TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
24-05-2023, 15:49
Misir prezidenti İlham Əliyevə təbrik məktubu ünvanladı


Misir prezidenti İlham Əliyevə təbrik məktubu ünvanladı

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: "Hörmətli cənab Prezident! Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə və dost xalqınıza ən səmimi təbriklərimi, xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram. Misir ilə Azərbaycanı illər boyu davam edən möhkəm dostluq əlaqələri birləşdirir. Ümidvaram ki, birgə əməkdaşlıq və sıx koordinasiya sayəsində ikitərəfli münasibətlərimizin həm ölkələrimizin, həm də xalqlarımızın rifahı naminə ümumi maraq kəsb edən sahələrdə böyük irəliləyişinin şahidi olacağıq. Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı və davamlı tərəqqi, dost Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram".
24-05-2023, 15:31
İldırım vuraraq vəfat edən əsgərimiz dəfn olundu


İldırım vuraraq vəfat edən əsgərimiz dəfn olundu

İldırım vurması nəticəsində şəhid olan Davud Məmmədli torpağa tapşırılıb. 20 yaşlı əsgər Davud Fuad oğlu Məmmədli xidmətdə olarkən ildırım vurması nəticəsində şəhid olub. Hadisə Daşkəsən rayonunda hərbi hissələrin birində qeydə alınıb. Davud Məmmədli Bakının Suraxanı rayonu Əmircan qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib. Dəfndən hazırlanan fotoları təqdim edir:



24-05-2023, 15:06
Praqa razılaşması İrəvanla Bakı arasında prosesə yeni çərçivə verdi - Zaxarova


Praqa razılaşması İrəvanla Bakı arasında prosesə yeni çərçivə verdi - Zaxarova

"Hər bir ölkənin KTMT-nin fəaliyyətini qiymətləndirmək hüququ və imkanı var. Biz bu təşkilatın fəaliyyətini yüksək səmərəli hesab edirik". Bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova brifinq zamanı Ermənistan baş naziri Nikol Paşinyanın açıqlamalarını şərh edərkən bildirib. "Biz yerlərdə vəziyyətə bizim malik olduğumuz vasitəçilik funksiyaları kimi baxırıq. Bütün səviyyələrdə danışıqlar gedir, xarici işlər nazirlərinin görüşləri keçirilib, təmaslar davam edir. Bu, bir sıra sahələr və idarələr üzrə konkret işimizin mövzusudur. Rusiya nizamlanmada vasitəçidir və bu baxımdan bizim üçün dövlətin bu mövzuda dəqiq mövqeyinin olması vacibdir. Biz Paşinyanın bəyanatını Praqa sammiti zamanı tutduğu mövqenin təsdiqi kimi qiymətləndiririk. Sonra 1991-ci il Alma-Ata Bəyannaməsinə istinadən Fransa və Aİ ilə birgə bəyanat qəbul edildi. Praqa razılaşması İrəvanla Bakı arasında prosesə yeni çərçivə verdi. Paşinyanın son bəyanatları Ermənistanın özündə, Qarabağda qarışıq reaksiyaya səbəb oldu. Bu, onların daxili çəkişmələri kontekstindədir. Sülh müqaviləsi layihəsinin özünə gəlincə, Ermənistan və Azərbaycan XİN rəhbərləri arasında Moskvada keçirilən danışıqların sonuncu raundu tərəflər arasında bir sıra məsələlər üzrə mövqelərini yaxınlaşdırmağa kömək etdi", - o deyib.
24-05-2023, 14:00
Qırğızıstan prezidenti Moskvaya səfər etdi


Qırğızıstan prezidenti Moskvaya səfər etdi

Qırğızıstan prezidenti Sadır Japarov Rusiyaya səfər edib. Bu barədə "Sputnik" məlumat yayıb. Onun təyyarəsi artıq Moskvaya eniş edib. Japarov Avrasiya İqtisadi Forumunda iştirak etmək üçün səfərə gəlib. Qeyd edək ki, Belarus prezidenti Aleksandr Lukaşenko da Moskvada səfərdədir.
24-05-2023, 13:52
Erməni parlamentinin üzvləri arasında dava baş verdi


Erməni parlamentinin üzvləri arasında dava baş verdi

Ermənistan parlamentində müxalifət və iqtidaryönlü deputatlar arasında dava olub. Hadisə parlamentin “Hayastan” fraksiyasından olan deputatı Artur Sarkisyanın çıxışından sonra baş verib. Əvvəlcə Sarkisyanla hakim partiyadan olan deputat Hovik Ağazaryan arasında söz atışması başlayıb. Daha sonra əlbəyaxa dava düşüb. Ermənistan spikeri Alen Simonyan parlamentin Təhlükəsizlik Xidmətini çağırıb, hərbçilər Sarkisyanı zaldan uzaqlaşdırıblar.
24-05-2023, 13:31
İldırım vuran hərbiçimizə şəhid statusu veriləcək


İldırım vuran hərbiçimizə şəhid statusu veriləcək

Azərbaycan Ordusunun ildırım vurması nəticəsində vəfat edən əsgəri Məmmədli Davud Fuad oğluna şəhid statusu veriləcək. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. "Qanunvericiliyə əsasən, xidmət vaxtı ildırım vurması nəticəsində vəfat edən Azərbaycan Ordusunun hərbi qulluqçusu Məmmədli Davud Fuad oğluna şəhid statusu veriləcək", - rəsmi açıqlamada deyilir.
24-05-2023, 13:14
Edilli ərazisindən tapılan sümük qalıqlarının kriminalistik müayinəsi bitir


