Müxtəlif ölkələrində qeyd olunan Ramazan bayramından görüntülərBu gün dünyanın bir çox ölkələrində Ramazan bayramı qeyd olunur.
Butov.az fərqli ölkələrdə lentə alınan bayram görüntülərini təqdim edir. Qazaxıstanda Ramazan bayramının ilk günü ailə böyükləri ziyarət edilir, evlərdə ənənəvi ziyafət süfrələri açılır.
Misirin paytaxtı Qahirədə yüzlərlə müsəlman bayram namazını Fustatdakı Amr bin As məscidində qılıb.
Suriyalılar Ramazan bayramı namazını Bab rayonundakı Fatih məscidində qılıb. Namazdan sonra ziyafət vermək ənənəsini davam etdirən xalq yerli oyunlarla da bayram sevincini yaşayıb.
İraqın Duhok şəhərində yaşayan müsəlmanlar Ramazan bayramı namazını şəhərdəki Seyid məscidində qılıblar.
Rusiyanın paytaxtı Moskvada məscidlərə sığmayan minlərlə müsəlman bayramı namazını küçələrdə qılmağa məcbur olub. Müsəlmanlar səhər saatlarından paytaxtdakı Abidə məscidi və Tarixi məscidə, xüsusən də Moskva Mərkəzi məscidinə axışıb. Moskva Mərkəzi məscidində boş yer olmadığından minlərlə insan təhlükəsizlik səbəbi ilə nəqliyyatın hərəkətinə qapadılan küçələrə, xiyabanlara və parklara axın edib.
İordaniya müsəlmanları bayram namazını paytaxt Əmmanda idman meydançasında qılıb.
Fələstinlilər isə Ramazan bayram namazını İordan çayının qərb sahilindəki Hebron şəhərindəki Hərəm-i İbrahim məscidinin həyətində qılıb.
Özbəkistanda bayram ilə əlaqədar səhər saatlarında ölkədəki bütün məscidlərdə bayram namazı qılınıb. Daşkənddə minlərlə insan bayram namazı üçün məscidlərə axışıb. Məscidlərdə yer tapa bilməyən müsəlmanlar məscidin həyətində və küçələrdə namaz qılıblar.
Fələstinlilər bayram namazını qılmaq üçün İordan çayının qərb sahilindəki Əl Bireh bölgəsinə gediblər.
Bəhreyndə müsəlmanlar bayram namazını Ər-Rifa şəhərindəki tarlada qılıblar.
Qətərin paytaxtı Dohada müsəlmanlar Ramazan bayramı namazını qılmaq üçün şəhər stadionuna axışıblar.