UEFA AVRO-2024-lə bağlı qərar qəbul etdi .....                        Biz tam eyni tədbirləri görürük və qırmızı xətləri keçmirik - Prezident .....                        Prezident Azərbaycanın uğurlarının səbəbini açıqladı .....                        Ceyhun Bayramov Çexiyadakı çıxışı zamanı geri qaytarılmış kəndlərdən danışdı .....                        Azərbaycan çempionatının qalibi müəyyənləşdi .....                        İtkin düşən qadının meyiti tapıldı .....                        İlham Əliyev quru sərhədləriylə bağlı önəmli açıqlama verdi .....                        Qonşularla əla münasibətlər qura bilmişik - İlham Əliyev .....                        Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək .....                       
8-05-2023, 12:31
İdmançımız Avropa çempionu titulunu qazandı


İdmançımız Avropa çempionu titulunu qazandı

Azərbaycan bodibildinqçisi Vüqar Verdiyev Avropa çempionu olub. O, İspaniyada keçirilən qitə çempionatında bu uğura nail olub. Verdiyev 45-49 yaşlıları arasında +80 kq çəkidə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Təmsilçimiz bununla da ikinci dəfə Avropa çempionu tituluna yiyələnib. Qeyd edək ki, bodibildinq yarışlarında dəfələrlə Azərbaycan çempionu olan veteran idmançı müxtəlif vaxtlarda dünya çempionatının və beynəlxalq turnirlərin də mükafatlarını qazanıb.
8-05-2023, 12:24
Kiyevə çoxsaylı zərbələr endirildi - Yaralılar var


Kiyevə çoxsaylı zərbələr endirildi - Yaralılar var

Rusiya qüvvələri Ukraynanın paytaxtı Kiyev şəhərinə zərbələr endirib. Bu barədə şəhərin meri Vitali Kliçko məlumat verib. "Bu, müharibə başlayandan bəri şəhərimizə edilən ən kütləvi hücumdur. Lakin bütün PUA-ları vurduq. Hava hücumundan müdafiə sistemimiz sayəsində heç kim ölmədi. 5 nəfər yaralanıb, onların həyatına heç bir təhlükə yoxdur", - Kliçko bildirib. Onun sözlərinə görə, evlərə, uşaq bağçalarına və məktəblərə ziyan dəyib. Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
8-05-2023, 12:19
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Mayın 9-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-15° isti, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 21-26° isti, dağlarda gecə 2-7° isti, gündüz 7-12° isti olacaq.
8-05-2023, 11:51
Tərtər və Gəncə hadisələriylə bağlı məhkum edilmiş şəxslər əfv olundu


Tərtər və Gəncə hadisələriylə bağlı məhkum edilmiş şəxslər əfv olundu

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalayıb. Əfv olunanlar arasında Tərtər və Gəncə hadisələri ilə əlaqədar məhkum edilmiş şəxslər də var. Əfv edilənlərdən 5-i Tərtər hadisələri, 3-ü isə 2018-ci ildə baş vermiş Gəncə hadisələri ilə əlaqədar həbs edilənlərdir. Həmin şəxslərin cəzalarının əsas hissəsini çəkdikləri, cəza çəkdikləri müddət ərzində davranışları, ailə vəziyyətləri və sağlamlıqları nəzərə alınaraq əfv edilməsi barədə qərar qəbul edilib. Qeyd edək ki, Sərəncamla 801 məhkum əfv olunub, onlardan 463 şəxs azadlıqdan məhrumetmə cəzasından, 220 şəxs azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.
8-05-2023, 11:39
Bu ölkələrdəki türk vətəndaşlarının səsləri Ankaraya göndərildi


Bu ölkələrdəki türk vətəndaşlarının səsləri Ankaraya göndərildi

Polşa və İspaniyada səs verərək seçkilərdə iştirak edən Türkiyə vətəndaşlarının səsləri Ankaraya göndərilib. Seçki bülletenlərini daşıyan təyyarələr artıq yola çıxıb. Səslərin daşınması diplomatik kuryerlərə həvalə edilib. Hazırda digər ölkələrdə Türkiyə vətəndaşları arasında səsvermə prosesi davam edir. Bəzi ölkələrdə isə proses başa çatdırılıb. Qeyd edək ki, 14 mayda Türkiyədə keçiriləcək parlament və prezident seçkiləri üçün ölkə xaricində səsvermə prosesi 27 aprel tarixindən start götürüb.
8-05-2023, 11:08
Prosesdə Ermənistan səmimi deyil - Çavuşoğlu


Prosesdə Ermənistan səmimi deyil - Çavuşoğlu

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Cənubi Qafqazdakı vəziyyət haqqında danışıb. O, vəziyyətin həssas olduğunu bildirib. "Hazırda Qafqazlarda vəziyyət çox həssasdır. Çünki Ermənistan səmimi davranmır. Prosesdə Ermənistan səmimi deyil", - deyə o söyləyib. Qeyd edək ki, Ermənistanla Türkiyə arasında 44 günlük müharibədən sonra normallaşma prosesi başlayıb. Türkiyə tərəfindən danışıqlar üzrə xüsusi nümayəndə kimi Serdar Kılıç, Ermənistan tərəfdən isə Ruben Rubinyan təyin olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2023    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!