Gürcüstanda MSK işçilərinə təhdid .....                        Müharibəyə hazırıq - İran XİN-dən mesaj .....                        Pekindən Avropa İttifaqına xəbərdarlıq .....                        Baydenin Almaniyaya "vida" səfəri .....                        Qəzzada ölənlərin sayı açıqlandı .....                        İstifadəyə yararsız döyüş sursatları məhv ediləcək .....                        Hava limanına ildırım düşdü - Yaralı var .....                        Ermənistanda hərbçi güllələndi .....                        İBTİDAİ HAZIRLIQ KURSU .....                       
30-05-2023, 19:08
Hərbiçimiz odlu silahla ehtiyatsız davranaraq həyatını itirdi


Hərbiçimiz odlu silahla ehtiyatsız davranaraq həyatını itirdi

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu Ş.Əmiraslanov bu gün keçirilən təlim zamanı odlu silahla ehtiyatsız davranması nəticəsində açılmış atəşdən xəsarət alıb. Bu barədə DİN-dən məlumat verilib. O, xəstəxanaya çatdırılıb, lakin həkimlərin səyinə baxmayaraq vəfat edib.
30-05-2023, 18:42
Erməni silahlı dəstələrinin növbəti təxribatı


Erməni silahlı dəstələrinin növbəti təxribatı

Qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Ağdam rayonunun Çuxurməhlə, Füzuli rayonunun Yuxarı Veysəlli, Laçın rayonunun Xırmanlar və Kəlbəcər rayonunun Mərcimək yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan mühəndis işləri dərhal dayandırılıb.
30-05-2023, 18:30
Mövqelərimiz erməni silahlı dəstələri tərəfindən atəşə tutuldu


Mövqelərimiz erməni silahlı dəstələri tərəfindən atəşə tutuldu

Mayın 30-u saat 11:55-dən saat 16:25-dək Ordumuzun Ağdam və Şuşa rayonları istiqamətlərində yerləşən mövqeləri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən müxtəlif çaplı atıcı silahlardan istifadə edilməklə fasilələrlə atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
30-05-2023, 17:53
Serbiya prezidenti Bratislavaya səfərini ləğv etdi


Serbiya prezidenti Bratislavaya səfərini ləğv etdi

Serbiya Prezidenti Aleksandar Vuçiç Kosovanın şimalında və Metoxiyada vəziyyətin gərginləşməsinə görə Bratislavaya səfərini ləğv edib. Bu barədə o, sosial şəbəkə hesabında məlumat paylaşıb. “Bratislavaya, Slovakiyanın əsas şəhərinə iki günlük səfərimi ləğv etdim, çünki xalqımın yanında olmaq mənim üçün daha vacibdir”, - Prezident qeyd edib.
30-05-2023, 17:48
İtaliyanın “Sartis” şirkəti Ermənistanda fabrik açdı


İtaliyanın “Sartis” şirkəti Ermənistanda fabrik açdı

İtaliyanın "Sartis" şirkəti Ermənistanda fabrik açıb. TEX tekstil fabriki Vanadzorda yerləşir. Fabrikdə ümumilikdə 775 nəfər üçün iş yeri olacaq. "Sartis" şirkəti hələ sovet illərində tikilmiş və sonradan tərk edilmiş fabrik binasını bərpa edib. Paltar istehsalı ilə məşğul olan şirkət geyim dizaynından tutmuş son məhsula qədər fəaliyyət göstərə bilir.
30-05-2023, 17:34
CHP-dən Kılıçdaroğlunun istefasına münasibət: “Tərəfləri onu sevir”


CHP-dən Kılıçdaroğlunun istefasına münasibət: “Tərəfləri onu sevir”

Türkiyədə keçirilən son prezident seçkilərində qalib gələ bilməyən "Millət İttifaqı"nın vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu barəsində sosial şəbəkələrdə bəzi istifadəçilər tərəfindən istefa çağırışları gündəmə gəlib. CHP-nin parlament fraksiyasının sədr müavini Özgür Özel bu iddialara münasibət bildirib. "Ona səs verən heç bir seçicinin Kemal Kılıçdaroğlu ilə bağlı hər hansı mənfi yanaşmasının olmadığını görürük. Tərəfdarları onu sevir", - deyə Özel bildirib. Qeyd edək ki, Kılıçdaroğlunun 2024-cü ildə keçiriləcək bələdiyyə seçkilərindən sonra baş tutacaq partiya qurultayında sədrliyə namizəd olmaması gözlənilir. Lakin sosial şəbəkələrdə müəyyən kəsim onun dərhal istefa verməli olduğunu düşünür.
30-05-2023, 17:32
Hikmət Hacıyev regionda sülh prosesindən danışdı


