Mehriban Əliyevadan Zəngilan paylaşımı - FOTO .....                        Məleykə Abbaszadədən abituriyentlərə çağırış .....                        Arif Hacılıya Müsavatda yeni vəzifə verildi .....                        Ərdoğandan su müharibələri ilə bağlı xəbərdarlıq .....                        Zəngilanda yeni inşa olunan məscidin açılışı - FOTO .....                        Böyük Mərcanlıda 542 nəfər üçün ev tikilir .....                        Şair İnqilab İsaq vəfat etdi .....                        Karxuluda 940 ev tikiləcək .....                        Zəngilanın daxili yol-kommunikasiya şəbəkəsi yenidən qurulur .....                       
6-03-2023, 14:28
Macarıstanın iqtisadiyyat naziri şəhidlərlə bağlı başsağlığı verdi


Macarıstanın iqtisadiyyat naziri şəhidlərlə bağlı başsağlığı verdi

Macarıstanın iqtisadi inkişaf naziri Marton Nad ötən gün Azərbaycan hərbçilərinin şəhid olması ilə bağlı dövlət başçısına başsağlığı verib. Bu barədə o, Prezident İlham Əliyevlə görüşü zamanı deyib. Macarıstanın iqtisadi inkişaf naziri ölkəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyünü daim dəstəklədiyini bildirərək sülh və danışıqlara alternativin olmadığını vurğulayıb. Qeyd edək ki, ötən gün erməni separatçılarının Qarabağda törətdikləri təxribat nəticəsində iki hərbçimiz şəhid olub.
6-03-2023, 14:23
Oğluma toy qismət olmadı - Şəhriyarın anası


Oğluma toy qismət olmadı - Şəhriyarın anası

"Evə yeni köçmüşük. Binada kiminsə toyu olmuşdu. Oğluma dedim ki, bəs sənin toyun nə vaxt olacaq? Qismət olmadı". Bunu ötən gün erməni təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu Şəhriyar Əlibəylinin anası Sahilə Əliyeva deyib. "Vətən məni yetişdirib, bu yerlərə yolladı, şeiri ilə birinci sinfə qəbul olmuşdu. Mən müəllim kimi Şəhriyarla bərabər vətənpərvər gənclər yetişdirmişdim. Mən şəhid anası olmaq istəmirdim axı", - deyə o bildirib. Qeyd edək ki, martın 5-də səhər saatlarında Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat zamanı 29 yaşlı baş leytenant Əlibəyli Şəhriyar Ramiz oğlu şəhid olub.
6-03-2023, 11:06
Erməni təxribatında şəhid olan leytnant Şəhriyarın fotosu


Erməni təxribatında şəhid olan leytnant Şəhriyarın fotosu

Bu gün səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar. Baş leytenant Şəhriyar Əlibəyli 1994-cü ildə Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olub. İkinci Qarabağ müharibəsinin iştirakçısı olan hərbi qulluqçu "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad edilməsinə görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub. Şəhriyar Əlibəyli subay olub. Onun sabah Bakı şəhərində dəfn olunacağı bildirilir.

5-03-2023, 23:59
Erməni təxribatında şəhid olan leytnant Şəhriyarın fotosu


Erməni təxribatında şəhid olan leytnant Şəhriyarın fotosu

Bu gün səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar. Baş leytenant Şəhriyar Əlibəyli 1994-cü ildə Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olub. İkinci Qarabağ müharibəsinin iştirakçısı olan hərbi qulluqçu "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad edilməsinə görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub. Şəhriyar Əlibəyli subay olub. Onun sabah Bakı şəhərində dəfn olunacağı bildirilir.

