Arvadını boğamaqda şübhəli bilinən kişi saxlanılıb .....                        Hacıqabul sakini qızılcadan öldü .....                        Hacıqabul sakini qızılcadan öldü .....                        İsrail və HAMAS danışıqları nəticəsiz yekunlaşdı .....                        İranda sel: 5 mindən çox sakin zərər çəkib .....                        “Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi .....                        Rezidenturaya qəbul imtahanı keçirildi .....                        Ululardan, Babadağdan soraq aldım Hissələr .....                        12 minə yaxın şəxs imtahan verdi .....                       
4-03-2023, 22:08
Silahlı hücum zamanı xəsarət alan şəxs əməliyyat edilib


Silahlı hücum zamanı xəsarət alan şəxs əməliyyat edilib

Bakıda hipermarketə hücum zamanı güllə yarası alan şəxs əməliyyat edilib. Bu barədə Sabunçu Tibb Mərkəzindən məlumat verilib. Belə ki, 1990-ci il təvəllüdlü Şeydayev Ruslan Samir oğlu döş qəfəsinin deşilmiş yarası diaqnozu ilə mərkəzə yerləşdirilib. O, cərrahi əməliyyat edildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti qənaətbəxşdir.
4-03-2023, 22:06
Zelenski Avropa Parlamentinin sədri ilə görüşüb


Zelenski Avropa Parlamentinin sədri ilə görüşüb

Ukrayna Prezidenti Volodimir Zelenski Lvovda Avropa Parlamentinin sədri Roberta Metsola ilə görüşüb. Bu barədə Zelenski özünün "Twitter" hesabında məlumat yayıb. Zelenski görüş zamanı Ukraynanın bu il Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqlara başlamağa çağırıb. “Ümid edirəm ki, üzvlüklə bağlı danışıqlar bu il başlaya bilər. Ukraynanın gələcəyi Avropa İttifaqındadır”, - Roberta Metsola bildirib. Xanım Metsola Ali Radanın sədri Ruslan Stefançuklə də görüş keçirib.
4-03-2023, 22:04
Prezident əsasnaməyə dəyişikliklə bağlı fərman imzaladı


Prezident əsasnaməyə dəyişikliklə bağlı fərman imzaladı

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnaməyə dəyişiklik edilib. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev fərman imzalayıb. Belə ki, “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli Fərmanında dəyişiklik edilib.
4-03-2023, 21:19
Prezident ekologiya nazirliyinə yeni müavin təyin etdi


Prezident ekologiya nazirliyinə yeni müavin təyin etdi

Prezident İlham Əliyevin imzaladığı sərəncamla ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev vəzifəsindən azad edilib. Bu barədə məlumat nazirliyin saytında yerləşdirilib. Dövlət başçısının digər sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva ekologiya və təbii sərvətlər nazirinin müavini vəzifəsinə təyin olunub.
4-03-2023, 21:17
Mirzoyan hindistanlı həmkarı ilə bir sıra məsələləri müzakirə edib


Mirzoyan hindistanlı həmkarı ilə bir sıra məsələləri müzakirə edib

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan hindistanlı həmkarı Subramanyam Cayşankar ilə görüşüb. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Yeni Dehlidə baş tutub. Görüş zamanı regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələlər müzakirə edilib. Mirzoyan həmkarına Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində baş verən son hadisələr barədə məlumat təqdim edib. Həmçinin Laçın yolundakı vəziyyətə də toxunulub.
4-03-2023, 21:15
Alman hərbi şirkəti Ukraynada tank zavodu tikməyi planlayır


Alman hərbi şirkəti Ukraynada tank zavodu tikməyi planlayır

Almaniyanın "Rheinmetall" hərbi şirkəti Ukraynada tank zavodu tikmək istəyir. Bu barədə "Rheinische Post" nəşri məlumat yayıb. Bildirilir ki, zavodun tikintisinə dair Ukrayna hakimiyyəti ilə danışıqlar aparılır. Zavod ildə 400-ə qədər "Pantera" döyüş tankı istehsal edə bilər. Konsernin rəhbəri Armin Papperger qəzetə müsahibəsində bildirib ki, zavodun tikintisi təxminən 200 milyon avroya başa gələcək və onun təhlükəsizliyini hava hücumundan müdafiə sistemləri təmin edə bilər.
4-03-2023, 21:12
Silahlı insident zamanı ölən şəxs ailənin yeganə oğlu olub


