Qəlbin monoloqu", yaxud ömrümüzün nur payı .....                        Spiker “Partizan döyüşçüsü” abidəsini ziyarət etdi .....                        İlham Əliyev iki nazirə yeni vəzifə verdi .....                        Tariximizin varlıq qaynağı: Naxçıvan .....                        Kanalda batan yeniyetmənin cəsədi tapıldı .....                        Keçmişdə yatanlar bu gün oyanır .....                        Fransa regionda sülhə xidmət etməyən yanaşma ortaya qoyur - Spiker .....                        Ruhumuzun ehtiyacından doğan görüş .....                        Sabahın hava proqnozu .....                       
31-05-2023, 22:40
Sel suları İsmayıllı-Lahıc avtomobil yolunu bağladı


Sel suları İsmayıllı-Lahıc avtomobil yolunu bağladı

Bu gün axşam saatlarında başlayan külək və yağış İsmayıllı rayonunda fəsadlar törədib. Sel suları nəticəsində dağlardan qopan qaya parçaları və lil qatı İsmayıllı-Lahıc avtomobil yolunu bağlayıb. Bundan əlavə, rayonun elektrik və qaz təchizatına zərər dəyib. Hazırda rayonun bir çox ərazilərində elektrik enerjisinin verilişi dayanıb. Fərdi evlərə, məktəblərə, taxil və bostan sahələrinə zərər dəyib. Hazırda rayon fövqəladə hallar komissiyası tərəfindən ərazidə fəsadların aradan qaldırılması üçün işlər görülür.
31-05-2023, 22:09
Güclü külək insan ölümünə səbəb oldu


Güclü külək insan ölümünə səbəb oldu

Mayın 31-də güclü külək Ağcabədi rayonunun yaşayış məntəqələrində bir sıra fəsadlar törədib. Külək nəticəsində rayon ərazisində ağaclar aşıb, fərdi evlərə və yardımçı binalara, kənd təsərrüfatına ziyan dəyib, yaşayış məntəqələrinin bir çoxunda elektrik enerjisinin verilməsində fasilə yaranıb. Rayonun Hindarx qəsəbə sakini, 1963-cü il təvəllüdlü Mamedov Allahverən Qəzənfər oğlu küləyin aşırdığı tut ağacının altında qalaraq dünyasını dəyişib. Hazırda küləyin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində iş aparılır. Artıq kəndlərin bəzilərində elektrik enerjisinin verilməsi bərpa olunub.
31-05-2023, 22:00
Göyçayda baş vermiş güclü küləkdən xəsarət alanlar var


Göyçayda baş vermiş güclü küləkdən xəsarət alanlar var

Göyçayda güclü külək və qasırğa səbəbindən TƏBİB-in tabeliyindəki Göyçay Rayon Mərkəzi Xəstəxanası gücləndirilmiş iş rejiminə keçib. TƏBİB-dən bildirilib ki, hazırda tibb müəssisəsinin əksər tibb və qeyri-tibb heyəti işə cəlb edilib. Baş verən təbiət hadisələri ilə bağlı 2 nəfər Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 1964-cü il təvəllüdlü qadın pasiyentin müalicəsi tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində davam etdirilir. Ona başın təpə və burun nahiyəsinin əzilmiş, cırılmış yaraları diaqnozu qoyulub. Vəziyyəti stabil qiymətləndirilir. Digər 1995-ci il təvəllüdlü qadın pasiyent bel (L2, L3) fəqərələrinin sınığı diaqnozu ilə TƏBİB-in tabeliyindəki Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunur.
31-05-2023, 21:47
Prezident Moldovanın Baş naziri ilə görüşdü


Prezident Moldovanın Baş naziri ilə görüşdü

Mayın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kişineuda Moldova Respublikasının Baş naziri Dorin Reçan ilə görüşüb. Azərbaycan Prezidenti ilə görüşdən məmnunluğunu bildirən Moldovanın Baş naziri dövlətimizin başçısının “Avropa siyasi birliyi”nin Zirvə toplantısında iştirakına görə minnətdarlığını ifadə etdi. Dorin Reçan Müstəqillik Günü və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Prezidentini təbrik etdi. O, Ümummilli Liderin nümunəvi şəxsiyyət olduğunu vurğuladı. Prezident İlham Əliyev “Avropa siyasi birliyi”nin Zirvə toplantısının Moldovada keçirilməsi münasibətilə təbriklərini çatdırdı. Baş nazir Azərbaycanın Moldovaya göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə etdi. Söhbət zamanı ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğu qeyd edildi, Azərbaycan ilə Moldova arasında iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğu bildirildi. Hazırkı ticarət dövriyyəsinin qənaətbəxş olmadığı qeyd edildi. Ticarət dövriyyəsinin şaxələndirilməsinin vacibliyi diqqətə çatdırıldı. Bu xüsusda hökumətlərarası komissiyanın fəaliyyətinin daha da intensivləşdirilməsinin əhəmiyyəti vurğulandı. Söhbət zamanı Azərbaycan ilə Moldova arasında kənd təsərrüfatı, elektroenergetika, sərmayələr, infrastruktur layihələri ilə bağlı və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğu qeyd edildi. Moldovanın üzümçülük və şərabçılıq sahəsində geniş təcrübəsinin, Azərbaycanın da bu sahədə zəngin ənənələrinin olduğu vurğulandı. Bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi üçün imkanların mövcud olduğu bildirildi. Dövlətimizin başçısı Moldovanın Baş nazirini Azərbaycana səfərə dəvət etdi. Dəvət məmnunluqla qəbul olundu.

