Özündən gen düşmək .....                        Köhnəlməz tarixin əski yazısı .....                        Əməkdar artist dəfn olundu .....                        Güclü qadın , güclü şəxsiyyət , güclü alim .....                        İranın Azərbaycandakı səfiri ölkəni tərk edir .....                        Türkiyə XİN razılaşmaya dair bəyanat yaydı .....                        Əhməd Qarayev .....                        Pərnisə Qarayeva .....                        Vətən Qadın .....                       
25-05-2023, 11:47
Paşinyan və Əliyevlə ayrı-ayrılıqda ikitərəfli görüşlər keçiriləcək - Peskov


Paşinyan və Əliyevlə ayrı-ayrılıqda ikitərəfli görüşlər keçiriləcək - Peskov

"Putin bu gün Paşinyan və Əliyevlə ayrı-ayrılıqda ikitərəfli görüşlər keçirəcək". Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. "Daha sonra üçtərəfli danışıqlar olacaq", - o əlavə edib. Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək. Tərəflər Moskvada bir araya gələcəklər. Liderlərin görüşündə sülh prosesi əsas müzakirə mövzusu olacaq. Qeyd edək ki, Prezident İlham Əliyev və Paşinyan Avropa İttifaqının vasitəçiliyi ilə mayın 14-də Brüsseldə görüşüb. Növbəti görüşün iyunun 1-də Moldovada keçiriləcəyi gözlənilir.
25-05-2023, 11:16
Zelenski ölkəsinin əks-hücum əməliyyatına başladığını təsdiqlədi


Zelenski ölkəsinin əks-hücum əməliyyatına başladığını təsdiqlədi

Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin əks-hücum əməliyyatına başladığını təsdiqləyib. Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak İtaliyanın “Rai” telekanalına müsahibəsində bildirib. “Artıq bir neçə gündür əks-hücum gedir, sərhəddə 1500 kilometr boyunca gərgin müharibə gedir, əməliyyatlar artıq başlayıb", - o deyib. Eyni zamanda, o, Ukraynanın Rusiya Federasiyasının ərazisinə qarşı Qərb silahlarından istifadə etməyəcəyini, lakin işğaldakı Krımı və Donbası azad etmək üçün belə silahlardan istifadə olunacağını diqqətə çatdırıb. “Biz Rusiya ərazisini vurmaq istəmirik, Qərbin bizə verdiyi silahlardan Moskvanın işğal etdiyi ərazilərdə, o cümlədən Donbas və Krımda Rusiya Federasiyasının mövqelərini məhv etmək üçün istifadə edəcəyik”, - Podolyak vurğulayıb. Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
25-05-2023, 11:00
Qabiliyyət imtahanının elektron qeydiyyatı başlayır


Qabiliyyət imtahanının elektron qeydiyyatı başlayır

2023/2024-cü tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlərin elektron qeydiyyatı başlanır. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, abituriyentlər müvafiq keçidə daxil olub qeydiyyatdan keçə bilərlər. Bədən tərbiyəsi və idman, Teatr, kino və xoreoqrafiya sənəti, Musiqi sənəti və Təsviri sənət istiqamətlərinin komissiyaları üzrə qeydiyyat mayın 25-dən iyunun 5-dək aparılacaq. Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin XQTİ-ləri üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlər yalnız 1 istiqamətə aid ən çox 6 komissiya üzrə qeydiyyatdan keçə bilərlər. Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə buraxılış (əvvəlki illərin məzunları qəbul) imtahanında topladıqları ümumi balı 50 (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) və daha yüksək olan və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar. “Xoreoqrafiya sənəti” və “Rəqs müəllimliyi” ixtisaslarının müsabiqəsində isə ümumi balı 30 (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) və daha yüksək olan abituriyentlər iştirak edə bilərlər. Bu barədə ətraflı məlumatı 2023-cü ildə nəşr edilən xüsusi qabiliyyət imtahanlarının istiqamətləri üzrə “Abituriyent” jurnalının xüsusi buraxılışlarından əldə edə bilərsiniz. Burada ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə məlumatlar, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyə və məs­lə­hətlər, tapşırıq nümunələri, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər və digər faydalı məlumatlar əksini tapıb. Qabiliyyət imtahanlarının iyun-avqust aylarında keçirilməsi nəzərdə tutulur. Abituriyentlərə “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə biləcəkləri tarixlər haqqında məlumat DİM-in internet səhifəsində veriləcək. “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ndə qabiliyyət imtahanlarının tarixi, keçiriləcəyi ünvan və vaxt göstəriləcək. Musiqi sənəti istiqamətinin komissiyaları üzrə qeydiyyatdan keçmək istəyən abituriyentlər (223, 224, 225, 227, 228, 323, 324, 327, 423, 424, 623, 624, 627 və 723-cü komissiyalar istisna olmaqla) ən az 5 illik musiqi təhsili haqqında sənədə malik olmalıdırlar. Abituriyentlərin musiqi təhsili haqqında məlumatı (təhsil haqqında sənədin seriya və nömrəsi, bitirdiyi təhsil müəssisəsinin adı, bitirdiyi ixtisas və ya təhsil aldığı musiqi aləti) DİM tərəfindən yaradılan “Musiqi məktəbi-məzun” Dövlət Elektron Məlumat Sistemindən götürülür. Əgər abituriyent haqqında məlumat bu sistemdə yoxdursa, həmin abituriyent musiqi ixtisası üzrə bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Musiqi üzrə xaricdə təhsil almış vətəndaşlar DİM-ə müraciət etməlidirlər. Bunun üçün həmin abituriyentlər musiqi təhsili haqqında sənədin əslini və surətini, şəxsiyyəti təsdiq edən sənədi DİM-ə şəxsən təqdim etməlidirlər. Qeydiyyatdan keçmək üçün abituri­yent şəxsi kabine­ti­­nin istifadəçi adı və parolundan istifadə etməli və tələb olunan məbləği (qeydiyyatdan keçmək istədiyi komissi­ya­ların sayından asılı olaraq) şəxsi kabinetindəki hesabı­na əlavə etməlidir. "Azər­baycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahan­larının təşki­linin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haq­qında" Azərbaycan Respublikası Prezidenti­nin Sərən­­­­ca­mı­na əsasən, ali təhsil müəssisələrinə tələbə qəbu­lu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müra­ci­ət edən Azərbaycan Respublika­sı­nın vətəndaş­larının (ümumi təhsil müəssisələrini bitirən) cari ildə ilk seçdiyi (qeydiyyatdan keçdiyi) komissiya üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına (ödənişsiz) olacaq. “Azərbaycan Respub­lika­sında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına dəyişikliyə əsasən aşağıdakı 5 kateqoriyadan olan Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanlarında (bütün mərhələ və cəhdlər üzrə) iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:
- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;
- şəhid ailəsinin üzvləri;
- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;
- məcburi köçkün statusu olan şəxslər;
- I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar. Qəbul (buraxılış) imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər Azərbaycan dili (dövlət dili kimi) üzrə imtahanın nəticəsindən asılı olmayaraq qeydiyyatdan keçə bilərlər. Lakin bu imtahandan “qeyri-məqbul” alan abituriyentlərin nəzərinə çatdırırıq ki, onlar 18 iyun tarixində keçiriləcək ikinci Azərbaycan dili imtahanında “məqbul” aldıqları təqdirdə müsabiqəyə buraxılırlar. Həmin imtahana qeydiyyat 26 may - 5 iyun tarixlərində aparılacaq.
25-05-2023, 10:09
Rusiyanın müdafiə naziri Belarusiyada səfərdədir