Silahlı insident zamanı ölən şəxs ailənin yeganə oğlu olub

Bu gün Bakının Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən hipermarketə edilmiş silahlı basqın nəticəsində həyatını itirən şəxslə bağlı bəzi məqamlar dəqiqləşib. Silahlı şəxslərin hücumu nəticəsində həyatını itirən Həsənov Rüfət Rahib oğlu “Azərpoçt” MMC-nin İnkassasiya Xidmətinin əməkdaşı olub. O, çalışdığı xidmətlə müqavilə əsasında əməkdaşlıq edən banklardan birinə təhkim edilibmiş. O, ailənin yeganə oğlan övladı imiş. Qeyd edək ki, R.Həsənov aldığı xəsarətdən hadisə yerində ölüb. Onunla birgə hipermarketə gələn digər əməkdaş, eləcə də atışma zamanı xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.
4-03-2023, 21:04
Ermənistanda su çiçəyi xəstəliyi yayılır


Ermənistanda su çiçəyi xəstəliyi yayılır

Ermənistanda su çiçəyi xəstəliyi yayılıb. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hələlik 12 nəfərdə su çiçəyi aşkarlanıb. Yoluxanların sayının artacağı istisna olunmur.
4-03-2023, 15:09
Ukrayna Avropa İttifaqından daha çox mərmi istəyir


Ukrayna Avropa İttifaqından daha çox mərmi istəyir

Ukrayna Avropa İttifaqından (Aİ) artilleriya mərmilərinin tədarükünün ayda 250 min ədədə çatdırılmasını istəyir. Bu barədə "Financial Times" qəzeti məlumat yayıb. Məlumata əsasən, Ukraynanın müdafiə naziri Aleksey Reznikov Avropa İttifaqı ölkələrindəki həmkarlarına mövzu ilə bağlı məktub göndərib. “Hesablamalarımıza görə, döyüş tapşırıqlarının uğurla yerinə yetirilməsi üçün minimum tələb olunan sursat yükü ayda 356400 mərmidir”,- deyə o bildirib. Nəşrin yazdığına görə, Avropanın baş diplomatı Cozep Borrell yaxın vaxtlarda Ukraynaya əlavə 1 milyard avroluq dəstək paketi elan edəcək.
4-03-2023, 15:03
Bakı-Qəbələ sürət qatarının gediş haqqı bəlli oldu


Bakı-Qəbələ sürət qatarının gediş haqqı bəlli oldu

Bakı-Qəbələ-Bakı marşrutu üzrə sürətli sərnişin qatarına biletlər martın 4-dən etibarən satışa çıxarılacaq. Bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb. Bakı-Qəbələ-Bakı sürətli sərnişin qatarı martın 18-dən etibarən fəaliyyətə başlayır. Marşrut üzrə bir istiqamətə gediş haqqı standart sinif üçün 14 manat, biznes sinfi üçün 31 manat, birinci sinif üçün isə 93 manat təşkil edir. Biletləri Bakı Dəmiryol Vağzalının kassalarından və ya ADY-nin rəsmi saytından (//ticket.ady.az/ticket-search/) onlayn əldə etmək mümkündür. Bidirilir ki, 309 km uzunluğunda olan Bakı-Qəbələ-Bakı marşrutu üzrə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan dörd vaqonlu, ikimərtəbəli sürətli sərnişin qatarı hərəkət edəcək. Qatarda standart (294), biznes (61) və birinci sinif (9) olmaqla ümumi 364 yer var. "Hərəkət cədvəlinə gəlincə qatar həftəsonları olmaqla hər şənbə günü saat 08:00-da Bakıdan Qəbələyə yola düşərək saat 11.20-də mənzilbaşına çatacaq. Qəbələ-Bakı marşrutu üzrə isə qatar hər bazar günü saat 19:00-da yola düşəcək və Bakı Dəmiryol Vağzalına saat 22:20-da çatacaq", - ADY bildirir. Qeyd edək ki, Qəbələ dəmir yolu vağzalının ümumi sahəsi 2 300 kvadrat metr olmaqla VİP zalı, gözləmə zalı, 2 sərnişin platforması, 200 yerlik parklama sahəsi, kassa otağı, tibb məntəqəsi, qatar heyəti üçün istirahət otağı, kafe, ana və uşaq otağını özündə birləşdirir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!