Azərbaycanlı yazıçı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru seçilib - FOTO .....                        Bakıda marketdə soyğunçuluq edilib - VİDEO .....                        ABŞ-ın Terrorla Mübarizə Milli Mərkəzinin direktoru istefa verdi - İranla müharibəyə görə .....                        İran Futbol Federasiyası FİFA-ya müraciət etdi .....                        "Neftçi" - "Qarabağ" oyununun tarixi AÇIQLANDI .....                        Yeraltı “raket şəhərləri” – İran Keşmdə nələr gizlədir... .....                        Təcridxanaya ayaqqabıda narkotik keçirmək istədilər .....                        "Bəsic"in 300 üzvü öldürülüb - KİV .....                        Prezident nazirlikdə müavinlərin sayını artırdı .....                       
Tarix : 19-05-2023, 17:07
Lavrov üçtərəfli görüşün nəticələrini açıqladı


Lavrov üçtərəfli görüşün nəticələrini açıqladı

Rusiya XİN başçısı Sergey Lavrov Azərbaycan və Ermənistanın XİN başçıları Ceyhun Bayramov və Ararat Mirzoyanla üçtərəfli görüşün nəticələrini şərh edib. Bu barədə Rusiya XİN məlumat yayıb. O qeyd edib ki, Ermənistan və Azərbaycan münasibətləri, eləcə də Qarabağ ilə bağlı bir sıra görüşlər keçirilib. "Əvvəlcə Azərbaycandan olan həmkarım Bayramov və Ermənistandan olan həmkarım Mirzoyanla ayrı-ayrılıqda ikitərəfli görüşlər oldu. Sonra üçümüz görüşdük", - Lavrov bildirib. Nazirin sözlərinə görə, görüş zamanı sülh müqaviləsi də müzakirə edilib: "Tərəflər bunun üzərində işləməyə başlayıblar və hazırda digər vasitəçilərin də cəlb olunması ilə aktiv şəkildə müzakirə gedir. Ermənistan və Azərbaycan nazirləri Vaşinqtona səfər ediblər, Ermənistan və Azərbaycan prezidentləri bir həftə əvvəl Brüsseldə olublar. Sülh müqaviləsi üzərində işləmək, əlbəttə ki, əsasdır. Amma bizim tərəfdaşlarımız bu gün təsdiq etdilər ki, delimitasiya məsələləri həll olunmadan, nəqliyyat və iqtisadi kommunikasiyalar açılmadan, Qarabağda və Ermənistan-Azərbaycan sərhədində təhlükəsizlik vəziyyəti ümumi yaxşılaşmadan sülh müqaviləsinin konkret aspektləri üzrə irəliləmək çətindir. Bütün bunları kompleksdə müzakirə etdik. Həmkarlarım liderlərimizin qeyd olunan üçtərəfli bəyanatlarında əksini tapan ümumi səylərdə və qeyd etdiyim hər bir sahədə davam edən təmaslarda aparıcı rola görə Rusiya tərəfinə minnətdarlıqlarını bildiriblər. Gələn həftə baş nazirin müavinlərinin rəhbərlik etdiyi üçtərəfli qrupun nəqliyyat kommunikasiyalarının blokunun açılması məsələlərinə dair iclası keçiriləcək. Ümid edirik ki, nəticə müsbət olacaq. Artıq tərəflər yekun razılaşmaya yaxındırlar. Sülh müqaviləsi və bu gün müzakirə edilən bir sıra maddələrə əsasən, hər iki tərəfin yanaşmasını ümumi mövqeyə yaxınlaşdırmaq mümkün idi".


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!