Qalx ayağa Azərbaycan! .....                        “İçərişəhər” stansiyasında problem: qatarın qapıları bağlanmadı .....                        Telli Borçalının adından dələduzluq .....                        Qalx ayağa Azərbaycan! .....                        Ermənilərin növbəti Gəncə terroru - 4 il... .....                        Ölkəmizdə “Ağıllı su” sistemləri yaradılacaq .....                        Sumqayıtda yanğın .....                        “Birgə Atəşkəs Çağırışı”na 127 ölkə qoşulub .....                        Rəhmon Azərbaycan parlamentinin sədrini qəbul edib .....                       
25-05-2023, 21:59
Söz-söz ucalan şair


Söz-söz ucalan şair

Sumqayıt şəhər Poeziya Evində şair Təvəkkül Goruslunun “Ömrüm, çiçəyim” və “Kağıza şeirimin qanı tökülür” şeir kitablarının təqdimatı və imza günü keçirildi. Tədbirin aparıcısı şair Qəşəm Nəcəfzadə tədbiri giriş sözü ilə açaraq müəllifin həyatı və yaradıcılığı haqqında geniş məlumat verdi.

Əli Kərim adına Sumqayıt şəhər Poeziya evinin direktoru İbrahim İlyaslı Təvəkkül Goruslunun yaradıcılığından, onun şeirlərinin oxucu ruhuna təsiredici məziyyətlərindən söz açdı, şeirlərindən nümunə gətirdi.
“Azad qələm” jurnalının baş redaktoru, şairin 3 kitabının redaktoru olmuş Nəcibə İlkin Təvəkkül Göruslu yaradıcılığının çoxşaxəli janrlarından söhbət açdı. Qeyd etdi ki, Təvəkkül Goruslu ilk tanıdığım müddətdən bu günə kimi yaradıcılıq sahəsində uğurlu inkişaf mərhələsi keçib. Onun yaradıcılığı millətimizin dərdləri, ağrı-acısı ilə yoğrulub. Ona görə də onun yazdığı şeirləri ürək yanğısı keçirtmədən, göz yaşı axıtmadan oxumaq olmur.

“Bütöv Azərbaycan” qəzetinin baş redaktoru Tamxil Ziyəddinoğlu Təvəkkül Goruslunu şəxsən tanımadığını bildirdi. Qeyd etdi ki, bu görüşə məni Təvəkkülün yaradıcılıq ruhu gətirib. Onun “Bayraq” şeirini oxuduqca Təvəkkül Goruslunun özü də gözlərimdə söz-söz, misra-misra sevgilə tərənnüm etdiyi al bayrağımız kimi ucaldı. Azərbaycan bayrağının eşqinə Goruslunun əlini sıxmağa gəlmişəm.
Xalçaçı rəssam Fazil Abasquluzadə müəllifin fotosu əks olunmuş xalçanı müəllifə hədiyyə edərək ürək sözlərini dilə gətirdi. Rəssam sənətinin xarakterinə uyğun olaraq tədbirə xüsusi rəng də qatdı. Beləki Təvəkkül Goruslunun tədbirdə iştirak edən müəllimlərini tribunaya dəvət edərək, onları yetirmələrinin yubileyi və kitablarının işıq üzü görməsi münasibətilə təbrik etdi. Müəllimləri öz sevimli şagirdlərini öpdülər, onun haqqında şirin xatirələr danışdılar, qürur duyduqlarını ifadə etdilər. Xeyli duyğulu anlar yaşandı.

Şairlərdən: Nazlı Hacılı, Əzizə Ağahüseynqızı, Qalib Arif Nuri, Qəzənfər Məsimoğlu, Vahid Çəmənli, Polad Məmmədov, Miraslan Rasim, Elçin Bağırov, Yunis Qaraxanoğlu, Vüsal Ağa, Şəfəq Üfüq, Lilpar Cəmşidqızı çıxış edərək müəllifin yeni çap olunmuş kitabları haqqında öz fikirlərini bölüşdülər.
Oxucu Günel Balakişiyeva, həkim Rəna Rzayeva, müəllifin sinif yoldaşları və ailə üzvləri, Gülzar müəllimə, Eldar müəllim, Pənah müəllim, Nəzakət xanım, Raya xanım da tədbir iştirakçıları sırasında yer almışdılar.
Sonda şair Təvəkkül Goruslu tədbir iştirakçılarına təşəkkür etdi, müəllimlərinə, zəhmət çəkib onun görüşünə gəldiklərinə görə, minnətdarlığını bildirdi. Tədbir iştirakçıları üçün kitablarını imzaladı.
İmza mərasimi bitdikdən sonra fotoqraf Şakir Rəhman xatirə şəkilləri çəkdi.


