Kanaldan tapılan meyitin kimliyi məlum oldu .....                        COP29 dialoqlarına həsr olunmuş film nümayiş edilib .....                        İlham Əliyev Rusiyaya getdi - FOTO .....                        Ötərxan Eltacın “SƏBRİN İNTİQAMI” adlı kitabı işıq üzü görüb. .....                        İranın İsraillə birbaşa qarşıdurma planları .....                        İsraildə terror - 1 ölü, 9 yaralı .....                        Mayis Bərxudarov vəzifəsindən azad edildi .....                        Qəzzada ölənlərin sayı 42 min nəfərə çatır .....                        Dövlət qulluğu imtahanı keçirilib .....                       
5-05-2023, 23:19
Türkiyədə bina çökdü - Ölən var


Türkiyədə bina çökdü - Ölən var

Türkiyənin Malatya vilayətində zəlzələ zamanı qəzalı vəziyyətə düşən bina çöküb. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Fevral ayında baş verən zəlzələdə zədələnən 3 mərtəbəli binanın çökməsi nəticəsində 1 nəfər ölüb. Bölgəyə xilasetmə, tibb və polis qrupları gətirilib. Xilasetmə işləri artıq başa çatıb.
5-05-2023, 22:34
Çavuşoğlu: “Paşinyanın təyyarəsi üçün də, VİP-lər üçün də bağlamışıq, inciməsinlər”


Çavuşoğlu: “Paşinyanın təyyarəsi üçün də, VİP-lər üçün də bağlamışıq, inciməsinlər”

Türkiyə Baş nazir Nikol Paşinyana xidmət edən təyyarə daxil olmaqla, Ermənistanın VIP təyyarələri ilə üçüncü ölkələrə uçuşlar üçün öz hava məkanını bağlayıb. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. “Türkiyənin hava məkanından hər gün uçuşlar edilirdi. İndi biz Paşinyanın təyyarəsi üçün də, VİP-lər üçün də bağlamışıq, bizdən inciməsinlər. Yalnız Ermənistan parlamentinin spikeri gəldi. QDİƏT-in iclasına biz sammitə ev sahibliyi etdik, ona görə də təşkilat üzvü üçün hava məkanını bağlamaq mümkün olmadı”, - Çavuşoğlu qeyd edib.
5-05-2023, 21:46
Paşinyan “Nemezis” abidəsi ilə bağlı qərarın yanlış verildiyini bildirdi


Paşinyan “Nemezis” abidəsi ilə bağlı qərarın yanlış verildiyini bildirdi

Ermənistanın Baş naziri Nikol Paşinyan “Nemezis” abidəsi ilə bağlı yanlış qərar verildiyini bildirib. O, bu barədə “Azadlıq” radiosuna müsahibəsində danışıb. Paşinyan abidənin ucaldılması qərarını hökumətin vermədiyini diqqətə çatdırıb. “Bu qərarı hökumət verməyib və demokratiyanın çatışmazlıqlarından biri odur ki, hökumət və ya hökumət başçısı heç də hər şeyə, hər kəsə nəzarət etmir. Mənim fikrimi bilmək istəyirsinizsə, o zaman hesab edirəm ki, yanlış qərar verilib”, - Paşinyan vurğulayıb. Qeyd edək ki, abidənin açılışından sonra Türkiyə Ermənistan üçün hava məkanını bağlayıb.
5-05-2023, 21:17
Xalq artistinin oğlu vəfat etdi - Nəşinə sahib çıxan olmadı


