Azərbaycanlı yazıçı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru seçilib - FOTO .....                        Bakıda marketdə soyğunçuluq edilib - VİDEO .....                        ABŞ-ın Terrorla Mübarizə Milli Mərkəzinin direktoru istefa verdi - İranla müharibəyə görə .....                        İran Futbol Federasiyası FİFA-ya müraciət etdi .....                        "Neftçi" - "Qarabağ" oyununun tarixi AÇIQLANDI .....                        Yeraltı “raket şəhərləri” – İran Keşmdə nələr gizlədir... .....                        Təcridxanaya ayaqqabıda narkotik keçirmək istədilər .....                        "Bəsic"in 300 üzvü öldürülüb - KİV .....                        Prezident nazirlikdə müavinlərin sayını artırdı .....                       
Tarix : 7-05-2023, 13:24
Kılıçdaroğlunun təqdim etdiyi xəritə birmənalı qarşılanmadı


Kılıçdaroğlunun təqdim etdiyi xəritə birmənalı qarşılanmadı

Türkiyə müxalifətinin təmsil olunduğu "Millət İttifaqı"nın prezidentliyə vahid namizədi, CHP lideri Kamal Kılıçdaroğlu seçkiöncəsi “böyük layihə” adı altında video müraciət yayıb. Sözügedən videoda Kılıçdaroğlunun prezident seçiləcəyi təqdirdə canlandıracağını vəd etdiyi “Yeni İpək Yolu” haqqında xəritə əks olunub. Prezidentliyə namizədin təqdim etdiyi xəritə birmənalı qarşılanmayıb. Belə ki, Kılıçdaroğlunun vəd etdiyi “Yeni İpək Yolu” layihəsinin Azərbaycandan keçməməsi həm Türkiyədə, həm də Azərbaycanda etiraz doğurub. Məlumat üçün bildirək ki, xəritədə 5,5 min kilometrlik quru yolu İran (Təbriz və Tehran), Türkmənistan (Aşqabad), Özbəkistan (Daşkənd) və Qazaxıstandan (Almatı) keçərək Çinə birləşir. Bununla da Kılıçdaroğlu "Yeni İpək Yolu" layihəsində Azərbaycanın yer almadığını nümayiş etdirib. CHP-nin hazırkı deputatı Atilla Sertel saytımıza açıqlamasında bildirib ki, "Millət ittifaqı" hakimiyyətə gəldikdən sonra Azərbaycanla əlaqələrdə dəyişiklik olmayacaq. “Məlum video partiya sədri tərəfindən ötən gün axşam saatlarına paylaşılıb. Mən də sizin bildiyiniz qədər məlumatlıyam. Bildirim ki, partiya hakimiyyətə gəldikdən sonra Azərbaycanla əlaqələr həmişəki kimi olacaq. İndikindən güclü olaraq qalacaq”, - deputat vurğulayıb.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!