Gürcüstanda MSK işçilərinə təhdid .....                        Müharibəyə hazırıq - İran XİN-dən mesaj .....                        Pekindən Avropa İttifaqına xəbərdarlıq .....                        Baydenin Almaniyaya "vida" səfəri .....                        Qəzzada ölənlərin sayı açıqlandı .....                        İstifadəyə yararsız döyüş sursatları məhv ediləcək .....                        Hava limanına ildırım düşdü - Yaralı var .....                        Ermənistanda hərbçi güllələndi .....                        İBTİDAİ HAZIRLIQ KURSU .....                       
8-05-2023, 23:49
Azərbaycan və Ermənistan liderləri həftəsonu görüşəcək - Avropa İttifaqı


Azərbaycan və Ermənistan liderləri həftəsonu görüşəcək - Avropa İttifaqı

Avropa İttifaqı Şurası Ermənistan və Azərbaycan liderlərinin həftəsonu Brüsseldə görüşəcəyi barədə məlumatı təsdiqləyib. Bu barədə təşkilatın saytında bildirilib. Qeyd olunub ki, Prezident İlham Əliyev və Baş nazir Paşinyan Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə 2023-cü il mayın 14-də danışıqlar aparacaq. "Şarl Mişel Aİ-nin Cənubi Qafqazda sabitliyi və iki ölkə arasında normallaşmanı təşviq etmək səylərini inkişaf etdirmək üçün Azərbaycan və Ermənistan liderləri ilə sıx əlaqə saxlamağa davam edir", - açıqlamada deyilir. Xatırladaq ki, bu gün Britaniyanın "Financial Times" qəzeti Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın həftəsonu Brüsseldə görüşə biləcəyini yazıb. Mənbələr qeyd edib ki, İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyanın iyunun 1-də Moldovada keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makronla daha bir görüş keçirməsi planları da var.
8-05-2023, 23:37
Sülh sazişinin bəzi şərtlərini razılaşdırıb - ABŞ rəsmisi


Sülh sazişinin bəzi şərtlərini razılaşdırıb - ABŞ rəsmisi

Ermənistan və Azərbaycan xarici işlər nazirləri Vaşinqtonda keçirilən danışıqlar zamanı mümkün sülh sazişinin bəzi şərtlərini razılaşdırıb. Bunu ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel deyib. O qeyd edib ki, tərəflər xoşməramlılıq, çeviklik və kompromis nümayiş etdirməklə razılığa gələ bilərlər. Patel danışıqların konstruktiv mühitdə getdiyini bildirib. Xatırladaq ki, 1-4 may tarixlərində ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılıb. Görüşlərdə ABŞ dövlət katibi Entoni Blinken və Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan da iştirak edib. Nazirlər hazırki vəziyyətlə bağlı fikirlərini bölüşüb, münasibətlərin normallaşması barədə mövcud məsələlərə dair mövqelərini bildiriblər. Nazirlər və onları müşayiət edən nümayəndə heyətinin üzvləri Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edib, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər.
8-05-2023, 22:31
NATO Qara dəniz üzərində missiyasını həyata keçirdi


NATO Qara dəniz üzərində missiyasını həyata keçirdi

Mayın 5-də Qara dəniz üzərində Rusiya qırıcısı və Polşa təyyarəsinin iştirakı ilə baş verən insidentdən sonra NATO-nun Hava Məkanının Mühafizəsi üzrə Xüsusi Missiyasının bölmələri yüksək hazırlıq vəziyyətinə gətirilib. Bu barədə “Reuters” agentliyi alyansın adının açıqlanmasını istəməyən rəsmi nümayəndəsinə istinadən məlumat yayıb.“NATO-nun təhlükəsizlik bölmələri Rumıniya yaxınlığında Qara dəniz üzərində Polşanın “Frontex” missiya təyyarəsi yaxınlığında Rusiya hərbi təyyarəsinin təhlükəli davranışına cavab olaraq yüksək hazırlıq vəziyyətinə gətirilib”, - deyə NATO rəsmisi bildirib. Hadisə barədə mayın 6-da Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, Rusiyanın Su-35 qırıcısı Qara dəniz üzərində Polşaya məxsus L410 təyyarəsinin qarşısını alıb.
8-05-2023, 21:13
Almaniyada Rusiyanın bayraq və simvollarının nümayişi qadağan edildi