Xalq artistinin oğlu vəfat etdi - Nəşinə sahib çıxan olmadı

Mərhum Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslanov vəfat edib. O, 5 gün öncə dünyasını dəyişib. Onun bir neçə gün əvvəl Maştağa qəsəbəsində yerləşən Respublika Narkoloji Mərkəzində vəfat etməsi məlum olub. Həmin vaxt mərkəz əməkdaşları Ç.Aslanovun yaxınlarını axtarsa da, heç kimi tapa bilməyiblər. Daha sonra Ç.Aslanovun nəşi ərazi üzrə Sabunçu Tibb Mərkəzinin morquna təhvil verilib. Qeyd edək ki, Çingiz Aslanov tüfeyli həyat tərzi yaşayırdı. Onun küçələrdə gecələməsi ilə bağlı dəfələrlə görüntülər yayılıb. Ç.Aslanov 2021-ci ildə sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdirilsə də, öz istəyi ilə oranı tərk etmişdi.
5-05-2023, 20:43
Sülhə hazıram, amma müharibə üçün bunu deyə bilmərəm - Paşinyan


Sülhə hazıram, amma müharibə üçün bunu deyə bilmərəm - Paşinyan

"Mən sülhə hazıram, ancaq müharibəyə hazır olduğumu deyə bilmərəm". Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Çexiyada erməni icması ilə görüşündə deyib. O qeyd edib ki, istənilən ölkə müharibəyə hazır olmalıdır. "Mən dövlət başçısıyam və müharibəyə hazır olduğumu deyə bilmərəm, çünki məlum olacaq ki, biz müharibəyə hazırlaşırıq. Bu isə hərbi-siyasi vəziyyətə təsir edə bilər", - Paşinyan bildirib.
5-05-2023, 20:18
Çavuşoğlu 4 ölkənin XİN başçılarının görüşəcəyi tarixi açıqladı


Çavuşoğlu 4 ölkənin XİN başçılarının görüşəcəyi tarixi açıqladı

Türkiyə, Rusiya, Suriya və İran xarici işlər nazirlərinin görüşü mayın 10-da baş tutacaq. Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib. O qeyd edib ki, görüş Moskvada keçiriləcək. Görüş tarixini Rusiya tərəfi təsdiqləyib. Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla da ikitərəfli görüş keçirəcəyini qeyd edib.
5-05-2023, 19:33
İlham Əliyev Füzulidə təməli qoyulan su sistemləri kompleksiylə tanış olub


İlham Əliyev Füzulidə təməli qoyulan su sistemləri kompleksiylə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Füzuli şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməlini qoyub. Dövlət başçısına layihə haqqında məlumat verilib. Bildirilib ki, layihə 2040-cı ilədək perspektiv inkişaf nəzərə alınmaqla Füzuli şəhərində 50 min nəfərin içməli su təchizatı yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində 15 subartezian quyusunun qazılması, uzunluğu 10,7 kilometr olan magistral su kəmərinin, tullantı sutəmizləyici qurğunun inşası, eyni zamanda, ümumi uzunluğu 103 kilometr olan su şəbəkəsinin qurulması və digər işlərin görülməsi nəzərdə tutulur. Birinci mərhələdə 17 min kubmetr tutumu olan su anbarının inşası planlaşdırılıb. Bu anbar şəhər əhalisinin təxminən 80 faizini içməli su ilə təmin edəcək. İkinci mərhələdə isə Füzuli şəhərinin əhalisinin qalan 20 faizinə xidmət göstərən, tutumu 5 min kubmetr olan su anbarı inşa ediləcək. Dövlət başçısı kompleksin təməlini qoyub.
5-05-2023, 19:08
Azərbaycan qürur mənbəyimizdir


Azərbaycan qürur mənbəyimizdir

Qüdrətli və qalib Azərbaycan qürur mənbəyimizdir“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində mayın 4-də YAP Şabran rayon təşkilatı tərəfindən tədbir keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.
Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov bildirib ki, dövlət müstəqilliyi fenomenal şəxsiyyət Heydər Əliyevin bizə bəxş etdiyi milli sərvətdir. Bu sərvətin dəyəri illər keçdikcə daha dərindən dərk olunur. Müstəqilliyimizin ilk illərində Azərbaycan böyük faciələrlə, çətinliklərlə üz-üzə qalsa da, 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı və davamlı uğurlara yol açılması bu gün harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı tərəfindən böyük qürur hissi ilə xatırlanır, gələcəyimizin daha parlaq, işıqlı olacağına böyük əminlik yaradır.

