20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
12-04-2023, 23:41
Makrondan ABŞ-ın ünvanına sərt sözlər


Makrondan ABŞ-ın ünvanına sərt sözlər

Fransa Tayvan məsələsində ABŞ-ın “vassalı” deyil, tərəfdaşıdır. Bunu Fransa Prezidenti Emmanuel Makron Amsterdamda keçirilən mətbuat konfransında deyib. "Müttəfiq olmaq vassal olmaq demək deyil... və bu, o demək deyil ki, bizim artıq müstəqil düşünmək hüququmuz yoxdur. Fransa Tayvanda mövcud status-kvonu, vahid Çin siyasətini və münaqişənin sülh yolu ilə həlli axtarışlarını dəstəkləyir", - Makron qeyd edib. Xatırladaq ki, Fransa Prezidenti Çinə səfərdən qayıtdıqdan sonra Avropanın Tayvan məsələsində ABŞ-dan asılılığını azaltmalı olduğunu bildirib.
12-04-2023, 22:50
Bunu təxmin etmişdik - XİN sözçüsü


Bunu təxmin etmişdik - XİN sözçüsü

"Biz bunu təxmin etmişdik". Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova dünən Ermənistan-Azərbaycan sərhədində baş vermiş insidenti şərh edərkən deyib. "Rusiya tərəfi artıq öz təhlilini bölüşüb ki, regionda köhnə məsələnin həlli ilə heç vaxt məşğul olmayan digər struktur və aktorların, Avropa İttifaqı missiyasının interpolyasiyası nəticə verməyəcək. Bunu təxmin etmişdik. Biz bunun kəskinləşməyə, sabitliyin pozulmasına gətirib çıxaracağını və sülh yolu ilə nizamlanmaya nail olmaqdan uzaqlaşdıracağına dair gördüklərimizi demişdik. İndi biz stabilliyin aradan qalxmasının fərqli işartılarını kədər və təəssüflə izləməkdəyik", - XİN rəsmisi bildirib. Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Cavab tədbirləri nəticəsində Ermənistan ordusunun 4 hərbçisi məhv edilib, 6-sı yaralanıb. Təxribatın qarşısını alarkən Azərbaycan ordusunun 3 hərbçisi şəhid olub.
12-04-2023, 21:30
ATƏT sədri Azərbaycan səfəriylə bağlı paylaşım edib


ATƏT sədri Azərbaycan səfəriylə bağlı paylaşım edib

ATƏT-in fəaliyyətdə olan sədri Bujar Osmani Azərbaycana səfəri ilə bağlı paylaşım edib. Bu barədə o, özünün "Twitter" hesabında yazıb. "Azərbaycan və Ermənistan arasındakı problemlərin dinc, hərtərəfli və dayanıqlı nizamlanmasını hədəfləyirik", - Osmani qeyd edib. Xatırladaq ki, Osmani bu gün Azərbaycana səfər edib. O, Bakıda Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. ATƏT sədri bundan əvvəl Gürcüstanda olub, daha sonra Ermənistana səfər edəcək.
12-04-2023, 20:00
ABŞ Ermənistanda qeydiyyatdan keçilmiş şirkətlərə sanksiya tətbiq etdi


ABŞ Ermənistanda qeydiyyatdan keçilmiş şirkətlərə sanksiya tətbiq etdi

ABŞ Rusiya müdafiə sənayesi ilə əlaqəli şirkətlərə sanksiya tətbiq edib. Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Sanksiyalar 10 ölkədən 28 şirkətə təsir edib. Məlumata görə, sanksiya tətbiq edilən şirkətlərdən bir neçəsi Ermənistanda qeydiyyatdan keçib.
12-04-2023, 19:47
"Erkən nikah – yarımçıq qalan arzular”


"Erkən nikah – yarımçıq qalan arzular”

