TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
24-05-2023, 21:43
Gədəbəydə partlayış baş verdi - Yaralı var


Gədəbəydə partlayış baş verdi - Yaralı var

Gədəbəydə partlayış baş verib. Hadisə rayonun Arıqdam kəndində qeydə alınıb. 1950-ci il təvəllüdlü Rahilə Quliyeva yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Qadına tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bidlirilir. Məlumata görə qadın yaşadığı evdə qaz partlaması nəticəsində xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
24-05-2023, 20:55
Prezident seçkilərinin ikinci turunda xaricdə səs verənlərin sayı 18% artıb


Prezident seçkilərinin ikinci turunda xaricdə səs verənlərin sayı 18% artıb

Türkiyənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərində və sərhəd-buraxılış məntəqələrində səs verənlərin sayı 1 milyon 839 min 488 nəfər olub. Bu barədə Türkiyə Ali Seçki Komissiyası məlumat yayıb. Bildirilir ki, prezident seçkilərinin ikinci turunda xaricdə səs verənlərin sayı ilk turdakından 18% çox olub. Belə ki, seçkilərin birinci turunda ölkə xaricində və sərhəd-buraxılış məntəqələrində 1 milyon 839 min 470 səs verib. Üstəlik ilk turda xaricdə səsvermə müddəti 13 gün olub. Qeyd edək ki, xaricdəki nümayəndəliklərdə səsvermə proseduru mayın 24-də, sərhəd-buraxılış məntəqələrində isə mayın 28-i saat 17.00-dək davam edəcək.
24-05-2023, 20:18
Paşinyan Rusiyaya səfər etdi


Paşinyan Rusiyaya səfər etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya səfər edib. Bu barədə Ermənistan hökuməti məlumat yayıb. O, mayın 25-də Moskvada Avrasiya İqtisadi Şurasının növbəti sessiyasında iştirak edəcək. Səfər çərçivəsində Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçiriləcək. Bundan əlavə, Ermənistanın Baş nazirinin Rusiya Federasiyası Prezidenti və Azərbaycan Prezidenti ilə üçtərəfli görüşü nəzərdə tutulub.
24-05-2023, 18:38
Paşinyan Zaxarovaya cavab verdi


Paşinyan Zaxarovaya cavab verdi

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovaya cavab verib. Bu barədə o, parlamentin bu gün keçirilən iclasında danışıb. Paşinyan deyib ki, Zaxarova onun həmsöhbəti ola bilməz: "Mənim həmsöhbətlərim Rusiya Federasiyasının Prezidenti və Baş naziridir. Hörmətli və dost Rusiyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi mənim sözlərimi şərh edə bilməz, yalnız onları nəzərə ala bilər”. Xatırladaq ki, Zaxarova Paşinyanın KTMT ilə bağlı açıqlamalarının qarışıq reaksiyalara səbəb olduğunu bildirib.
24-05-2023, 18:26
KTMT Ermənistana monitorinq missiyası göndərməyə hazırdır - Paşinyan


KTMT Ermənistana monitorinq missiyası göndərməyə hazırdır - Paşinyan

KTMT Ermənistana monitorinq missiyası göndərməyə hazırdır. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə deputatların suallarını cavablandırarkən deyib. O bildirib ki, təşkilat Ermənistana təxminən 30 nəfərdən ibarət missiya göndərmək istəyir. Bundan əlavə, Paşinyan bir daha Azərbaycanın 86.6 min kvadratkilometr ərazisini tanımağa hazır olduğunu bəyan edib.
24-05-2023, 17:50
Nazirlik məsələsi hökumət qurulmadan danışılacaq bir məsələ deyil - Özdağ


Nazirlik məsələsi hökumət qurulmadan danışılacaq bir məsələ deyil - Özdağ

Zəfər Partiyasının sədri Ümit Özdağ "Millət İttifaqı"nın namizədi Kemal Kılıçdaroğlunun prezident seçiləcəyi təqdirdə daxili işlər naziri postunu tutacağı barədə müzakirələrə aydınlıq gətirib. O, məsələnin hökumət formalaşdırılmadan danışılmasını doğru saymadığını bildirib. "Nazirlik məsələsi hökumət qurulmadan danışılacaq bir məsələ deyil. Amma deyim ki, mən bu postu istəyərəm", - o əlavə edib.
24-05-2023, 17:22
Anklavlar mövzusu siyasi platformada çoxdan mövcuddur, lakin.. - Paşinyan


