20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
20-04-2023, 23:57
Azərbaycan bayrağını yandıran erməniyə qadağa qoyuldu


Azərbaycan bayrağını yandıran erməniyə qadağa qoyuldu

İrəvanda Azərbaycan bayrağını yandıran erməni dizayner Aram Nikolyanın dövlət strukturlarına girişi qadağan edilib. Bu barədə Baş nazir Nikol Paşinyanın ailəsinə məxsus "Haykakan Jamanak" qəzeti məlumat yayıb. Nəşr yazır ki, o, Ermənistan İctimai Televiziyasının ərazisinə və polis tərəfindən qorunan digər dövlət binalarına daxil ola bilməyəcək. Qeyd edək ki, Azərbaycanda Aram Nikolyan barəsində cinayət işi açılıb, onun saxlanılması üçün beynəlxalq axtarış elan edilib.
20-04-2023, 22:00
Azərbaycandan Rusiyaya nota


Azərbaycandan Rusiyaya nota

Rusiya Federasiyası Dövlət Dumasının İnformasiya siyasəti, informasiya texnologiyaları və rabitə komitəsinin sədr müavini Oleq Matveyçevin “RUSARMİNFO” erməni xəbər agentliyinin efirində səsləndirdiyi yolverilməz bəyanatları ilə əlaqədar Səfirlik tərəfindən Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası göndərilib. Bu barədə Azərbaycanın Rusiyadakı Səfirliyi məlumat yayıb. “Vahid Rusiya” partiyasından olan deputatın Azərbaycan və Türkiyəyə qarşı fikirləri qəbuledilməz olduğu vurğulanmış, onların regionda sabitliyi pozmağa yönəldiyi və Ermənistan cəmiyyətində revanşist qüvvələrin keçmişdə qalmış münaqişəni yenidən alovlandırmağa təhriki kimi qiymətləndirilib. İşğaldan azad edilmiş ərazilərdə fəal şəkildə aparılan yenidənqurma işləri fonunda “Azərbaycan tərəfindən münaqişənin qızışdırılması” ilə bağlı bəyanatların cəfəngiyat olduğu qeyd olunub. Bildirilib ki, 30 illik işğalın ağır nəticələrinə baxmayaraq, ilk olaraq Ermənistanla dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinə təşəbbüs göstərən, dövlətlərin ərazi bütövlüyü və suverenlik prinsipləri əsasında sülh müqaviləsinin imzalanmasını nəzərdə tutan sülh gündəliyinin təşviqini davam edən məhz Azərbaycan olub. Azərbaycan tərəfi Rusiyanın hakim partiyasının nümayəndəsinin bu cür bəyanatlarının Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün səylər göstərən Rusiyanın vasitəçiliyinə kölgə saldığını bildirib. Oleq Matveyçev iki ölkə arasında 2022-ci ilin fevralında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə barədə xəbərsiz ola bilməz və onun bu cür bəyanatları həmin sənədin müddəalarının pozulması deməkdir. Hakim partiyanın nümayəndəsi olan deputat öz bəyanatlarında məsuliyyətli olmalı və Rusiya Federasiyasının rəsmi mövqeyini rəhbər tutmalıdır. Rusiya parlamentində informasiya siyasətinə cavabdeh deputatın Azərbaycana qarşı hücumlar üçün informasiya platforması olan, Rusiyada etnik zəmində millətlərarası düşmənçiliyi qızışdıran erməni saytına müsahibəsi onun sifarişli və imperativ xarakter daşımasından xəbər verir", - deyə səfirliyin məlumatında qeyd olunub.
20-04-2023, 21:00
Qadın güləşçimiz 9-cu dəfə Avropa çempionu oldu


Qadın güləşçimiz 9-cu dəfə Avropa çempionu oldu

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Xorvatiyada keçirilən Avropa çempionatında final görüşünə çıxıb. 50 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız yarışda Ukrayna güləşçisi Oksana Livaçla üz-üzə gəlib. Azərbaycan güləşçisi rəqibini 9:4 hesabı ilə məğlub edərək Avropa çempionu olub. Qeyd edək ki, bu, Stadnikin Avropada qazandığı 9-cu qızıl medaldır.
20-04-2023, 20:30
Terrora məruz qalan deputatdan paylaşım


Terrora məruz qalan deputatdan paylaşım

Bir müddət əvvəl terror hücumuna məruz qalan deputat Fazil Mustafa Ramazan bayramı ilə bağlı paylaşım edib. Bayram münasibəti ilə təbriklərini çatdıran deputat, artıq tikişlərinin söküldüyü bildirib. "Əziz dostlar, sabah Ramazan bayramıdır, hamınıza xeyir, bərəkət, məmləkətimizə barış arzulayıram. Son otuz ildə ilk dəfə idi ki, bu ayın fəzilətindən faydalanmaq, sonadək Allah qarşısında borcumu yerinə yetirmək nəsib olmadı. Namazı məhdud şərtlərlə də olsa bərpa etdim, lakin müalicə prosedurasına tabe olmaq məcburiyyəti oruc tutmağa imkan vermədi. Sevindirici odur ki, bu gün yaralarımın tikişləri söküldü və hər hansı bir fəsad aşkar olunmadı. Hələ ki, sağ ayağımda reabilitasiyaya başlaya bilərəm. Dörd həftə sonra çiyin nahiyəsində də bu prosesi başlamaq nəzərdə tutulur. Hər şey əvvəlkindən də gözəl olacaq. Əsas odur ki, diriyik, güclüyük, inamlıyıq. Allah millətimizi və dövlətimizi qorusun! Bir daha bu gözəl bayramın bərəkəti ocağınıza yetişsin", - deyə deputat paylaşımında bildirib. Qeyd edək ki, martın 28-də F.Mustafaya qarşı yaşadığı evin qarşısında "Kalaşnikov" avtomat silahından atəş açılaraq terror aktı törədilib. F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib. Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277-ci (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb. Hadisədən bir neçə gün sonra keçirilən xüsusi əməliyyat nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb.
20-04-2023, 20:00
Kahramanmaraşda zəlzələdən sonra fırtına baş verdi