QHT erkən nikahla bağlı maarifləndirici tədbir keçirib - Fotolar“XXI Əsr Təhsil Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Təhsildən yayınma, erkən nikah – yarımçıq qalan arzular” layihəsi çərçivəsində 11 aprel 2023-cü il tarixdə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Elçin Şəmiyev adına 149 saylı tam orta məktəbdə şagirdlər arasında maarifləndirici tədbirini keçirib.
Öncə layihənin rəhbəri Könül Quliyeva layihə mövzusu ilə bağlı qısa məlumat verib. Azərbaycanda erkən nikahlar və bunun ailə genefondumuza mümkün təsirlərinin son illər ictimai diqqət çəkən mövzulardan olduğunu qeyd edən K.Quliyeva orta məktəblərdə maarifləndirmə işlərinin vacibliyini vurğulayıb. O, qeyd edib ki, erkən nikah demoqrafiyaya böyük zərbədir. K.Quliyevanın fikrincə, ana nə qədər təhsilli, dünyagörüşlü olarsa, onun yetişdirdiyi övlad da bir o qədər savadlı, cəmiyyət üçün faydalı olar: "Bunu nəzərə alıb, gələcəyin anası olacaq qızların kamil, intellektli, təhsilli insan kimi yetişməsinə şərait yaratmaq lazımdır. Qızlarımız öncə mükəmməl təhsil almalıdırlar, cəmiyyətimiz, dövlətimizə savadlı, dünyagörüşlü, bilikli kadrlar lazımdır".
Daha sonra layihənin ekspertləri Hüquqi Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin rəhbəri Fariz Əkbərov və Milli Dəyərlər üzrə Maarifləndirmə İctimai Birliyinin rəhbəri, "Atilla" jurnalınını baş redaktoru, Prezident mükafatçısı Gülşən Behbud çıxış ediblər.

Hər iki ekspert qeyd edib ki, bu gün bütün dünyada olduğu kimi ölkəmizdə də doğurduğu fəsadlara və cəmiyyətə vurduğu ziyana görə ekən nikah məsələsi dövrümüzün mühüm və aktual problemlərindən biri olaraq qalır. Belə ki, erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə, bir fərd kimi inkişafına mane olur, psixologiyasına mənfi təsir göstərir. Erkən nikah gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atmaqla yanaşı, həmçinin risklər də yaradır. Belə hallar boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur.
Məktəbin direktoru Rəhilə Baxşiyeva da sonda layihə mövzusu ilə bağlı öz fikirlərini bildirib. O, da azyaşlı qızların kabusu – erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri barədə şagirdlərə bilgilər verib.
12-04-2023, 19:30
Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb - Paşinyan


Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb - Paşinyan

Madrid prinsiplərindən sonra Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib. O qeyd edib ki, Madrid prinsiplərindən əvvəl vəziyyət fərqli idi. Paşinyan bu prinsiplərin qəbul edilməsinə görə keçmiş hakimiyyəti günahlandırıb. Paşinyan deyib ki, Madrid prinsiplərinə görə Qarabağın "statusu" Azərbaycan tərəfindən də razılaşdırılmalı olan mexanizmlə tənzimlənməlidir. "Etibarlı mənbələrin məlumatlarına görə, Madrid prinsiplərin müəllifi Ermənistan olub", - Baş nazir qeyd edib.
12-04-2023, 19:22
"Hər inkişafın təməlində təhsil dayanır"


"Hər inkişafın təməlində təhsil dayanır"

"Hər inkişafın təməlində təhsil dayanır"İctimai fəallıq cəmiyyətimiz üçün ən önəmli prinsiplərdən, fəaliyyətdən biridir. Çünki fəallıq həm daxili, həm xarici inkişafın təməl daşlarından biridir. Belə ki, ictimai fəallığın yüksək olduğu bir cəmiyyətdə sözün əsl mənasında "həyat" vardır. Əgər bir cəmiyyətin ictimai fəallığı aşağı olarsa cəmiyyətdə işıqlar sönər ki, bu da tarixdə Sovet hakimiyyətinin Azərbaycan torpağında yürütdüyü amansız siyasətlərdən biridir.
İctimai fəallığın mərkəzində isə gənclərimiz dayanır. O gənclər ki, azad torpağın övladları, o gənclər ki, babaları azad kəlmə söyləmək, bayraq açmaq üçün can alıb, can verib. O, gənclər ki, baba torpağı Qarabağda, Naxçıvanda, Zaqatalada, Lənkəranda addım səsləri qorxu və səksəkə deyil, fəxr və şərəflə gəlir Onlara miras verilən bu ata yurduna xidmət etmək, həm regional, həm beynəlxalq arenada onların borcudur.
İctimai fəallığı artırmanın ən başlıca yolu təhsil səviyyəsini artırmaqdır. Hər inkişafın təməlində təhsil dayanır. Cəmiyyətdə təhsil səviyyəsinin artırılması, ixtisasından asılı olmayaraq fərdlərin hüquqları ilə tanış olması onların cəmiyyətdəki fəaliyyətinin yüksəlməsi və passivliyin aradan götürülməsi ilə nəticələnəcəkdir. Mənsə, bunun üçün orta məktəb səviyyəsindən etibarən dilimiz, riyaziyyat kimi mötəbər fənnlərlə bərabər ədalətin təməli olan Konstitusiyanın da dərs proqramına salınması fikrini irəli sürərdim. Hüqqularından bixəbər bir fərd nəinki, fəallıq göstərə bilər, hətta belə deyərdim ki, passiv həyat tərzinə məhkumdur.
Bir başqa yol isə böyük şəxsiyyətlərin cəmiyyətin təməli olan gənclərlə görüşməsi, onlara öz amallarını ən gözəl şəkildə aşılamasıdır. Bu şərəfli yolda gənclərə işıq tutmalı, öz zəngin təcrübəsindən tövsiyələr verməlidir.
İctimai fəallığın artırılması cəmiyyətdə gələcək mükəmməl kadrın yetişməsi ilə nəticələnəcəkdir. Yüksək vəzifəli fərdlərin artıq vəzifədən uzaqlaşdığı bir mövqeydə cəmiyyət böyüklərini, fikir atalarını şamla axtarmayacaq. Çünki onların tərbiyəsi ilə böyümüş, onların yolunu özünə işıq tutan gənclər bu torpağa lazımı şəkildə sahib çıxacaq.
Dövlətin yaratdığı geniş imkanlar sayəsində, gənclər cəmiyyətin hərəkətverici qüvvəsinə çevrilib. Dövlət gənclər siyasəti – gənclərin öz bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir.
Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir. Yeni nəslin inkişafının əsas vasitəsi – gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsidir. Dövlət gənclər siyasəti bu məqsəd və prinsiplərin reallaşdırılması üçün hazırlanıb, müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumları tərəfindən həyata keçirilir.Azərbaycanda ölkə əhalisinin əksəriyyəti gənclərdir. Məhz buna görə də gənclərin problemləri, dövlət prioritetlərindən biridir.