"Bütöv Azərbaycan" qəzetinin
26 may tarixli sayında çap olunur
25-05-2023, 21:09
Türkiyə Hərbi Dəniz Qüvvələrinin daha bir sualtı qayığı suya buraxıldı


Türkiyə Hərbi Dəniz Qüvvələrinin daha bir sualtı qayığı suya buraxıldı

Türkiyə Hərbi Dəniz Qüvvələri üçün inşa edilən daha bir sualtı qayıq suya buraxılıb. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik "Hazır Rəis" adlı sualtı gəminin suya buraxıldığını bildirib. Gəminin sınaqları davam edir. Gölcük Gəmiqayırma Zavodunda inşa edilən ilk sualtı gəmi "Piri Rəis" adlanır və 2021-ci ilin martında suya buraxılıb. Sualtı qayıqların uzunluğu 68 metr, çəkisi 2 min tondan çoxdur və 40 nəfərlik heyətə sahibdir.
25-05-2023, 20:51
Prezident Paşinyanın çıxışına münasibət bildirdi - VİDEO


Prezident Paşinyanın çıxışına münasibət bildirdi - VİDEO

Ali Avrasiya İqtisadi Şurasının Moskvada keçirilən iclasının sonunda Ermənistanın baş naziri Nikol Paşinyan söz istəyib və Azərbaycan Prezidenti İlham Əliyevin çıxışına münasibət bildirib. Paşinyan çıxışında Zəngəzur dəhlizini “ərazi iddiaları” adlandırıb. Prezident İlham Əliyev deyib ki, Azərbaycanı ərazi iddiasında yalnız xəstə təxəyyül sahibi ittiham edə bilər.

25-05-2023, 20:23
XİN müavini İsraildə görüşlər keçirtdi


XİN müavini İsraildə görüşlər keçirtdi

21-25 may 2023-cü il tarixlərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayev İsrail Dövlətinə işgüzar səfər edib. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Xarici işlər nazirinin müavini Fariz Rzayev səfər çərçivəsində İsraildə hər il təşkil edilən “Herzliya” Konfransında iştirak edib, habelə İsrailin bir sıra dövlət məmurları və qeyri-hökümət təşkilatlarının nümayəndələri ilə görüşüb. “Herzliya” Konfransında “Azərbaycan-İsrail Strateji Əlaqələri” mövzusunda çıxış edən nazir müavini F.Rzayev Azərbaycan-İsrail münasibətləri, regional məsələlər, ölkəmiz tərəfindən həyata keçirilən strateji enerji və nəqliyyat layihələri, habelə digər mövzular barədə konfrans iştirakçılarını məlumatlandırıb. Səfər çərçivəsində, nazir müavini Fariz Rzayev həmçinin İsrail Dövləti Xarici İşlər Nazirliyinin baş direktoru Ronen Levi və baş direktorun müavini, Avrasiya bölməsinin rəhbəri Simona Halperin ilə görüşüb. Görüşlər zamanı nazir müavini Fariz Rzayev tərəf müqabillərini post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycanın regionda sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində davamlı fəaliyyəti, habelə Ermənistan tərəfindən törədilən maneələr barədə məlumatlandırıb. Səfər zamanı nazir müavini Fariz Rzayev o cümlədən Qüds Strategiya və Təhlükəsizlik İnstitutu, habelə Təl-Əviv Universiteti nəzdində fəaliyyət göstərən Moşe Dayan Yaxın Şərq və Afrika Araşdırmaları Mərkəzində ekspertlər, professor və tələbələrlə görüşüb. İsrail Dövlətinə səfəri çərçivəsində nazir müavini Fariz Rzayev Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyi tərəfindən İsraildə ilk dəfə olaraq Müstəqillik Günü münasibətilə təşkil edilmiş rəsmi tədbirdə iştirak və çıxış edib.


