Ən yüksək bal toplayanlar bu məktəblilərin şagirdləridir .....                        I və IV qrupların imtahan nəticəsi açıqlandı .....                        3 tondan artıq çətənə məhv edildi .....                        Partiyasını buraxan deputat yenidən namizəd oldu .....                        Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü .....                        Paris İrəvandakı eks-səfirinə yeni vəzifə verdi .....                        Ermənistan prezidenti Fransada .....                        III və IV qruplarda rəqabət daha güclü olacaq .....                        Qarabağ Universitetinin yeni dekanı kimdir? .....                       
7-05-2023, 14:06
ABŞ Türkiyəyə təklif etdi: S-400 zenit raket kompleksi Ukraynaya göndərilsin


ABŞ Türkiyəyə təklif etdi: S-400 zenit raket kompleksi Ukraynaya göndərilsin

ABŞ Türkiyəyə S-400 zenit raket kompleksini Ukraynaya göndərməyi təklif edib. Bu barədə Türkiyənin xarici işlər nazi Mövlud Çavuşoğlu "Haberturk" telekanalına müsahibəsində bildirib. “Bizə S-400-ə özlərinin nəzarət etməsini təklif etdilər. Bu, bizim müstəqilliyimizə müdaxilədir. Hətta bizə S-400-ü Ukraynaya göndərmək də təklif olundu, bizə bununla razılaşmadıq, imtina etdik. Biz onları öz ehtiyaclarımız üçün almışıq”, - deyə XİN başçısı vurğulayıb.
7-05-2023, 13:42
Şəmkir sakini ov tüfəngiylə özünü öldürdü


Şəmkir sakini ov tüfəngiylə özünü öldürdü

Şəmkir sakini intihar edib. Hadisə rayonun Qapanlı kəndində baş verib. Məlumata görə, kənd sakini Cəfər Camalov yaşadığı evdə ov tüfəngindən atəş açaraq özünü öldürüb. İntiharın səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
7-05-2023, 13:24
Kılıçdaroğlunun təqdim etdiyi xəritə birmənalı qarşılanmadı


Kılıçdaroğlunun təqdim etdiyi xəritə birmənalı qarşılanmadı

Türkiyə müxalifətinin təmsil olunduğu "Millət İttifaqı"nın prezidentliyə vahid namizədi, CHP lideri Kamal Kılıçdaroğlu seçkiöncəsi “böyük layihə” adı altında video müraciət yayıb. Sözügedən videoda Kılıçdaroğlunun prezident seçiləcəyi təqdirdə canlandıracağını vəd etdiyi “Yeni İpək Yolu” haqqında xəritə əks olunub. Prezidentliyə namizədin təqdim etdiyi xəritə birmənalı qarşılanmayıb. Belə ki, Kılıçdaroğlunun vəd etdiyi “Yeni İpək Yolu” layihəsinin Azərbaycandan keçməməsi həm Türkiyədə, həm də Azərbaycanda etiraz doğurub. Məlumat üçün bildirək ki, xəritədə 5,5 min kilometrlik quru yolu İran (Təbriz və Tehran), Türkmənistan (Aşqabad), Özbəkistan (Daşkənd) və Qazaxıstandan (Almatı) keçərək Çinə birləşir. Bununla da Kılıçdaroğlu "Yeni İpək Yolu" layihəsində Azərbaycanın yer almadığını nümayiş etdirib. CHP-nin hazırkı deputatı Atilla Sertel saytımıza açıqlamasında bildirib ki, "Millət ittifaqı" hakimiyyətə gəldikdən sonra Azərbaycanla əlaqələrdə dəyişiklik olmayacaq. “Məlum video partiya sədri tərəfindən ötən gün axşam saatlarına paylaşılıb. Mən də sizin bildiyiniz qədər məlumatlıyam. Bildirim ki, partiya hakimiyyətə gəldikdən sonra Azərbaycanla əlaqələr həmişəki kimi olacaq. İndikindən güclü olaraq qalacaq”, - deputat vurğulayıb.
7-05-2023, 12:17
İkinci erməni inqilabını həyata keçirməliyik - Deputat


İkinci erməni inqilabını həyata keçirməliyik - Deputat

Ermənistan parlamentinin deputatı Andranik Tevanyan xalqı inqilaba çağırıb. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. “Biz ikinci erməni inqilabını həyata keçirməliyik. Ölkədə klassik mənada inqilab cəmi bir dəfə baş verdi”, - deyən Tevanyanın fikrincə, seçkiqabağı rüşvətxorluq, talançılıq, bizneslə siyasətin birləşməsi xalqın dövlətdən uzaqlaşmasına səbəb olub. O, 2018-ci ildə küçələrə çıxanların haqlı olub-olmadığını da toxunub. Bildirib ki, xalq yalnız o adamları (Paşinyanı nəzərdə tutur-red) seçməkdə səhv edib, həmin şəxslər indi Ermənistanı məhvə aparır. “Ona görə də, ikinci əsl erməni inqilabını həyata keçirməli və əsl ədaləti təmin etməliyik”, - deputat söyləyib.
7-05-2023, 11:52
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Cənub küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-15° isti, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 22-27° isti, dağlarda gecə 2-7° isti, gündüz 7-12° isti olacaq.
7-05-2023, 11:04
Ukrayna prezidentindən əks-hücumla bağlı anons


Ukrayna prezidentindən əks-hücumla bağlı anons

Ukrayna ordusu müttəfiqlərlə razılaşdırılmış bütün silahları alanda əks-hücuma hazır olacaq. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. Onun sözlərinə görə, Ukrayna müttəfiqlərlə razılaşdırılmış silahları aldıqdan sonra hücuma keçməyə hazır olacaq: “Vaxt hava şəraitindən asılı ola bilər, çünki cəbhə xətti boyunca yer mövsümi olaraq nəmdir. Böyük maneələrdən xəbərdar olan Ukrayna rəsmiləri Qərbdəki havadarlarından əlavə silah tələb etməkdə davam edir”.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2023    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!