Rusiyanın müdafiə naziri Belarusiyada səfərdədir

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Belarusa səfər edib. Nazir artıq paytaxt Minsk şəhərindədir. O, burada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin Müdafiə Nazirləri Şurasının iclasına qatılacaq. İştirakçılar regional çağırışlar və təhdidləri müzakirə edəcəklər.
25-05-2023, 09:53
Kılıçdaroğlu Azərbaycan və Türk dünyası ilə münasibətlərdən danışdı


Kılıçdaroğlu Azərbaycan və Türk dünyası ilə münasibətlərdən danışdı

Türkiyə prezidentliyinə "Millət İttifaqı"nın vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu Azərbaycan və Türk dünyası ilə münasibətlərdən danışıb. Siyasətçi "Babala TV" internet televiziyasında Oğuzhan Uğurun "Mevzular Açık Mikrofon" proqramının qonağı olarkən tamaşçılardan birinin bu barədə verdiyi sualı cavablandırıb. "Prezident seçiləndən sonra dövlət ənənələrinə uyğun olaraq ilk səfərlərim Şimali Kipr Türk Respublikasına və təbii olaraq Azərbaycana olacaq. Azərbaycanın Bakısı ilə bizim İstanbulumuz arasında bir fərq yoxdur. Azərbaycanla olan birliyimiz heç bir partiya baxımından fərqli düşünülə bilməz. Xüsusilə vurğulamaq istəyirəm ki, mənim kimi digər partiyaların sədrləri də belə fikirləşir, eyni paraleldə düşünür", - Kılıçdaroğlu deyib. CHP sədri Zəngəzur dəhlizinə də toxunub: "Bizim başlıca hədəfimiz digər türk cümhuriyyətlərini Türkiyə ilə və Avropa ilə birləşdirmək və "Mərkəz Türkiyə" layihəsinə uyğun olaraq Türkiyə və türk cümhuriyyətləri arasındakı bağları gücləndirməkdir. Bir də Zəngəzur dəhlizi var, bu dəhliz mütləq açılmalıdır. Bunun üçün tərəflərin uzlaşması və Türkiyənin qeyd-şərtsiz Azərbaycanı dəstəkləməsi vacibdir. İranla Ermənistan arasındakı birlik bu dəhlizin açılmasını bir az çətin nöqtəyə daşıyır. Əgər Türkiyə dostluğunu və nüfuzunu bölgəyə yayarsa, bu dəhlizin açılmasının həm Türkiyəyə, həm İran və Ermənistana, həm də türk cümhuriyyətlərinə fayda verəcəyini izah edə bilsə, dəhliz açılar və Türkiyə regionun ən önəmli ölkəsinə çevrilər". "Azərbaycana qarşı olmaqdan söhbət gedə bilməz. Azərbaycana gedib-gələn biri olaraq, həm də bürokrat kimi gedib-gəlmiş biri olaraq, azərbaycanlılarla tez-tez bir araya gələn biri olaraq belə narahatlıqlar əsassızdır. Bütün siyasi partiyalar olaraq Azərbaycanla bağlı eyni şeyləri düşünürük. "Mərkəz Türkiyə" layihəsinin əsası türk cümhuriyyətlərinin dənizə çıxışını təmin etməkdir. Bu, onların ən böyük problemlərindən biridir, dənizə çıxa bilmirlər. Biz onları Aralıq dənizinə qovuşduracağıq", - o əlavə edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2023    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!