Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
18-04-2023, 17:30
İlham Əliyev bayrağımızın yandırılmasına münasibət bildirdi


İlham Əliyev bayrağımızın yandırılmasına münasibət bildirdi

Hesab edirəm ki, bu, erməni hökumətinin növbəti
çirkin əməlidir. Mən bunu belə qəbul edirəm. Bu, təsadüfən baş vermiş, hansısa bir fərdin əməli deyil. Bunu Prezident İlham Əliyev aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində “Bir neçə gün əvvəl erməni xislətini növbəti dəfə göstərən bir hadisə baş verdi. Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatında Azərbaycanın Dövlət Bayrağı yandırıldı. Bununla bağlı nə deyə bilərsiniz” sualını cavablandırarkən deyib. Dövlət başçısı bildirib ki, bu, Ermənistan hökumətinin növbəti çirkin əməlidir: “Bunu deməyə əsas verən bir çox səbəblər var. Birincisi, bu hadisəni törədən insanabənzər məxluq Ermənistan hakim dairələrinin yüksəksəviyyəli şəxsləri ilə birbaşa təmasdadır. İkincisi, bu məxluqa heç bir cəza verilmədi, əksinə, Ermənistanda onu qəhrəmanlaşdırırlar. Guya onu saxlayıblar, ondan bir neçə dəqiqə sonra buraxıblar. Orada bir şou düzəldiblər, onu alqışlarla qarşılayıblar və bu adama qarşı heç bir cəza tədbiri, heç cərimə də tətbiq olunmayıb. Yəni, bu, nəyi göstərir? Ermənistanın siyasi rəhbərliyinin gözü önündə belə bir rəzil hadisə baş verir və buna heç bir reaksiya verilmir. Deməli, Ermənistan hakimiyyəti, hökuməti, dövləti bu çirkin əməlin müəllifidir. Amma onlar unutmamalıdırlar ki, bu gün Azərbaycan Bayrağı harada dalğalanır. Bu gün Azərbaycan Bayrağı Qarabağda dalğalanır. Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Şuşada, Hadrutda, Talışda, Suqovuşanda və neçə-neçə kənddə, yüzlərlə kənddə Azərbaycan Bayrağı dalğalanır. Bu gün Azərbaycan Bayrağı Zəngəzur dağlarında dalğalanır, onu unutmasınlar. O bayrağa onlar yaxınlaşa bilər? O insanabənzər məxluq və onun kimiləri o bayraqlara yaxınlaşa bilər? O bayrağa uzaqdan baxmağa da qorxarlar. Bayraq yandırmaqla onlar ancaq öz çirkin xislətlərini bütün dünyaya nümayiş etdiriblər. Bir daha demək istəyirəm, bunun arxasında dayanan Ermənistan dövlətidir, Ermənistan hökumətidir, Ermənistanda aparılan, uzun illər aparılan, onilliklər ərzində aparılan anti-Azərbaycan kampaniyasıdır, azərbaycanofobiyadır. Bu hadisə sıradan olan hadisə deyil. Onu da demək istəyirəm ki, əlbəttə, bu hadisə bizi sarsıda bilməz, bizim iradəmizə heç bir təsir edə bilməz. Ancaq onlar yaxşı fikirləşsinlər. Bir gün gözlərini açıb Azərbaycan Bayrağını öz başları üzərində görə bilərlər”.
18-04-2023, 16:45
Qarabağ və Şərqi Zəngəzurun bərpası əsas prioritetdir - İlham Əliyev


Qarabağ və Şərqi Zəngəzurun bərpası əsas prioritetdir - İlham Əliyev

Hazırda Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi məsələsi bizim üçün əsas prioritetdir və mənim bölgələrə səfərlərimin əksəriyyəti məhz o bölgələrə olan səfərlərdir. Bunu Prezident İlham Əliyev aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində deyib. Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-yenidənqurma işlərinin plana üzrə getdiyini vurğulayan dövlətimizin başçısı bildirib: “Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər bir daha onu göstərir ki, biz - bu torpaqların sahibləri öz doğma dədə-baba torpaqlarımıza qayıtmışıq. Otuz il ərzində Ermənistan bu torpaqları viran qoyub, daş-daş üstə qoymayıb, talançılıq və soyğunçuluqla məşğul olub, barbarlıqla məşğul olub. Biz - bu torpaqların sahibləri isə gəlmişik qurmaq üçün, yaratmaq üçün. Ona görə müharibə başa çatan kimi dərhal artıq işə start verilmişdir”. Artıq iki yaşayış məntəqəsində - Ağalı və Talış kəndlərində keçmiş köçkünlərin hazırda yaşadıqlarını vurğulayan Prezident İlham Əliyev bildirib: “Biz bu kəndlərin timsalında bütövlükdə gələcək Qarabağın və Şərqi Zəngəzurun simasını görürük - abad şəhərlər, abad kəndlər, ağıllı idarəetmə prinsipləri əsasında yaradılan infrastruktur. Yəni, bütün bunlar göz qabağındadır. Yenə də deyirəm, bu iki layihə artıq bütün Azərbaycan əhalisinə və bütün dünyaya göstərir ki, gələcək Qarabağın və Şərqi Zəngəzurun siması necə olacaq”.
18-04-2023, 16:39
Misir hakimiyyəti Rusiyaya gizli raket tədarükünü dayandırıb