Almaniyada Rusiyanın bayraq və simvollarının nümayişi qadağan edildi

Berlin Məhkəməsi yerli polisin şikayətini təmin edib və mayın 8-i və 9-da Rusiya bayraqlarının, eləcə də bu ölkənin simvollarının nümayişini qadağan edib. Bu barədə "RBB24" nəşri yazıb. Bildirilir ki, SSRİ bayrağının və "Georgi lent"lərinin nümayişinə də icazə verilməyəcək. Xatırladaq ki, bundan əvvəl məhkəmə bayraqların nümayiş etdirilməsinə icazə versə də, polis qərardan şikayət edib.
8-05-2023, 20:38
Belarus Prezidenti Rusiyaya səfər edib


Belarus Prezidenti Rusiyaya səfər edib

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyaya səfər edib. Bu barədə Belarus Prezidentinin mətbuat xidməti məlumat yayıb. O, Moskvada keçiriləcək Qələbə bayramında iştirak edəcək. Qeyd edək ki, 9 May tədbirlərində Ermənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan liderlərinin də iştirakı planlaşdırılır.
8-05-2023, 19:52
Litva şirkətləri Qarabağda layihəyələrdə iştiraka dəvət olundu


Litva şirkətləri Qarabağda layihəyələrdə iştiraka dəvət olundu

8 may 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Litva Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclasına həmsədrlik edib. Komissiyanın iclasına Litva tərəfindən xarici işlər naziri Qabrielius Landsberqis həmsədrlik edib. Bu barədə XİN-dən məlumat verilib. İclasda açılış nitqi ilə çıxış edən nazir Ceyhun Bayramov iki ölkə arasında qarşılıqlı maraqlara, beynəlxalq hüququn fundamental norma və prinsiplərinə əsaslanan tərəfdaşlığın mövcudluğu vurğulanıb. Ali və yüksək səviyyəli səfərlərin, mütəmadi görüşlərin münasibətlərin inkişafına töhfə verdiyi diqqətə çatdırılıb. Çıxışında nazir Ceyhun Bayramov post münaqişə dövründə münaqişədən zərər çəkmiş ərazilərinin reabilitasiyası və yenidən qurulması, habelə əhalinin reinteqrasiyası istiqamətində ölkəmiz tərəfindən həyata keçirilən səylər barədə məlumat verib. Litva şirkətləri və investorları Azərbaycanın işğaldan azad edilmiş ərazilərində layihələrdə iştiraka dəvət edilib. Çıxış zamanı həmçinin münaqişədən zərər çəkmiş ərazilərin mina və partlayıcı maddələrlə kütləvi şəkildə çirklənməsinin bərpa və yenidənqurma fəaliyyətləri, habelə məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtmasını təmini üçün əsas maneə olduğu vurğulanıb, mina təhdidi ilə mübarizədə Litva tərəfinin əməkdaşlığına ümidvarlıq ifadə olunub. Çıxışda ticarət və investisiya, enerji təhlükəsizliyi və enerji keçidi, bağlantılar və informasiya texnologiyaları, aqrobiznes, təhsil və mədəni sahələrdə mübadilə də daxil olmaqla digər müxtəlif sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq üçün geniş imkanların mövcudluğundan bəhs edilib. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaranmaqda olan nəqliyyat qovşağı və Zəngəzur dəhlizinin regional sülh və davamlılıq üçün öz müsbət rolunu oynayacağına və regiondaxili ticarətə təkan verəcəyinə əminlik ifadə olunub. Çıxışında Nazir ölkəmizin Aİ ilə enerji dialoqundan söz açaraq yaşıl elektrik enerjisi şəbəkəsinin Aİ ilə enerji dialoqumuzun mühüm hissəsi olduğunu bildirib, bu istiqamətdə icra edilən layihələrdən bəhs edib. Azərbaycanda bərpa olunan enerjiyə keçid layihələrində Litva şirkətləri ilə əməkdaşlıq etmək üçün geniş imkanların olduğunu vurğulayıb. İclasın sonunda bağlanış nitqi ilə çıxış edən nazir Ceyhun Bayramov Hökumətlərarası Komissiyanın iclasının iki ölkə üçün yol xəritəsinə rəhbərlik etmək və təkan vermək üçün müntəzəm institusional dialoq mexanizmi kimi əhəmiyyətini vurğulayıb, hər iki ölkədən olan maraqlı tərəflərin ikitərəfli marşrutun əlavə dəyərli sahələrində dialoqu və əlaqələri davam etdirəcəyinə əminlik ifadə edib. Komissiyanın iclası zamanı Azərbaycan və Litvanın aiddiyyəti qurumlarının rəsmiləri çıxış edib, qurumlararası ikitərəfli görüşlər keçirilib, tədbirin sonunda Komissiyanın 7-ci iclasının Protokolu imzalanıb.
8-05-2023, 19:29
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçiriləcək


Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Mayın 9-11-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Bu ərəfədə Şuşa festival ab-havasına bürünüb. Qeyd edək ki, mayın 9-11-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Üç gün davam edəcək festival çərçivəsində konsert proqramları, sərgilər və müxtəlif təqdimatlar olacaq. Şuşa şəhəri 2023-cü ildə həm də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Budəfəki “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında da TÜRKSOY-a daxil olan ölkələr, regionun türkdilli ölkələri və xalqlarının yaradıcı kollektivləri iştirak edəcəklər. Mayın 12-də isə “Şuşa-Türk dünyasının mədəniyyət paytaxtı 2023” tədbirinin rəsmi açılışı olacaq.