31-05-2023, 21:33
İlham Əliyev moldovalı həmkarıyla görüşdü


İlham Əliyev moldovalı həmkarıyla görüşdü

Mayın 31-də Kişineuda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moldova Respublikasının Prezidenti Maya Sandu ilə görüşü olub. Əvvəlcə birgə foto çəkdirilib. Prezident Maya Sandu dövlətimizin başçısını Müstəqillik Günü və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyi münasibətilə təbrik edib. “Avropa siyasi birliyi”nin Zirvə Toplantısının Moldovada keçirilməsi ilə bağlı təbriklərini çatdıran Prezident İlham Əliyev belə böyükmiqyaslı tədbirin dost Moldovada təşkil edilməsini müsbət qiymətləndirib. Görüşdə ölkələrimiz arasında münasibətlərin yaxşı səviyyədə olduğu qeyd edildi, enerji, investisiyalar və digər istiqamətlərdə əməkdaşlıq məsələlərinə toxunuldu, əlaqələrimizin perspektivləri müzakirə olunub. Söhbət zamanı iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı, bu istiqamətdə səylərin artırılmasının vacibliyi qeyd edilib. Beynəlxalq təşkilatlarda ölkələrimizin qarşılıqlı dəstəyi yüksək qiymətləndirildi, bu xüsusda Azərbaycanın və Moldovanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədikləri vurğulanıb. Maya Sandu “Avropa siyasi birliyi”nin Moldovada keçirilən Zirvə Toplantısı çərçivəsində dövlətimizin başçısının Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə Ermənistanın baş nazirinin, Almaniya və Fransa liderlərinin iştirakı ilə keçiriləcək beştərəfli görüşünü müsbət addım kimi qiymətləndirib. Dövlətimizin başçısı Moldova Prezidentini Azərbaycana səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub.



31-05-2023, 19:45
Zelenski Odessaya yollandı


Zelenski Odessaya yollandı

Ukrayna prezidenti Volodimir Zelenski Odessaya gedib. Bu barədə o, özünün "Telegram" kanalında məlumat yayıb. Zelenski bölgədəki mövcud vəziyyətlə bağlı hərbi komandanlıq və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə müşavirə keçirib. İclasda Rusiya tərəfindən atəşə tutulması nəticəsində zədələnmiş enerji infrastrukturunun bərpası və onun stabil fəaliyyətinin təmin edilməsi, hərbi vəziyyət şəraitində əsas müəssisələrin yenidən işə salınması, məcburi köçkünlərin ehtiyaclarının ödənilməsi və hərbçilərin reabilitasiyası məsələləri müzakirə olunub.
31-05-2023, 18:29
İsrailin “BioPharmax” şirkəti Azərbaycanda zavod tikir


