31-05-2023, 12:49
“Son Zəng” tədbirinin tarixi bəlli oldu[/size]
“Son zəng” tədbiri 14 iyun 2023-cü il tarixdə keçiriləcək. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, bununla bağlı hər il olduğu kimi nazirliyin müvafiq tapşırıqları olacaq: "2022-2023-cü tədris ilində ümumi təhsilin tam orta təhsil səviyyəsini Elm və Təhsil Nazirliyinin strukturuna daxil olan ümumi təhsil müəssisələrində 100084, digər qrumların tabeliyində olan ümumi təhsil müəssisələrində 1104, özəl ümumi təhsil müəssisələrində 727 nəfər məzun olacaqdır".
31-05-2023, 12:26
Siyasi elita Putinə və onun sözlərinə şübhəylə yanaşır - Podolyak"Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibə dövründə, mayın 30-da Moskvaya edilən PUA hücumuna "güzgü cavabı" ilə hədələmək üçün demək olar ki, bütün silahlı vasitələrindən istifadə etdi". Bunu "1+1" telekanalının efirində Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak deyib. “Bəs “güzgü cavab” nədir? Onlar öz şoularından başqa, demək olar ki, bütün alətlərdən artıq istifadə ediblər. Deyirlər ki, indi görəcəyimiz güclü tədbirlər var, hələ başlamamışıq. Yaxşı, başa düşürsən ki, 15 aydan çox müharibədən sonra 400 mindən çox canlı qüvvə itirərək “hələ başlamamışıq” demək Rusiyanın artan qeyri-adekvatlığından xəbər verir", - o söyləyib. Müşavir onu da bildirib ki, siyasi elita Putinə və onun sözlərinə şübhə ilə yanaşır.
31-05-2023, 11:45
ABŞ Prezidenti İlham Əliyevə məktub ünvanladıAmerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Cozef Bayden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. Məktubda deyilir:
“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Bakıda Beynəlxalq Xəzər Neft-Qaz Sərgisinin keçirildiyi bir vaxtda Sizə və Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram. 30 ildən artıq bir dövrdə Azərbaycan və Amerika Birləşmiş Ştatları transmilli təhlükələrlə mübarizədən inklüziv iqtisadi inkişafa qədər möhkəm tərəfdaşlıq yaradıb. Bu tədbir ölkələrimizin təhlükəsiz və təmiz enerji ilə bağlı gələcəyə birgə sadiqliyini vurğulayır. Azərbaycan bu səylərin həyata keçirilməsində vacib rol oynayır. Azərbaycan təhlükəsiz enerji təchizatına olan tələbatın ödənilməsinə yardım etməkdədir – buraya Cənub Qaz Dəhlizi daxil olmaqla, Orta Dəhlizin inkişafı və enerji çevikliyini gücləndirən enerjinin şaxələndirilməsinin artırılması daxildir. Qlobal iqlim məqsədlərinə nail olmaq üçün Azərbaycanın səyləri, o cümlədən bərpaolunan enerjinin inkişafının artırılmasına və enerji səmərəliliyinin gücləndirilməsinə dair təşəbbüslər məni sevindirir. Bu tədbirlərin, habelə qanunun aliliyinin təşviqinin və Azərbaycan xalqı üçün imkanların artırılmasına yönəlmiş islahatların həyata keçirildiyi dönəmdə ABŞ yanınızda olacaqdır. Bununla yanaşı, biz gələcək nəsillər üçün Cənubi Qafqazda sülhün və rifahın təşviqinə kömək göstərəcək ədalətli və dayanıqlı sülhü dəstəkləməyə davam edəcəyik.
Hörmətlə,
Cozef R.Bayden
Amerika Birləşmiş Ştatlarının Prezidenti”.
31-05-2023, 11:32
ABŞ ilə enerji sahəsində fəal əməkdaşlıq həyata keçiririk - PrezidentAzərbaycan uzun illər ABŞ ilə enerji sahəsində fəal sürətdə əməkdaşlıq həyata keçirir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 31-də ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyattı qəbul edərkən deyib. ABŞ hökumətinin Azərbaycanın enerji sahəsində irəli sürdüyü təşəbbüsləri daim dəstəklədiyinə görə minnətdarlığını bildirən dövlətimizin başçısı ölkələrimizin genişmiqyaslı birgə layihələri uğurla reallaşdırdığını qeyd edib. Prezident İlham Əliyev bu xüsusda ABŞ-ın TAP layihəsinə verdiyi dəstəyi vurğulayıb.
