Ən yüksək bal toplayanlar bu məktəblilərin şagirdləridir .....                        I və IV qrupların imtahan nəticəsi açıqlandı .....                        3 tondan artıq çətənə məhv edildi .....                        Partiyasını buraxan deputat yenidən namizəd oldu .....                        Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü .....                        Paris İrəvandakı eks-səfirinə yeni vəzifə verdi .....                        Ermənistan prezidenti Fransada .....                        III və IV qruplarda rəqabət daha güclü olacaq .....                        Qarabağ Universitetinin yeni dekanı kimdir? .....                       
29-05-2023, 22:53
“Qarabağ” 300-cü ev qələbəsini qazandı


“Qarabağ” 300-cü ev qələbəsini qazandı

“Qarabağ” futbol klubu Azərbaycan çempionatlarında 300-cü ev qələbəsini qazanıb. Bu, Azərbaycan Premyer Liqasının XXXVI turunda baş verib. Ağdam klubu mövsümün son matçında “Turan Tovuz”u 3:1 hesabı ilə məğlub ediblər. Qurban Qurbanovun yetirmələri 1992-ci ildən keçirilən ölkə çempionatlarında 300-cü ev qələbəsini 438-ci oyunda bayram edib. “Qarabağ” bu göstəricidə mütləq rekordçudur. Komandanın ilk ev qələbəsi 1992-ci mayın 6-da qeydə alınıb.
29-05-2023, 22:19
Mehriban Əliyevaya 8-ci dan Fəxri Qara kəmər və sertifikatı təqdim olundu


Mehriban Əliyevaya 8-ci dan Fəxri Qara kəmər və sertifikatı təqdim olundu

Bu gün Bakıda taekvondo üzrə 26-cı dünya çempionatının açılış mərasimi olub. Mərasimdən əvvəl Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çu ilə görüşüblər. Çunqvon Çu Mehriban Əliyevaya 8-ci dan Fəxri Qara kəmər və sertifikatını təqdim edib.



29-05-2023, 21:20
Qayıq batması nəticəsində 50 nəfər itkin düşdü


Qayıq batması nəticəsində 50 nəfər itkin düşdü

Qananın Bono vilayətində həddindən artıq yüklənmiş qayıq batıb. Qayığın batması nəticəsində 1 nəfər ölüb, 50 nəfər itkin düşüb. Bildirilir ki, qayıq çaydakı ağac kötüyü ilə toqquşduqdan sonra çevirilib. 1 nəfərin cansız cəsədi tapılıb, 2 nəfər xilas edilib, 50 nəfərin isə itkin düşdüyünü açıqlanıb.
29-05-2023, 19:39
Ukrayna Ali Radası Gürcüstanın adının dəyişdirilməsiylə bağlı qanun qəbul etdi


Ukrayna Ali Radası Gürcüstanın adının dəyişdirilməsiylə bağlı qanun qəbul etdi

Ukrayna Ali Radası Gürcüstanın adının dəyişdirilməsi ilə bağlı qanun layihəsi qəbul edib. Qərara əsasən, rəsmi sənədlərdə, ünsiyyətdə və kütləvi informasiya vasitələrində "Gürcüstan" əvəzinə "Sakartvelo" adlandırılacaq. Qanun layihəsinin təşəbbüskarları “Avropa Həmrəyliyi”, “Qolos”, “Batkivşina” və prezident Volodimir Zelenskinin “Xalqın xidmətçisi” partiyası olub. Qeyd edək ki, bir neçə il əvvəl Litva da analoji qərar qəbul edib və rəsmi sənədlərdə "Sakartvelo" (Gürcülər ölkəsi) adından istifadə edir. Buna cavab olaraq Gürcüstan parlamenti Litvanın adının "Lietuva"ya dəyişdirilməsi haqqında qanun qəbul edib.
29-05-2023, 19:23
Niaqara şəlaləsi bayrağımızın rəngləri ilə işıqlandırıldı


Niaqara şəlaləsi bayrağımızın rəngləri ilə işıqlandırıldı

ABŞ-la Kanada arasında yerləşən dünyaca məşhur Niaqara şəlaləsi 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, ABŞ-da fəaliyyət göstərən Birləşmiş Ştatların Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) və Kanadada fəaliyyət göstərən “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı əsasında ABŞ vaxtı ilə saat 22:30-da baş tutan bu möhtəşəm hadisə ərazidə olan yerli sakinlərin və turistlərin diqqətini çəlb edib. ACMA üzvləri və Kanadada yaşayan soydaşlarımız Azərbaycan bayraqlarını dalğalandıraraq hadisəni izləyiblər. Həmvətənlərimiz xalqımızın birlik və həmrəyliyinin rəmzi olan “Yallı” milli rəqsimizin sədaları altında rəqs edib, bayram sevinclərini şəlalənin füsünkar görüntüsünün fonunda foto çəkdirən ziyarətçilərlə bölüşüblər. Aksiya ilə maraqlananlara Azərbaycanın Müstəqillik Günü haqqında məlumat verilib. Niaqara şəlaləsi ABŞ vaxtı ilə səhər saatlarına qədər Azərbaycanın dövlət bayrağının parlaq rəngləri ilə işıqlandırılıb.