5-03-2023, 23:57
Akşener hakim siyasi qüvvələrə qoşulmayacağını açıqladı


Akşener hakim siyasi qüvvələrə qoşulmayacağını açıqladı

Türkiyənin müxalifət koalisiyasından ayrıldığını açıqlayan Meral Akşenerin rəhbərlik etdiyi İYİ partiya hakim siyasi qüvvələrə qoşulmayacağını açıqlayıb. Bu barədə partiya sədrinin müşavirləri Turhan Çömez, Birol Aydemir, Ahmet Eşref Fakıbaba, Buğra Kavuncu və Aytun Çıray birgə məlumat yayıb. Bildirilib ki, partiya AKP və MHP-nin yaratdığı Cumhur İttifaqına qoşulmayacaq. Bundan əvvəl İttifaqda təmsil olunan partiyaların bir sıra rəsmiləri Akşeneri hakim siyasi qüvvələrə qoşulmağa çağırıb. Xatırladaq ki, "Altılı masa" adlandırılan siyasi blok vahid namizəd mövzusunda razılıq əldə edə bilməyib və İYİ partiya blokdan çıxdığını açıqlayıb. Partiya lideri Meral Akşener CHP sədri Kamal Kılıçdaroğlunun namizədliyinə razı olmayıb. O, İstanbul və Ankara şəhərindən birinin merinin namizədliyini irəli sürüb.
5-03-2023, 23:54
Ermənilərin törətdiyi təxribatda iki hərbi qulluqçumuz şəhid olub


Ermənilərin törətdiyi təxribatda iki hərbi qulluqçumuz şəhid olub

Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib. "Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin yaxınlarına dərin hüznlə baş sağlığı verir. Allah rəhmət eləsin!", - məlumatda qeyd olunub.
5-03-2023, 23:50
Muharrem İnce seçkilərə təkbaşına gedəcəyini bildirdi


Muharrem İnce seçkilərə təkbaşına gedəcəyini bildirdi

Türkiyənin Məmləkət Partiyasının sədri, bundan əvvəlki seçkilərdə CHP-nin prezident postuna namizədi olmuş Muharrem İnce partiyasının seçkilərə hər hansı ittifaq tərkibində deyil, təkbaşına gedəcəyini bildirib. O, namizədin partiya üzvləri tərəfindən müəyyən ediləcəyini deyib. İnce namizədin mart ayının 12-də məlum olacağını söyləyib. Bundan əvvəl o, özünün namizəd olacağını açıqlamışdı. Ötən il Məmləkət Partiyası Zəfər Partiyası, Doğru Partiyası, Milli Yol Partiyası və Ədalət Partiyası ilə seçki ittifaqı üçün danışıqlar aparıb, ancaq heç bir nəticə əldə edə bilməyib. Fevral ayının sonu Zəfər Partiyasının sədri Ümit Özdağ Məmləkət Partiyası ilə ittifaq quracağını, namizədin İnce olacağını bildirmişdi.
5-03-2023, 23:47
Zaxarova ölkəsinin taxıl sazişində iştirakından danışdı


Zaxarova ölkəsinin taxıl sazişində iştirakından danışdı

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova ölkəsinin taxıl sazişində iştirakından danışıb. O, ölkəsinin taxıl sazişində iştirak etməyə hazır olduğunu bildirib. “Əgər bu müqavilə bərabərtərəflidirsə, deməli, biz iştirak edə bilərik. Həmişə öz üzərimizə düşəni yerinə yetirmişik və bütün razılaşmaları yerinə yetirmək niyyətindəyik”, - deyə XİN sözçüsü əlavə edib.
5-03-2023, 23:43
Türkiyədə bina çökdü - İnsanlar dağıntılar altında qaldı


Türkiyədə bina çökdü - İnsanlar dağıntılar altında qaldı

Türkiyənin Şanlıurfa vilayətində 7 mərtəbədən ibarət bina çöküb. Bu barədə bina zəlzələyə görə qəzalı vəziyyətə düşən tikililərdən biri olub. Bir neçə sakinin yaralandığı hadisə nəticəsində xeyli insanın dağıntılar altında qaldığı və axtarış-xilasetmə işlərinə start verildiyi bildirilib. Binanın bundan əvvəl təcili şəkildə sökülməli olan tikililər siyahısına daxil edildiyi qeyd olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!