8-05-2023, 19:09
XİN-dən hərbiçimizin həbsinə reaksiya: “Qondarma qərarı qətiyyətlə qınayırıq”


XİN-dən hərbiçimizin həbsinə reaksiya: “Qondarma qərarı qətiyyətlə qınayırıq”

Cari ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində Azərbaycan ordusunun itkin düşmüş və Ermənistan tərəfindən əsir götürülmüş əsgərləri Bəbirov Aqşin Qabil oğlu və Axundov Hüseyn Əhliman oğluna qarşı Ermənistanın qurama “məhkəmə prosesi”ni və Aqşin Bəbirovun həbsi ilə bağlı qondarma “qərarı” qətiyyətlə qınayırıq. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin girov götürülmüş Azərbaycan hərbçilərinə qarşı qurama iddia və “məhkəmə prosesi”nə dair şərhində bildirilir. Şərhdə deyilir: "Azərbaycan əsgərlərini qəddar fiziki işgəncələrə məruz qoyan Ermənistan bu kimi qurama "məhkəmə prosesi" vasitəsilə onları həmçinin mənəvi və psixoloji işgəncələrə məruz qoyur. Bu cür məsuliyyətsiz davranışı ilə Ermənistan beynəlxalq humanitar hüquqa əsasən daşıdığı hüquqi məsuliyyətə, beynəlxalq ictimaiyyətin girovların azad edilməsi barəsində çağırışlarına və humanizm prinsiplərinə məhəl qoymadığını bir daha nümayiş etdirir. Ermənistan tərəfinin bu qurama addımı ilə ölkəmizin erməni girovlarının, xüsusilə də yolu azaraq sərhədi keçmiş 10-dan artıq hərbçini heç bir qeyd-şərt irəli sürmədən dərhal geri qaytarılması üzrə etimad quruculuğu tədbirinə qarşılıq verməməsi Ermənistanın bölgədə barışıq və etimad yaradılması tədbirlərində maraqlı olmadığını göstərir. Bu davranışla etimad quruculuğu səylərinə zərbə vurulması məsuliyyəti tam olaraq Ermənistan tərəfinin üzərinə düşür. Ermənistan beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması ilə müşayiət olunan bu təxribatçı fəaliyyətinə son qoymalı, girov götürülmüş əsgərləri dərhal azad etməlidir. Girovluqda olan əsgərlərimizin tezliklə azad edilməsi və ailə üzvlərinə qovuşması üçün bütün beynəlxalq ictimaiyyəti, aidiyyəti beynəlxalq təşkilatları və qeyri-hökumət təşkilatlarını Ermənistana ciddi təsir və təzyiq göstərməyə çağırırıq".
8-05-2023, 18:02
Prezident xanımı ilə Daşaltıda açılışda iştirak etdi


