19-05-2023, 23:52
Zelenskini bütün tərəflərin fikirlərini eşitmək üçün dəvət etdik - Səudiyyə XİNXəbər verdiyimiz kimi, Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Səudiyyə Ərəbistanına səfər edib. O, Ərəb Dövlətləri Liqasının sammitinə dəvət olunub. Səudiyyə Ərəbistanının xarici işlər naziri Faisal bin Farhan Al Saud deyib ki, təşkilatın üzvləri Ukrayna böhranı ilə bağlı “bütün fikirləri eşitmək istəyirlər”, Zelenski məhz buna görə çağrılıb. “Biz prezident Zelenskini bütün tərəflərin fikirlərini eşitmək üçün dəvət etdik. Ərəb ölkələri bu böhranın əvvəlindən bitərəf mövqe tutdular. Biz münaqişəni həll etmək üçün bir yol əldə edəcəyimizə ümid edərək iki tərəflə dialoq açmağa çalışdıq”, - o qeyd edib. Bin Fərhan Əl Səudun sözlərinə görə, Ərəb Dövlətləri Liqasının üzvü olan ərəb dövlətləri Ukraynadakı münaqişənin yalnız sülh danışıqları yolu ilə həll oluna biləcəyinə inanırlar. O əlavə edib ki, bütün tərəflərin mövqeyini öyrənmədən ərəb ölkələri vəziyyəti adekvat qiymətləndirə və münaqişənin həllində iştirak edə bilməyəcək.
19-05-2023, 23:52
Zelenskini bütün tərəflərin fikirlərini eşitmək üçün dəvət etdik - Səudiyyə XİNXəbər verdiyimiz kimi, Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Səudiyyə Ərəbistanına səfər edib. O, Ərəb Dövlətləri Liqasının sammitinə dəvət olunub. Səudiyyə Ərəbistanının xarici işlər naziri Faisal bin Farhan Al Saud deyib ki, təşkilatın üzvləri Ukrayna böhranı ilə bağlı “bütün fikirləri eşitmək istəyirlər”, Zelenski məhz buna görə çağrılıb. “Biz prezident Zelenskini bütün tərəflərin fikirlərini eşitmək üçün dəvət etdik. Ərəb ölkələri bu böhranın əvvəlindən bitərəf mövqe tutdular. Biz münaqişəni həll etmək üçün bir yol əldə edəcəyimizə ümid edərək iki tərəflə dialoq açmağa çalışdıq”, - o qeyd edib. Bin Fərhan Əl Səudun sözlərinə görə, Ərəb Dövlətləri Liqasının üzvü olan ərəb dövlətləri Ukraynadakı münaqişənin yalnız sülh danışıqları yolu ilə həll oluna biləcəyinə inanırlar. O əlavə edib ki, bütün tərəflərin mövqeyini öyrənmədən ərəb ölkələri vəziyyəti adekvat qiymətləndirə və münaqişənin həllində iştirak edə bilməyəcək.
19-05-2023, 22:44
Uzun illərdən sonra Ermənistan Macarıstanda səfirlik açdıErmənistan 11 ildənmsonra Macarıstanla diplomatik əlaqələri bərpa edib. Uzun illər sonra Ermənistanın Macarıstanda səfirliyi açılıb. Ermənistan səfiri Aşot Smbatyan öz vəzifələrini icra etməyə başlayıb.
19-05-2023, 22:05
Təhsil naziri Qaribaşvili ilə görüşdüElm və təhsil naziri Emin Əmrullayevin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşündə iki ölkə arasında ali təhsil və elm sahələrində əməkdaşlıq perspektivləri vurğulanıb. Bunu Emin Əmrullayev "Twitter" hesabında yazıb. “Mayın 19-da Gürcüstana səfər çərçivəsində bu ölkənin Baş naziri İrakli Qaribaşvili ilə görüş keçirdik. Görüşdə Gürcüstanın təhsil və elm naziri Giorgi Amilaxvari, ADA Universitetinin rektoru Hafiz Paşayev və Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev də iştirak edirdilər. Görüş zamanı Azərbaycanda gürcü dilində, Gürcüstanda isə Azərbaycan dilində tədris aparılan məktəblərin fəaliyyəti yüksək qiymətləndirildi, ümumi, ali təhsil və elm sahələrində əməkdaşlıq perspektivləri vurğulandı”, - o qeyd edib.
