Sübhan İsmayılovAzərbaycanın və azərbaycanlıların ürəyi bu seçkilərdə Ərdoğan üçün döyünürSabah qardaş Türkiyədə keçiriləcək prezident seçkiləri Azərbaycanda görünməmiş həyəcanla izləniləcək. Seçki prosesi eyni zamanda Qərbin, xüsusi ilə qardaş ölkədə sözəbaxan prezident, sözəbaxan iqtidar görmək istəyən ABŞ-ın da xüsusi diqqətindədir.
ABŞ və onun dirijorluğu ilə hərəkət edən bəzi Qərb ölkələri bütün resurları ilə Kılıcdaroğlunu dəstəkləyir, onun Türkiyə prezidenti olması üçün açıq və gizli çabalar göstərirlər.
Azərbaycanın və azərbaycanlıların ürəyi isə bu seçkilərdə Ərdoğan üçün döyünür... Şübhəsiz, Türkiyə bizim vətənimiz, bizim dövlətimizdi.Biz bir xalq - iki dövlətik. Türk xalqının seçimini biz öpüb gözümüz üstünə qoyacağıq. Ancaq və lakın... ürəklərdə Rəcəb Tayyib Ərdoğandı - Ər-do-ğan!!!
Azərbaycanın, azərbaycanlıların sayın Cumuhrbaşkanına bir vəfa borcu var. Azərbaycanın ağır günündə sinəsini Ermənistana dəstək verən dünya güclərinin qarşına verib- “Azərbaycan tək deyil ! ”, ”Mən varam,Türkiyə var ! ” - dediyi üçün... . “ Türkiyə bütün imkanları ilə Azərbaycanın yanındır ! ” dediyi üçün... Silahlı qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “qoy hər kəs kənarda dursun, Ermənistan bizmlə təkbətək qalsın, onda biz gücümüzü hamıya göstərəcəyik” istəyinin reallaşmasına yardımçı olduğü üçün...
...Hamımızın yadındadı, bütün varlığıyla türkçü olan, özünü Atatükün əskəri adalandıran mərhum prezident Əbülfəz Elçibəy mühasirədə qalmış qoca-ahıl kəlbəcərliləri xilas etmək üçün Türkiyədən bir neçə mülki helikopter istəmişdı. O vaxtkı Türkiyə rəhbərləri, ən elementar humanist prinsipləri geri çevirərək “biz müharəbəyə qarışma bilmərik ” bəhanəsiylə bundan imtina etdilər.
Ərdoğan isə 44 günlük müharibə boyu dəfələrlə “Türkiyə silahı ilə, əskəri ilə Azərbaycanın yanındadı” dedi. F-16-larını müharibə zonasına yaxın Gəncədə saxladı və kimsə kənardan müdaxilə edərsə, F-16-lar dərhal havalancaq dedi. Bu mesajı Ali Baş Komandanımız da, barmaq silkələyərək həmin güclərə çatdırdı və hər kəs durduğu yerdəcə qaldı... Və müzəffər Ali Baş Komandanımız cəmi 44 gündən sonra dünyaya qələbə raportu verdi!
Əziz Türkiyəmiz, türk bacı-qardaşlarımız! Biz Cumurbaşkanımıza vəfa borcumuzu yalnız dualar etməklə, ona yenidən Türkiyə prezidenti seçilməsi diləklərimizi çatdırmaqla veririk. Biz Türkiyəmizi güclü, qüdrətli, dunyada söz sahibi - möhtəşəm görmək istəyirik! Türkiyəni bu yerlələrə sahibləndirmiş Rəcəb Tayyib Ərdoğanala davan etməsini istəyirik!
Əminik ki, Türkiyəmizin sabahkı seçimi düşmənləri
məyus, dostları məmnun edəcəkdir!