Edilli ərazisindən tapılan sümük qalıqlarının kriminalistik müayinəsi bitir

“Hazırda Xocavənd rayonunun Edilli, Füzuli rayonun Yuxarı Əhmədbəyli kəndləri ərazisində tapılan sümük qalıqları ilə bağlı müayinələr aparılır. Edilli ərazisindən tapılan sümük qalıqlarının kriminalistik müayinəsi bitmək üzrədir”. Bunu Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tibbi Kriminalistika şöbəsinin rəisi Nuranə Hüseynova jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, sümük qalıqlarının kriminalistik müayinəsi zamanı torpaqda qalma müddəti müəyyən ediləcək və ultrabənövşəyi şüalardan istifadə olunacaq: “Daha sonra DNT nümunələri götürülərək müvafiq şəkildə təqdim ediləcək. Qarşımızda duran vacib məsələlərdən biri onların şəxsiyyətinin müəyyənləşdirilməsi və yaxın qohumlarına təhvil verilməsidir”.
24-05-2023, 12:33
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda mayın 25-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 25-30°, bəzi yerlərdə 33°-dək isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi rayonlarda duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 7-12° isti, gündüz 12-17°, bəzi yerlərdə 20-24° isti olacaq.
24-05-2023, 12:17
Özdağ ikinci turda Kılıçdaroğlunu dəstəklədiyini elan etdi


Özdağ ikinci turda Kılıçdaroğlunu dəstəklədiyini elan etdi

Türkiyədə dağılmış "ATA İttifaqı"na daxil olmuş Zəfər Partiyasının sədri Ümit Özdağ bu gün ikinci turda "Millət İttifaqı"nın vahid namizədi, CHP sədri Kemal Kılıçdaroğlunu dəstəklədiyini elan edib. O, bu barədə mətbuata açıqlamasında danışıb. "Zəfər Partiyası olaraq cənab Kılıçdaroğlunu dəstəkləmək qərarına gəldik. Bütün tərəfdarlarımızı ona səs verməyə çağırırıq", - siyasətçi bildirib. O, qaçqınların qayıtması ilə bağlı konkret təkliflərinin qəbul olunduğunu ifadə edib. "ATA İttifaqı" dağılıb. Bundan əvvəl ittifaqa daxil olan Ədalət Partiyası ittifaqı tərk edib və "Millət İttifaqı"nın namizədi Kemal Kılıçdaroğluna dəstəyini elan edib. O, üstüörtülü şəkildə ittifaqdakı digər qüvvələri müxalifət əleyhinə addımlarda ittiham edib. İttifaqın namizədi olmuş Sinan Oğan isə hazırkı prezident Rəcəb Tayyib Ərdoğana dəstəyini elan edib. Bəzi kulis məlumatlarına görə, Özdağ və Oğan əvvəlcədən razılaşdırılmış şəkildə fərqli namizədləri dəstəkləyəcəklər ki, kim qalib gəlsə, hakimiyyətdən pay ala bilsinlər.
24-05-2023, 11:34
İmran Xanın liderlik etdiyi partiya fəaliyyəti qadağan olunur


İmran Xanın liderlik etdiyi partiya fəaliyyəti qadağan olunur

Pakistanın keçmiş baş naziri İmran Xanın lideri olduğu Pakistan Təhriki-İnsaf Partiyasının fəaliyyəti qadağan oluna bilər. Bunu Pakistanın müdafiə naziri Xavaca Asif bildirib. "Partiyanın fəaliyyətinin qadağan edilməsi hazırda nəzərdən keçirilir. Bu siyasi qüvvə dövlətin əsasına hücum edib. İndiyə qədər belə bir şey olmamışdı. Buna dözmək olmaz", - o qeyd edib. Məlumat üçün bildirək ki, İmran Xan korrupsiyada və həyat yoldaşına məxsus “Əl-Qadir trast” fondu vasitəsilə çirkli pulların yuyulmasında şübhəli bilinir. O, həmçinin mayın 9-da həbs olunan zaman təhlükəsizlik qüvvələrinə qarşı zor işlətməkdə ittiham edilir. Siyasətçinin həbsi ölkənin iri şəhərlərində, o cümlədən Abottabad, İslamabad, Lahor, Peşavar, Ravalpindi, Sialkot, Feysəlabad və Haripurda kütləvi nümayişlərə səbəb olub. Eyni zamanda, bəzi regionlarda nümayişçilərlə polis arasında şiddətli toqquşmalar baş verib. Mayın 12-də Pakistan Ali məhkəməsi siyasətçinin həbsini qanunsuz hesab edərək onu azadlığa buraxıb. Xatırladaq ki, İmran Xan 2022-ci ilin aprelində parlamentin aşağı palatasının etimadsızlıq səsverməsi nəticəsində Baş nazir postundan uzaqlaşdırılıb. Onu bu vəzifədə Pakistan Müsəlman Liqasının sədri Şahbaz Şərif əvəzləyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2023    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!