19-05-2023, 19:12
Ceyhun Bayramov erməni həmkarıyla danışıqlar apardı19 may 2023-cü il tarixində Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə Moskvada Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılıb. XİN-dən verilən xəbərə görə, nazir Ceyhun Bayramov və Ararat Mirzoyan Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatlarının icrası ilə bağlı mövqelərini təqdim ediblər. Tərəflər “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi üzərində işi davam etdiriblər. Tərəflər arasında hələ də fikir ayrılıqlarının mövcud olduğu mövzular ətrafında konstruktiv fikir mübadiləsi aparılıb. Nazirlər Azərbaycan və Ermənistan arasında danışıqların təşkilinə görə Rusiya tərəfinə minnətdarlıqlarını bildiriblər. Tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəliblər. Nazirlər həmçinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovla da ayrıca görüşlər keçiriblər.
19-05-2023, 18:45
Ceyhun Bayramov və Lavrovun iştirakıyla keçirilən görüşün detalları açıqlandıMayın 19-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiyaya işgüzar səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Sergey Lavrov ilə görüşüb. Bu barədə Azərbaycan XİN-dən məlumat verilib. Bildirilib ki, görüş zamanı Azərbaycan-Rusiya ikitərəfli əməkdaşlıq əlaqələri, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin cari vəziyyəti və perspektivləri müzakirə olunub. Tərəflər Azərbaycanla Rusiya arasında çoxşaxəli əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə edib və əlaqələrin geniş perspektivlərinin olduğunu bildiriblər. Bununla yanaşı, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi və Heydər Əliyev İli çərçivəsində yüksək səviyyədə keçirilmiş tədbirlərin xüsusi əhəmiyyəti vurğulanıb. C.Bayramov Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi, bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı olduğunu, sülh sazişinin razılaşdırılmasının və imzalanmasının əhəmiyyətini vurğulayıb. Eyni zamanda Azərbaycan tərəfi normallaşmanın digər istiqamətləri, belə ki, Azərbaycanla Ermənistan arasında ikitərəfli əsasda sərhədin delimitasiyası üzrə danışıqlarda, eləcə də nəqliyyat-kommunikasiyaların açılması prosesi üzrə Azərbaycanın mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb. Nazir eyni zamanda Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə, habelə Ermənistan tərəfindən qəbul edilmiş öhdəliklərə zidd olaraq erməni silahlı qüvvələrin hələ də tam olaraq Azərbaycan ərazisindən çıxarılmamasının ciddi təhdid mənbəyi olduğunu vurğulayıb. Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
19-05-2023, 17:44
Rusiya və İran nazirləri Cənubi Qafqazla bağlı müzakirələr apardıRusiya və İranın energetika nazirləri Nikolay Şulqinov və Əli Əkbər Mehrabian arasında görüş keçirilib. Bu barədə Rusiyanın Energetika Nazirliyi məlumat yayıb. Rusiya və İran müxtəlif ölkələrin, o cümlədən Ermənistanın enerji sistemlərinin birləşdirilməsi çərçivəsində layihələri müzakirə edirlər. Bildirilib ki, nazirlər Azərbaycan, İran və Rusiya sisteminin birləşdirilməsi, eləcə də Rusiya, Ermənistan, Gürcüstan və İran sistemlərinin birləşdirilməsi üzrə layihələrin həyata keçirilməsindən danışıblar.
19-05-2023, 17:35
İranda 3 nəfər edam olunduİranda daha 3 nəfər - Salih Mirhaşimi, Mecid Kazımi ve Said Yakubi adlı şəxslər edam olunub. Onlar "dövlətə qarşı müharibə açmaq" maddəsi ilə həbs edilib. Edam edilən əxslər Məhsa Əmininin öldürülməsindən sonra başlanan etiraz aksiyaları zamanı 3 hüquq-mühafizə orqanı əməkdaşını öldürməkdə ittiham olunublar. Xatırladaq ki, ötən ilin sentyabr ayında İranın paytaxtı Tehranda 22 yaşlı Məhsa Əmini adlı qadının polis nəzarəti altında ölməsindən sonra ölkədə genişmiqyaslı aksiyalar keçirilib. Nümayişlərlə bağlı cinayətlərə görə 10-dan çox adam edam cəzasına məhkum edilib. Ölüm hökmlərinin bəziləri Ali Məhkəmə tərəfindən ləğv edilib.
