Suriyanın Rusiyadakı səfiri Bəşər Cəfəri ölkəsinin Türkiyə ilə münasibətlərindən danışıb. O, rəsmi Dəməşqin Ankara ilə yaxşı münasibətlərə malik olmaq istədiyini bəyan edib. "Türkiyə bizim qonşumuzdur. Bu ölkə ilə yaxşı münasibətlərin tərəfdarıyıq. Xalqlarımız arasında qarşılıqlı maraqların və əlaqələrimizin çətinə düşməsini istəmərik", - deyə o qeyd edib.
G7 ölkələri müharibə bitənə qədər Rusiyanı bloklayacaq
G7 ölkələri Ukraynada müharibə bitənə qədər Rusiyanın aktivlərini bloklayacaq. Bu barədə G7 ölkələrinin xarici işlər nazirlərinin ümumi bəyanatında qeyd olunub. Belə ki, nazirlər Ukraynanı dəstəkləməyə davam edəcəklərinə söz veriblər və müharibədə Rusiyaya dəstəyin baha başa gələcəyini vurğulayıblar. G7 həmçinin Rusiya Federasiyasına qarşı sanksiyaları daha da gücləndirməyə hazır olduğunu bildirib. "Ukraynanın bərpası üçün Rusiya aktivlərinin bloklanması və ötürülməsi - bu, Rusiya terroru ilə mübarizənin reseptidir. Bu ölkədə hər kəs cinayətin qiymətini hiss etməlidir. Sadəcə bir nümunədir", - Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak bəyanatı şərh edib.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda hərbi sursat aşkar edilməsi barədə məlumat daxil olub. FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd RQ-42 əl qumbarası və partladıcısı, 1 ədəd PQ-7 70mm-lik qumbaratan mərmisinin partladıcısı, 10 ədəd 12mm-lik tüfəng mərmisi, 15 ədəd 9x18mm-lik, 12 ədəd 9x19mm-lik kiçik çaplı silah mərmisi və 10 ədəd 5,45mm-lik avtomat mərmisi olduğu müəyyən edilib. Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Bundan əlavə, “112” qaynar telefon xəttinə daxil olmuş zəng əsasında Naxçıvan şəhərində aşkar edilmiş 1 ədəd 85mm-lik kameralı zirehdələn top mərmisi Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri tərəfindən müvafiq qaydada ərazidən götürülərək kənarlaşdırılıb.
Əsir düşən hərbiçilərimizlə bağlı Britaniya XİN-ə məktub yazıldı
Londonda fəaliyyət göstərən Britaniya Azərbaycanlıları İcmasının rəhbəri Fəridə Pənahova Ermənistanda əsir götürülmüş Azərbaycan əsgərləri ilə bağlı Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverliyə məktubla müraciət edib. Məktubda Azərbaycan Ordusu əsgərlərinin – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlunun və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlunun Ermənistana əsir düşmələri səbəbinə aydınlıq gətirilib, hərbçilərimizə qarşı törədilmiş qeyri-insanı hərəkətlərə diqqət cəlb edilib. Bu cinayətkar insident beynəlxalq humanitar qanunların Ermənistan tərəfindən kobudcasına pozulması kimi qiymətləndirilib. Müvafiq beynəlxalq təşkilatların təkcə bu cinayətkar insidenti deyil, həm də Ermənistan tərəfindən son 30 ildən artıq müddət ərzində itkin düşmüş 3890 nəfər azərbaycanlıya qarşı zorakılık aktlarını araşdırmasının və hüquqi qiymət verməsinin vacib olduğu vurğulanıb. Ermənistanın mühüm beynəlxalq aktları, o cümlədən Cenevrə Konvensiyası, işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyalar üzrə öhdəliklərini yerinə yetirmədiyi bir daha nəzərə çatdırılıb. Azərbaycanlı hərbçilərə işgəncə verilməsini qətiyyətlə pisləyən icma rəhbəri britaniyalı naziri bu məsələyə müdaxilə etməyə çağırıb: “Böyük Britaniyanın beynəlxalq hüququn pozulmasına dözməyəcəyinə dair dünyaya aydın mesaj göndərməyimiz və bizim bu iki əsgər barədə ədalətə nail olmaq üçün səylər göstərən Azərbaycan hökuməti ilə həmrəy olduğumuzu bildirmək vacibdir. Biz inanırıq ki, insan haqlarını və qanunun aliliyini müdafiə etməklə biz dünyanı hamı üçün daha təhlükəsiz və daha ədalətli məkana çevirə bilərik”.