Telli Zeynalova
BDU, BMİ, Politologiya 1-ci kurs tələbəsi


Yazı “XXI Əsr Təhsil Mərkəzi ” İctimai Birliyinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə “Təhsilalanlar arasında ictimai fəallığın dəstəklənməsi” layihəsi çərçivəsində hazırlanıb
12-04-2023, 16:33
Bunu təxmin etmişdik - XİN sözçüsü


Bunu təxmin etmişdik - XİN sözçüsü

"Biz bunu təxmin etmişdik". Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova dünən Ermənistan-Azərbaycan sərhədində baş vermiş insidenti şərh edərkən deyib. "Rusiya tərəfi artıq öz təhlilini bölüşüb ki, regionda köhnə məsələnin həlli ilə heç vaxt məşğul olmayan digər struktur və aktorların, Avropa İttifaqı missiyasının interpolyasiyası nəticə verməyəcək. Bunu təxmin etmişdik. Biz bunun kəskinləşməyə, sabitliyin pozulmasına gətirib çıxaracağını və sülh yolu ilə nizamlanmaya nail olmaqdan uzaqlaşdıracağına dair gördüklərimizi demişdik. İndi biz stabilliyin aradan qalxmasının fərqli işartılarını kədər və təəssüflə izləməkdəyik", - XİN rəsmisi bildirib. Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Cavab tədbirləri nəticəsində Ermənistan ordusunun 4 hərbçisi məhv edilib, 6-sı yaralanıb. Təxribatın qarşısını alarkən Azərbaycan ordusunun 3 hərbçisi şəhid olub.
12-04-2023, 16:03
Bakı ilə İrəvan Rusiyanın görüş təklifini qəbul edib - Zaxarova


Bakı ilə İrəvan Rusiyanın görüş təklifini qəbul edib - Zaxarova

Azərbaycan və Ermənistan arasında danışıqların növbəti mərhələsi Rusiyada keçiriləcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bildirib. O qeyd edib ki, Bakı ilə İrəvan Rusiyanın görüş təklifini qəbul edib. Zaxarova görüşün hansı səviyyədə keçiriləcəyini və nə vaxt baş tutacağını açıqlamayıb. "Rusiyanın Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanmasına yardım göstərmək istiqamətində səyləri zəifləmir", - Zaxarova deyib.
12-04-2023, 15:55
Hərbi forma geyinmək tənzimlənməlidir - Arman Sarkisyan


Hərbi forma geyinmək tənzimlənməlidir - Arman Sarkisyan

"Hərbi forma geyinmək tənzimlənməlidir". Bunu Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan parlamentdə çıxışı zamanı bildirib. O qeyd edib ki, formada mitinq və nümayişlərdə iştirak etmək, o cümlədən sosial şəbəkələr vasitəsilə siyasi bəyanatlar yaymaq mümkün olmayacaq. Müxalif “Hayastan” fraksiyasının deputatı Artur Xaçatryan isə əlavə edib ki hərbi geyimlərin sərbəst satışı da qadağan edilməlidir, çünki onun kimin əlinə keçəcəyinə heç bir zəmanət yoxdur.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!