31-05-2023, 11:22
ABŞ Bakı və İrəvanının məsələni danışıqlar yoluyla həll edəcəklərinə ümid edirABŞ Dövlət Departamentinin mətbuat xidmətinin əməkdaşı Metyu Miller Ermənistan və Azərbaycan arasında davam edən sülh danışıqları barədə mətbuata bəyanatla çıxış edib. Bəyanat Departamentin rəsmi saytında dərc olunub. "Biz Ermənistanla Azərbaycan arasında danışıqların davam etdiyini görməkdən məmnunuq. Dövlət katibi Blinkenin dediyi kimi, Cənubi Qafqazda sülhə nail olmaq olar. Biz bu yaxınlarda baş nazir Paşinyanın sülhə sadiqliyinə görə minnətdarlığımızı bildirdik və prezident Əliyevin amnistiya ilə bağlı son açıqlamalarını alqışlayırıq. Ermənistan və Azərbaycan liderləri bu həftənin sonunda Kişineuda avropalı tərəfdaşlarımızla görüşəcək və ümid edirik ki, bu, zorakılıq yolu ilə deyil, danışıqlar masası arxasında bu məsələlərin həlli üçün məhsuldar addım olacaq. Aqressiv ritorika yalnız keçmişin zorakılığını davam etdirə bilər. Konstruktiv dialoq - həm ictimai, həm də xüsusi - sülh, imkan və ümid yarada bilər. ABŞ davamlı və layiqli sülh sazişi imzalamaq üçün hər iki tərəfin səylərini dəstəkləməyə hazırdır", - deyə o bildirib.
31-05-2023, 11:05
Qarabağ məsələsinin təfərrüatlarını indi öyrənirik - Paşinyan"Ermənistanda demokratiyanın olmaması ona gətirib çıxardı ki, biz Qarabağ məsələsinin təfərrüatlarını yalnız indi öyrənirik". Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən illik “Erməni Demokratiya Forumu”nda deyib. Paşinyan bildirib ki, bu, onun üzləşməli olduğu ən böyük problem idi. "Biz Qarabağ məsələsi ilə bağlı bütün həqiqəti bilmirdik və indi bu barədə yeni məlumatlar alırıq. Ermənistanda demokratiya üçün daxili təhlükə yoxdur, bütün təhlükələr xaricidir. Eyni zamanda, demokratiyanın ölkənin təhlükəsizliyini təmin etməyə qadir olub-olmadığını sübut etmək lazımdır, lakin buna inam var", - Paşinyan əlavə edib. Ermənistan Baş naziri mətbuat və internet azadlığına da toxunaraq, bunu nailiyyət deyil, adi vəziyyət adlandırıb. "Demokratiyaya sadiqliyi 2021-ci il növbədənkənar seçkilər də nümayiş etdirdi", - Paşinyan yekunlaşdırıb.
30-05-2023, 19:08
Hərbiçimiz odlu silahla ehtiyatsız davranaraq həyatını itirdiDaxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu Ş.Əmiraslanov bu gün keçirilən təlim zamanı odlu silahla ehtiyatsız davranması nəticəsində açılmış atəşdən xəsarət alıb. Bu barədə DİN-dən məlumat verilib. O, xəstəxanaya çatdırılıb, lakin həkimlərin səyinə baxmayaraq vəfat edib.
30-05-2023, 18:42
Erməni silahlı dəstələrinin növbəti təxribatıQeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Ağdam rayonunun Çuxurməhlə, Füzuli rayonunun Yuxarı Veysəlli, Laçın rayonunun Xırmanlar və Kəlbəcər rayonunun Mərcimək yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan mühəndis işləri dərhal dayandırılıb.
30-05-2023, 18:30
Mövqelərimiz erməni silahlı dəstələri tərəfindən atəşə tutulduMayın 30-u saat 11:55-dən saat 16:25-dək Ordumuzun Ağdam və Şuşa rayonları istiqamətlərində yerləşən mövqeləri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən müxtəlif çaplı atıcı silahlardan istifadə edilməklə fasilələrlə atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
30-05-2023, 17:53
Serbiya prezidenti Bratislavaya səfərini ləğv etdi
Serbiya Prezidenti Aleksandar Vuçiç Kosovanın şimalında və Metoxiyada vəziyyətin gərginləşməsinə görə Bratislavaya səfərini ləğv edib. Bu barədə o, sosial şəbəkə hesabında məlumat paylaşıb. “Bratislavaya, Slovakiyanın əsas şəhərinə iki günlük səfərimi ləğv etdim, çünki xalqımın yanında olmaq mənim üçün daha vacibdir”, - Prezident qeyd edib.