Anklavlar mövzusu siyasi platformada çoxdan mövcuddur, lakin.. - Paşinyan

"Hələ heç nə qərarlaşdırılmayıb". Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin iclasında anklav məsələsindən danışarkən deyib. Baş nazir çıxışı zamanı Ermənistan-Azərbaycan prosesində anklavlar məsələsinin həllinin mümkün yollarını açıqlayıb. "İndiyə qədər heç bir qərar verilməyib, bəzi ideyalar var. Anklavlar mövzusu siyasi platformada çoxdan mövcuddur, Münhen və Brüsseldə keçirilən görüşlərdə bu məsələ qaldırılıb. Lakin bir çox incəliklər və hüquqi aspektlər var", - deyə Paşinyan bildirib.
24-05-2023, 16:44
Türkiyənin məşhur müğənnisi səsini Kılıçdaroğluna verdi


Türkiyənin məşhur müğənnisi səsini Kılıçdaroğluna verdi

Türkiyəli məşhur müğənni Tarkan prezident seçkilərinin ikinci turunda səsvermə hüququndan istifadə edib. Sənətçi bu barədə twitter səhifəsində paylaşım edib. "Mən səsimi verdim yenə, ver mütləq sən də. Hamımız üçün ən yaxşısı, ən xeyirlisi olsun", - deyə o qeyd edib. Paylaşımının sonunda Tarkan qəlb işarəsi qoyub. Bu, "Millət İttifaqı"nın vahid namizədi, CHP sədri Kemal Kılıçdaroğlunun seçki kampaniyası dövründə istifadə etdiyi simvoldur. Buna əsasən, müğəninin Kılıçdaroğlunu dəstəklədiyi bildirilib. Qeyd edək ki, Türkiyədə seçkilərin ikinci turu 28 mayda keçiriləcək, lakin ölkə xaricində səsvermə prosesi daha tez başlayıb və bu gün sona çatır. Almaniyada yaşayan Tarkan da bu gün səs verib.
24-05-2023, 16:28
Qazaxıstan prezidenti də Moskvaya səfər etdi


Qazaxıstan prezidenti də Moskvaya səfər etdi

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Ali Avrasiya İqtisadi Şurasının 2023-cü il mayın 25-də keçiriləcək iclasında iştirak etmək üçün Moskvaya gəlib. Bu barədə Qazaxıstan PA - "Aqorda" məlumat yayıb. Tokayev bu gün Avrasiya İqtisadi Forumunun “Çoxqütblü dünyada Avrasiya inteqrasiyası” adlı plenar iclasında iştirak edəcək. Forumda həmçinin Rusiya prezidenti Vladimir Putin, Belarus prezidenti Aleksandr Lukaşenko, Qırğızıstan prezidenti Sadır Japarov ilə yanaşı, Çin Xalq Respublikasının sədri Si Tsinpin də videomüraciətlə çıxış edəcək.
24-05-2023, 16:15
Çexiya şirkəti Ermənistanda təyyarə istehsal edəcək


Çexiya şirkəti Ermənistanda təyyarə istehsal edəcək

Çexiyanın "Balus Tech" nümayəndələri gələcək təyyarə zavodunun ərazisinə baxış keçirmək üçün tezliklə Ermənistana səfər edəcəklər. Bu barədə Ermənistanın iqtisadiyyat nazirinin müavini Narek Teryan məlumat verib. Onun sözlərinə görə, Çexiya şirkəti Lori bölgəsində 1-2 nəfərdən 5-6 nəfərə qədər nəzərdə tutulmuş kiçik təyyarələrin istehsalını qurmağı planlaşdırır. "İlk addımların atılması vacibdir", - nazir deyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2023    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!