biixtiyar ayağa qalxdı, səsini bir qədər artırıb bu dəfə acıqlı-acıqlı dedi:
- Üz-gözünü turşumuş qatıq kimi nə turşutmusan ey üstümə?! Danış də! Biz də bilək ki, nə olub? Təkər kimi nə pısmısan? Səni danışdırmaqdan ötrü cibinə pul basmalı deyiləm ki?!
Məlikin köpü yatdı. Dərindən bir ah da çəkib içini boşaltdı elə bil. Sonra yenə çöməldi. Ağarza başını aşağı dikəndə Məlikin özü də, səsi də mülayimləşdi:
- Can, Ağarza! Dərdin ürəyimə! Yetim elə yetimdir də! Kasıb nə vaxt dövlətli olur ki?! Gorun oldu ki, kəfənin də ola?! Nə olub ey?
Ağarza iki-üç dəfə "əşş", bir-iki dəfə də "of" deyəndən sonra üzünü Məlikə tutdu:
- Nə deyim ey?! Bu qədər dərd-sər olar?! Gün-güzəran bir dərd, arvad-uşaq bir dərd, azar-bezar bir dərd, qonum-qonşu bir dərd, toy-düyün bir dərd, hüzür bir dərd, borc dəftəri bir dərd, kredit bir dərd!... Ay kişi, mən olmayım, sən ol, dözə bilərsən bu qədər cəfaya? Dünyadır bu, həyatdır bu?
Məlik dostunu səbirlə dinləyib dedi:
- Darıxma! Düzələcək hamısı! Elə bundan ötrü narahatsan?
- Nə vaxt düzələcək? Mən öləndən sonra? -- Ağarza dilləndi. -- Deyirəm, ay Məlik, amma heyif o uşaqlıq vaxtlarımızdan! Nə yaxşı vaxtlar idi! Heç nəyin dərdini çəkmirdik, yaşayırdıq özümüz üçün. Ver yeyim, ört yatım, gözlə, canım çıxmasın! Dəf kimi idi, vallah! Dərdimiz nə idi ki?! Tut nə vaxt yetişəcək? Dərdə bax ey, sən Allah!
Məlik gülümsünüb cavab verdi:
- Uşaqlıq vaxtlarımızın da öz keşməkeşləri var idi, ay Ağarza. Sillə, təpik yeməkdən gömgöy göyərmişdik. O qədər davaya düşüb döyülmüşük ki! Onun, bunun qulluğuna getməkdən təngə gəlmişdik. Nə ixtiyarın var idi ki, əli ətəyindən uzun gələsən. Həddin nə idi ki, göndərildiyin yerdən gec qayıdasan. Yerə tüpürərdilər, deyərdilər ki, quruyunca gəl. -- Məlik yerindən qalxıb əllərini belinə qoyandan sonra yerə tüpürcək atdı. -- Sən başı daşlı da al günün altında ayağıyalın təng-nəfəs olurdun ki, söyülməyəsən, döyülməyəsən. Məktəbdə də günümüz, rüzgarımız yox idi. Bir ayağı üstündə qırx beş dəqiqə az dayanıb durmusan otağın küncündə? Məmmədağa müəllim boynunun ardına sillə çəkəndə gözlərindən od tökülürdü ki. Dinc dolanmırdıq axı. Dərs oxumurduq. Adam balası kimi sözə qulaq asırdıq ki?! Rəhmətlik dədən Bağır kişi çıxarardı kəməri şalvarının belindən, salardı səni ayağının altına. Əlindən güc-bəla ilə çıxıb bizə qaçıb gəldiyin günlər yadındadır?
Məlik sözünü deyib qurtardı. Özü də elə deyib qurtardı ki, elə bil indiyə kimi heç belə danışmamışdı.
Daha susmuşdu, daha danışmırdı, gözlərini Ağarzanın gözlərinə zilləyib onun nə deyəcəyini gözləyirmiş kimi kirimişdi.
Ağarza dedi:
- Sənin dərdin mənim dərdimdən də betər imiş ki!
- Bəs nə bilmişdin?! Başlamısan ki, uşaqlıq belə oldu, elə oldu. -- Məlik yenə qızışdı. -- Çoban Yarəhməd yadından çıxmaz. Sürüyə bir az gec gələn kimi gözünü yumub çomağını tullayardı haraya gəldi; Yarəhmədin çomağı, sənin başın! Yalan deyirəm?
- Çomaq da çomaq idi ha! Pa atonnan, kürəyimin ortası paralanırdı, az qala!
- Mən də onu deyirəm də. Yenə indi yaxşıdır. Sən də bir adamsan özün üçün. Beş kişinin içində adın çəkilir. Ev-eşiyin, suyun, çörəyin. Nə olub ki?! Uşaqlığın nəyi yaxşı idi? Uşaq olub, yenə qulluğa yüyürəcəkdin də! Qapaz da başında!
Ağarza çənəsinin altından boğazına axan isti təri cibindən çıxardığı dəsmalla silərək burnunu çəkib, qaşlarını yuxarı qaldırdı. Sonra ürəyindən tikan çıxaran bir kəlmə işlətdi:
- Dilinə qurban olum, a Məlik. Vallah, düz deyirsən. Yaxşı ki, böyümüşük!

"Bütöv Azərbaycan" qəzeti
3 mart 2023
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!