ABŞ-dan Türkiyəyə F-16 döyüş təyyarələriylə bağlı razılıq
Bayden administrasiyası Türkiyəyə F-16 döyüş təyyarələrinin modernləşdirilməsi üçün avadanlıqların satılmasına razılıq verməyə hazırlaşır. Bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb. Mənbələr bildiriblər ki, ABŞ Dövlət Departamenti radarlar və avioniklərdən ibarət olan silah paketinin satışı barədə Konqresə rəsmi məlumat verəcək. Satış Konqres tərəfindən təsdiqlənərsə, Türkiyə öz inventarındakı F-16 döyüş təyyarələrini modernləşdirmək üçün istifadə edəcəyi avadanlıqları əldə edə biləcək. Qeyd edək ki, Türkiyə ABŞ-dan F-16 qırıcıları və bu qırıcıların modernləşdirilməsi üçün lazım olan vasitələr tələb edib. Konqresə hərbi satışın həyata keçirilməsinə razılıq verməyib.
Silahlı toqquşma zamanı 180-dən çox insan həlak oldu
Sudanda baş verən silahlı toqquşmalar zamanı 180-dən çox insan həlak olub. Bu barədə BMT-nin Sudan üzrə xüsusi nümayəndəsi Volker Perthes məlumat verib. O, 1800-dən çox insanın yaralandığını açıqlayıb. "Humanitar yardım üçün vəziyyət çox çətin, hətta qeyri-mümkündür”, - BMT rəsmisi bildirib. Qeyd edək ki, Sudanda ordu birləşmələri ilə xüsusi təyinatlı qüvvələr arasında şiddətli toqquşmalar yaşanır.
Silahlı toqquşma zamanı 180-dən çox insan həlak oldu
Sudanda baş verən silahlı toqquşmalar zamanı 180-dən çox insan həlak olub. Bu barədə BMT-nin Sudan üzrə xüsusi nümayəndəsi Volker Perthes məlumat verib. O, 1800-dən çox insanın yaralandığını açıqlayıb. "Humanitar yardım üçün vəziyyət çox çətin, hətta qeyri-mümkündür”, - BMT rəsmisi bildirib. Qeyd edək ki, Sudanda ordu birləşmələri ilə xüsusi təyinatlı qüvvələr arasında şiddətli toqquşmalar yaşanır.
Rusiya Ukraynaydakı müharibənin sonlanmasına maraqlıdır - Lavrov
Xəbər verdiyimiz kimi, Rusiya və Braziliyanın xarici işlər nazirləri Sergey Lavrov və Mauro Vieyra görüş keçirib. Nazirlər Braziliyada keçirilən görüşdən sonra mətbuat konfransı keçiriblər. Lavrovun sözlərinə görə, o, həmkarı ilə Ukraynadakı müharibəni müzakirə edib. O, münaqişənin "uzunmüddətli razılaşmalar əsasında” həllinin zəruriliyindən danışıb. Nazir bildirib ki, Rusiya Ukraynadakı müharibənin tezliklə başa çatmasında maraqlıdır.
Reznikov Rusiya üzərində qələbədən sonra vəzifədən getmək istəyir
Ukrayna müdafiə naziri Aleksiy Reznikov Rusiya ilə müharibədə qələbə qazandıqdan sonra istefa vermək istəyir. Bu barədə o, “La Razon”a müsahibəsinə deyib. "Bu mənim arzumdur! Və daha çox həyat yoldaşımın arzusu. Mən nazir təyin olunanda ağladı. Qələbə gününü gözləyirik, çünki bu, mənə istefa ərizəmi imzalamağa imkan verəcək. Özəl sektora qayıtmaq istəyirəm", - nazir bildirib. Qeyd edək ki, bir müddət əvvəl Reznikovun istefaya göndəriləcəyi barədə məlumat yayılıb.
Sərbəst güləş üzrə Azərbaycan komandasının üzvü Hacı Əliyev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının yarımfinal mərhələsində moldovalı Vasile Diakonla qarşılaşıb. O, rəqibinə 4:1 hesabıyla qalib gələrək 5-ci dəfə Avropa çempionatının finalına yüksəlib.