25-05-2023, 20:17
Amerika Cənubi Koreyayla genişmiqyaslı döyüş təlimlərinə başlayıb


Amerika Cənubi Koreyayla genişmiqyaslı döyüş təlimlərinə başlayıb

Amerika Birləşmiş Ştatları və Cənubi Koreya cümə axşamı Şimali Koreya ilə sərhəd yaxınlığında genişmiqyaslı döyüş atışlı təlimlərə başlayıb. Təlimlərə 2500 hərbçi və döyüş təyyarələri, hücum helikopterləri, pilotsuz uçuş aparatları, tanklar cəlb olunub. Təlim Seul və Vaşinqton arasında hərbi ittifaqın yaradılmasının 70 illiyi ərəfəsinə təsadüf edir. Bu, iyunun ortalarına qədər planlaşdırılan beş birgə təlimdən birincisidir. Qeyd edək ki, Şimali Koreya təlimlərin keçirilməsini tənqid edib.
25-05-2023, 19:52
Azərbaycanın kənardan dəstəyə ehtiyacı yoxdur - İlham Əliyev


Azərbaycanın kənardan dəstəyə ehtiyacı yoxdur - İlham Əliyev

"Azərbaycan iqtisadiyyatı özü-özünü təmin edir və kənardan dəstəyə ehtiyacı yoxdur". Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxış edərkən deyib. Son 20 il ərzində ölkəmizin ümumi daxili məhsulunun üç dəfədən çox artdığını vurğulayan dövlət başçısı qeyd edib: "Yoxsulluğun səviyyəsi təxminən 50 faizdən 5 faizə enib. Xarici borc ÜDM-in demək olar ki, 9 faizindən aşağı səviyyəsindədir və ildən-ilə azalır. Azərbaycanın valyuta ehtiyatları xarici borcu 10 dəfə üstələyir".
25-05-2023, 19:11
Ölkəmiz regionda ən iri hava yük donanmasına malikdir - Prezident


Ölkəmiz regionda ən iri hava yük donanmasına malikdir - Prezident

Azərbaycanda 8 beynəlxalq aeroport fəaliyyət göstərir. Onlardan ikisi işğaldan azad olunmuş torpaqlarda – Füzuli və Zəngilanda son iki ildə tikilib. Doqquzuncu beynəlxalq aeroport azad olunmuş Laçında tikilir və 2025-ci ildə istismara veriləcək. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxış edərkən deyib. “Ölkəmiz illik 500 min ton yük dövriyyəsi ilə regionda ən iri hava yük donanmasına malikdir”, - deyə Prezident vurğulayıb.
25-05-2023, 18:45
Prezident Avrasiya İqtisadi Şurasının iclasında çıxış etdi


Prezident Avrasiya İqtisadi Şurasının iclasında çıxış etdi

Ermənistan istisna olmaqla, Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxış edərkən deyib. İclasda qonaq qismində iştirak edən dövlət başçısı çıxışında bildirib: “Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında ciddi imkanlar var”. Prezident, həmçinin bu gün Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin üçtərəfli görüşünün keçiriləcəyini vurğulayıb.
25-05-2023, 18:24
İki dövlət arasında ərazi bütövlüyünə dair razılığın olması labüddür - Putin


İki dövlət arasında ərazi bütövlüyünə dair razılığın olması labüddür - Putin

Bu gün Azərbaycan və Ermənistan liderləri ilə üçtərəfli görüşdə iqtisadi inkişaf maraqlarına uyğun razılaşmalar əldə olunacağına ümid edirik. Bunu Rusiya Prezidenti Vladimir Putin Avrasiya Ali İqtisadi Şurasının iclasında deyib. O vurğulayıb ki, iki dövlət arasında ərazi bütövlüyünə dair razılığın olması labüddür, digər məsələlər ikinci dərəcəlidir. Putinin sözlərinə görə, MDB ölkələri Ermənistan və Azərbaycan arasında münaqişənin bitməsində maraqlıdır. Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək. Moskvada bir araya gələcək tərəflər sülh gündəliyini müzakirə edəcəklər.
25-05-2023, 17:36
Ukraynanı tərk edənlərin cəzalandırılmasıyla bağlı layihə hazırlanır


Ukraynanı tərk edənlərin cəzalandırılmasıyla bağlı layihə hazırlanır

Ukraynada müharibə başlayandan sonra ölkəni qeyri-qanuni tərk etmiş kişilərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsi hazırlanır. Bu barədə Ukraynanın daxili işlər naziri İqor Klemenko danışıb. "Bu gün belə qaydalar və məhdudiyyətlər müəyyən edilməyib, amma düşünürəm ki, müharibə başa çatdıqdan sonra dövlət hər bir vətəndaşa müharibə zamanı etdiklərini xatırlatmaq üçün əlindən gələni edəcək. Mən sərhədi qanunsuz keçənləri nəzərdə tuturam", - o deyib. Nazirin sözlərinə görə, bu, parlament və hökumətin birgə təşəbbüsü olacaq. Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2023    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!