Kahramanmaraşda zəlzələdən sonra fırtına baş verdi

Türkiyənin fevral ayında zəlzələ baş verən Kahramanmaraş vilayətinin Pazarcık bölgəsində güclü fırtına olub. Fırtına zəlzələ qurbanlarının sığındığı çadırları dağıdıb, binaların damlarını uçurub. Fırtına nəticəsində 1 nəfərin öldüyü, 44 nəfərin yaralandığı bildirilir. Hadisə yerinə çoxlu sayda təcili yardım əməkdaşı göndərilib.
20-04-2023, 19:30
Üç ölkənin XİN rəhbərləri İrəvanda görüşdü


Üç ölkənin XİN rəhbərləri İrəvanda görüşdü

İrəvanda Ermənistan, İran və Hindistan XİN-ləri arasında ilk üçtərəfli siyasi məsləhətləşmələr aparılıb. Bu barədə "Sputnik Armenia" məlumat yayıb. Bildirilib ki, görüşdə Ermənistanı XİN başçısının müavini Mnatsakan Safaryan, İranı xarici işlər nazirinin köməkçisi Seyid Rəsul Musəvi, Hindistanı isə XİN-in regional baş idarəsinin müdiri Citender Pal Sinq təmsil edib. Məlumata görə, görüşdə iqtisadi və regional kommunikasiya məsələləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
20-04-2023, 19:00
Erməni deputatlar arasında növbəti qalmaqal


Erməni deputatlar arasında növbəti qalmaqal

Ermənistan parlamentində növbəti dəfə qalmaqal yaşanıb. Parlamentin iclası zamanı deputat Taquhi Tovmasyan siyasi aksiya keçirdiyini bildirib və tribunadan düşməkdən imtina edib. "Mən burada yalan fikirlərin səsləndirilməsinə icazə verməyəcəm", - deyə müxalif deputat vurğulayıb. Spiker Alen Simonyan təhlükəsizlik xidmətinin əməkdaşlarını iclas zalına çağırıb. Bundan sonra müxalifətin parlamentdəki təmsilçiləri ilə təhlükəsizlik xidmətinin işçiləri arasında gərginlik yaşanıb. İclasa mane olmaqda günahlandırılan deputatlar məcburi şəkildə zaldan çıxarılıb.
20-04-2023, 18:00
Erməni katolikosu Paşinyanın istefasının müddətsiz olduğunu qeyd etdi


Erməni katolikosu Paşinyanın istefasının müddətsiz olduğunu qeyd etdi

Bütün ermənilərin katolikosu II Qaregin Ermənistanda vəziyyətin gərgin və təhlükəli olduğunu deyib. Bu barədə o, jurnalistlərə açıqlamasında bildirib. Katolikos Ermənistan Baş naziri Nikol Paşinyanın istefası ilə bağlı çağırışının müddətsiz olduğunu vurğulayıb. Xatırladaq ki, II Qaregin 2020-ci ilin dekabrında Paşinyanı istefa verməyə çağırmışdı.
20-04-2023, 17:30
Paşinyan ABŞ rəsmisi ilə sülh məsləsini müzakirə etdi


Paşinyan ABŞ rəsmisi ilə sülh məsləsini müzakirə etdi

ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz Danışıqları üzrə yeni baş məsləhətçisi Luis Bono Ermənistana səfər edib. O, İrəvanda Ermənistan baş naziri Nikol Paşinyanla görüşüb. Görüş zamanı Ermənistan-Azərbaycan münasibətləri, sülh danışıqları və Laçın yolundakı vəziyyət müzakirə edilib.
20-04-2023, 17:00
Stoltenberq Ukraynanın gücləndirilməsinə davam edəcəklərini bildirdi


Stoltenberq Ukraynanın gücləndirilməsinə davam edəcəklərini bildirdi

NATO Ukrayna Silahlı Qüvvələrini gücləndirməyə davam edəcək. Bunu NATO-nun baş katibi Yens Stoltenberq Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında deyib. O deyib ki, alyans ukraynalılara Rusiyaya qarşı mübarizədə və ölkənin bərpasında dəstək verəcək: "NATO Ukraynanın yanındadır. 2014-cü ildə Krımın qeyri-qanuni ilhaqından bəri biz sizinləyik. Biz rus işğalçılarına qarşı qəhrəmancasına mübarizədə və ölkənizin müdafiəsində sizinləyik”. Baş katib qeyd edib ki, NATO müttəfiqləri on minlərlə ukraynalı əsgərə təlim keçib. Onun sözlərinə görə, NATO üzvləri Ukraynaya 150 milyard dollardan çox yardım edib, onun 65 milyardı hərbi yardım olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!