19-05-2023, 17:07
Lavrov üçtərəfli görüşün nəticələrini açıqladıRusiya XİN başçısı Sergey Lavrov Azərbaycan və Ermənistanın XİN başçıları Ceyhun Bayramov və Ararat Mirzoyanla üçtərəfli görüşün nəticələrini şərh edib. Bu barədə Rusiya XİN məlumat yayıb. O qeyd edib ki, Ermənistan və Azərbaycan münasibətləri, eləcə də Qarabağ ilə bağlı bir sıra görüşlər keçirilib. "Əvvəlcə Azərbaycandan olan həmkarım Bayramov və Ermənistandan olan həmkarım Mirzoyanla ayrı-ayrılıqda ikitərəfli görüşlər oldu. Sonra üçümüz görüşdük", - Lavrov bildirib. Nazirin sözlərinə görə, görüş zamanı sülh müqaviləsi də müzakirə edilib: "Tərəflər bunun üzərində işləməyə başlayıblar və hazırda digər vasitəçilərin də cəlb olunması ilə aktiv şəkildə müzakirə gedir. Ermənistan və Azərbaycan nazirləri Vaşinqtona səfər ediblər, Ermənistan və Azərbaycan prezidentləri bir həftə əvvəl Brüsseldə olublar. Sülh müqaviləsi üzərində işləmək, əlbəttə ki, əsasdır. Amma bizim tərəfdaşlarımız bu gün təsdiq etdilər ki, delimitasiya məsələləri həll olunmadan, nəqliyyat və iqtisadi kommunikasiyalar açılmadan, Qarabağda və Ermənistan-Azərbaycan sərhədində təhlükəsizlik vəziyyəti ümumi yaxşılaşmadan sülh müqaviləsinin konkret aspektləri üzrə irəliləmək çətindir. Bütün bunları kompleksdə müzakirə etdik. Həmkarlarım liderlərimizin qeyd olunan üçtərəfli bəyanatlarında əksini tapan ümumi səylərdə və qeyd etdiyim hər bir sahədə davam edən təmaslarda aparıcı rola görə Rusiya tərəfinə minnətdarlıqlarını bildiriblər. Gələn həftə baş nazirin müavinlərinin rəhbərlik etdiyi üçtərəfli qrupun nəqliyyat kommunikasiyalarının blokunun açılması məsələlərinə dair iclası keçiriləcək. Ümid edirik ki, nəticə müsbət olacaq. Artıq tərəflər yekun razılaşmaya yaxındırlar. Sülh müqaviləsi və bu gün müzakirə edilən bir sıra maddələrə əsasən, hər iki tərəfin yanaşmasını ümumi mövqeyə yaxınlaşdırmaq mümkün idi".
19-05-2023, 15:59
Kılıçdaroğlu Özdağ ilə keçirilən görüşü yüksək qiymətləndirdiTürkiyədə "Millət İttifaqı"nın prezidentliyə vahid namizədi CHP sədri Kemal Kılıçdaroğlu və "ATA İttifaqı"na daxil olan Zəfər Partiyasının sədri Ümit Özdağ arasındakı görüş başa çatıb. Tərəflər mətbuat nümayəndələrinə nəticələr barədə açıqlama veriblər. Kılıçdaroğlu gözəl və məhsuldar bir görüş keçirildiyini vurğulayıb. Özdağ isə ikinci turda kimi dəstəkləyəcəkləri barədə yekun qərarı daxili məsləhətləşmələrdən sonra açıqlayacaqlarını bildirib. "Bəzi suallarımız var idi, soruşduq, detallı cavablar aldıq. Bu cavablar çərçivəsində biz səlahiyyətli orqanlarımızda dəyərləndirməmizi edəcəyik", - deyə o qeyd edib.