29-05-2023, 19:16
İlham Əliyev xanımı ilə dünya çempionatının açılışında iştirak etdi


İlham Əliyev xanımı ilə dünya çempionatının açılışında iştirak etdi

Mayın 29-da Bakıda taekvondo üzrə 26-cı dünya çempionatının açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbiri izləyiblər. Taekvondo üzrə dünya çempionatının açılışını izləmək üçün dövlət başçısı və birinci xanım “Baku Crystal Hall”a gəldilər. Əvvəlcə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çu ilə görüşdülər. Çunqvon Çu birinci xanım Mehriban Əliyevaya 8-ci dan Fəxri Qara kəmər və sertifikatını təqdim etdi. Dövlət başçısı və birinci xanım Dünya Taekvondo Federasiyasının prezidenti ilə söhbət etdilər. Sonra taekvondo üzrə 26-cı dünya çempionatının açılış mərasimi keçirildi. Açılış mərasimində əvvəlcə iştirakçı komandaların paradı oldu. Sonra Dünya Taekvondo Federasiyasının himninin sədaları altında qurumun bayrağı səhnəyə gətirildi. Daha sonra Azərbaycan Respublikasının Dövlət Bayrağı səhnəyə gətirildi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra hakimlər, idmançılar və məşqçilərin andiçmə mərasimi oldu. Bu andlar bütün iştirakçılara və tamaşaçılara sağlam rəqabət, ədalətli hakimlik və idmanda ədalət prinsipinə və ideallarına riayət edilməsinin ən yüksək prioritet olduğunu bir daha xatırladıb. Mərasimdə çıxış edən Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çu Bakıda olmaqdan və dünya çempionatının Azərbaycanda keçirilməsindən məmnunluğunu bildirdi. Pandemiyadan sonra taekvondo yarışlarının keçirilməsinin önəmini xüsusi vurğulayan Çunqvon Çu dedi: “Bakıya - taekvondonun evinə qayıtmaq çox xoşdur. Bakını taekvondonun evi adlandırmaq ona görədir ki, uzun illər ərzində Azərbaycanda müxtəlif taekvondo tədbirləri təşkil olunub. Azərbaycan, həmçinin parataekvondonun yarandığı ölkədir. Sonralar parataekvondo daha da populyarlaşaraq Paralimpiya Oyunlarının proqramına salınıb”. Azərbaycan Prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı nəticəsində taekvondonun ölkəmizdə geniş populyarlıq qazandığını vurğulayan Çunqvon Çu bildirdi ki, bu diqqət nəticəsində illər ərzində Azərbaycan taekvondoçuları müxtəlif yarışlarda medallar qazanıblar. Prezident İlham Əliyevin Dünya Taekvondosunun 6-cı dan Fəxri Qara kəmər və sertifikatı ilə təltif olunduğunu xatırladan Çunqvon Çu Birinci-vitse prezident Mehriban xanım Əliyevanın da 8-ci dan Fəxri Qara kəmər və sertifikatı ilə təltif edilməsindən məmnunluğunu ifadə etdi. O, Bakıda keçirilən 26-cı dünya çempionatının tarixdə uğurlu və mötəbər tədbir kimi qalacağına ümidvar olduğunu bildirdi. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax videomüraciətində 50 il əvvəl 17 üzv assosiasiya ilə fəaliyyətə başlayan Dünya Taekvondo Federasiyasının hazırda 213 üzvü əhatə edərək dünyanın ən böyük idman federasiyalarından birinə çevrildiyini dedi. Taekvondonun 2000-ci ildən Olimpiya idman növü olduğunu vurğulayan T.Bax qurumun ötən müddətdə Çunqvon Çunun rəhbərliyi ilə sürətli inkişaf yolu keçərək, həm taekvondonu, həm də idman dəyərlərini müvəffəqiyyətlə təbliğ etdiyini bildirdi. O, Taekvondo Humanitar Fondunun da dünyada qaçqınların idmana cəlb olunmasında mühüm rol oynadığını dedi, federasiyanın Beynəlxalq Olimpiya Komitəsi ilə birlikdə Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə sanballı töhfələr verdiyini diqqətə çatdırdı. Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov çıxışında taekvondoçularımızın mötəbər beynəlxalq yarışlarda uğurlu çıxışları, iradə və əzmkarlıqları ilə zirvələri fəth etdiklərini vurğuladı. Qeyd etdi ki, məhz bunun nəticəsində taekvondo respublikamızda geniş populyarlıq qazanıb və gənclərimizdə idmanın bu növünə dərin maraq yaranıb. K.Heydərov 100 illik yubileyinin geniş qeyd olunduğu Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə idmana daim yüksək diqqət və qayğı göstərdiyini xatırlatdı. Bildirdi ki, bu siyasəti uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə 50-yə yaxın Olimpiya İdman Kompleksi inşa olunub. Hazırda Azərbaycan beynəlxalq idman aləmində nüfuzlu idman ölkəsi kimi tanınır. Azərbaycanda irimiqyaslı yarışların təşkilinin artıq ənənəyə çevrildiyini, ölkəmizin dünya, Avropa çempionatlarına, I Avropa və IV İslam Həmrəyliyi oyunlarına uğurla ev sahibliyi etdiyini vurğulayan federasiya prezidenti dünya çempionatının təşkilini və Dünya Taekvondosunun 50 illiyinin qeyd olunmasını Azərbaycana həvalə etdiyi üçün Dünya Taekvondo Federasiyasının rəhbərliyinə təşəkkürünü bildirdi. O, həm iştirakçı ölkələrin, həm də idmançıların sayına görə rekord göstəricinin qeydə alındığı bu çempionatın Bakıda keçirilməsinin taekvondonun Azərbaycanda təbliği işinə böyük təkan verəcəyini dedi. Sonra Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov taekvondo üzrə 26-cı dünya çempionatını açıq elan etdi. Açılış mərasimində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Ümummilli Liderin, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ölkəmizdə idmanın inkişafına diqqət və qayğısını əks etdirən film nümayiş olundu. Dünya çempionatının açılış mərasimi bədii hissə ilə davam etdi.