Prezident xanımı ilə Daşaltıda açılışda iştirak etdi

Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daşaltı kəndində Zarıslıçay nasos stansiyasının açılışında iştirak ediblər. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov dövlətimizin başçısına Şuşa şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri haqqında məlumat verib. Qeyd edək ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu tərəfindən 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edildikdən qısa müddət sonra şəhərin içməli su təminatının bərpasına başlanılıb. Mütəxəssislər tərəfindən şəhərin su mənbələrinin, magistral xətlərin, paylayıcı şəbəkələrin və digər hidrotexniki qurğuların mövcud vəziyyəti araşdırılıb. Məlum olub ki, şəhəri içməli su ilə təmin edən mənbələr və magistral kəmərlər erməni vandallar tərəfindən məqsədli şəkildə dağıdılıb və şəhərə suyun nəqli dayandırılıb. Təxirəsalınmaz Tədbirlər Proqramına uyğun olaraq, Kiçik Kirs mənbəyinin və Kiçik Kirs-Şuşa magistral su kəmərinin qəzalı hissələri qısa müddətdə təmir olunub və 2020-ci il noyabrın 25-də Şuşa şəhərinə suyun verilişi bərpa edilib. Eyni zamanda, Şuşa şəhərinin digər mənbəyi - Zarıslı sugötürücü qurğusunun, uzunluğu 14,3 kilometr olan Zarıslı-Şuşa magistral su kəmərinin qəzalı hissələrinin bərpasına başlanılıb və 2020-ci il dekabrın 20-də bu mənbədən şəhərə suyun verilməsi təmin edilib. Şəhərin perspektiv inkişafı nəzərə alınaraq, həmçinin ilin müəyyən dövrlərində Kiçik Kirs və Zarıslı mənbələrində məhsuldarlığın kəskin azalması səbəbindən alternativ su mənbəyinin yaradılması layihəsinin icrasına başlanılıb. Bu məqsədlə Daşaltı kəndinin yaxınlığında, Zarıslı çayının məcrasında tutumu 25 min kubmetr təşkil edən sutoplayıcı anbar, nasos stansiyası və diametri 159 millimetr, uzunluğu 2,9 kilometr olan yeni təzyiqli kəmər inşa edilib, eyni zamanda, diametri 325 millimetr, uzunluğu 9,3 kilometr olan Kiçik Kirs-Şuşa magistral su kəmərinin istismara yararsız 5,2 kilometrlik hissəsi diametri 530-426 millimetr olan borularla əvəzlənib. Görülmüş işlərin nəticəsində 2022-ci ilin dekabrında yeni mənbədən suyun verilməsi ilə şəhərdə yaşayış olan evlər, dövlət qurumlarının inzibati binaları, hotellər, ictimai-iaşə müəssisələri və digər obyektlər fasiləsiz içməli su ilə təmin edilib. Dövlətimizin başçısı nasos stansiyasını işə salıb. Məlumat verildi ki, 2040-cı ilə perspektiv inkişaf nəzərə alınmaqla hazırlanan Şuşa şəhərinin su təchizatı, kanalizasiya və yağış suları sisteminin yenidən qurulması layihəsi 25 min nəfərin tələbatının ödənilməsinə hesablanıb. Layihəyə əsasən şəhərin orta gündəlik su tələbatı 105 litr-saniyə təşkil edir. Şəhərə içməli su mövcud Kiçik-Kirs, Zarıslı mənbələrindən, həmçinin Zarıslıçay su anbarından veriləcək. Gələcəkdə Zarıslıçay su anbarı genişləndiriləcək və tutumu 25 min kubmetrdən 7,5 milyon kubmetrə çatdırılacaq. Eyni zamanda, məhsuldarlığı sutkada 8 min kubmetr olan içməli sutəmizləyici qurğu inşa olunacaq. Şəhərin su təchizatında dayanıqlığın təmin olunması məqsədilə ümumi həcmi 6 min kubmetr olan 3 su anbarı layihələndirilib və hazırda onlardan birinin tikintisi davam etdirilir. Layihəyə əsasən, Şuşa şəhərində 24 kilometr magistral su kəməri, 44 kilometr içməli, 42 kilometr tullantı və 41 kilometr yağış su şəbəkələri inşa olunacaq. Şəhərdə formalaşan tullantı suların tam təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 8 min kubmetr olan qurğu inşa ediləcək. Qurğuda emal edilərək təmizlənən su ekoloji duruma zərər vurmadan Qarqarçaya axıdılacaq. Şuşa şəhərində yaradılan yeni infrastruktur “Ağıllı su” sistemi əsasında idarə olunacaq. Suyun mənbədən götürülməsi, nəqli, anbarların səviyyəsi, hidravlik rejimlər və digər proseslər SCADA sistemləri vasitəsilə onlayn rejimdə tənzimlənəcək. 2023-cü ilin ikinci yarısında məhsuldarlığı sutkada 8 min kubmetr olan içməli sutəmizləyici qurğunun inşası nəzərdə tutulur ki, bu işlərə də 7,4 milyon manat vəsait sərf olunacaq.




8-05-2023, 17:44
Ərdoğandan Kılıçdaroğluyla bağlı şok açıqlama - ..ABŞ-a hədiyyə etmək istəyir


Ərdoğandan Kılıçdaroğluyla bağlı şok açıqlama - ..ABŞ-a hədiyyə etmək istəyir

Kamal Kılıçdaroğlu Atatürk Hava Limanını Amerikaya hədiyyə etmək istəyir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədirnə vilayətində təşkil edilən seçki mitinqində çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Türkiyə xalqı 14 mayda keçiriləcək prezident və parlament seçkilərinin nəticəsində terrorçularla əməkdaşlıq edənlərə lazımi cavabı verəcək. Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri 14 may 2023-cü il tarixində keçiriləcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2023    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!