Hikmət Hacıyev regionda sülh prosesindən danışdı

Slovakiyanın paytaxtı Bratislava şəhərində
keçirilən GLOBSEC 2023 Bratislava Forumunda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə birgə “Enerji və iqlim təhlükəsizliyi: Çıxarılan dərslər və gələcəyə baxış” adlı tədbir (side event) təşkil olunub. Bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən bildirilib. Qeyd edilib ki, forum çərçivəsində "Dinc gələcəyə doğru: "Cənubi Qafqaz üçün yeni şəfəq" (“Energy and Climate Security: Lessons Learned and Way Ahead”) adlı panel müzakirələrində iştirak edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycan-Ermənistan əlaqələri və regionda sülh prosesi barədə danışıblar. Hikmət Hacıyev bildirib ki, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan əraziləri uzunmüddətli işğaldan azad olunub. O qeyd edib ki, ərazi bütövlüyünə hörmət prinsipi Azərbaycan üçün çox vacibdir. Hikmət Hacıyev həmçinin tərəflər arasında baş tutmuş görüşlərə diqqət çəkərək əlavə edib ki, sülh danışıqlarının harada aparılması deyil, daha çox danışıqların mövzusu əhəmiyyət kəsb edir. Armen Qriqoryan bildirib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, lakin Azərbaycanla Ermənistan arasında ən böyük məsələ Qarabağ məsələsidir. O, Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı 1975-ci il xəritəsini əsas götürməyi təklif etdiyini deyib və əlavə edib ki, Ermənistan öz ərazisində dəhlizin yaradılmasına heç zaman razılıq verməyəcək. Hikmət Hacıyev cavabında bildirib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısa da, hələ də erməni hərbçilərinin olduğu Azərbaycana məxsus Qarabağ bölgəsinə silah göndərir. Sərhədlərin delimitasiyası məsələsinə gəldikdə Hikmət Hacıyev vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev 1991-ci il Alma-Ata Bəyannaməsinin əsas götürülməsini dəstəkləyir: “Biz regionda sülh təşəbbüslərini öz əlimizə almalıyıq. Biz Azərbaycan-Gürcüstan-Ermənistan formatını təklif etmişik. Regiondakı nəqliyyat xətlərinin açılması məsələsinə gəldikdə isə, Ermənistan ərazisindən keçən Azərbaycan əhalisinin təhlükəsizliyini təmin etmək üçün hər hansı qüvvələri dəvət etmək Ermənistanın öz işidir. Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli sənəddə bu barədə maddə yer alıb”. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, İdarə Heyətinin üzvü Esmira Cəfərova və baş məsləhətçisi Şahmar Hacıyev də GLOBSEC 2023 Forumunda iştirak edib. GLOBSEC-lə əməkdaşlıq çərçivəsində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi tərəfindən “Enerji və iqlim təhlükəsizliyi: Çıxarılan nəticələr və gələcəyə baxış” adlı tədbir (side event) təşkil olunub. Tədbirdə çıxışı zamanı Esmira Cəfərova Avropada mövcud olan enerji böhranı və Aİ-Azərbaycan enerji tərəfdaşlığı barədə danışıb.
30-05-2023, 17:09
Kılıçdaroğlu istefa versə, sədrliyə namizəd olacaq - Gürsel Tekin


Kılıçdaroğlu istefa versə, sədrliyə namizəd olacaq - Gürsel Tekin

Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq baş katibi Gürsel Tekin "Millət İttifaqı"nın prezidentliyə namizədi olmuş Kamal Kılıçdaroğlunun istefası ilə bağlı çağırışlardan danışıb. O, CHP sədri postunda iddialı olduğunu bildirib. Gürsel Tekin qeyd edib ki, Kılıçdaroğlu istefa versə, sədrliyə namizəd olacaq: "Zaman yetişdikdə bu barədə düşünəcəyik. Sədrimiz geri çəkilərsə, inşallah, namizəd olacağam. Çünki mən onunla yol yerimişəm. Nə olur-olsun, bizim fitrətimizdə satqınlıq yoxdur". Qeyd edək ki, mayın 28-də Türkiyədə prezident seçkilərinin ikinci turu baş tutub. AKP lideri Rəcəb Tayyib Ərdoğan 52.16% səs toplayaraq ölkəni daha 5 il idarə etmək hüququ qazanıb. CHP lideri Kamal Kılıçdaroğlu isə 47,8 faiz səslə məğlub olub. Bundan sonra onun partiya sədrliyindən istefası məsələsi gündəmə gəlib.

30-05-2023, 16:16
Ukrayna Ali Radası hərbi qeydiyyat üçün yaş həddini azaltdı


Ukrayna Ali Radası hərbi qeydiyyat üçün yaş həddini azaltdı

Ukrayna Ali Radası çağırışçıların hərbi qeydiyyata alınması üçün maksimum yaş həddinin 27-dən 25-ə endirilməsi barədə qanun layihəsini dəstəkləyib. Bu barədə parlamentin deputatı Yaroslav Jeleznyak "Telegram" kanalında məlumat yayıb. Onun sözlərinə görə, 304 deputat qanunun lehinə səs verib.
30-05-2023, 15:43
İsrail prezidenti Azərbaycana səfəriylə bağlı paylaşım etdi


İsrail prezidenti Azərbaycana səfəriylə bağlı paylaşım etdi

İsrail prezidenti İsxak Hersoq Azərbaycana səfəri barədə paylaşım edib. Hersoq səfərlə bağlı təəssüratlarını twitter səhifəsində yazıb. "Dostum, Azərbaycan prezidenti İlham Əliyevə, İsrailin əsl dostuna öz iqamətgahında səmimi qarşılamaya görə təşəkkür edirəm. İsrail Azərbaycana mühüm strateji tərəfdaş və regional sabitliyin mənbəyi kimi baxır. Xalqlarımız arasındakı münasibətlər sülh və əməkdaşlıq yolunu seçən digər ölkələr üçün örnəkdir və müsəlmanlar və yəhudilər arasında dostluq münasibətlərinin nümunəsidir", - o bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2023    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!