29-05-2023, 19:07
Müdafiə Nazirliyindən məlumat - Emənilər növbəti təxribata əl atdılar


Müdafiə Nazirliyindən məlumat - Emənilər növbəti təxribata əl atdılar

Mayın 29-u Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Ağdam, Xocavənd, Şuşa, Laçın və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan mühəndis işləri dərhal dayandırılıb.
29-05-2023, 17:55
Ukraynanın bərpasına 400 milyon dollar lazım olacaq


Ukraynanın bərpasına 400 milyon dollar lazım olacaq

Ukraynaya müharibədən sonra bərpa üçün 400 milyard dollar lazım olacaq. Bunu Ukraynanın icmaların, ərazilərin və infrastrukturun inkişafı nazirinin müavini Sergey Derkaç deyib. "Dünya Bankı hesablayıb ki, Ukraynaya müharibə nəticəsində dəymiş zərər 130 milyard dolları ötüb. Yenidənqurma üçün bizə 400 milyard dollardan çox lazım olacaq. Bu zərərlər hər gün yetirilir", - nazir müavini bildirib. Onun sözlərinə görə, Ukraynada mülki infrastruktur daha çox zərər görüb: "8 milyondan çox insan ölkəni tərk edib. Ölkəmizdə 6 milyon daxili köçkün var. Əsas vəzifəmiz bütün insanları evlərinə qaytarmaqdır. Lakin onları evlərinə qaytarmaq üçün bizə yaxşı yollar, sərhəd keçid məntəqələri, buraxılış imkanları lazımdır, onların evlərini bərpa etməliyik. Bütün bu obyektlər müharibə bitəndə deyil, elə indi bərpa olunmalıdır".
29-05-2023, 17:38
Paşinyan yenidən Moskvaya işgüzar səfərə gedir


Paşinyan yenidən Moskvaya işgüzar səfərə gedir

Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 7-9-da yenidən Moskvaya işgüzar səfərə gedəcək. Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktor müavini Sergey Paltov jurnalistlərə bildirib. "Onu Rusiya Federasiyası Nazirlər Kabinetinin rəhbəri Mixail Mişustin qəbul edəcək", - Paltov deyib. Qeyd edək ki, Nikol Paşinyan sonuncu dəfə mayın 25-də Moskvada olmuşdu.
29-05-2023, 16:13
"Çelsi" klubunun yeni baş məşqçisi bəlli oldu


"Çelsi" klubunun yeni baş məşqçisi bəlli oldu

İngiltərənin "Çelsi" klubunun yeni baş məşqçisi bəlli olub. "Zadəganlar" Mauritsio Poçettinoya tapşırılıb. Argentinalı mütəxəssislə 2+1 illik müqavilə imzalanıb. Qeyd edək ki, Mauritsio Poçettino son olaraq 2021/2022 mövsümündə Fransanın PSJ klubunun sükanı arxasında olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2023    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!