Misir hakimiyyəti Rusiyaya gizli raket tədarükünü dayandırıb

Misir hakimiyyəti ABŞ rəsmiləri ilə danışıqlardan sonra Rusiyaya gizli şəkildə raket tədarükü planını dayandırıb. Bu barədə "The Washington Post" yazıb. Bildirilib ki, əvəzində rəsmi Qahirə Ukrayna üçün sursat istehsal etmək qərarına gəlib. Məlumata görə, Qahirə 152 və 155 millimetrlik artilleriya mərmilərinin Kiyevə tədarükü üçün ABŞ-a satışını təsdiqləyib. Çatdırılma olub-olmadığı hələlik məlum deyil. Nəşr bunu ABŞ administrasiyasının aşkar diplomatik qələbəsi adlandırıb.
18-04-2023, 16:32
İran lehinə dini təbliğat aparan qrup ifşa olundu


İran lehinə dini təbliğat aparan qrup ifşa olundu

Azərbaycanda din pərdəsi altında cinayətkar fəaliyyət göstərən bir qrup şəxs həbs edilib. Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həmin şəxslərə qarşı xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı 20-ə yaxın şəxsin saxlanıldığı bildirilir. Belə ki, həmin şəxslər dini xurafatçılıqla və İran lehinə dini təbliğat aparmaqla narkotik vasitələrin kütləvi satışını da təşkil edirmişlər. Din pərdəsi altında cinayətkar fəaliyyət göstərmiş şəbəkənin əsas məqsədi Azərbaycanın dünyəvi dəyərlərinə zərbə vurmaq, “kərimə” gənclərini narkotik vasitələrə qurşandırmaqla idarə etmək olub. Sözügedən qrupun başqa üzvlərinin olduğu da ehtimal edilir.














18-04-2023, 16:30
İlham Əliyev Salyanda “ASAN Xidmət”in açılışında iştirak etdi


İlham Əliyev Salyanda “ASAN Xidmət”in açılışında iştirak etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də Salyanda “ASAN Xidmət” Mərkəzinin açılışını edib. Sonra dövlətimizin başçısı Azərbaycan Televiziyasına müsahibə verib.
18-04-2023, 16:00
Prezident xanımı ilə Salyana səfər etdi


Prezident xanımı ilə Salyana səfər etdi

Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Salyan rayonuna səfər ediblər. Dövlətimizin başçısı və birinci xanım Salyan şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, abidəsi önünə gül dəstələri qoyublar.
18-04-2023, 15:26
Türkiyədən gələn tələbələrimiz üçün quru sərhədləri açıldı


Türkiyədən gələn tələbələrimiz üçün quru sərhədləri açıldı

Azərbaycanın Türkiyədəki Səfirliyi bu ölkədə təhsil alan vətəndaşlarımıza müraciət edib. Səfirlikdən daxil olan müraciətdə deyilir ki, Türkiyədə ikinci semestrdə təhsilin distant qaydada həyata keçirilməsi ilə bağlı qəbul edilmiş qərar səbəbindən hazırda həmin ölkədə subbakalavr, bakalavr, magistratura, doktorantura və rezidentura təhsili alan Azərbaycan vətəndaşları və onların birinci dərəcəli ailə üzvlərinin (ata/ana, ər/arvad, övladlar) tələbə biletini təqdim etməklə zəruri icazə olmadan 2023-cü ilin 10 may tarixinədək quru sərhədləri vasitəsilə Azərbaycan Respublikasına daxil olmalarına icazə verilib.
18-04-2023, 15:14
İsrailin XİN rəhbərindən Azərbaycan dəyərləndirməsi


İsrailin XİN rəhbərindən Azərbaycan dəyərləndirməsi

Azərbaycan müsəlman ölkəsidir və onun strateji mövqeyi aramızdakı əlaqələrin əhəmiyyətini böyüdür, böyük potensiala çevirir. Bu barədə İsrailin xarici işlər naziri Eli Koen bildirib. “Bakıdakı dostlarımızla birlikdə təhlükəsizlik, iqtisadiyyat, innovasiyalar və enerji sahələrində əməkdaşlığımızı dərinləşdirmək, xüsusilə də ortaq çətinliklərə qarşı güclü və vahid cəbhə yaratmaq üçün mən bu gün vacib siyasi səfərə gedirəm”, - XİN rəhbəri qeyd edib. O, bugünkü səfərdə İsrailin vacib şirkətlərindən ibarət iqtisadi nümayəndə heyətinin olduğunu vurğulayıb. Bundan əlavə, Eli Koen İsrail və Azərbaycan arasında mövcud olan münasibətlərin daha da yaxşılaşdırılması üçün ticarət həcminin artırılmasının zəruriliyini vurğulayıb.
18-04-2023, 15:07
Prezident xanımı ilə Neftçalada


Prezident xanımı ilə Neftçalada

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Neftçala rayonuna səfər ediblər. Dövlətimizin başçısı və birinci xanım Neftçala şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, abidəsi önünə gül dəstələri qoyublar.
18-04-2023, 14:30
Sabahın havası


Sabahın havası

Aprelin 19-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi günün birinci yarısında arabir güclənəcək. Havanın temperaturu gecə 8-12° isti, gündüz 13-18°, bəzi yerlərdə 20° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq rayonlarda arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 16-21°, bəzi yerlərdə 23-25° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12°, bəzi yerlərdə 16° isti olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!