İsrailin “BioPharmax” şirkəti Azərbaycanda zavod tikir

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) İsrailin tibb məhsullarının istehsalı üzrə aparıcı şirkətlərindən biri olan “BioPharmax”ın rəhbər heyəti ilə görüş keçirilib. Görüşdə “BioPharmax” şirkətinin Azərbaycan üzrə nümayəndəliyinin icraçı direktorları Ramal Şalmiyev, Yossi Tzabari, “BioPharmax Group”un direktoru Yakov Kobi Shriki və şirkətin digər məsul şəxsləri iştirak ediblər. Qonaqları salamlayan TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bildirib ki, Azərbaycan-İsrail əlaqələri xalqlarımız arasında tarixən mövcud olmuş sıx dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır: “İsrail-Azərbaycan əlaqələri siyasi, iqtisadi, hərbi-texniki, mədəni və qarşılıqlı maraq doğuran digər sahələrdə yüksələn xətt üzrə inkişaf edib, dostluq əlaqələrimiz daha da möhkəmlənib”. Səhiyyə sahəsində də İsrail-Azərbaycan arasında sıx əlaqələr qurulduğunu qeyd edən V.Qurbanov bildirib ki, tibb kadrlarının bilik və bacarıqlarının, səhiyyə idarəetmə modelinin təkmilləşdirilməsi, dərman və tibbi ləvazimatlarla təchizat sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində də uğurlu işlər görmək mümkündür. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin dəstəyi ilə keçirilən “Medinex” – Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları sərgisində də “BioPharmax” şirkətinin uğurla iştirak etdiyini vurğulayan İcraçı direktor şirkəti bu il də sərgidə aktiv şəkildə təmsil olunmağa dəvət edib: “Əczaçılıqda İsrailin güclü sənaye potensialının mövcudluğu, məhsullarının keyfiyyəti, vaksin, antibiotik istehsalı sahəsindəki təcrübəsi, innovasiyaların geniş tətbiqi də bizim üçün çox önəmlidir və bu amillərin qarşılıqlı əməkdaşlıqda faydalı olacağına inanıram”. “BioPharmax” şirkətinin vitse-prezidenti Yossi Tzabari təmsil etdiyi şirkətin TƏBİB-lə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. Bildirilib ki, Ələt Azad İqtisadi Zonasında “BioPharmax”ın Azərbaycandakı nümayəndəliyinin tikintisi davam etdirilir. Burada 50 adda tibbi məhsul istehsalı nəzərdə tutulur. İlk növbədə insulin istehsalı planlaşdırılır. Yossi Tzabari istehsal etdikləri məhsullar haqqında ətraflı məlumat verib. Bildirilib ki, “Biofarmaks Afezco” şirkəti yerli istehsal, eləcə də biofarmasevtik məhsulların ixracı üçün beynəlxalq qabaqcıl biotexnologiyaların tətbiqini həyata keçirir. “BioPharmax” şirkətinin Azərbaycan üzrə nümayəndəliyinin icraçı direktoru Ramal Şalmiyev də çıxışında şirkətin əczaçılıq sənayesi sahəsində dünya liderlərindən olduğunu söyləyib: “Şirkət biotexnologiya, əczaçılıq və sintez API istehsalçıları üçün istehsalat müəssisələri və sistemlərinin qlobal layihə və tikinti xidmətləri təchizatçısıdır. 40 ildən artıqdır ki, “BioPharamax” bütün dünya sənaye liderlərinə xidmət göstərir, proses mühəndisliyi və texnologiya transferi ilə bağlı layihələrdə unikal imkanlar əldə edib.“BioPharmax Afezco” isə 2022-ci ildə yaradılıb. İsrail və dünya biotexnoloji şirkətləri ilə əməkdaşlıq edir. Şirkətdə insulin, peyvəndlər və IV məhlulların istehsalı üzrə qlobal standartlara uyğun qabaqcıl istehsal zavodu qurulacaq, məhsulların Azərbaycanda və bütün MDB ölkələrində satışı planlaşdırılır. Şirkət Azərbaycanı regionda biofarmasevtika mərkəzinə çevirmək öhdəliyi götürmüşdür”. Görüş zamanı əczaçılıq sahəsində əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri də müzakirə olunub.
31-05-2023, 18:04
Prezident Zirvə Toplantısında iştirak üçün Moldovaya getdi


Prezident Zirvə Toplantısında iştirak üçün Moldovaya getdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Avropa siyasi birliyi” 2-ci Zirvə Toplantısında iştirak etmək üçün mayın 31-də Moldova Respublikasına səfərə gedib. Kişineu şəhərinin beynəlxalq aeroportunda dövlətimizin başçısını rəsmi şəxslər qarşılayıblar.

31-05-2023, 17:58
Ərdoğan Avropa Siyasi Birliyinin sammitində iştirak etməyəcək


Ərdoğan Avropa Siyasi Birliyinin sammitində iştirak etməyəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 1-də Moldovanın paytaxtı Kişineuda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirak etməyəcək. Bu barədə “Politico” nəşri məlumat yayıb. Ərdoğanın sammitdən imtina etməsinin səbəbi açıqlanmayıb. Lakin ehtimal olunur ki, Türkiyə lideri iyunun 3-də keçiriləcək andiçmə mərasimi ilə əlaqədar Moldovaya getməmək qərarına gəlib. Qeyd edək ki, Avropa Siyasi Birliyinin sammitinə Avropa İttifaqının 27 ölkəsi, Böyük Britaniya, Türkiyə və Qərbi Balkan regionunun 6 ölkəsi daxil olmaqla, 40 Avropa ölkəsinin rəhbərləri dəvət olunub. Azərbaycan və Ermənistan liderləri də toplantıda iştirak edəcəklər.
31-05-2023, 17:51
Daha bir qazimiz sağalaraq Vətənə geri döndü


Daha bir qazimiz sağalaraq Vətənə geri döndü

Ağır yaralanan və "YAŞAT" Fondu tərəfindən Türkiyəyə müalicə üçün göndərilən qazi Həşimov Qismət Razim oğlu sağalaraq Vətənə qayıdıb. Bu barədə "YAŞAT" Fondundan məlumat verilib. Qazinin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin ediləcək. Bu günə qədər 178 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 176-nın müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2023    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!