Çıxış edən YAP Veteranlar Şurasının üzvü, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsiplərin Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən olunduğunu diqqətə çatdırıb. Söyləyib ki, dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada dayanan Ümummilli Lider Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynayıb. Münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirdi.

Tədbirdə çıxış edən YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Ulu Öndərin torpaq, Vətən sevgisindən irəli gələn addımlarından, dövlətimiz, xalqımız qarşısında xidmətlərindən geniş bəhs edərək bildirib ki, dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan ümummilli lider Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycanın dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir.

Şəhid Seyfəddin Balağayevin anası Besxanım Balağayeva və Vətən müharibəsi iştirakçısı Murad Bayramov çıxış edərək Ulu Öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında müstəsna xidmətlərindən, Onun siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs ediblər. Bir daha qeyd olunub ki, güclü, qüdrətli, qalib Azərbaycan hər birimizin qürur mənbəyidir.
Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar, partiya sıralarına yeni qoşulan gənclərə isə üzvlük vəsiqələri təqdim edilib.

Sonda xatirə şəkili çəkdirilib.
5-05-2023, 19:07
Ukraynaya 1 milyard avro ayrılması təsdiq olundu


Ukraynaya 1 milyard avro ayrılması təsdiq olundu

Avropa İttifaqı Sülh Fondu çərçivəsində Ukraynaya sursat alınması üçün 1 milyard avro ayrılmasını təsdiqləyib. Bu barədə Avropa İttifaqı Şurasının mətbuat xidməti məlumat yayıb. Bu vəsaitlə Ukraynaya 155 mm çaplı artilleriya mərmiləri və sifariş əsasında raketlər veriləcək. Sursatlar Aİ-yə üzv dövlətlər tərəfindən birgə alınacaq. “Əvvəlki qərarla birlikdə biz bu məqsədlə 2 milyard avro ayırırıq, Aİ-nin Ukraynaya ümumi hərbi dəstəyini 5,6 milyard avroya çatdırırıq”, - Aİ-nin baş diplomatı Cosep Borrell bildirib.
5-05-2023, 18:41
Prezidentlə xanımı Pirəhmədli kəndinin təməlqoma mərasimində iştirak etdi


Prezidentlə xanımı Pirəhmədli kəndinin təməlqoma mərasimində iştirak etdi

Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunun Pirəhmədli kəndinin təməlinin qoyulması mərasimində iştirak ediblər. Dövlətimizin başçısına və birinci xanıma kənddə görüləcək işlər barədə məlumat verilib. Bildirilib ki, Pirəhmədli kəndinin layihələndirilən ümumi ərazisi 178 hektardır. Kəndə 2 min 369 nəfərin köçürülməsi planlaşdırılıb. Burada ümumilikdə 565 fərdi ev tikiləcək və hər bir evin həyətyanı sahəsi 1200 kvadratmetr olacaq. Məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 70,3 hektar torpaq sahəsi ayrılıb. Bu mərhələdə kənddə 280 fərdi evin tikilməsi nəzərdə tutulur. Kənddə çoxfunksiyalı inzibati binanın, mehmanxana və kafe-restoranın, məscid və mərasim evinin, yanacaq doldurma məntəqəsinin, aptekin, idman klubunun, ailə sağlamlıq mərkəzinin, 480 yerlik orta məktəbin, 80 yerlik 2 uşaq bağçasının, istirahət və yaşıllıq zonalarının, klub-icma mərkəzinin və kitabxananın, ticarət obyektinin, bazarın, rabitə qovşağının tikintisi planlaşdırılıb. Diqqətə çatdırılıb ki, kənd tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib. Enerjiyə qənaət etmək məqsədilə alternativ enerjidən istifadə və istilik tutumlu evlərin layihələndirilməsi nəzərdə tutulub. Tikinti işlərinin 2025-ci ilin noyabrında başa çatdırılması planlaşdırılır. Prezident İlham Əliyev Pirəhmədli kəndinin təməlini qoyub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2023    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!